Dərslik kimi tövsiyyə edilmişdir. B a k I 1 Redaktoru: Rəy verənlər Dizayner: Naşir



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə12/47
tarix17.09.2018
ölçüsü2,26 Mb.
#69028
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   47

E L E K T R O N   B İ Z N E S  
münasibətlərin və məhsulun inkişafı ilə bağlı strateji məsələlərlə məşğul 
olan virtual şirkət modelinə keçid baş verir. 
Əgər ənənəvi şirkətlər üçün inteqrasiyanın bu üç mərhələsini ardıcıl 
keçmək  təbii  sayılırsa,  yeni  yaradılan  şirkətlər  əzəl-başdan  elektron 
biznesdən istifadəyə yönəldildiyindən, birbaşa 3-cü mərhələyə düşürlər. 
Nəhayət,  dördüncü  mərhələdə  ənənəvi  şirkət  ləğv  edilir,  həqiqətən 
virtual  şirkət  yaradılır.  Çünki  yeni  iqtisadiyyatda  bazara  giriş  maneələri 
kəskin  şəkildə  zəifləyir,  hamı  yeni  istiqamətli  biznesə  qoşulmağa  səy 
göstərir.  Hər  şey  dəyərin  əlavə  edilməsi  zəncirinə  bağlanır.  Məhsulun 
konfiqurasiyasını  istehsalçı  deyil,  sifarişçi-müştəri  müəyyən  edir.  Sifarişin 
icrası  avtomatik  olaraq  lazımı  konfiqurasiyalı  məhsulun  buraxılışına 
keçilməsini təmin edir. 
ELEKTRON BİZNESİN ƏSAS MODELLƏRİ 
İnternet  şəbəkəsinin  inkişafı  biznesin  aparılması  üsullarını  köklü 
surətdə dəyişdirmişdir. İnternet indi nəinki təkcə məhsul və xidmətlərin yeni 
reklam kanalı kimi istifadə edilir, o həm də  şirkətin müştərilərlə qarşılıqlı 
əlaqələri kanalı olub, tələbin öyrənilməsini, sifarişlərin təşkilini, məhsul və 
xidmətlərin  satışını  və  satışsonrası  qulluq  edilməsini  təmin  edir.  Bazar 
haqqında  gerçək  və  daim  təzələnən  və  dəqiqləşdirilən  informasiyanın 
mövcudluğu təşkilat rəhbərliyinə imkan verir ki, həm biznes partnyorlara, 
həm  də  məhsul  və  xidmətlərin  son  istehlakçılarına  nəzərən  dəyişikliyə 
uğrayan situasiyalarda operativ reaksiya versin. 
Sərt bazar rəqabəti şəraitində təşkilatın uğur qazanması mövcud və 
potensial müştərilərlə qarşılıdlı fəaliyyət göstərmək 
4 6  


E L E K T R O N   B İ Z N E S  
bacarığından çox asılıdır. Müştərilərin tələbi və bəyəndikləri barədə zəruri 
informasiyanın  alınması  və  bacarıqla  istifadə  edilməsi  müştərilərlə 
uzunmüddətli və qarşılıqlı faydalı münasibətlər yaradılmasına imkan verir. 
Müştərilərlə  qarşılıqlı  münasibətlərin  təkmilləşdirilməsi  müştəri  qruplarını 
anlamaq  və  hər  bir  qrupla  ayrıca  səmərəli  qarşılıqlı  fealiyyət  qurmağa 
kömək edən təşkilati intizamdır. 
İqtisadi  fəaliyyətin  informasiya  təminatının  təkmilləşdirilməsi  həm 
bazarda  təmsil  olunmuş  İnformasiya  xidməti  satıcılarının,  yaxud 
informasiya  vasitəçilərinin  fəaliyyəti  hesabına,  həm  də  yuxarı  idarəetmə 
səviyyəsinin menecerlərinin təşəbbüsü ilə təşkilatdaxili biznes-proseslərin 
mahiyyətcə dəyişilməsi hesabına həyata keçirilə bilər. 
Forrester  Research-\n  məlumatına  görə  2004-cü  ildə  dünyada 
elektron  ticarətin  ümumi həcmi  6,8 trillion dollar  artıq  olmuşdur.  Həmin 
dövrdə  ABŞ  və  Kanada  iqtisadiyyatın  bu  sektorunda  kiçik  xüsusi  çəkiyə 
malik olsalar da, burada vəziyyət sürətlə dəyişməkdədir. Asiya-Sakit Okean 
regionu  ölkələrində  və  Qərbi  Avropada  elektron  biznes  sürətlə  artır. 
Mütəxəssislər  B2C  (əmtəə  və  xidmətlərin  son  istifadəçilərinə  yönəlik 
elektron biznes modeli) sferasında daha sürətli artım gözləyirlər. 
İdarəedici  qərarların  keyfiyyətinin  yüksəldilməsinin  yaxşı  tanınmış 
üsulu  qərar  qəbulu  üçün  lazım  olan  informasiyanın  gerçəkliyinin 
yüksəldilməsi ilə yanaşı onun alınması vaxtının qısaldılmasından ibarətdir. 
İnternet 
texnologiyaları 
üzərində 
qurulan 
informasiya 
mübadiləsindən  geniş  istifadə  edilməsi  zəruri  məlumatların  yüksək 
keyfiyyətlə  operativ  əlçatanlığını  təmin  edir.  Elektron  biznesə  obyektiv 
surətdə müəyyən informasion disproporsiyalı- 
4 7  


E L E K T R O N   B İ Z N E S  
lıq  xasdır.  İnformasiya  disproporsiyalılığının  mövcudluğu,  yəni  qarşlıqlı 
iqtisadi  fəaliyyət  iştirakçılarının  qərar  qəbulu  üçün  müxtəlif  keyfiyyətli 
informasiyadan istifadə etməsi halı qərar qəbulu zamanı müəyyən risklərə 
yol  açır.  İnternet-texnologiyadan  istifadə  edilməsi  həm  tələb  olunan 
məlumat  mənbələrinə  müraciəti  sadələşdirir  və  iqtisadi  cəhətdən 
məqsədəuyğun edir, həm də qəbul edilən qərarın optimal olması ehtimalını 
artırır. 
Biznes-fəliyyətin həyata keçirilməsi üçün lazım olan informasiyanın 
alınmasının  dəyərinin  aşağı  salınması  dəyər  əlavə  edilməsi  zəncirinin 
optimallaşdırılması məqsədi ilə biznes- proseslərin yenidən təşkil edilməsinə 
imkan verir. O cümlədən, istehsalın zəruri materiallarla və komplektləşdirici 
məmulatlarla  təchiz  edilməsi  sistemi,  konkret  təşkilatın  məhsul  və 
xidmətlərinin satışı və alıcıya çatdırılması təkmilləşdirilə və birbaşa xərclər 
azaldıla bilər. İqtisadi əhəmiyyətli gerçək informasiyaya yüksək keyfiyyətli 
əlçatanlığın  İqtisadi  cəhətdən  səmərəli  təmin  edilməsi  təşkilatın  və  onun 
məhsulunun elektron biznes bazarında rəqabət qabiliyyətini artırır. 
IDC (
www.idc.com
) şirkətinin məlumatına görə, 2001-cl ildə bütün 
onlayn  satışların  83%-i  B2B  (biznes-partnyorlara  yönəlik  elektron  biznes 
modeli) sektorunun payına düşmüşdür. 2006-cı ildə bu rəqəm 88% təşkil 
etmişdir.  İnternetdə  istehlakçıların  sayı  müəssisələrin  sayından  xeyli  çox 
olmasına  baxmayaraq,  bines-partnyorlar  arasında  baş  tutmuş  alqı-satqı 
sövdələşmələri pərakəndə satışı dəfələrlə üstələyir. 
Biznes-partnyora yönəlik elektron biznes sahəsində (B2B) aşağıdakı 
biznes-modellər kifayət qədər dəqiq təyin edilmişdir: 
• Satınalmaların (o cümlədən, elektron kataloqlardan istifadə 
edilməklə) elektron idarə edilməsi; 
4 8  


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə