Dərslik kimi tövsiyyə edilmişdir. B a k I 1 Redaktoru: Rəy verənlər Dizayner: Naşir



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə21/47
tarix17.09.2018
ölçüsü2,26 Mb.
#69028
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   47

E L E K T R O N
  B I Z N E S
 
işləmənin təşkili vasitələri, verilənlərin idarə edilməsi sistemləri, həmçinin 
vahid interfeyslə axtarış mexanizmləri daxil olmalıdır. 
Müasir təşkilat üçün informasiya resursları korporativ maliyyə və ya 
kadr tərkibi qədər vacibdir. Buna görə də portalın funksiyalarına sadəcə, 
təşkilatın  informasiya  resurslarına  təməl  müraciət  məntəqəsi  kimi  deyil, 
daha geniş miqyasda baxmaq lazımdır. 
Bu tip portalların əsas funksiyası korporativ informasiya resurslarının 
idarə  edilməsindən  ibarətdir.  Təşkilatın  idarə  edilməsinin  informasiya 
təminatının  planlaşdırılması  prosesi  konkret  biznes-prosesdə  məşğul  olan 
şirkət  əməkdaşlarının  informasiyaya  tələbatının  nəzərə  alınması  ilə  sıx 
bağlıdır.  Çox  hallarda  informasiya  təminatına  cavabdeh  olan  bölmələr 
şirkətin  biznes-prosesləri  və  bu  prosesləri  icra  edən  istifadəçilərin 
funksiyaları barədə hərtərəfli və dəqiq informasiyaya malik olmurlar. Lazımi 
informasiyanın  alınması  şirkətin  fəaliyyətinin  xüsusi  analitik  tədqiqini  və 
müəyyən vaxt və maliyyə məsrəflərini tələb edir. 
İnformasiya təminatının planlaşdırılması korporativ portalın köməyi 
ilə  reallaşdırılan  idarəetmə  funksiyalarının  ən  vaciblərindən  biridir.  Portal 
informasiya resurslarının idarə edilməsinin planlaşdırma - nəzarət - təhlil - qərar 
qəbulu  kimi  həlqələrdən  ibarət  zəncirinin  bütün  həlqələrinin  vacib 
komponentlərindən  biri  olmalıdır.  sinfindən  olan  korporativ  informasiya 
sistemləri üzrə iri istehsalçıların bir çoxu {SAP Workplace, Oracle Portal^ iBaan 
Portal) öz məhsullarının komplektinə korporativ portal daxil edirlər. 
Korporativ  portal  tətbiq  edən  təşkilatlar,  artıq,  bir  qayda  olaraq, 
İnformasiya  texnologiyalarına  və  biznes-proseslərin  avtomatlaşdrılmasına 
böyük investisiya qoymuşlar. Portalın 
8 0  


E L E K T R O N
  B I Z N E S
 
qurulması  layihəsinin  ən  vacib  məqsədləri  təşkilatın  informasiya 
infrastrukturuna qoyulmuş vəsaitlərin qorunmasından və bu infrastrukturun 
inkişafı  üçün  qoyulan  investisiyanın  optimallaşdırılmasından  ibarətdir. 
Korporativ portal texnologiyası investisiyaları nəinki dolayı yolla idarə edir, 
həmçinin onların səmərəliliyini bilavasitə qiymətləndirir. 
Gerçək  statistik  məlumatların  toplanmasının  ənənəvi  mexanizmi 
təşkilatın  müştərilərinin  portalda  qeydiyyata  götürülməsindən  və 
informasiya resaurslarına nəzarət edilən müraciətin həyata keçirilməsindən 
ibarətdir.  Çünki  bu  halda  təşkilat  özünün  informasiya  resurslarının  real 
olaraq necə İstifadə edildiyi haqda tam informasiyaya malik olur. Buna görə 
də investisiyaların səmərəliliyi barədə əsaslandırılmış nəticəyə gələ bilir. Bu 
sxemin  gerçəkləşməsi  üçün  müvafiq  menecerlər  müştərilərin  korporativ 
portalda  işləməyə  cəlb  edilməsi  və  qeydiyyata  götürülməsi  üçün  zəruri 
təşkilatı və digər tədbirlər nəzərdə tutmalıdırlar. 
Bu məsələni asanlaşdıran bir-neçə amili qeyd etmək olar: 
•Təşkilatın müştəriləri özlərinə lazım olan bütün informasiyanı toplu 
şəkildə alırlar; 
•Təşkilat nəşr edilən informasiyanın gerçəkliyinə və aktuallığına 
mərkəzləşdirilmiş nəzarəti təmin edir; 
• Portal konkret İstifadəçilər qrupuna yönəlik məxfi informasiyanın 
nisbətən təhlükəsiz nəşrini təmin edə bilər. 
İnformasiya portallarının iqtisadi sxemləri. 
İnformasiya  portalının  yaradılmasına  qərar  verilməsinə  yanaşmanın  2 
variantını  İnternetdə  yaxşı  tanınmış  America-on-  Line  (AOL)
M
^ 
K
5
/
700
/şirkətlərinin timsalında şərh edək. 
8 1  


E L E K T R O N
  B I Z N E S
 
AOL ən iri İnternet xidmətləri provayderidir {ISP), İnternetə müraciət 
kimi baza xidməti ilə yanaşı, AOL elektron poçt, onlayn ünsiyyət xidmətinə 
{Chats),  İnternet  resursları  kataloqlarına,  xəbər  yeniliklərinə,  hava 
haqqında  proqnozlara,  maliyyə  informasiyasına  və  s.  yol  açmaq  kimi 
çoxsaylı  əlavə  xidmətlər  də  təqdim  edir.  AOL  provayderinin  gəlirlərinin 
70%-i  İnternetə  yol  açmaq  xidmətinin  payına  düşür.  Gəlirlərin  20%-i 
reklamdan, 10%-i portal satışı komissionundan əldə edilir. 
Yahoo!  iri  və  daha  yaxşı  tanınmış  informasiya  portalıdır. 
Ka/?oö/portalının əsas biznesi reklam meydançalarının satışıdır. Bu portalın 
gəlirlərinin  90%-i  reklam  hesabınadır.  Buraya:  pullu 
banneHərin 
nümayişindən  gələn  gəlirlər,  sponsor  gəlirləri  və  s  daxildir.  Gəlirin  xeyli 
hissəsi elektron ticarət aparan iri şirkətlərdən daxil olur. 
QEY!>. 
Banner (ingiliscə banner) "bayraq", "tranport" deməkdir. 
Banner  reklam  xarakterli  qrafiki  təsvirdir.  Bannerdən  müştərini  cəlb 
etmək, onu məlumatlandırmaq və ya müəyyən pozitiv imic yaratmaq 
üçün  istifadə  edirlər.  Keçmiş  zamanlarda  banner  kimi  hər-hansı  bir 
ordunun  böyük  döyüşə  hazırlığını  əks  etdirən  əsas  bayrağı  nəzərdə 
tutulurdu. 
İndiki zamanda reklam xarakterli bannerlər şəhərimizin küçə və 
prospektlərini bəzəyirlər. Ədəbiyyatlarda belə bannerlərin 1994-cü ildə 
yaradıldığı  qeyd  edilir.  Banner  dedikdə  parça  (və  ya  qumaş)  kətan 
üzərinə  çəkilmiş  informasiya  xaralierli  və  ya  reklam  məzmunlu 
düzbucaqlı formaya malik təsvir başa düşülür. İndiki zamanda müxtəlif 
bannerlərdən  (məsələn,  banner  kağızdan,  polietilendən,  banner 
parçadan, vanil bannerdən) 
8 2  


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə