Dərslik kimi tövsiyyə edilmişdir. B a k I 1 Redaktoru: Rəy verənlər Dizayner: Naşir



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə20/47
tarix17.09.2018
ölçüsü2,26 Mb.
#69028
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   47

E L E K T R O N
  B I Z N E S
 
nəticələr  əldə  etmişlər.  Rusiyada  elektron  birjaların  inkişafına  maneə 
törədən ən vacib amil regionlarda rabitənin keyfiyyətsiz olmasıdır. Rusiyada 
elektron  biıjalann  yaradılmasında  regionların  rəhbərləri  yaxından  iştirak 
edirlər. Çünki bu, regionun iqtisadiyyatına birbaşa təsir edən məsələdir. 
7 6  


E L E K T R O N
  B I Z N E S
 
PORTALLAR 
IBM  mütəxəssislərinin  təklif  etdiyi  tərifə  görə,  portal  (Portal  və  ya 
piştağ)  dedikdə,  İnsanlar  arasında  qarşılıqlı  fəaliyyət  imkanı  yaradan  və 
həmçinin,  öz  maraqlarına  uyğun  İnformasiya  və  proqramları  tapmağa 
imkan  verən  şəxsləndirilmiş  və  sazlana  bilən  Interfeys  təmin  edən  əlavə 
nəzərdə tutulur. Hələ bir-neçə il əvvəl lazımi informasiyanı əldə etmək üçün 
kitabxanalara  getməyə,  sorğu  kitablarını  tapmağa  və  vərəqləməyə, 
kimlərəsə zənglər etməyə və kimlərləsə görüşlərə getməyə külli miqdarda 
vəsait, qüvvə və vaxt sərf etmək lazım gəlirdi. Bu gün konkret fəaliyyət üçün 
lazım  olan  informasiyanı  almaq  üçün  mausun  düyməsini  bir-neçə  dəfə 
sıxmaq  kifayətdir.  Müasir  menecerlər  lazımi  informasiyanı  lazımi  anda 
minimal vaxt sərfi ilə almaq imkanından istifadə etməyə cəld uyğunlaşırlar. 
Lakin bu prosesin neqativ tərəfi də vardır. Belə ki, informasiyanın miqdarı o 
qədər  sürətlə  artır  ki,  onun  iriləşdirilməsi  probleminin  həlli  və  səmərəli 
istifadə formasında təqdim edilməsinin təmin edilməsi ön plana keçir. 
Portal  nisbətən  yeni  konsepsiyadır.  Buna  görə  də  bu  terminin 
bir-neçə  izahı  vardır.  Bir  qayda  olaraq,  portal  müəyyən  auditoriya  üçün 
nəzərdə  tutulan  informasiyanın  birləşdirilib  xüsusi  təşkil  edilmiş  şəkildə 
təqdim  edilməsini  reallaşdırır.  Bu  informasiya  müxtəlif  mənbələrdə,  o 
cümlədən, müxtəlif informasiya serverlərində, korporativ və ümumistifadəli 
verilənlər  bazalarında,  tətbiqi  sistemlərdə  törəyir  və  universal  müştəri 
tərəfindən  istifadə  edilir.  Qayda  üzrə,  universal  müştəri  portala  susma 
rejimində müraciət edir. 
7 7  


E L E K T R O N
  B I Z N E S
 
Portalın işlənib hazırlanması təkcə proqram sistemlərinin qurulması 
texnologiyaları sahəsində biliyin olmasını deyil, həm də predmet oblastına, 
istifadəçi  kontingentinə  və  onların  informasiyaya  tələbatlarının 
xüsusiyyətlərinə yaxşı bələd olmağı tələb edir. IDC, Delphi Group və Adventis 
kimi məsləhətçi şirkətlər öz müştərilərinə portalın funksiyalarını və qurulma 
qaydalarını  düzgün  təyin  etməkdə  və  portal  hazırlayıcı  mütəxəssis 
seçməkdə  kömək  etmək  üçün  tez-tez  xüsusi  proqramlar  işləyib 
hazırlayırlar. 
Portal daxili və xarici informasiya resurslarına vahid formalı müraciəti 
təmin edir. Portalın təyinatı şirkət əməkdaşlarının müvafiq kontingenti üçün 
şəxsləndirilmiş  pəncərə  formalaşdırmaqdan  ibarətdir  ki,  bu  da  biznes 
məqsədi ilə lazımi informasiyaya baxmağa və əldə etməyə İmkan verir. 
Beləliklə, portal - İnternetə və ya İnternet texnologiyaları ilə qurulmuş 
korporativ  şəbəkəyə  daxil  olmaq  üçün  əsas  nöqtədir  (limandır,  qapıdır). 
Portal  istifadəçilərin  daxil  olduğu  ilk  informasiya  serveridir.  Portalın  əsas 
xüsusiyyəti: 
İnformasiyanın 
münasib 
rubrikalaşdırılması 
və 
xülasələşdirilməsi,  verilənlər  bazaları  ilə  əlaqə,  konkret  istifadəçiyə 
profilləşdirilmiş  yeniliklərin  və  xidmətlərin  təqdim  edilməsi,  elektron  poçt 
xidməti,  müəyyən  profilli  İnformasiya  serverləri  kataloquna  müraciətin 
təmin  edilməsi,  axtarış  mexanizminin  mövcud  olması  kimi  inteqrasiya 
edilmiş xidmətlərin mövcudluğudur. 
Əhatə etdiyi auditoriyanın ölçüsünə və təqdim etdiyi informasiyanın 
genişliyinə görə portallar aşağıdakı növlərə bölünür: 

 
Korporativ portallar; 

 
İnformasion portallar; 

 
Kommersiya portalları; 
7 8  


E L E K T R O N   B İ Z N E S  

 
Fərdi portallar. 
Korporativ portallar dar auditoriyaya (Şirkətin əməkdaşları, sifarişçiləri 
və  partnyorlarından  ibarət  auditoriya)  geniş  məzmunlu  informasiya 
(Şirkətin biznesinin müxtəlif aspektlərinə və bunlarla sıx əlaqəli sahələrə aid 
informasiya)  təqdim  edir.  Korporativ  portal  ən  azı  aşağıdakıları  əhatə 
etməlidir: 

 
İnformasiya axtarışı vasitələri; 
•Təsnifiəşdiricilər; 
•Tətbiqi sistemlərlə qarşılıqlı fəaliyyət vasitələri; 

 
Müraciət hüququnun idarə edilməsi vasitələri; 

 
Konkret istifadəçi ehtiyacları üçün sazlamaq imkanı. 
İnformasion portallar yalnız İnternet istifadəçilərinin sayı 
ilə  məhdudlaşan  auditoriya  üçün  ən  geniş  məsələlər  dairəsi  üzrə 
informasiya təqdim etməkdən ötrü nəzərdə tutulmuşdr. 
Kommersiya portalları geniş auditoriyaya hər hansı maraq sferasına 
aid olan informasiyanı kommersiya əsasında təqdim edir (satır). 
Fərdi  portallar  maraqlı  şəxslərin  məhdud  dairəsi  üçün  konkret 
spesiflkasiyalı tematikanın işıqlandırılmasıdan ötrü nəzərdə tutulmuşdur. 
Korporativ  portallar.  Korporativ  portalların  işlənib  hazırlanması  və 
dəstəklənməsi ilə məşğul olan mütəxəssislər arasında belə bir fikir geniş 
yayılmışdır  ki,  yaxın  illərdə  bu  tip  portalların  tətbiqinə  güclü  investisiya 
qoyulacağını  gözləmək  lazımdır.  -Korporativ  portallar  son  istifadəçilərin 
korporativ  şəbəkə  əlavələrinə  və  informasiya  resurslarına  eyni  cür  və 
profıiləndirilmiş  əlçatanlığını  idarə  edir.  Portalın  tərkibinə  təhlükəsizliyin 
təmin  edilməsinin  sınanmış  və  müşayiət  edilən  vasitələri,  müştəri 
sistmələrinin inzibatçılıqetmə və birgə 
7 9  


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə