Dərslik kimi tövsiyyə edilmişdir. B a k I 1 Redaktoru: Rəy verənlər Dizayner: Naşir



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə33/47
tarix17.09.2018
ölçüsü2,26 Mb.
#69028
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   47

E L E K T R O N
  B I Z N E S
 
sorğunu  təmin  edən  verilənləri  müştəriyə  qaytarır.  Şəbəkə  VBİS-i  fərdi 
VBİS-dən  məhz  bununla  fərqlənir.  Belə  ki,  fərdi  VBİS-də  axtarılan 
verilənlərin  saxlandığı  fayla  sorğu  alınan  kimi,  həmin  fayi  şəbəkə  İlə 
bütünlüklə müştərinin kompüterinə ötürülür ki, burada da istifadəçi krlterlsi 
üzrə verilənlər seçilir. Bu sorğuların əksəriyyətində verilənlərin cəmi 1%-i 
seçilir, lakin şəbəkə trafıkl olduqca yüksək olur ki, bu da arzuolunmaz haldır. 
Çünki şəbəkə lazımsız verilənlərin ötürülməsi ilə yüklənir. İstifadəçilərin sayı 
çox olduqda şəbəkə tıxacı qaçılmaz olur. 
Konkret  hesablayıcı  sistemdə  müştəri  ilə  server  arasında  əlaqə 
müxtəlif  üsullarla  gerçəkləşdirilə  bilər.  Belə  ki,  bu  məqsəd  üçün  lokal 
hesablayıcı  şəbəkə  vasitələrindən,  məsələlərarası  əlaqələrin  təşkili 
üsulundan, məsələn, birgə istifadə edilən yaddaşdan və ya elektron poçtdan 
istifadə  etmək  mümkündür.  Lakin  yüksək  səviyyə  arxitekturası  əlaqə 
yaratmaq  üsulundan  asılı  olmamalıdır.  Bu  arxitektura  şəffaf 
rekonfiqurasiyanı (Xarici görünüşün dəyişilməsi) və hətta müştəri ilə server 
arasında  əlaqə  interfeysini  təmin  edən  proqramların  yerdəyişmələrini 
dəstəkləyir.  Bu  isə  o  deməkdir  ki,  əlaqə  yaratmaq  üsulunun  dəyişilməsi 
tətbiqi  proqramları  və  VB-nin  emalı  proqramlarını  dəyişdirmir.  Bu  halda 
müştəri  ilə  serverin  şəbəkənin  müxtəlif  düyünlərində  yerləşməsi  məcburi 
deyildir. 
İNFORMASİYA SERVERLƏRİ VƏ UNİVERSAL 
MÜŞTƏRİLƏR 
İnternet texnologiyalarının təməlində duran əsas ideyalardan biri universal 
müştəri və informasiya serverləri 
1 2 9  


E L E K T R O N
  B I Z N E S
 
konsepsiyasıdır.  Universal  müştərinin  (brauzerin)  serverlərlə  qarşılıqlı 
fəaliyyəti vahid HTTP (Hipermətnin ötürülməsi protokolu^ protokolu üzrə, 
sənədin  izahı  və  vizuallaşdırılması  isə  HTML  hipermətnin  pərakəndə 
(səpələnmiş)  yerləşdirilməsi  dili^  dilinin  köməyi  ilə  təmin  edilir.  Nə 
protokolu,  nə  də  HTML  dili  müştərinin  proqram  təminatının  İcra  edildiyi 
platformadan  asılı  deyildir,  internet  texnologiyaları  üçün  xarakterik  olan 
müştəri yalnız axtarış, formatlaşdırma və informasiyaya baxış vasitəsidir. 
Yəni  müştəri  biznes  məntiqini  reallaşdıran  alqorltmlərlə  bağlı  funksiyaları 
yerinə-yetirmir. 
İnformasiya  serverinin  funksiyası  -  sorğuya  uyğun  hipermətn 
sənədinin  səhifələrini  müştəriyə  ötürməkdən  ibarətdir.  İnformasiya 
serverinin  funksionallığı  və  səmərəliliyi  səhifələrin  formalaşdırılması 
texnologiyasından 
əhəmiyyətli 
dərəcədə 
asılıdır. 
Səhifələrin 
formalaşdırılmasında  iştirak  edən  proseslərin  ayrılması  (bölünməsi, 
parçalanması) verilənlərin emalının paylanmış təşkilinin səmərəli üsuludur. 
Proqram-  aparat  resurslarının  düşünülmüş  ayrılması  (bölünməsi, 
parçalanması)  müxtəlif  istismar  variantları  üçün  informasiya  serverinin 
məhsuldarlığının yüksək səviyyəsinə nail olmağa imkan verir. 
İnternetdə  ikiəlaqəli  və  çoxəlaqəli  sistemlərdən  istifadə  edilir. 
İkiəlaqəli  sistemdə  informasiya  serveri  müştəri  ilə  birbaşa  qarşılıqlı 
fəaliyyətdə olur. Çoxəlaqəli sistemdə müştəri informasiya serveri ilə və ya 
tranzaksiya serveri ilə, bu İsə, öz növbəsində, verilənlər bazası serveri və ya 
proqram  əlavələri  serveri  ilə  qarşılıqlı  fəaliyyətdə  ola  bilir.  Çoxəlaqəli 
sistemdən istifadə edildikdə düyünlərə düşən yükün yenidən paylanması 
imkanından  yararlanmaqla  sistemin  çevikliyini  artırmaq  və  bununla  da 
sistemin işləkliyini yüksəltmək mümkün olur. 
1 3 0  


E L E K T R O N
  B I Z N E S
 
Universal  müştərinin  funksionallığının  serverlə  əks-  əlaqənin 
yaradılması yolu ilə genişləndirilməsi üçün Java dilindəki apIetlərdən İstifadə 
edilir. ApIet - serverdə universal bayt-kodda saxlanan və müştəri tərəfindən 
sonrakı  interpretasiya  (şərh)  üçün  yüklənən  tətbiqi  proqramdır.  Kodun 
interpetasiyası  universal  müştərinin  (brauzerin)  proqram  təminatında 
yaradılmış virtual Java-maşın vasitəsilə həyata keçirilir. 
QEYl>. 
(ingiliscə appiet) appiication sözündən 
əmələ  gəlmədir,  əlavə  (qoşma)  və  kiçiltmə  şəkilçiləri  (let) 
sözbirləşməsindən yaranmışır) dedikdə əsas qoşmadan kənarda, heç 
bir  mənası  olmayan  məhdud  bir  məsələnin,  mötəbər  əlavəyə  malik 
olan başqa kontekst ilə birgə işləməsi başa düşülür. Appiet müstəqil 
olmayan proqram təminatı komponentindən ibarətdir. ____________  
Verilənlərin emalı sistemlərinin inkişafının növbəti məntiqi mərhələsi 
müştəri-server  texnologiyaları  ideyalarının  daha  yüksək  abstrateiya 
səviyyəsinə  keçirilməsindən  ibarətdir.  Bu,  VBİS-in idarə  etdiyi  verilənlərə 
universal  müştəri  mühitindən  müraciətin  mümkünlüyüdür.  Müəssisələrin 
böyük  əksəriyyəti  üçün  İnternet/İntranet  infrastrukturuna  inteqrasiya 
olunmaqdan  ötrü  müəyyən  informasiya  massivləri,  verilənlərlə  işləyən 
informasiya sistemləri mövcud olmalıdır. 
İnformasiya  serverinin  proqram  təminatı  kənar  verilənlərin 
təqdimatını  və  İstifadəçi interfeysini  standartlaşdırır,  VBİS  isə  verilənlərin 
saxlanmasını  və  idarə  edilməsini  təşkil  edir.  İstifadəçi  kompüterində 
qurulacaq  yeganə  proqram  və  istifadəçinin  öyrənməli  olduğu  yeganə 
proqram universal 
1 3 1  


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə