Dərslik kimi tövsiyyə edilmişdir. B a k I 1 Redaktoru: Rəy verənlər Dizayner: Naşir



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə24/47
tarix17.09.2018
ölçüsü2,26 Mb.
#69028
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   47

E L E K T R O N
  B I Z N E S
 
QEY!>. 
Emitent  (ingiliscə  issuer  sözündən  yaranmadır)  öz 
fəaliyyətini və maliyyə işlərini inkişaf etdirmək üçün təşkilat tərəfindən 
buraxılan (emitirlənən) qiymətli kağızlardır. 
Emitent kimi hüquqi şəxs, icra hakimiyyəti orqanı və ya özünü 
idarə edən yerli orqan və ya (idarə) hesab olunur. Bu orqanlar qiymətli 
kağıza  malik  olan  şəxslər  qarşısında  onların  hüquqlarının  həyata 
keçirilməsində və müdafiə edilməsində çavabdehlik daşıyırlar. 
Emitent kimi hakimiyyətin icra orqanı, yerli idarəetmə orqanı və 
ya hüquqi şəxs çıxış edə bilər. Bu idarələr (və ya şəxs) müəyyən edilmiş 
qanuna  uyğun  olaraq  təyin  olunmuş  şərtlər  daxilində  dövriyyəyə 
buraxılan  pulun,  İstiqraz  vərəqəsinin,  aksiyanın  və  digər  qiymətli 
kağızların  və  sənədlərin  (həmçinin  kredit  kartlarının,  nəqliyyat 
çeklərinin) buraxılmasında yaxından köməklik etməlidirlər. Emitent öz 
adından  qiymətli  kağız  sahibi  qarşısında  öhdəçilik  daşımaqla  yanaşı 
onların  (bu işlərə  cavabdeh  şəxslərin)  hüquqlarının  qorunmasında  da 
böyük rol oynayır. 
Emitent iki funksiyanı yerinə yetirməlidir: 
1.
 
Qiymətli kağızın buraxılmasına haqqının (hüququnun) olması; 
2.
 
Qiymətli kağızların buraxılması ilə bağlı işə təhkim edilməsi və 
bu işin həyata keçirilməsində götürdüyü öhdəçiliyə əməl etməsi. 
Bəzi  hallarda  emitent  bu  əməliyyatı  üçüncü  şəxsə  də  tapşıra 
bilər,  amma  bütün  hallarda  qiymətli  kağızların  buraxılmasına 
götürülmüş öhdəçilik onun öhdəsindədir. Belə olan halda üçüncü şəxs 
buraxılmış qiymətli kağızlardan ancaq mükafat kimi ala bilər. _______  
9 3  


E L E K T R O N
  B I Z N E S
 
Bundan əlavə, adətən, elektron ticarətin komponentlərinin qarşılıqlı 
fəaliyyətini həyata keçirən və elektron ticarət aparan müəssisənin fəaliyyət 
göstərməsi üçün informasiya dəstəyi verən əlavə proqram-aparat təminatı 
(mühasibat sistemi, anbarın idarə edilməsi sistemi və s.) da mövcud olur. 
İxtiyari  elektron  ticarət  texnologiyası  üçün  ayrıca  və  məcburi  bir 
element var ki, bu da ödəmə sistemidir. Bu sistem alıcı, mağaza və bank 
arasında hesablaşmaları həyata keçirir. 
ELEKTRON MAĞAZA 
YARADILARKƏN
 
HƏLL
 
EDİLƏN
 
ƏSAS
 
MƏSƏLƏLƏR 
Formal cəhətdən elektron mağazanın yaradılması problemi kifayət 
qədər  sadə  və  aydındır.  Yəni  aşağıdakı  məsələlərin  həllini  təmin  edən 
informasiya serveri yaratmaq lazımdır: 

 
Malların aktual vəziyyəti kataloqunun nəşr edilməsi; 

 
 Malın satın alınması üçün müştəri sifarişinin formalaşdırılması; 
•Anbardan və ya kənar malgöndərəndən mal alınmaslına dair 
sifarişin formalaşdırılması; 

 
Malın müştəriyə çatdırılmasının müşayiət edilməsi; 

 
Malın haqqının alınması. 
Sadə halda İnternet infrastrukturu potensial müştəriyə informasiya 
çatdırılması və onun niyyəti barədə informasiya alınması üsulu kimi istifadə 
edilir. Nisbətən mükəmməl variantda İnternet həm də mağaza bölmələri və 
malgöndərənlər arasında informasiya mübadiləsi mühiti kimi istifadə edilir. 
9 4  


E L E K T R O N   B İ Z N E S  
Elektron mağazanın informasiya nüvəsi - malların kataloqu və onun 
informasiya  serverində  təqdim  edilməsidir.  Düşünülmüş  təsnifatla  yaxşı 
strukturlaşdırılmış  kataloqun  yaradılması  peşəkar  əmtəəşünas  işidir. 
Malların  elektron  şəkilləri  və  mətn  təsvirləri,  yəni  malın  istehlak 
keyfiyyətinin dəqiq təsviri heç də az vacib məsələ deyil, çünki yalnız bu yolla 
alıcı  diqqətini  cəlb  etmək  mümkündür.  Qrafik  materialların  yüklənməsi 
xüsusiyyətlərini də nəzərə almaq lazımdır. Yaxşı şəklin yüklənməsinə çox 
vaxt  gedir,  buna  görə  də  şəkli  azı  iki  keyfiyyət  variantında  hazırlamaq 
məqsədəuyğundur.  İnformasiya  serveri  işlənib  hazırlanarkən  məqsəd 
auditoriyasında malların ənənəvi təsnifatı gözlənilməlidir. Çünki, məsələn, 
kitab  mağazalarında  artıq  çoxdan  qərarlaşmış  bölmələr  mövcuddur. 
İstifadəçilərin  əksəriyyəti  elelÄron  mağazada  həmin  strukturu  görməyə 
üstünlük verir. 
İnformasiya serverinin məzmunu təkcə malların təsnifləşdiricisi ilə 
məhdudlaşmır.  İnkişaf  etmiş  axtarış  serverinə  həmişə  ehtiyac  vardır. 
Avtomatik məsləhətçi və ya maraq doğuran mallara iqtibas formalaşdıran 
sistemlər daha yaxşıdır. 
Malların alıcı reytinqlərinin və ya ekspert rəylərinin hazırlanması və 
dəstəklənməsi  vasitələrinin  formalaşdırılması  xüsusi  qərar  (seçim) 
predmetidir.  Mal  haqqında  rəyin  yoxluğu  və  ya  azlığı  həmin  malın 
seçilməsinə mənfi təsir göstərə bilir. Bundan əlavə, nəzərə almaq lazımdır 
ki, serverə təkrar müraciət etməyə və mal haqqında müsbət rəy yazmağa 
hazırlaşan İnsanlar, maldan narazı olanlardan və bu narazılıqlarını  ətraflı 
şəkildə bildirmək istəyənlərdən qat-qat azdır. 
Elektron  mağazanın  dizaynı  xüsusi  diqqət  tələb  edir.  Materialın 
təqdimat forması, naviqasiya (axtarış) və mal seçimi 
9 5  


E L E K T R O N
  B I Z N E S
 
Üzrə  baza  əməliyyatlarının  sadəliyi,  aparaturanın  fərqli  xüsusiyyətlərinin 
(məsələn, manitorun palitra imkanlarının) nəzərə alınması potensial alıcıya 
mühüm təsir göstərir. Elektron mağazanın interfeysinin qurulmasının hamı 
üçün  ümumi  olan  əsas  qaydası  funksionallıqdır.  Dizaynerin  vəzifəsi 
funksionallığı  saxlamaqla  mağazaya  xarakterik  cəlbedici  xarici  görünüş 
verməkdir. 
Növbəti  məsələ  -  alıcı  niyyəti  barədə  informasiyanın  alınması  və 
emalı vasitələrinin işlənib hazırlanmasından İbarətdir. Elektron mağazada 
mal alışı prosesi, bir qayda olaraq, seçilmiş malın səbətə yerləşdirilməsindən 
və  sifarişin  rəsmiləşdirilməsindən  ibarətdir,  äfarişin  rəsmiləşdirilməsi 
dedikdə,  anbara  və  malın  müştəriyə  çatdırılmasına  dair  sifarişlərin 
formalaşdırılması ilə bağlı elektron və kağız sənədlərin hazırlanması nəzərdə 
tutulur. Müvafiq sənədlərin hazırlanmasının avtomatlaşdırılması səviyyələri 
müxtəlif  ola  bilər.  Sənəd  dövrüyyəsinin  ənənəvi  variantı  menecerlərin 
şübhəli idarəedici əmrlərindən istifadəyə əsaslanır ki, bu da sifarişlərin daim 
itirilməsinə, səhv salınmasına və müştərinin əldən verilməsinə səbəb olur. 
Sifarişlərin  rəsmiləşdirilməsinin  bu  variantı  mağazanın  klberfəzada 
hərəkəti ilə bağlı üstünlüyü heçə endirir. Sifarişlərin verilənlər bazası, sənəd 
dövrüyyəsi  sistemi,  sifarişlərin  icrasının  müşayiət  edilməsi  sistemi  və 
müştərilərin  verilənlər  bazasının  (onların  kredit  tarixçəsi  göstərilməklə) 
inteqrasiya  edilməsi  nəticəsində  yaranan  alternativ  variant  korporativ 
mədəniyyət  və  texnologiya  sahəsində  ciddi  dəyi-  şiklilər  edilməsini  tələb 
edir. Çünki bu dəyişiklllər edilmədən klberfəzada gerçək iqtisadi fəaliyyət 
göstərmək mümkün deyildir. Elektron mağaza - informasiya serverində 
9 6  


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə