Dərslik kimi tövsiyyə edilmişdir. B a k I 1 Redaktoru: Rəy verənlər Dizayner: Naşir



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə13/47
tarix17.09.2018
ölçüsü2,26 Mb.
#69028
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   47

E L E K T R O N
  B I Z N E S
 

 
Elektron hərraclar (auksionlar); 

 
Elektron binalar; 

 
Portallar. 
Qeyd  etmək  lazımdır  ki,  adı  çəkilən  modellərin  dəqiq  sərhədləri 
yoxdur.  Belə  ki,  konkret  sahibkarlıq  təcrübəsində  konkret  həllərdə  bu 
modellərin bir-neçəsi təmsil oluna bilər. 
Elektron ticarət meydançaları yaradılarkən satıcılarla alıcılar arasında 
qarşılıqlı fəaliyyətin təşkili üçün müxtəlif texnologiyalardan istifadə edilir. Bu, 
elektron kataloqlar üzrə satışa xas olan sabit qiymət texnologiyası və ya 
hərrac və birja ticarətinə xas olan dinamik qiymətəmələgəlmə sistemi ola 
bilər. 
Kataloqlar üzrə ticarət və ya verilənlərin aqreqatorları texnologiyası 
satıcıları və alıcıları bir yerə toplayır. Bu texnologiya, adətən, çox da baha 
olmayan malların satışında tez-tez rast gələn və satıcıları və alıcıları güclü 
fraqmentləşdirən  sahələr  üçün  xarakterikdir.  Bu  halda  qiymətləri 
razılaşdırmağın  mənası  yoxdur,  qiyməti  satıcı  təyin  edir.  Kataloqlar  üzrə 
ticarət  texnologiyası  satış  əsasən  tanınmış  malgöndərənlər  tərəfindən  və 
müəyyən qaydalar üzrə həyata keçirilərkən yaxşı İşləyir. Bu halda alıcılar 
çoxsaylı kiçik malgöndərənlərin təklif etdikləri məhsul və xidmətlərlə daha 
yaxşı tanış olmaq və seçim imkanı əldə edir. Nəhayət, bu texnologiya tələb 
kifayət qədər dəqiq proqnozlaşdırılan və qiymət dəyişikliyi nadir hallarda baş 
verən bazarda daha yaxşı işləyir. 
Hərrac  texnologiyası  satıcıları  və  alıcıları  qiymətlər  fəzası ilə təmin 
edir. Bu texnologiya qeyri-standart, özlüyündə yeganə və ya tez xarab olan 
mal  və  xidmətlərin  satışında  və  ya  alışında,  əmtəənin  dəyəinin  təyin 
edilməsinə müxtəlif yanaş 
4 9  


E L E K T R O N
  B I Z N E S
 
maların  tətbiqi  zamanı  yaxşı  işləyir.  Bu  qrupa:  nadir  əşyalar,  əsas 
avadanlıqlar, işlənmiş mallar, anbardakı qalıqlar və buna bənzər məhsullar 
aid edilir. 
Bitja  texnologiyası  tələb  və  təklifin  müvəqqəti  razılaşdırılmasın; 
təmin edir. Bu texnologiya tələb-təklifin real vaxtda razılaşdırılması, bazar 
qiymətlərinin  müəyyən  edilməsi,  həmçinin  sövdələşmələrin  qeydiyyatı 
mexanizmlərinin  yaradılmasını  tələb  edir.  Bu,  bir-neçə  asan 
standartlaşdırılan xarakteristikaya malik standartlaşdırılmış məhsul üçün ən 
yaxşı texnologiyadır. Biıja texnologiyası tələb və qiymətlərin qeyri- sabit 
olduğu bazarlar üçün daha cəlbedicidir. Bu texnologiya iştirakçılara tələbin 
piki və artıqlığını idarə etməyə imkan verir. 
Bir-neçə il əvvəl Rusiyada barter texnologiyası geniş tətbiq edilirdi. 
Barter  texnologiyası  qarşılıqlı  maraq  doğuran  resurslara  malik  iki  tərəfi 
bir-birinə  bağlayır.  Barter  texnologiyası  adətən  inflyasiyalı  iqtisadiyyatda 
tətbiq edilir. Barter texnologiysı maliyyə risklərini minlmumlaşdıran iqtisadi 
instrument kimi özünü doğruldur. 
Rəqabət  şəraitində  biznesin  uğurla  aparılmasının  mühüm  amili 
partnyorlarla  qarşılıqlı  fəaliyyət  bacarığıdır.  Biznes  partnyorların  gerçək 
imkanları  və  planlaşdırdıqları  əməliyyatlar  barədə  lazımi  informasiyanın 
operativ qaydada alınması, həmçinin yaxşı təşkil edilmiş elektron məlumat 
mübadiləsi  texnologiyası  uzunmüddətli  və  qarşılıqlı  faydalı  münasibətlər 
yaratmağa imkan verir. 
ABŞ-da ümumiqtisadi tənəzzüllə əlaqədar olaraq Şimali Amerikada 
əmtəə  və  xidmətlərin  son  istifadəçilərinə  yönəlik  elektron  biznes  modeli 
olan  B2C  modelinin  inkişafının  zəifləməsi  fonunda  Asiya-Sakit  Okean 
regionunda pərakəndə satıcıların onlayn fəallığı günbəgün artmaqdadır. Bu 
bazar ildə 
5 0  


E L E K T R O N   B İ Z N E S  
100%-dən  çox  artır.  Boston  Consulting  Group  (
www.bcg.com
)  şirkətinin 
verdiyi məlumata görə, Yaponiyada, Avstraliyada, Tayvanda, Koreyada və 
digər  region  ölkələrində  pərakəndə  elektron  mağazaların  uğurları,  ilk 
növbədə, iri nüfuzlu bazar iştirakçılarının səyi ilə mümkün olmuşdur. 
Asiya-Sakit Okean regionunda pərakəndə elektron bazarın sonrakı 
inkişafı  iki  əsas  amillə  bağlı  olmuşdur:  birinci.  İnternet  auditoriyasının 
genişlənməsi tempidir. Belə ki, 2004- cü ildə bu regionda sənayecə inkişaf 
etmiş ölkələrdəki əhalinin 50%-i kompüter şəbəkələrindən istifadə edirdi. 
İkinci amil son istehlakçıya yönəlik elektron biznes üzrə əlavə xidmətlərin 
(Xidmətlərə  görə  hesablara  ödəmələr,  informasiyalı  xəbər  mübadiləsi 
(biletlərin,  mehmanxanada  yerlərin,  turist  qruplarında  Iştiraketmələrin 
bronlaşdırılması və s.)) böyük sürətlə inkişaf etməsidir. Asiya-Sakit Okean 
regionunda son istehlakçıya yönəlik elektron biznes bazarının xüsusi çəkisi 
Avropa İttifaqını ötərək Şimali Amerikanın xüsusi çəkisinə yaxınlaşmış və 
24% təşkil etmişdir. 
ABŞ-da elektron biznesin 25%-i son istehlakçıya yönəlik biznesdir. 
Avropada bu göstərici 20%-dir. 
Hal-hazırda  son  istehlakçıya  yönəlik  biznesin  aşağıdakı  modelləri 
mövcuddur: 

 
Elektron reklam; 

 
Elektron ticarət; 

 
İnformasion xidmətlər; 

 
Elektron səhiyyə; 

 
Distant təhsil; 

 
Müştərilərlə qarşılıqlı münasibətlərin idarə edilməsi. 
5 1  


E L E K T R O N
  B I Z N E S
 
 
5 2  


E L E K T R O N
  B I Z N E S
 
SATINALMALARIN ELEKTRON İDARƏ 
EDİLMƏSİ 
Son  illər  ərzində  satınalmaların  idarə  edilməsi  məsələləri  bütün 
dünyada həm kommersiya, həm də dövlət təşkilatları rəhbərlərinin diqqətini 
daha çox cəlb etməyə başlamışdır. Yüksək səviyyə rəhbərləri arasında belə 
bir  fikir  formalaşmışdır  ki,  mənfəətin  artırılması  üçün  təkcə  iqtisadi 
təcrübədə geniş tətbiq edilən satış və dövrüyyənin artırılması kimi ənənəvi 
üsullar  deyil,  həm  də  müəssisə  fəaliyyətinin  daxili  xərclərinin  azaldılması 
yolu da vardır. Daxili xərclərin azaldılmasının ən səmərəli üsullarından biri 
kiberfəza  imkanlarından  İstifadə  etməklə  satınalmalar  sisteminin 
təkmilləşdirilməsidir. 
Son zamanlaradək bu məsələnin həlli üçün əsasən elektron sənəd 
mübadiləsi {Electronic Document Interchange - EDI) texnologiyasına əsaslanan 
vasitələrdən  İstifadə  edilirdi.  Bu  texnologiya  kifayət  qədər  çevik  və 
təhlükəsiz  həlləri  təmin  etsə  də,  nisbətən  geniş  miqyaslarda  çox 
mürəkkəbləşir və baha başa gəlir. İnternetin meydana gəlməsi və inkişaf 
etməsi, xüsusən də İnternet/İntranet-texnologlyaların işlənib hazırlanması 
satmalmalann  elektron  idarə  edilməsi  {e-  Procurement)  adlanan  yeni  həllər 
sinfinin yaranması ilə nəticələnmişdir. 
Təcrübəli menecerlərə yaxşı məlum olan bir qayda vardır: məhsul və 
ya  xidmətlərin  satınalmalarının  bütün  tranzaksiyalarının  80%-i 
tranzaksiyaların  ümumi  dəyərinin  20%-ni  təmin  edir  (Bu  qaydaya  görə, 
alimlərin 20%-i yeni ideyanın yaradıcısı, 80%-i yayıcısıdır). Hər biri ayrılıqda 
nisbətən az dəyərə malik olsa da, böyük miqdarda satın 
53 


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə