Dərslik kimi tövsiyyə edilmişdir. B a k I 1 Redaktoru: Rəy verənlər Dizayner: Naşir



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə23/47
tarix17.09.2018
ölçüsü2,26 Mb.
#69028
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   47

E L E K T R O N
  B I Z N E S
 
reaksiyasını  xarakterizə  edən  formal  göstəriciləri  uçota  almaq  mümkün 
olur.  Əsas  formal  göstərici  reklam  blokları  üzrə  mausun  sol  düyməsinin 
sıxılmasının sayıdır. Aydındır ki, bu göstərici reklamın səmərəliliyini yalnız 
dolayı yolla nəzərə alır. Buna baxmayaraq, bu göstərici müxtəlif populyarlıq 
reytinqlərinin və elektron reklamın səmərəliliyinin hesablanmasında geniş 
istifadə edilir. 
2000-ci ildə Rusiyada elektron reklamın dövrüyyəsi 2,5 milyon dollar 
təşkil etmişdi. Tədqiqatçı GaHup Media şirkətinin məlumatınagörə, 
bu
 
bazarın  65%-i İnternetin 
Rusiya 
sektorunun  3  tanınmış  informasiya  serverinin  payına  düşmüşdür.
 
Liderlər 
qrupuna  daxil olan informasiya 
serverlərində  yerləşdirilən  reklamlardan  gələn  gəlir  müvafiq  agentliyin 
balans mənfəətinin 20%-ni təşkil etmişdir (Qeyd etmək lazımdır ki, 1998-ci 
il  avqust  böhranından  sonra  reklam  Rusiya  agentliklərinin  mənfəətinin 
əhəmiyyətli mənbələrindən birinə çevrilmişdir). 
Reklam 
verənləri 
informasiya 
serverlərinin 
geniş 
və 
tədiyyəqabillyyətli  auditoriyası,  yəni,  yüksək  keyfiyyətli  məhsul  və 
xidmətlərlə  maraqlanan  və  bunlara  sahib  olmağa  hazır  olan  istifadəçilər
 
cəlb edir. 
2000-ci 
ildə çox tanınmış 
Rusiya 
saytlarının 200 min 
istifadəçisi  arasında aparılan 
sorğu 
göstərmişdir  ki,  potensial  müştərilərin  46%-i  25-34  yaşında,  59%-i  ali 
təhsilli, 60%-i Moskva və Sankt-Peterburq sakini, 69%-i rəhbər və ixtisaslı 
mütəxəssislərdir. 
Liderlər qrupuna daxil olan informasiya serverlərinin çoxunda əsas 
diqqət ciddi 
biznes-pa rtnyor 
obrazını 
formalaşdırmağa  yönəldilir.  Buna  görə  də  mötəbər  informasiya 
serverlərində  şübhəli  reklamlar  yerləşdirilmir.  Elektron  reklamların 
yerləşdirilməsi üzrə aparıcı Rusiya agentliklərinin 
88 


E L E K T R O N
  B I Z N E S
 
xidmətlərindən  Acer,  Comstar,  Compaq,  Hewlett-Packard,  Epson,  IBM,  Intel, 
Microsoft, «Белый ветер», МТС və s. kimi tanınmış şirkətlər Isstlfadə edir. 
Reklam  verənlərin  əksəriyyəti  birdəfəlik  reklamlardan  istifadə  etmirlər. 
Reklamların  əksəriyyəti  baş  səhifənin  ən  populyar  yeri  olan  yuxarı  sol 
küncdə bir-neçə həftə təqdim edilir. 
Elektron reklamın təşkili zamanı ən vacib məsələlərdən biri reklamın 
yerləşdirildiyi  informasiya  serverinin  kifayət  qədər  yüksək  səviyyədə 
qorunan olmasıdır. Bəzi dövlət və kommersiya strukturlarının informasiya 
serverlərində pozucu təsirlər nəticəsində ləyaqətsiz informasiyaların peyda 
olması  halları  yaxşı  məlumdur.  Belə  aksiyalar  rəhbərliyi  rəqabət 
mübarizəsinin çirkin üsullarına meylli olan firmaların öz rəqiblərini gözdən 
salmaq məqsədi ilə planlaşdırıla və kriminal strukturlara sifariş edilə bilər. 
Müvafiq  informasiya  serveri  qurmaq  və  işlətmək  üçün  proqram 
vasitələrinin  seçilməsi  böyük  əhəmiyyət  daşıyır.  Proqram  təminatı 
hazırlayan firmaların bütün ddd-səhdlərinə baxmayaraq, müvafiq proqram 
vasitələrində müntəzəm olaraq nöqsanlar aşkar edilir ki, bunların aradan 
qaldırılması üçün də əlavə proqram vasitələri hazırlamaq lazım gəlir. 
8 9  


 


E L E K T R O N
  B I Z N E S
 
ELEKTRON
 TICARƏT
 
1998-ci  ildə  İnternet  şəbəkəsinə  qoşulan  65  milyon  amerikalı 
İnternet vasitəsi ilə satın alınan məhsula 8 milyard dollar xərcləmişdi. Həmin 
ildə  Rusiyada  İnternetdən  istifadə  edənlərin  sayı  1,2  milyon  nəfər, 
kommersiya xidmətləri satışının ümumi həcmi isə 11,5 milyon dollar təşkil 
etmişdi. Bununla yanaşı, İnternetin Rusiya seqmentində ən populyar biznes 
növü  İnternet-mağazaların  təşkili  olmuşdur.  Biznesin  bu  modeli  Rusiyalı 
sahibkarların əksəriyyəti üçün daha yaxşı başa düşüləndir. Mahiyyətcə, bu, 
informasiya texnologiyaları tətbiq edən adi ticarət müəssisəsidir. İnternet 
texnologiyalarının  cəlbedici  cəhəti  odur  ki,  şirkətin  saytına  eyni  zamanda 
olduqca çoxsaylı potensial alıcı müraciətləri mümkündür. 
Məsələn,  Amazon.com  mağazasının  informasiya  serverinə  gün 
ərzində  bir-neçə  milyon  potensial  müştəri  müraciət  edir.  Binaların  icarə 
xərclərinin ixtisar edilməsi və 30 milyon adda məhsul təqdim edən nəşrlərin 
reallaşdırılması imkanları cəlbedici görünür. 
ELEKTRON MAĞAZA 
Elektron mağazanın ümumi iş sxemi  aşağıdakı  kimidir.  Potensial  alıcı 
brauzerin  köməyi  ilə  mağazanın  informasiya  serverinə  müraciət  edir. 
Serverdə  elektron  vitrin  mövcuddur.  Vitrində  malların  təsvir  edildiyi 
kataloqlar,  sorğu  üzrə  axtarış  vasitələri,  qeydiyyata  düşmək,  sifarişin 
rəsmiləşdirilməsi,  malın  haqqının  ödənilməsi  və  alıcının  ünvanına 
gətirilməsinin sənədləşdirilməsi üçün imkanlar vardır. 
9 1  


E L E K T R O N
  B I Z N E S
 
Alıcının  qeydiyyata  götürülməsi  adətən  sifarişin  sənədləşdirilməsi 
zamanı  həyata  keçirilir.  Mal  seçildikdən  sonra  alıcı  xüsusi  forma 
doldurmalıdır ki, burada da ödəmə və çatdırılmanın necə reallaşdırılacağını 
göstərməlidir. Sifarişin formalaşdırılması başa çatan kimi, alıcı barədə bütün 
informasiya  qeyd  edildikdən  sonra,  bu  informasiya  elektron  vitrindən 
mağazanın ticarət sisteminə daxil olur. Burada tələb olunan malın anbarda 
olub-olmaması  yoxlanır  və  ödəmə  sisteminə  təşəbbüs  göstərmək  siqnalı 
ötürülür.  Tələb  olunan  mal  anbarda  yoxdursa,  sorğu  malgöndərənə 
yönəldilir  və  alıcıya  məlumat  verilir  ki,  sifarişin  reallaşdırılması  nə  vaxt 
mümkündür. 
Əgər  ödəmə  malın  alıcıya  çatdırılması  halında  həyata  keçirilirsə, 
sifariş  faktı  təsdiq  edilməlidir.  Bu,  adətən  elektron  poçt  və  ya  telefon 
vasitəsilə  baş  verir.  İnternet  vasitəsilə  ödəmə  imkanı  vardırsa,  istifadə 
edilən ödəmə sistemi işə qoşulur. 
Elektron bazarlığın ənənəvi sxemində aşağıdakılar iştirak 
edir: 

 
Fərdi kompüterdən istifadə etməklə sifariş formalaşdıran alıcı; 

 
Bank kartı buraxan və bundan istifadə etməklə hesablaşma aparan 
bank; 

 
Elektron ticarət meydançasında yerləşən elektron mağaza; 

 
Mağazanın bankı; 

 
Emitentiə mağazanın bankı arasında hesablaşmaların aparıldığı 
hesablaşma mərkəzi; 

 
Malın (Yalnız bəzi malların) anbardan alıcıya çatdırılmasını təmin 
edən təşkilat. 
9 2  


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə