Dərslik kimi tövsiyyə edilmişdir. B a k I 1 Redaktoru: Rəy verənlər Dizayner: Naşir



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə44/47
tarix17.09.2018
ölçüsü2,26 Mb.
#69028
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   47

E L E K T R O N   B İ Z N E S  
Bundan əlavə burada kartın fəaliyyət müddəti və sahibinin adı yazılır. Kartın 
arxasında maqnit zolağı və imza üçün yer vardır. 
İlk  plastik  kartın  yaradılması  ilə  ödəmə  sistemində  nağdsız 
hesablaşmalar sahəsində inqilab başlandı. Plastik kart da zəif qorunur. Bu 
kartın  nöqsanlarından  biri  də  qalığın  cari  qiymətinin  göstərilməməsidir. 
Maqnit zolağında balans və ya maliyyə tranzaksiyalarının yazılması üçün yer 
yoxdur. 
Maqnitli  kartı  fırıldaqçılardan  qorumağın  yeganə  münasib  üsulu 
şübhə  yaranan  kimi,  prosessinq  mərkəzində  kartı  operativ  avtorizasiya 
etdirmək və hər bir ticarət məntəqəsində PİN-kodu yoxlamaqdır. Son 10 
ildə  dünya  bankları  telekommunikasiyanın  inkişafına  milyonlarla  dollar 
sərmayə  qoymuşlar.  Bunun  nəticəsidir  ki,  bütün  bankomatlar  operativ 
avtorizasiya rejimində işləyir. 
Mikroprosessorlu kartlar (smart-kartlar, intellektual kartlar). Bu kartlarda 
informasiya mikrosxemə yazılır. 
Yaddaşh  kartlar  (memory  card).  Bunlar  ən  sadə  mikroprosessorlu 
kartlardır.  Bunlarda  yaddaş  qurğusu  vardır.  Bu  qurğu  mikrosxem 
yaddaşıdır. Kartın yaddaş tutumu 32 baytdan 16 kllobayta qədərdir. 
Yaddaş 2 formada gerçəkləşdirilir: 

 
EPROM- bir dəfə yazılıb, çox dəfə oxunur; 

 
EEPROM - dəfələrlə yazılıb, dəfələrlə oxunur. 
Yaddaşlı kartlara əsaslanan ödəmə sistemləri maqnitli 
kartlara nisbətən daha yaxşı qorunur. Bu kartlara  off-Hne rejimində, yəni 
prosessinq  mərkəzi  ilə  operativ  əlaqə  yaratmadan  da  xidmət  göstərmək 
mümkündür. 
Yaddaşlı kartlar 2 tip olur: qorunan və qorunmayan yaddaşlı kartlar. 
Qorunmayan  yaddaşlı  kartlara  dəfələrlə  yazıb-  oxumaq  mümkündür.  Bu 
kartlar ucuz, verilənləri idarə etmək 
175 


E L E K T R O N
  B I Z N E S
 
sadədir. Lakin təhlükəsizlik səviyyəsi aşağıdır. Qorunan yaddaşlı kartlarda 
yaddaşın  xüsusi  identifikasiya  sahəsi  və  bir-  neçə  tətbiqi  sahələri  vardır. 
İdentifikasiya sahəsi bir dəfə, fərdiləşdirmə zamanı yazılır. Sonrakı istifadə 
müddətində yalnız oxuma rejimi işləyir. Tətbiqi sahələrə yalnız xüsusi açar 
(parol) vasitəsilə daxil olmaq mümkündür. Yaddaşlı kartlar maqnltli kartlara 
nisbətən  bahadır.  Lakin  son  zamanlar  bunlar  da  xeyli  ucuzlaşmışdır.  Bu 
kartların qiyməti mikrosxemin qiymətindən asılıdır. Mikrosxemin qiyməti isə 
yaddaşın tutumu ilə bağlıdır. Yaddaşlı kartların bir növü də sayğac-kartlardır. 
Bunların  yaddaşındakı  məlumat  yalnız  müəyyən  qeyd  edilmiş  kəmiyyət 
qədər dəyişə bilir. Məsələn, avtomat telefon xidmətindən istifadə etdikdə 
edilən ödəniş bu qəbildəndir. 
Yaddaşlı  kartlar  bilavasitə  mikrosxemdə  hər  hansı  aiqoritmik 
əməliyyat  aparmağa  imkan  vermir.  Parolun  yoxlanması  yalnız  xarici 
qurğularda aparıla bilər. Bu isə parolun xarici qurğu tərəfindən tutulmasına 
imkan yaradır ki, bu da yolverilməz və aradan qaldırılmazdır. 
Smart-kartlar, 
Mikroprosessorlu smart-kart 
mikrokompüterdir.  Yəni  bunun  mərkəzi  prosessoru  və  çoxsəviyyəli 
yaddaşlar  sistemi  vardır.  Nisbətən  güclü  mikroprosessorlu  kartın 
parametrləri 1980-cl illərin fərdi kompüterlərinin parametrlərinə yaxındır. 
Məsələn,  GEM-r  NCOS  16K  EE  DES,  ST8/SGS-Thompson  kartının 
xarakteristikaları aşağıdakı kimidir: 

 
ST8/SGS-Thompson prosessoru 8-bitlik, Motorola 6805 əmrlər 
sisteminə malikdir; 

 
yaddaş -160 bayt; 

 
yaddaş -6144 ba^; 

 
££P/?OA/yaddaş - 2048 bayt. 
176 


E L E K T R O N
  B I Z N E S
 
Mikroprosessorlu kartın sabit yaddaşında saxlanan əməliyyat sistemi 
həm  servis  funksiyaları,  həm  də  təhlükəsizliyin  təmini  baxımından  fərdi 
kompüterin əməliyyat sistemindən prinsipcə fərqlənmir. 
Mikroprosessorlu smart-kart hal-hazırda ödəmə sistemi üçün daha 
perspektivli texnoloji variant qurmağa imkan verən vasitə hesab olunur. 
DƏYƏR/SƏMƏRƏLİLİK QARŞILIQLI MÜNASİBƏTİ 
Ödəmənin  səmərəliliyinin  əsas  kəmiyyət  parametrləri,  etibarlılıqla 
yanaşı,  həm  də  sürət  və  dəyər  hesab  olunur.  Sürət  əsasən  prosessinq 
mərkəzi ilə əlaqə yaradan rabitə kanalının xarakteristikaları İlə təyin edilir. 
Bir 
kart 
ödəməsinin 
dəyəri 
ödəyldnln 
identifikasiyası, 
autentifikasiyası və avtorizasiyası üçün çəkilən xərclə təyin edilir. Bu xərclər 
birdəfəlik  və  müşayiətlə  bağlı  xərclərin  məcmusudur.  Birdəfəlik  xərclər 
ödəmə  sisteminin  aparat-  proqram  təminatına  çəkilən  xərcləri,  müşayiət 
xərcləri isə əməkdaşlara verilən əmək haqqını, eneıji, material və s. xərcləri 
əhatə edir. 
Kart  tranzaksiyalarının  xeyli  baha  başa  gəlməsi,  xüsusən  də 
İnternetdən istifadə edilərkən bu xərclərin daha da böyük olması İnternetdə 
mikroödəmələr texnologiyasına keçidə xeyli maraq yaradır. 
Telekommunikasiya  sisteminin  zəif  inkişaf  etdiyi  ölkələrdə 
mikroprosessorlu kartlardan istifadə özünü doğruldur. 
177 


E L E K T R O N   B İ Z N E S  
POS-TERMINALLAR 
Bunlara  ticarət  terminalı  da  deyilir.  Bu  terminallar  maqnit  zolaqlı 
plastik  kartlardan  və  ya  smart-kartlardan  istifadə  edilərkən  maliyyə 
hesablaşmaları  üzrə  tranzaksiyaları  emal  etmək  üçündür.  /^05-terminal 
karta xidməti avtomatlaşdırmaqla xidmət müddətini kəskin şəkildə qısaldır. 
W5-terminalların komplektasiyası və imkanları geniş diapzonda dəyişir. 
Müasir tipik terminal aşağıdakı altsistemlərdən təşkil olunur: 

 
Smart-kartı və maqnit zolaqlı kartı oxuyan qurğu; 

 
Enerjidən asılı olmayan yaddaş; 

 
/W-kod yığmaq üçün quraşdırılmış ixtisaslaşdırılmış klaviatura və 
ya klaviatura qoşmaq üçün qovşaq; 

 
İxtisaslaşdırılmış printer; 

 
Fərdi kompüterlə və ya elektron kassa aparatı ilə əlaqələndirici 
Interfeys. 
Bunlardan  əlavə,  W5-terminal  adətən  avtozəngetmə  imkanı  olan 
modernlə  təchiz  edilir.  W5^terminalın  "intellektual"  imkanları  da  vardır. 
Belə  ki,  onu  proqramlaşdırmaq  mümkündür.  Proqramlaşdırma  dili 
Assemblerdir.  Bu  terminal  həm  operativ,  həm  də  yığılmış  tranzaksiya 
protokolları üzrə təxirəsalınmış avtorizasiya edə bilir. Rabitə seansı zamanı 
POS-  terminal  tranzaksiya  protokollarını  prosessinq  mərkəzinə  ötürür. 
Seans gedişində W5-terminal prosessinq mərkəzi ilə qarşılıqlı informasiya 
mübadiləsi  edə  bilir,  qəbul  etdiyi  informasiyanı  emal  edə  bilir, 
stop-vərəqlərin modifikasiyası əməliyyatını icra edir. 
178 


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə