7
Səhifə 47. Rusiya 1721-ci ildə imperiya adlandırıldığından, motivasiyada
“XVIII əsrin əvvəllərində güclü imperiyaya çevrilmiş Rusiya dövləti Osmanlı
imperiyası ilə uğursuz müharibə aparmış və 1711-ci ildə ...” cümləsindən
“güclü imperiyaya çevrilmiş” ifadəsinin çıxarılması məqsədəuyğundur.
1-ci abzasda Şah Sultan Hüseynin 1713-cü ildə müqavilə bağlamaq üçün
Peterburqa
göndərdiyi
nümayəndə
heyətinin
fəaliyyətinin
nəticəsi
qeyd
olunmamışdır. Bu səbəbdən fikir yarımçıq qalmışdır.
Səhifə 48. Axırıncı cümlədə Şirvanda Rusiya konsulluğunun açılmasına dair
qərarın verilməsi mübahisəlidir.
Səhifə 52-53. Motivasiyadan
“I Pyotrun “Bəyannaməsi”nin vədləri əhalinin
ruslara müqavimət göstərməməsinə səbəb oldu” cümləsinin çıxarılması, I Pyotrun
yürüşü dayandırma səbəbləri arasında kənar amillərlə yanaşı, yerli əhalinin
müqavimətinin xüsusilə vurğulanması məqsədəuyğundur.
Səhifə 56. 2-ci abzasda Qazax və Borçalının Osmanlı hakimiyyətini könüllü
qəbul etməsinin vurğulanması məqsədəuyğun deyil.
Səhifə 59. Axırıncı abzasda təkrarən komendantlığın yaradılmasından bəhs
edilmişdir. Halbuki bu, səhifə 55-in 7-ci abzasında verilmişdir.
Səhifə 63. Osmanlı və Rusiyaya qarşı baş vermiş üsyanların nəticəsi
verilməmişdir.
Səhifə 66. 3-cü abzasın axırında Bağdad müqaviləsinin bağlanmasından sonra
torpaqların qaytarılmasından danışılır. Əslində, torpaqlar dərhal geri qaytarılmamış
və müqaviləyə tam əməl olunmamışdır.
Səhifə 70. 2-ci abzasın 3-cü cümləsində “xanlığa” sözünün “bəylərbəyiliyə”
sözü ilə əvəzlənməsi məqsədəuyğundur. Həmin dövrdə xanlıq yox idi.
Səhifə 70-
71. Nadir şah Əfşarın dövlətinin yaranmasından bəhs olunarkən,
paytaxtın hansı şəhər olması mətndə göstərilməyib.
Səhifə 75. Motivasiyada qeyd olunur ki, torpağı becərməyə və orduya
çağırmağa adam tapılmırdı. Orduya çağırmağa adam tapılmayan bir ölkədə Nadir
xanın necə güclü ordu yarada bilməsi sual doğurur.
Səhifə 81. 2-ci abzasda tümənin ekvivalentinin göstərilməsi yaxşı olardı.
Səhifə 90. 1-ci abzasdan sonra “Şəki 1785-ci ildə Quba xanlığından asılı
vəziyyətə düşdü” cümləsi verilə bilər.
8
Səhifə 95. Quba ərazisi əvvəlcə Rusiyanın tərkibinə, 1736-1747-ci illərdə Nadir
şahın imperiyasının tərkibinə daxil idisə, orada Hüseynəli xanın (1726-1758)
hakimiyyətə gəldiyi və xanlığın əsasını qoyduğu tarixi şəraiti açıqlamaq lazımdır.
Səhifə 105-
110. Yönləndirici sualda Qarabağ xanlığının birləşdirmə siyasəti
apardığından bəhs edilir, lakin paraqrafda daha çox Qarabağa edilmiş hücumlar əks
olunmuşdur.
Səhifə 121. Nadir şahın Qazax və Borçalını gürcü hakiminə verməsi yanlış
fikirdir. Nadir şah nəzarətində olan torpaqları imperiyasının tərkibində olan valilik
vasitəsilə idarə etməyi məqsədəuyğun bilmişdir.
Səhifə 126. Avar və saxurların mənşəyinə dair elmi ədəbiyyatda kifayət qədər
mübahisə doğuran, bir-biri ilə ziddiyyət təşkil edən materiallar olduğundan, 1-ci
abzasda “Avarlar qədim avar türklərinin, saxurlar isə sak türklərinin nəsilləri
idilər” cümləsinin düzəlişinə ehtiyac var.
Səhifənin aşağısında verilmiş “Dağıstan qədim Azərbaycan Albaniya
dövlətinin tərkib hissəsi idi” izahının düzəlişinə ehtiyac var. Ona görə ki, antik
mənbələr də daxil olmaqla, əksər elmi ədəbiyyatda Dağıstanın cənub və mərkəz
hissəsinin Qafqaz Albaniyasının tərkibinə daxil olduğu haqqında məlumat var, lakin
şimal hissəsinin oraya aid olması haqqında məlumat yoxdur.
Səhifə 130. Ağa Məhəmməd xan Qacarın Azərbaycanın Araz çayından
cənubdakı torpaqları-cənub xanlıqlarını da tabe etməsi verilməmişdir.
Səhifə 133. Bədii əsərdən Ağa Məhəmməd şah Qacarın yüksək
məziyyətlərindən deyil, dəbdəbə həvəskarı olmasından (tac, qəba və s.) bəhs edən
hissənin verilməsi məsləhət deyil.
Səhifə 133, 136-137. Yazıçının yararlandığı tarixi qaynaqlara və gerçəkliklərə
təxəyyülü ilə müdaxilə etmək ehtimalı olduğundan, tarixi romanın mənbə kimi
verilməsi məqsədəuyğun deyil. Şagirdlərin tarix fənninə marağını artırmaq üçün
“Xacə şah” kimi tarixi romanların əlavə oxu materialı kimi təqdim edilməsi
məqsədəuyğundur.
Səhifə 138. Motivasiyada xanlıqların müstəqil dövlət qurumu kimi təqdim
edilməsi məqsədəuyğun deyil.
Səhifə 139. 1-ci abzasda maafların, kəndlilərə aid sxemdə isə elatların qoşunun
əsasını təşkil etdiyi göstərilmişdir.
3-cü abzasın “Xanlıqlarda vergilərin toplanması üçün xüsusi qayda yox idi”
cümləsi dəqiq deyil. Vergilər hər xanlıqda müəyyən qayda və uzun müddət
9
formalaşmış adətə əsasən yığılırdı. Məsələn, malcəhət vergisi, demək olar ki, əksər
xanlıqlarda
eyni cür, yəni məhsulun onda biri həcmində yığılırdı.
Səhifə 140-
142. “XVIII əsrin ikinci yarısında Azərbaycanda ictimai həyat”
mövzusunda Azərbaycanın ən güclü xanlığı olan Quba xanlığının mərkəzi Quba
şəhərinin adının verilməsi məqsədəuyğundur.
Səhifə 143. Axırıncı abzasda “Xanlıqların idarə sistemində çalışanlar maaş
almırdılar. Onların xidməti xəzinə üçün toplanan vergilər hesabına ödənilirdi”
cümlələri arasında ziddiyyətin aradan qaldırılması məqsədəuyğundur.
Səhifə 148. Mənbədə A.Yermolovun fəaliyyətinin verilməsi (XIX əsr)
paraqrafın xronoloji çərçivəsindən (XVIII əsr) kənara çıxır.
Səhifə 166-169. İbrahimxəlil xanın və ailə üzvlərinin ruslar
tərəfindən xəyanətlə
öldürülməsi verilməmişdir.
Səhifə 170-173. Paraqrafda rus işğalçılarına qarşı güclü müqavimət göstərmiş
Şeyxəli xan haqqında məlumat verilməmişdir.
Səhifə 171. 4-cü abzasda
“Bakı xanı ... xarici və daxili siyasətdən məhrum
ediləcəkdi” cümləsində
“daxili siyasətdən” ifadəsi artıqdır. Əksinə, daxili siyasət
xana həvalə edilirdi.
Səhifə 174. Motivasiyada
“Gülüstan müqaviləsi Azərbaycan tarixində ən
ədalətsiz və zorakı müqavilələrdən biridir. Çünki bu müqaviləyə əsasən
Azərbaycan torpaqları iki işğalçı dövlət arasında bölüşdürüldü” cümlələrindən
belə çıxır ki, Qacarlar dövləti Azərbaycana yaddır. Lakin səhifə 130-da doğru olaraq,
Ağa Məhəmməd xan Qacarın şimala yürüşü “Azərbaycan torpaqlarının
birləşdirilməsində son təşəbbüs” kimi təqdim olunub. Ona görə də bu ziddiyyətin
aradan qaldırılması üçün motivasiyanın 2-ci cümləsinin “Çünki bu müqaviləyə
əsasən, Azərbaycan torpaqlarının bir hissəsi Rusiya tərəfindən işğal edildi” kimi
verilməsi məqsədəuyğundur.
Səhifə 178. Gülüstan müqaviləsinin şərtlərindən biri kimi Dərbənd xanlığının
da adı vurğulanmalıdır.
Dərslik komplektinin Azərbaycan və rus dillərində olan variantları arasında bəzi
uyğunsuzluqlar vardır. Altından xətt çəkilmiş səhifə nömrələnmələri dərsliyin rus
dilində olan variantına aiddir.
Səhifə 10. 1-ci abzasda 2 və 3-cü cümlələrdə “в результате” ifadəsi
işlənmişdir. Dərsliyin Azərbaycan dilində olan variantına uyğun olaraq, “В