Dərslik kimi tövsiyyə edilmişdir. B a k I 1 Redaktoru: Rəy verənlər Dizayner: Naşir



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə32/47
tarix17.09.2018
ölçüsü2,26 Mb.
#69028
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   47

E L E K T R O N   B İ Z N E S  
yüksək  səviyyəli  dillərdə  rast  gələn  mənimsətmə,  budaqlanma  və  dövr 
operatorları, həmçinin prosedur və ya altproqramların təsviri operatorları, 
operator mötərizələri, seçmə konstruksiyası, bəzi dillər üçün xarakterik olan 
sətrlər üzərində xüsusi əməl operatorları nəzərdə tutulur. 
İnformasiya  emalı  sisteminin  inkişafının  ikinci  mərhələsində 
verilənlərin  emalı  sisteminin  hazırlanması  prosesi  tədricən  "emalatxana" 
elementlərini  İtirərək  "sənaye"  əlamətləri  qazanmağa  başladı.  Bezdirici 
işlərin fəal axtarışına başlandı. Verilənlərin emalı prosesləri dəqiqləşdirildi və 
unifikasiya edildi. Bütün bunların avtomatlaşdırılması üçün dil və proqram 
vasitələri  yaradıldı.  Aparaturanın  dəyərinin  xüsusi  çəkisi  durmadan 
azalmağa başladı. Bunun əvəzində proqram təminatının dəyəri durmadan 
artdı. Çünki hər bir yeni məsələnin həlli üçün yeni proqram tərtib edilirdi. 
Praktiki olaraq verilənlər üzrə proqramların uyuşanlığına diqqət ayrılmırdı. 
İnformasiyanın daxil edilməsi yenə də baha olaraq qalırdı. Hər bir məsələnin 
özünəməxsus verilənlərinin olması külli miqdarda lazımsız təkrarlanmalara 
səbəb olurdu ki, bu da əlavə vəsait itkisi demək idi. 
Bu vəziyyətdən çıxış yolu verilənlərin emalı sistemi üçün xarakterik 
olan  funksiyaların  İcrasını  avtomatlaşdıran  dil  və  proqram  vasitələrinin 
yaradılmasından ibarət idi. 
Bu məsələlər informasiya emalı sistemlərinin avtomatlaşdırılmasının 
inkişafının üçüncü mərhələsində həll edildi. Bu mərhələnin xüsusiyyəti odur 
ki, kompakt (yığcam) saxlanan verilənlərə çoxsaylı istifadəçilərin operativ 
müraciət  edə  bilməsinə  imkan  verən  texniki  qurğular  -  böyük  tutumlu 
birbaşa müraciətli yaddaş qurğuları və displeylər, həmçinin maşın yönümlü 
rabitə vasitələri meydana çıxdı. İnformasiyanın 
1 2 5  


E L E K T R O N   B İ Z N E S  
(verilənlərin)  mərkəzləşdirilmiş  toplanması  (yığılması),  operativ  qaydada 
axtarışı və düzəliş edilməsi imkanının yaranması İdarəetmənin informasiya 
təminatında  ciddi  keyfiyyət  dəyişikliklərinin  olacağını  xəbər  verirdi.  Lakin 
tərəqqiyə müvafiq proqram təminatının yaradılmasının ləng inkişafı mane 
olurdu.  Buna  görə  də  yaradılan  proqram  kompleksləri  istifadəçilərin 
informasion  tələblərini  təmin  etməklə  yanaşı,  həm  də  peşəkar 
proqramçıların əməyinə qənaət edilməsi baxımından sərfəli olmalı idi. 
Bu  məsələnin  həlli  üçün  bilavasitə  proqramlaşdırma  dillərindən 
istifadə  əvəzinə  istifadəçinin  avtomatlaşdırılmış  sistemlə  daha  yüksək 
səviyyəli ünsiyyət vasitələrinin yaradılması və gerçəkləşdirilməsi lazım idi. 
Yəni  sistemin  dilini  istifadəçinin  sorğu  formalaşdırdığı  təbii  dilə 
yaxınlaşdırmaq tələb olunurdu. 
İnformasiyanın (verilənlərin) mərkəzləşdirilmiş qaydada saxlanması 
və  emalı  yalnız  verilənlər  sistemində  saxlananlar  barədə  istifadəçilərin 
razılaşdırılmış  təsəvvürünün  təmin  edilməsi  yolu  ilə  mümkün  idi.  Lakin 
müxtəlif  istifadəçi  qruplarının  verilənlər  sistemində  saxlananlar  barədə 
təsəvvürləri  həmin  qrupların  məqsədlərini  əks  etdirdiyindən,  bir-birindən 
kəskin fərqlənə biləndir. Buna görə də bu təsəvvürləri razılaşdırmaq üçün 
xüsusi mexanizmlər və müvafiq proqram vasitələri tələb olunurdu. Həm də 
bu halda verilənlərin təsviri (təqdimatı) və tətbiqi proqramlar nə verilənlərin 
saxlanmasının fiziki təşkilinin dəyişilməsi zamanı, nə də yeni təsəwürlü yeni 
istifadəçilərin sistemə daxil edilməsi zamanı heç bir dəyişikliyə uğramamalı 
idi. 
Beləliklə, informsiyanın avtomatlaşdırılmış emalı sisteminin proqram 
təminatının təkamülü prosesində yuxarıda 
126 


E L E K T R O N
  B I Z N E S
 
sadalanan problemlərin kompleks şəkildə həllini nəzərdə tutan "verilənlər 
bazasının  idarə  edilməsi  sistemi"  (VBİS)  adlanan,  adi  proqramlaşdırma 
dillərindən daha yüksək səviyyəli proqramlar kompleksi meydana çıxdı. 
Müasir  avtomatlaşdırılmış  informasiya  emalı  sistemləri  üçün 
xarakterik olan 2 cəhəti qeyd etmək olar: 
1.
 
Ümumi verilənlər bazasından istifadə etməklə müxtəlif 
istifadəçilərin həll etdiyi cürbəcür məsələlər; 
2.
 
Verilənlərin saxlanması və emalı üçün istifadə edilən 
aparat vasitələrinin daim yaxşılaşdırılması. 
Bu  baxımdan  VBİS-in  yaxşılaşdırılması  fiziki  və  məntiqi  sərbəstlik 
aspektlərini özündə birləşdirir. 
Verilənlərin məntiqi sərbəstliyi dedikdə, mövcud tətbiqi proqramların və 
verilənlərin  emalı  texnologiyalarının  dəyişməz  qaldığı  halda  verilənlərin 
məntiqi quruluşunun dəyişdirilə bilməsi imkanı nəzərdə tutulur. Bu mənada, 
hər hansı informa- sion obyektin emal ediləcək xarakteristikalarının sayının 
artırılması və azaldılması nisbətən tipik situasiya sayılır. 
Verilənlərin fiziki sərbəstliyi dedikdə, tətbiqi proqramları və verilənlərin 
məntiqi strukturunu yenidən qurmadan verilənlərin fiziki təşkilinin dəyişdirilə 
bilməsi  imkanı  nəzərdə  tutulur.  Bu  baxımdan,  verilənlərin  kiçik  tutumlu 
yaddaşdan daha iri tutumlu yaddaşa köçürülməsi nisbətən tipik situasiya 
sayılır. 
Fərdi EHM-lər istehsalı texnologiyasının iti sürətlə təkmilləşdirilməsi 
ona gətirib çıxardı ki, informasiyanın emalı üçün böyük EHM-lərdən istifadə 
edilməsi  iqtisadi  cəhətdən  məqsədəuyğun  olmadı.  Çünki  kompüterə 
nisbətən  EHM-lərdə  emalın  maya  dəyəri  qat-qat  yüksək  olduğu  halda, 
məhsuldarlıq xeyli azdır. 
1 2 7  


E L E K T R O N   B İ Z N E S  
Verilənlərin emalı texnologiyasını təsvir edərkən bir sıra terminlərdən 
istifadə  edilir  ki,  bunlardan  da  nisbətən  daha  vacib  və  əsas  olanlar 
aşağıdakılardan İbarətdir: 
Server  -  digər  proseslərin  sorğularına  xidmət  göstərilməsini 
təmin  edən  məntiqi  prosesdir.  Xidmət  göstərilməsi  üçün  sorğu 
gəlməyincə server başa çatdırılmış prosesin nəticələrini göndərmir. 
Serverin funksiyası sorğuya təşəbbüs edildikdən sonra xidmətin və 
əlaqələrin sinxronlaşdırılmasının idarə edilməsindən ibarətdir. 
Müştəri  -  xidmət  göstərilmək  üçün  serverə  sorğu  göndərən 
prosesdir.  Göründüyü  kimi,  bu  kontekstdə  müştəri  və  serverin 
texniki  (aparat)  aspekti  arxa  plana  keçirilir.  Müştərinin  serverdən 
fərqi  odur  ki,  tranzaksiyanı  müştəri  başlayır,  server  isə  onu  başa 
çatdırır.  Müştərinin  funksiyası  təşəbbüs  göstərmək,  serverin 
funksiyası təşəbbüsə cavab verməkdir. 
"Müştəri-server" arxitekturasının əsas təyinatı serverin idarə etdiyi 
verilənlərə  müraciəti  reallaşdıran  tətbiqi  proqramlarla  müştərini  təmin 
etməkdən ibarətdir. "Müştəri- server" arxitekturası bir serverdən bir-neçə 
müştərinin birgə səmərəli istifadə etməsinə imkan verir. 
"Müştəri-server" texnologiyasından istifadə edilərkən sorğuların VB 
serverinə  ötürülməsinin  və  bu  sorğulara  alınmış  cavabların  müştəriyə 
qaytarılmasının 
səmərəli 
idarə 
edilməsi 
hesabına 
paylanmış 
avtomatlaşdırılmış  sistemlər  yüksək  məhsuldarlıq  nümayiş  etdirir. 
Müştərinin  tətbiqi  proqramları  VB  serveri  ilə  SQL  (Verilənlər  bazası  ilə 
işləmək üçün yönəldilmiş dildir) dilinin köməyi ilə qarşılıqlı fəaliyyət göstərir. 
Müştəri sorğusu SQL dilində işləndikdən sonra VB serveri yalnız 
1 2 8  


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə