Dərslik kimi tövsiyyə edilmişdir. B a k I 1 Redaktoru: Rəy verənlər Dizayner: Naşir



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə15/47
tarix17.09.2018
ölçüsü2,26 Mb.
#69028
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   47

E L E K T R O N   B İ Z N E S  
Elektron tender sistemi tender məsələsinin səmərəli həlli üçün 
İnternetin kommunikasiya imkanlarından istifadə edir. Aşağıdakı məsələlər 
avtomatlaşdırılmış rejimdə həll edilə bilir: •Verilmiş kriterilər üzrə potensial 
tender iştirakçılarının seçilməsi; 
•Seçilmiş namizədlərin tender prosesinə daxil edilməsi; 

 
Xidmət  göndəricilərinin  kommersiya  təkliflərinin  təqdim  edilməsi 
məqsədi ilə sorğuların avtomatlaşdırılmış yayımı; 

 
Kommersiya təkliflərinin emalı; 
•Tenderin bütün mərhələlərində iştirak edənlərin hamısı ilə qarşılıqlı 
fəaliyyətin idarə edilməsi; 

 
Malgöndərənlərin 
seçilməsinə 
və 
onların 
təkliflərinin 
qiymətləndirilməsinə unifikasiya edilmiş yanaşma tətbiqinin təmin 
edilməsi. 
Elektron  tender  texnologiyasından  istifadə  edilməsi  tenderdə 
qalibgəlmə obyektivliyini yüksəldir, ənənəvi nəzarət və idarəetmə metod və 
prosedurlarına nəzərən xeyli üstünlük təmin edir. 
Elektron satınalmalar sferasındakı bütün sistem həllərini 
mürəkkəblik dərəcəsinə görə 3 hissəyə bölürlər: 
1.Aşağı  (başlanğıc)  səviyyə  sistemləri.  Bunlar  ən  sadə  ticarət 
meydançasını və sənəd dövrüyyəsini işləyir. 
2.0rta səviyyə sistemləri. Burada əsas mal satınalmaları ilə əlaqəli 
olan bütün biznes-proseslər avtomatlaşdırılmışdır. 
3.Yüksək  səviyyə  sistemləri.  Bunlar  satınalmaların  kəsilməzliyini 
təmin  etməklə  yanaşı,  həm  də  malgöndərmələri  prosesini 
avtomatlaşdırır. 
5 7  


E L E K T R O N
  B I Z N E S
 
Yüksək səviyyə sistemlərində malların satın alınması və İstehlakçıya 
çatdırılması  praktiki  olaraq  avtomatik  qaydada  baş  verir.  Bu  sistemlərə 
nümunə olaraq Ford, General Motors, DaimlerChrysler, Renault, Nissan və Meritor 
şirkətlərinin istifadə etdiyi Covlslnt sistemini göstərmək olar. Avtomobillərin 
qovşaqları  birbaşa  konveyerə  çatdırılır  ki,  bu  da  həm  yığma  prosesini 
optimallaşdırmağa, həm də anbar xərclərinə qənaət etməyə imkan verir. 
Satınalmaların idarə edilməsi sisteminin qurulması ilə bağlı xərclərin 
dəyişmə diapazonu kifayət qədər genişdir. Bazara çıxarılan yüksək səviyyəli 
sistemlər təqribən 15 milyon dollar dəyərindədir. Aşağı səviyyəli sistemlər 
ABŞ-da 15-300 min dollar arasında qiymətləndirilir. Sistemin qurulması və 
sazlanmasına 3 aydan 1 ilə qədər vaxt sərf edilir. Bu, müəssisələr üçün o 
qədər də maraqlı olmasa da, başqa çarə yoxdur. 
Müəssisədə həyata keçirilən elektron təchizat və avtomatlaşdırma ilə 
bağlı  olan  bir  mühüm  amili  də  qeyd  etmək  lazımdır.  Elektron  satınalma 
sisteminin  gerçək  gəlir  gətirməsi  üçün  bu  sistemdən  istifadə  edəcək 
əməkdaşların yüksək səviyyədə öyrədilməsi tələb olunur. Təcrübə göstərir 
ki, bu məsələ heç də asan həll edilə bilən deyildir. Elektron təchizat sistemi 
özlüyündə heç bir problemi həll etmir. Bu, yalnız qərar qəbulu və nəzarət 
üçün  alətdir.  Bu  alətin  səmərəliliyi  yuxarı  səviyyə  menecerlərinin  zəruri 
motivasiya yarada bilməsindən çox asılıdır. 
5 8  


E L E K T R O N   B İ Z N E S  
ELEKTRON HƏRRACLAR 
1999-cu  ildə  şirkəti  dünya  hərrac  bazarında  134  illik  təcrübəsi  və 
sərəncamverici nüfuzu olan Butterfield&Butterfield şirkətini satın almaq üçün 
260 milyon dollar vermişdir. Bu alver müəyyən dərəcədə simvolik məna 
daşıyırdı.  Belə  ki,  bu  hərrac  yarandığı  gündən  yalnız  seçilmişlərə  xidmət 
etmişdirsə, bundan sonra kiberfəzadakıların hamısı üçün əlçatan olacaqdı. 
Onlayn  hərracların  populyarlığı  yeni  qiymət  əmələgəlmə  modellərinin 
yayılmasını  stimullaşdırır.  İndi  hərracların  nüfuz  sahibi  eBay  şirkətidir 
{
www.ebav.coni
).  Bu  şirkətin  istifadəçilərinin  sayı  10  milyona  çatmışdır. 
Gündəlik təqribən 2900 kateqoriyada 3,5 milyon növ əmtəə hərraca çıxarılır. 
şirkətinin kəskin yüksəlişi bir çox ölkələrdə müxtəlif istehsal 
sektorlarında minlərlə təqlidçinin yaranmasına səbəb oldu. Çünki, elektron 
biznes  ətrafındakı  investisiya  bumunun  (səs-küyünün)  minilliklərin 
qovşağında  kəskin  zəifləməsi  bir  çox  perspektivli  şirkətlərin  iflası  ilə 
nəticələndi ki, bu da eBay fenomeninin ciddi iqtisadi tədqiqinə və elektron 
hərracların təşkilinə böyük maraq yaratdı. 
Dünyanın  iri  hərrac  firmaları  da  öz  fəaliyyətlərini  kiberfəzaya 
keçirərək  elektron  biznes  sahəsində  uğurlu  fəaliyyət  göstərən  şirkətlərin 
təcrübəsindən 
İstifadə 
edirlər. 
Sotheby'SM^ 
Amazon.com 

www.sothebvs.amazon.com
'S birgə layihəsi həyata keçirilir. Analoji layihə 
Lycos portalının və ABŞ- da fəaliyyət göstərən Skinner adlı 4-cü böyük hərrac 
evinin {www.skinner. Ivcos. com) sahibləri tərəfindən də həyata keçirilir. 
5 9  


E L E K T R O N
  B I Z N E S
 
Elektron  hərraclar  biznes-partnyora  yönəlik  elektron-  biznes 
seqmentində informasion vasitəçiliyin təşkili üçün tipik nümunədir. Onlayn 
hərracları təkcə informasiya vasitəçisi kimi çıxış etmir, həm də müəyyən 
saziş  şərtlərini  təmin  edir.  Elektron  hərraclar  təşkil  edən  şirkətlər 
malgöndərənlərlə  sifarişçilər  arasında  real  vaxt  rejimində  qiymət 
razılaşmalarını  təminetmə  fəaliyyəti  göstərir.  Hərrac  təşkilatçıları  bəzi 
hallarda  məhdud  çərçivədə  saziş  şərtlərinə  zamin  də  dura  bilirlər.  Lakin 
mövcud təcrübə göstərir ki, elektron hərraclar da, ənənəvi hərraclar kimi, 
əsasən,  yalnız  şaquli  bazarlarda  istifadə  ediiməklə,  iqtisadiyyatın  bir  çox 
sahələrində inkişaf tapmamışdır. 
Hərrac fəaliyyətinin iqtisadi əsası, bir qayda olaraq, həyata keçirilən 
transaksiyalara  görə  komission  rüsumlarından  ibarətdir.  Hərracların 
aparıldığı İnformasiya serverləri satıcılara texnoloji dəstək verir və öz artıq 
qalan məhsullarını sata biləcəkləri yeri göstərir. Alıcılar hərraca çıxarılmış 
mala qiymət qoymaq uğrunda bir-biri ilə rəqabətə girişirlər. 
Alıcılar üçün hərracın cəlbediciliyi ondadır ki, onlar ucuz qiymətə mal 
almaq imkanı qazanırlar. Satıcılar hərracdan mal ehtiyatları dövrüyyəsini 
sürətləndirmək və yeni satış bazarları fəth etmək üçün istifadə edirlər. 
ELEKTRON HƏRRACLARIN APARILMASI 
TEXNOLOGİYASI 
Hərracda  mal  satmaq  istəyən  informasiya  serverində  qeydiyyata 
düşür və öz məhsulu barədə bütün lazımi məlumatları: 
malın  sözlə 
təsvirini, xarici görünüşünün 
fotoşəklini, malgöndərmə şərtlərini, mal barədə ətraflı məlumat 
6 0  


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə