Dərslik kimi tövsiyyə edilmişdir. B a k I 1 Redaktoru: Rəy verənlər Dizayner: Naşir



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə19/47
tarix17.09.2018
ölçüsü2,26 Mb.
#69028
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   47

E L E K T R O N
  B I Z N E S
 
1.Sərbəst; 
2.Sahəvi; 
3.XÜSUSİ. 
Sərbəst  elektron birja  heç  bir  ticarət  iştirakçısının  biznes-  partnyoru 
olmayan  sərbəst  şirkət  tərəfindən  təşkil  və  idarə  edilir.  Bunlar  adətən 
sahələrarası  birjalardır.  Sərbəst  elektron  birjaya  nümunə  olaraq  müxtəlif 
avadanlıqlar  və  materiallar  ticarəti  üzrə  ixtisaslaşmış  Broadlane,  Industria, 
Amphire və MarketMHe kimi 4 elektron birjanın operatoru olan Ventro şirkətini 
göstərmək olar. 
Sahəvi birja sahənin bir-neçə iri şirkəti tərəfindən təşkil edilir. Birjanın 
mülkiyyəti  və  idarə  edilməsi,  sahənin  liderləri,  həmçinin,  ola  bilsin, 
informasiya serverinin texnoloji dəstəklənməsini təmin edən şirkət arasında 
paylanır. Bu birjalar müəyyən sahə daxilində İnformasiya mübadiləsini və 
sazişlərin  bağlanmasını  təmin  etmək  üçün  təşkil  edilir.  Məsələn,  General 
Motors, Daimier, Chrysler və Ford kimi avtomobilqayırma şirkətlərinin tələbatını 
təmin edən Exchange elektron birjası, müvafiq bazarın 78%-nə nəzarət edən 
Boeing,  Lockheed  Martin,  Raytheon,  BAE  Systems  kimi  şirkətlərin  aviasiya 
sənayesinin tələbatını təmin etmək üçün təşkil etdikləri 
elektron 
biıjası bu qəbildəndir. 
Xüsusi birja öz istehsal və ya ticarət tələbatını ödəmək məqsədi ilə bir 
iri  sənaye  və  ya  ticarət  şirkəti  tərəfindən  yaradılıb  idarə  edilir.  Məsələn, 
Wai-Mart's Retaii Link adlanan elektron biija nəhəng Wai-Mart super marketlər 
şəbəkəsində  təchizat  və  satışı  təmin  etmək  üçün  yaradılmış  və  fəaliyyət 
göstərir. 
Satıcı  və  alıcılar  elektron  bazarlar  üzrə  daha  geniş  seçim  imkanı 
qazandıqca, birjalar öz rəqabət qabiliyyətlərini 
7 3  


E L E K T R O N
  B I Z N E S
 
saxlamaq  üçün  təqdim  etdikləri  xidmətlərin  rəngarəngliyini  artırmağa 
məcburdur.  Elektron  birja  rəhbərliyi  maliyyə  resurslarının  cəlb  edilməsi, 
logistikanın  təşkili,  serverlər  sisteminin  inteqrasiyası  və  avadanlıqların 
göndərilməsinin idarə edilməsi kimi istiqamətlərdə əlavə imkanlar axtarır. 
Məsələn, kənd təsərrüfatı sferasında fəaliyyət göstərən DirectAg.com birjası 
onlayn bankında hesab açmaq imkanı verən əlavə maliyyə xidmətləri də 
göstərir. Belə ki, 20 min dollara qədər dəyəri olan mənzil almaq üçün kredit 
və istehsalı inkişaf etdirmək üçün 1 milyon dollara qədər həcmdə ssuda 
verir. Əlavə xidmətlər toplusu köhnə alıcıları əldə saxlamağa və yeni alıcılar 
qazanmağa imkan yaradır. DirectAg.com birjasının rəhbərliyi bildirmişdir ki, 
onun fəaliyyətində iştirak edən hər bir fermer orta hesabla hər il 230 mln 
dollar məbləğində mal ala biləcəkdir. 
eMarketer  şirkətinin  analltikləri  biznes-partnyora  yönəlik  bir  sıra 
şaquli  elektron  biıjalann  2003-cü  ilə  dövrüyyəsini  açıqlamışdır.  Bu 
məlumata  görə,  yeyinti  sənayesi  və  kənd  təsərrüfatının  dövrüyyəsl  54 
milyard dollar təşkil edir. Bu göstərici kompüterlər və elektronika üzrə - 40, 
avtomobilqayır- ma üzrə - 21, tikinti üzrə - 21, əczaçılıq və təbabət üzrə - 
11, istehlak malları üzrə - 10, avia-kosmik və müdafiə sənayesi üzrə - 2 
milyard dollardır. 
Hal-hazırda Rusiyada elektron birjalar əsasən taxılçılıq, meşəçilik və 
metallurgiya  kimi  ənənəvi  sahələrdə  fəaliyyət  göstərir.  Mahiyyətcə,  bu 
elektron biıjalar informasion rejimdə işləyir. Yəni satıcı və alıcılar İnternet 
texnologiyalarından  istifadə  edərək  bir-biri  ilə  sadəcə  tanış  olurlar.  Lakin 
saziş bağlanmasının bütün mərhələlərini virtual məkanda icra etmirlər. 
7 4  


E L E K T R O N
  B I Z N E S
 
Elektron  binaların  yaradılmasına  cəhd  etmək  aktivliyi  xeyli  geniş 
ərazidə səpələnmiş şəkildə fəaliyyət göstərən şirkətlərin aid olduqları iqtisadi 
fəaliyyət  sahələrində  daha  yüksəkdir.  Məsələn;  taxıl  bazarı  Rusiyanın  30 
regionunu  təmsil  edən  50  min  iştirakçını  əhatə  edir.  Taxıl  bazarının  illik 
dövrüyyəsi 8 milyard dollar təşkil edir. Alıcı və satıcıların çoxsaylı olması bu 
bazarın  pis  strukturlaşdırılmasını  göstərir  və  buna  görə  də  müəyyən 
informasiya  mərkəzlərində  birləşən  iri  qruplar  yaradılmasına  ehtiyac 
duyulur. Elektron birja bu məqsəd üçün ideal şəkildə münasibdir. 
İnternetin  Rusiya  seqmentində  taxıl  ticarəti  əsasən  «Зерно 
Он-лайн» (
www.zo/.rü
) 
və «Зерно» 
(
www.mtszerno.rU
)  adlı  2  birjada  həyata  keçirilir.  «Зерно  Онлайн» 
elektron birjası 300 iştirakçını birləşdirir. Bu biıjanın yaradılmasına 200 min 
dollar xərclənmişdir. «Зерно Он-лайн» əsasən danışıq aparmaqla bağlanan 
sazişlərlə  işləyən  ticarət  sistemidir.  Gerçək  sazişlər  ənənəvi  formada 
(oflayn)  bağlanır.  Regionlararası  ticarət  sistemi  olan  «Зерно» 
ticarət-informasiya  sistemidir.  Bu  birjada  bağlanan  sazişlərə  zəmanət 
verilmir.  Kifayət  qədər  müştəri  yığdıqdan  sonra  üzvlük  haqqı  ilə  işləyən 
qapalı sistemə çevriləcəyi bildirilir. 
Meşə sənayesi nazirliyinin varisi olan «Рослеспром» tərəfindən təşkil 
edilmiş elektron birjada iştirak edənlərin sayı az (100-ə qədər) olduğundan, 
bunun büdcəsi istifadəçilərin qoşulmasından və üzvlük haqlarından yaranır. 
Lakin  alıcı  və  satıcıların  geniş  coğrafiyası  bu  layihənin  yaxşı  perspektivə 
malik olduğunu göstərir. 
Ənənəvi bazar xoldinqlərinin və ya görkəmli şirkətlərin yaratdıqları 
elektron biıjalar Rusiyada müəyyən uğurlar qazanmışlar. Dar ixtisaslaşma 
meydançaları daha görkəmli 
7 5  


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə