Dərslik kimi tövsiyyə edilmişdir. B a k I 1 Redaktoru: Rəy verənlər Dizayner: Naşir



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə18/47
tarix17.09.2018
ölçüsü2,26 Mb.
#69028
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   47

E L E K T R O N
  B I Z N E S
 
mallarının,  valyutanın,  qiymətli  kağızların  və  maliyyə  aiətlərinin 
alış/verişinin  müntəzəm  təşkil  edilməsinin  həyata  keçirilməsini  təmin 
edən hüququ şəxs başa düşülür. Ticarət standart partiyalarla (lotlar ilə) 
yerinə  yetiriılir.  Lotların  ölçüsü  birja  sənədlərinə  uyğun  olaraq 
tənzimlənir. Əvvəllər birja müəyyən adamların (maklerlərin) müəyyən 
saatlarda toplaşdığı yer və ya bina adlanırdı. 
Kompüter əsrinə kimi alver şifahi aparılırdı. İndiki zamanda alver 
xüsusi  hazırlanmış  proqramdan  istifadə  etməklə  elektron  formada 
aparılır.  Birjada  iştirak  edən  brokerlər  öz  marağına  və  ya  müştərinin 
marağına  uyğun  olaraq  qiymətli  kağızların,  valyutanın  alış/verişini 
həyata keçirir. Adətən biija həyata keçirilmiş sövdələşmədən komission 
para alır. Bu da birjanın "yaşamasına" köməklik edir. Biıjanın digər gəlir 
mənbəyi üzvlük haqqı, birja məlumatlarının satışıdır. ______________  
Elektron  biznes  sahəsində  analitik  tədqiqatlar  aparılması  üzrə 
ixtisaslaşmış eMarketer şirkəti bildirmişdir ki, 2000-cl ilin ortalarında 1000-ə 
yaxın 
virtual 
ticarət 
müydançaları 
aktiv 
fəaliyyət 
göstərir.
 
Malgöndərmə zəncirindən səmərəsiz 
həlqələrin çıxarılması hesabına öz rəqabət qabiliyyətlərini artırmağa çalışan 
elektron  birja  iştirakçılarının  sayı  daim  artır.  GartnerGroup-a  daxil  olan 
Dataquest şirkəti göstərir ki, elektron birjalar və onların dövrüyyəsi yüksək 
sürətlə  artmaqdadır.  Belə  ki,  1998-ci  ildə  dövrüyyə  12  milyard  dollar, 
2003-cü ildə isə 1,25 trillion dollar təşkil etmişdir. 
Elektron biıjanın fəaliyyətinin iqtisadi əsası hər bir bağlanmış sazişə
 
görə müəyyən haqq ödəmələrinin 
yığılmasından ibarətdir. Sazişin məbləğindən və birjanın 
7 0  


E L E K T R O N
  B I Z N E S
 
fəaliyyət  sahəsindən  asılı  olaraq  götürülən  komissiyonun  həcmi  1-10% 
arasında  dəyişir.  Komission  satıcıdan,  alıcıdan  və  ya  bütün  saziş 
iştirakçılarından yığıla bilər. 
Elektron  birjaların  bağlanan  sazişlərə  görə  komission  yığımlarını 
mütləq  ifadədə  ödəmək  təcrübəsi  geniş  yayılmışdır.  Məsələn,  neft-kimya 
məhsulları, o cümlədən, plastik kütlə və yanacaq əlavələri ticarətində təcili 
göndərmə  və  ödəmə  bazan  (spot-bazar)  üzrə  İxtisaslaşmış  CheMatch 
elektron  birjası  hesablaşmaların  bu  sxemindən  istifadə  edir.  CheMatch 
elektron blıjasında alıcı və satıcılar ixtiyari sazişdə hər bir qallon (Qallon - 
İngiltərədə və ABŞ-da duru və axıcı şeylər üçün 4,5 litrə bərabər ölçü vahidi) 
üçün 0,1 sent ödəyirlər. 
Bəzi  birjalar  üzvlük  haqqı  yığır.  Lakin  Bear,  Stearns&Co  analitikləri 
qeyd edirlər ki, ödəmənin bu növü elektron bazarının potensial iştirakçılarını 
qorxuda  bilir.  Buna  görə  də  elektron  birjaların  gəlir  hissəsinin 
formalaşdırılmasında bu model nadir hallarda rast gəlir. 
Elektron birjaları iki iri qrupa bölürlər: şaquli və üfqi biıjalar. 
Şaquli birjalar müəyyən sahələrdə, məsələn, avtomobilqayırma, kənd 
təsərrüfatı,  elektrotexnika,  neft-kimya,  metallurgiya  və  s.  sahələrində 
fəaliyyət  göstərir.  Üfqi  birjalar  bir  çox  müxtəlif  sahələrə,  məsələn, 
telekommunikasiya  avadanlıqları  ticarətində  yeni  və  ya  köhnəlmiş  ofis 
avadanlıqlarının alqı-satqısına, tikinti texnikasının istismarı və təmiri üçün 
material və hissələrin göndərilməsinə və s. xas olan ayrı-ayrı funksiya və 
tələblər üzrə İxtisaslaşmış olurlar. 
Qərarlaşma mərhələsində elektron biıjanm, həmçinin digər elektron 
ticarət  meydançalarının  ən  vacib  vəzifəsi  alıcı  və  satıcıların  krltik  kütləsi 
səviyyəsinə nail olmaqdan ibarətdir. 
7 1  


E L E K T R O N
  B I Z N E S
 
Çünki,  bir  tBrəfdən,  əgər  müvafiq  serverdə  aiıcının  satın  aimaq  istədiyi 
malın satıcısı təmsil olunmayıbsa, alıcı həmin serverə getmir, digər tərəfdən 
isə, kifayət qədər alıcısı olmayan satıcı ticarət meydançasında iştirak etmir. 
Serverin informasiya ilə zənginləşdirilməsi məsələsi də azəhəmiyyətii 
deyildir.  Saziş  bağlamaq  barədə  qərar  qəbul  etmək  üçün  alıcı  malın 
xarakteristikaları və qiyməti barədə lazımi informasiya almaq üçün serverə 
operativ  müraciət  edə  bilməlidir. Serverdə  əlavə  olaraq  bazar  yenilikləri, 
ekspert məsləhətiəri, aktual müsahibələr və digər informasiyalar da təqdim 
edilir ki, bu da elektron binanın rəqabət qabiliyyətini artırır. 
İstehsalçılar və distribüterlər qarşısında bir ciddi problem də vardır. 
Biznes-partnyorla  qarşılıqlı  fəaliyyətə  yönəlik  öz  sistemini  işləyib 
hazırlamaqdan elektron biıja ilə əməkdaşlığa başlamaq daha sadədir. Lakin 
elektron  biıjanın  çox  ciddi  nöqsanı  vardır.  Belə  ki,  qiymətlərin 
bərabərləşdirilməsi  üzündən  marj  azalır  və  mənfəətin  ölçüsü  yalnız 
müştərilərin  sayının  müvafiq  surətdə  artması  halında  saxlanır.  Açıq 
meydançada işləyərkən tələbata ən çox uyğun gələn partnyor (tərəfdaş) 
seçmək  daha  asandır.  Lakin  bu  halda  qarşılıqlı  öhdəliklər  sistemi  ilə 
uzunmüddətli münasibətlər qurmaq imkanları azdır. Qapalı sistemdə həm 
biznesi  tərəfdaşın  (partnyorun)  profilinə  uyğunlaşdırmaq  imkanı  vardır, 
həm  də  həmin  sistemi  müəssisənin  informasiya  sistemi  ilə  inteqrasiya 
etməklə  biznes-proseslərin  optimallaşdırılması  məsələsini  həll  etmək 
mümkündür. 
Elektron birjaların idarə edilməsi və mülkiyyətinin təşkili əlaməti üzrə 
eMarketer şirkətinin analitikləri aşağıdakı əsas modelləri ayırırlar: 
7 2  


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə