Dərslik kimi tövsiyyə edilmişdir. B a k I 1 Redaktoru: Rəy verənlər Dizayner: Naşir



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə27/47
tarix17.09.2018
ölçüsü2,26 Mb.
#69028
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   47

E L E K T R O N
  B I Z N E S
 
VƏ 
ərzağın, həmçinin mal dövriyyəsinin infrastrukturunun yaradılmasını 
öyrənən elm sahəsidir. 
Loqistika termini əvvəlcə hərbi qüvvələrin intendantlıq (ordunun 
hərbi  təsərrüfat  işlərinə  baxan idarə)  qulluğunda istifadə  olunmuşdur. 
Loqistika yunancadan tərcümədə "hesablama bacarığı" anlamını verir. 
İmperator VI Lvanın (865-912-ci İllər) sarayında saray əhlinə ərzaqların 
bölünməsinə  rəhbərlik  edən  şəxsi  "loqistik"  adlandırmışlar.  Loqistik 
metodların inkişafı müxtəlif zamanlarda da müşahidə edilir. 1572-ci ildə 
ispan  hüquqşünası  və  iqtisadçısı  Xuan  Polo  de  Ondeqardo  yazdığı 
traktatlarda loqistika haqqinda məlumatlar verir. 
Termini rus dilinə XIX əsrin əvvəllərində fransız hərbi mütəxəssisi 
Antuan Jomini daxil etmişdir. 
ELEKTRON TİCARƏTİN UĞURUNU TƏYİN EDƏN 
AMİLLƏR 
Elektron ticarətin liderləri üçün lazım olan keyfiyyət 'VC - content - 
commitment  -  communities  -  controf'  konsepsiyasında  təsvir  edilən  uğur 
reseptinə  uyğundur.  Qısaca  olaraq  bu  konsepsiya  aşağıdakı  zəruri 
komponentlər şəklində ifadə edilə bilər: 
1.Orijinal və ya inkişaf etmiş ölkələrin elektron bazarlarında özünü 
yaxşı  cəhətdən  göstərmiş  İdeya  və/və  ya  bazarın  spesifik 
seqmentində yaxşı mövqe (məzmun - content)) 
2.
 
İşlənib hazırlanmış 
siyasətin 
ardıcıl həyata 
keçirilməsində şirkətin 
menecerlərinin çalışqanlığı, 
105 


E L E K T R O N   B İ Z N E S  
indakarlığı  və  sözündən  dönməzliyi  (sədaqət,  məcburilik  - 
commitment)) 
3.
 
Təklif edilən mal və xidmətlərin satışı və loyal (Qanun dairəsində 
hərəkət etmə, qanuna müvafiqlik) müştərilərin stimullaşdırılması və 
maraqlar  üzrə  qrupların  yaradılması  üçün  konkret  məqsəd 
auditoriyasının seçilib ayrılması (ümumilik, birlik - communities)) 
4.
 
Yüksək ixtisaslı mütəxəssislər qrupu tərəfindən həyata keçirilən 
yeni  texnologiyaların  tətbiqi  ilə  bağlı  qeyri-  məhsuldar 
xərclənmələrdən  sığortalanmış  maliyyələşdirmə  prosesi  də  daxil 
olmaqla layihənin İnkişafının sərt idarə edilməsi (idarəetmə - controi). 
Qazanılmış  mövqeyin  əldə  saxlanması  üçün  şirkətlər  "4C" 
konsepsiyası üçün böyük əhəmiyyət kəsb edən aşağıdakı əlavə amilləri də 
ciddi surətdə diqqət mərkəzində saxlamalıdırlar: 

 
İnformasiya texnologiyaları, telekommunikasiyalar, reklamlar və s. 
sahələrdə  fəaliyyət  göstərən  daha  səriştəli  və  etibarlı 
biznes-tərəfdaşlarla 
möhkəm 
uzunmüddətli 
əlaqələrin 
yaradılması; 

 
Həyata  keçirilən  layihənin  elektron  istehlak  bazarının  dəyişən 
tələblərinə  uyğun  gələcək  inkişaf  imkanlarını  nəzərə  alan 
dinamikliyi və çevikliyi; 

 
Qarşıya  qoyulmuş  məqsədlərə  çatdıqca,  elektron  ticarətin  yeni 
üfüqləri və istiqamətləri meydana gəldikcə, fəallığı artırmaq imkanı 
və layihənin genişləndirilməsinin təmin edilməsi. 
Elektron ticarətin vəziyyətini əczaçılıq sənayesinin timsalında izləyək. 
Əczaçılıq  bazarı  daha  perspektivli  istehlak  malları  bazarıdır.  Bu  bazar 
həcminə  görə  ərzaq  bazarı  ilə  müqayisə  edilən  olsa  da,  mütəxəssislər 
bunun daimi sürətlə 
106 


E L E K T R O N
  B I Z N E S
 
genişləndiyini  söyləyirlər.  Bəzi  mal  kateqoriyaları  üzrə  Rusiya  əczaçılıq 
bazarı 2000-ci ildə 2 dəfə genişlənmişdi. 
2000-ci ilin sonuna Rusiya əczaçılıq malları istehsalçılarının 40%-lik 
payı  3-5%  azalmışdı.  Lakin  bu  azalma,  mütəxəssislərin  fikrincə,  Rusiya 
istehsalının azalması hesabına deyil, əczaçılıq bazarının kəskin genişlənməsi 
hesabına  baş  vermişdir.  Beiəliklə,  Rusiya  dərman  istehsaiçıiarı  sadəcə 
oiaraq iazımi istehsal həcmini təmin edə biimiriər. Bəzi ekspert qiymətiərinə 
görə, Rusiya əczaçıiıq malları bazarının ümumi tutumu 2,25 milyard dollar 
təşkil  etdiyi  halda,  bu  məhsulları  istehsal  edən  Rusiya  zavodlarının  illik 
istehsal  həcmi  850  milyon  dolları  aşmır.  Bunun  əsas  səbəbi  istehsal 
gücünün deyil, xammal və qablaşdıncı materialların çatışmazlığıdır. 
Rusiyaya idxal olunan əczaçılıq mallarının xüsusi çəkisi 56% təşkil 
edir. 
İnformasiya  texnologiyalarının  daha  geniş  tətbiq  edildiyi  sahə 
əczaçılıqdır. Bu sahəyə aid müəssisələrin: 30%-i İnternetdən İstifadə edir; 
43%-l öz informasiya serverindən istifadə edir və ya bu serveri yaratmağa 
hazırlaşır;  30%-i  reklam  üçün  e-maH  -  yayımdan  istifadə  edir;  43%-i 
İnternetdən reklam yerləşdirmək üçün istifadə edir. 
Rusiyanın  əczaçılıq  malları  bazarında  mövcud  olan  lazımi 
informasiyaya  əlçatanlığın  mümkün  olmaması  problemi  tədricən  həll 
edilməkdədir. Əczaçılıq təşkilatlarına informasiya xidməti göstərən tematik 
tibbi  portalların  xidmətlərinə  tələbat  daha  çoxdur, 
www.medprom.ru
 
portalında  qeydiyyatdan  keçmiş  təşkilatlar  elektron  poçtdan  istifadə 
göstəricisinə görə aşağıdakı xarakteristikalar nümayiş etdirir: 
• İstehsalçılar -39,1%; 
•Tibb müəssisələri -0,3%; 
107 


E L E K T R O N   B İ Z N E S  
•Ticarət təşkilatları -13,8%; 

 
Nümayəndəliklər -21%; 

 
Profilli nəşriyyatlar -25%. 
İnternetin Rusiya seqmentində mövcud olan iri əczaçılıq şirkətlərinin 
informasiya  serverlərinin  yalnız  20%-i  rus  dilli  tam  funksional  serverdir. 
Əczaçılıq məhsulu istehsal edən heç bir fabrikin informasiya serveri yoxdur. 
Rusiya  əczaçılıq  mallarının  elektron  bazarı  əsasən  ticarət  firmalarında, 
həmçinin  İnternet  vasitəsilə  pərakəndə  ticarət  həyata  keçirən  firma 
apteklərində (əczaxanalarında) formalaşır. 
Tibbi  xidmətlər  və  dərmanlar  bazarı  dövlət  tərəfindən  ciddi 
tənzimlənən sahələrə aidddir. 
Əczaçılıq mallarının elektron bazarı səhiyyə sahəsinin ən çox inkişaf 
edən  seqmentidir.  Bunun  daxilində  stomatologiya  və  tibbi  texnika 
seqmentləri daha sürətlə inkişaf edir. 
Elektron  ticarət  meydançalarının  əsas  obyektləri  aşağıdakılardan 
ibarətdir: 
Avadanlıqlar və alətlər; 
Həkimlərin və xəstələrin istifadə etdiyi materiallar; 
İnformasion və maarifləndirici proqramlar və nəşrlər. 
İNFORMASİON XİDMƏTLƏR 
Elektron  ticarətin  əsas  üstünlüklərindən  biri  mal  və  məhsulların 
istehsalçıları ilə istehlakçıları arasında mövcud olan əlaqə zəncirindəki aralıq 
həlqələrin sayını ixtisar etməsidir. İngilis dilli ədəbiyyatda 
bu 
proses 
dezintermediasiya 
{disintermediation) adlanır. Yəni bu baxımdan, İnternet texnologiyaları həm 
də  malgöndərmə  mexanizmlərinin  təkmilləşdirilməsinə  yönəldilmişdir. 
Lazım olan vaxtda 
1 0 8  


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə