Dərslik kimi tövsiyyə edilmişdir. B a k I 1 Redaktoru: Rəy verənlər Dizayner: Naşir



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə31/47
tarix17.09.2018
ölçüsü2,26 Mb.
#69028
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   47

E L E K T R O N
  B I Z N E S
 
texnologiyanın  nəinki  təkcə  qlobal  kompüter  şəbəkələrində,  həmçinin 
İnternetin  infrastrukturunda  istifadə  edilən  proqram-  aparat  təminatı  ilə 
qurulmuş korporativ şəbəkələrdə tətbiqi də iqtisadi cəhətdən səmərəlidir. 
İnternet  texnologiyaları  və  prinsipləri  üzərində  qurulmuş  korporativ 
şəbəkələr "intranet" adlandırılmışdır. 
İnternet/İntranet  texnologiylarının  bu  ya  digər  informasiya 
resurslarına  əlçatanlıq  üçün  istifadə  edilməsi  aşağıdakı  komponentləri 
özündə birləşdirir: 

 
Simvolik adlar servisi {Domain Naming System -DNS), baza xidmətlər 
yığımı və vahid ünvanlaşdırma siyasəti ilə dəstəklənən //^şəbəkə; 

 
Serverdə  saxlanan  informasiyaya  müraciət  etmək  üçün 
informasiya  serveri  və  universal  müştəri  (brauzer)  arasında 
standart qarşılıqlı fəaliyyət protokolu (HTTP protokolu); 

 
/Aşəbəkədə  standart  müraciət  protokolu  üzrə  hipermətn 
sənədlərini saxlayan informasiya serveri (Veb-server); 

 
Mövcud  proqram-aparat  platforması  üzərində  hipermətn 
sənədlərinə baxış imkanı verən İstifadəçi proqramı olan universal 
müştəri (brauzer). 
Universal  müştəri  serverdən  götürdüyü  sənədi  mövcud  aparat 
vasitələrinin (Monitor, videokart) İmkanlarına və müştərinin sazlamalarına 
(Məsələn, sürəti artırmaq məqsədi ilə şəkillərə baxış rejiminin söndürülməsi) 
müvafiq formatlaşdırır. Serverlə əks-əlaqə yaratmaq üçün universal müştəri 
(brauzer) 
XÜSUSİ 
proqramlaşdırma  dili  olan  Java  dilində  hazırlanmış 
proqramı icra edə bilməlidir. 
121 


E L E K T R O N
  B I Z N E S
 
İnformasiya  serverində  saxlanan  və  müştərinin  sorğusu  əsasında 
ötürülən  sənədlər  xüsusi  formatda  hazırlanmalıdır  ki,  müştərinin  işlədiyi 
proqram-aparat platformasından asılı olmayaraq onları yenidən yaratmaq 
mümkün olsun. Belə for- matlaşdırmanın əsas ideyası ondan ibarətdir ki, 
sənədin poliqrafik rəsmiləşdirilməsinin (sərlövhə, cədvəl, şəkil və s.) təsviri 
sənədin mətni ilə birgə proqram əmrləri şəklində saxlanır. Sənədin təsviri 
üçün xüsusi dildən, hipermətn sənədlərinin təsviri dili olan HTML (HyperText 
Markup Language) dilindən istifadə edilir. 
İnformasiya  serveri  ilə  müştəri  arasında  qarşılıqlı  fəaliyyət 
imkanlarını genişləndirmək üçün aiqoritmik dillərdən və ssenarilərin təsviri 
dillərindən istifadə edilir. Elektron biznes sferasında vacib tələblərdən biri 
tipik  prosedurların  (məsələn,  sifariş  blankmın  doldurulmasının)  icrası 
aiqoritmiərinin təsviri imkanının mövcudluğudur. Adətən informasiya serveri 
əvvəlcədən müvafiq dillərdə hazırlanmış proqram və ya ssenarilərin icrası 
üçün vasitələrə malik olur. Sənədlər informasiya serverində ya statik şəkildə 
(Diskdəki fayllar və ya verilənlər bazasındakı yazılar çoxluğu şəklində), ya 
da  dinamik  qaydada  (Proqramlaşdırılmış  aiqoritmiərə  və  sorğu 
parametrlərinə müvafiq qaydada yerbəyer edilə bilər) saxlana bilər. 
Elektron  biznes  sferası  üçün  xarakterik  olan  informasiya 
texnologiyalarını anlamaqdan ötrü verilənlərin elektron emalı sistemlərinin 
təkamülünü izləmək məqsədəuyğundur. 
122 


E L E K T R O N
  B I Z N E S
 
VERİLƏNLƏRİN MƏNBƏLƏRİ VƏ İSTEHLAKÇILARI 
Mürəkkəb təşkilati idarəetmə sistemlərinin səmərəli İdarə edilməsi 
müasir  avtomatlaşdırma  vasitələrindən  istifadə  edilməsini  tələb  edir.  Bu 
məsələnin  uğurlu  həlli  yalnız  o  halda  mümkündür  ki,  informasiyanın 
avtomatlaşdırılmış emalı sisteminin istifadəçilərinin hər bir kontingenti üçün 
onların tələblərinə cavab verən verilənlərin emalı mühiti yaradılmış olsun. 
İstənilən  informasiya  emalı  sisteminin  əsas  məqsədi  istifadəçilərin 
informaslon tələblərinin tam və vaxtında ödənməsindən ibarətdir. İstifadəçi 
öz tələbini özünə münasib dillərdən birində ifadə edir. Yalnız xırda təlimatları 
anlayan texniki vasitələr geniş tətbiq tapa bilmir. Buna görə də informasiya 
emalı sisteminin elə bir komponenti olmalıdır ki, istifadəçiyə münasib dillə 
qarşılıqlı fəaliyyəti təmin etsin. Bundan əlavə, verilənlərin emalı proseslərinin 
texnoloji təsvirinin də münasib dillə həyata keçirilməsi vasitələri olmalıdır. 
İnformasiya  emalı  sistemlərinin  proqram  təminatının  tərkibi  və 
funksiyalarının daha dərin dərk edilməsi üçün onların təkamülünün bir-neçə 
mərhələsini nəzərdən keçirmək məqsədəuyğundur. 
Birinci  mərhələ  informasiyanın  avtomatlaşdırılmış  işlənməsi 
sistemlərinin  təşəkkül  tapma  dövrüdür  ki,  bu  da  EHM  kodlarında  və  ya 
Assembler  dilində  tərtib  edilən  fərdi  proqramlar  üzrə  hesablamaların 
aparılmasına EHM tətbiqi ilə xarakterizə olunur. Bu mərhələdə informasion 
xidmətin avtomatlaşdırılması üçün EHM tətbiqi özünü doğrultmadı. Çünki, 
proqram tərtibinə və ilkin informasiyanın daxil edilməsinə çəkilən əmək və 
maliyyə məsrəfləri avtomatlaşdırmadan əldə edilən qənaəti üstələyirdi. Bu 
1 2 3  


E L E K T R O N
  B I Z N E S
 
mərhələnin vacibliyi onda idi ki, proqram tərtibi, ilkin informasiyanın daxil 
edilməsi, emalı və təqdim edilməsi məsrəflərinin azaldılması metodlarının 
İşlənib hazırlanması problemini bütün kəskinliyi ilə ortaya qoydu. 
İkinci  mərhələdə  əməliyyat  sisteminin  və  müvafiq  transiyatorlarla 
birgə  yüksək  səviyyəli  proqramlaşdırma  dillərinin  yaradılması  hesabına 
proqramlaşdırmaya sərf edilən əmək və maliyyə məsrəflərinin əhəmiyyətli 
dərəcədə azaldılması mümkün oldu. Əməliyyat sisteminin təməlinə qoyulan 
ideya tez-tez rast gələn və özünü doğruldan priyomlar çoxluğunun seçilib 
ayrılmasından və onların tipik prosedurlar formasında təsvirindən ibarətdir. 
Müvafiq prosedurların sonrakı proqramlarda istifadə edilməsi yüksək ixtisaslı 
mütəxəssislər kollektivi tərəfindən həyata keçirilirdi. 
İxtiyari  əməliyyat  sistemi  əmrlərin  və  parametrlərin  insan  üçün 
münasib  olan  formada  daxil  edilməsini, hesablayıcı sistemin  resurslarının 
paylanmasının  əlaqələndirilməsini  təmin  edən  komponentlərə  və 
aparaturanın  diaqnostikası,  müxtəlif  daşıyıcılardan  verilənlərin  üzünün 
köçürülməsi,  verilənlərin  dəyişdirilməsi  və  bərpası  və  s.  kimi  standart 
funksiyaların icrasını təmin edən proqramlara malikdir. Əməliyyat sistemi 
vahid düşüncə ilə əlaqələndirilmiş müəyyən ardıcıllığa malik olan əməllərin 
təsviri vasitələrinə də malikdir. Bu ardıcıllıq, adətən, əmr faylı adlandırılır. 
İstənilən  yüksək  səviyyəli  proqramlaşdırma  dilinin  təməlində  tipik 
emal vahidlərinin, yəni operandların və  emalın təməl konstruksiyalarının, 
daha  doğrusu,  operatorların  təyin  edilməsi  ideyası  dayanır.  Tipik  emal 
vahidləri dedikdə, verilən tipləri (məsələn, tam, həqiqi, sətri və s.) nəzərdə 
tutulur. Emalın təməl konstruksiyaları dedikdə, praktiki olaraq bütün 
1 2 4  


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə