Dərslik komplekti Müəlliflər: Yaqub Mahmudlu



Yüklə 207,04 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix15.03.2018
ölçüsü207,04 Kb.
#31517
növüDərs
1   2   3   4   5   6   7   8

 

Səhifə  47.  Rusiya  1721-ci  ildə  imperiya  adlandırıldığından,  motivasiyada 



“XVIII  əsrin  əvvəllərində  güclü  imperiyaya  çevrilmiş  Rusiya  dövləti  Osmanlı  

imperiyası    ilə  uğursuz    müharibə    aparmış  və    1711-ci  ildə  ...”  cümləsindən 

“güclü imperiyaya çevrilmiş” ifadəsinin çıxarılması məqsədəuyğundur. 

1-ci  abzasda  Şah  Sultan  Hüseynin  1713-cü  ildə  müqavilə  bağlamaq  üçün 

Peterburqa 

göndərdiyi 

nümayəndə 

heyətinin 

fəaliyyətinin 

nəticəsi 

qeyd 

olunmamışdır. Bu səbəbdən fikir yarımçıq qalmışdır. 



Səhifə  48.  Axırıncı  cümlədə  Şirvanda  Rusiya  konsulluğunun  açılmasına  dair 

qərarın verilməsi mübahisəlidir. 



Səhifə 52-53. Motivasiyadan “I Pyotrun “Bəyannaməsi”nin vədləri əhalinin 

ruslara müqavimət göstərməməsinə səbəb oldu” cümləsinin çıxarılması, I Pyotrun 

yürüşü  dayandırma  səbəbləri  arasında  kənar  amillərlə  yanaşı,  yerli  əhalinin 

müqavimətinin xüsusilə vurğulanması məqsədəuyğundur. 

Səhifə  56.  2-ci  abzasda  Qazax  və  Borçalının  Osmanlı  hakimiyyətini  könüllü 

qəbul etməsinin vurğulanması məqsədəuyğun deyil. 



Səhifə  59.  Axırıncı  abzasda  təkrarən  komendantlığın  yaradılmasından  bəhs 

edilmişdir. Halbuki bu, səhifə 55-in 7-ci abzasında verilmişdir. 



Səhifə  63.  Osmanlı  və  Rusiyaya  qarşı  baş  vermiş  üsyanların  nəticəsi 

verilməmişdir. 



Səhifə  66.  3-cü  abzasın  axırında  Bağdad  müqaviləsinin  bağlanmasından  sonra 

torpaqların  qaytarılmasından danışılır. Əslində, torpaqlar dərhal geri qaytarılmamış 

və müqaviləyə tam əməl olunmamışdır. 

Səhifə  70.  2-ci  abzasın  3-cü  cümləsində  “xanlığa”  sözünün  “bəylərbəyiliyə” 

sözü ilə əvəzlənməsi məqsədəuyğundur. Həmin dövrdə xanlıq yox idi. 



Səhifə  70-71.  Nadir  şah  Əfşarın  dövlətinin  yaranmasından  bəhs  olunarkən, 

paytaxtın hansı şəhər olması mətndə göstərilməyib. 



Səhifə  75.  Motivasiyada  qeyd  olunur  ki,  torpağı  becərməyə  və  orduya 

çağırmağa  adam  tapılmırdı.  Orduya  çağırmağa  adam  tapılmayan  bir  ölkədə  Nadir 

xanın necə güclü ordu yarada bilməsi sual doğurur. 

Səhifə 81. 2-ci abzasda tümənin ekvivalentinin göstərilməsi yaxşı olardı. 

Səhifə  90.  1-ci  abzasdan  sonra  “Şəki  1785-ci  ildə  Quba  xanlığından  asılı 

vəziyyətə düşdü” cümləsi verilə bilər. 



 

Səhifə 95. Quba ərazisi əvvəlcə Rusiyanın tərkibinə, 1736-1747-ci illərdə Nadir 

şahın  imperiyasının  tərkibinə  daxil  idisə,  orada  Hüseynəli  xanın  (1726-1758) 

hakimiyyətə gəldiyi və xanlığın əsasını qoyduğu tarixi şəraiti açıqlamaq lazımdır. 



Səhifə  105-110.  Yönləndirici  sualda  Qarabağ  xanlığının  birləşdirmə  siyasəti 

apardığından bəhs edilir, lakin paraqrafda daha çox Qarabağa edilmiş hücumlar  əks 

olunmuşdur. 

Səhifə  121.  Nadir  şahın  Qazax  və  Borçalını  gürcü  hakiminə  verməsi  yanlış 

fikirdir.  Nadir  şah  nəzarətində  olan  torpaqları  imperiyasının  tərkibində  olan  valilik 

vasitəsilə idarə etməyi məqsədəuyğun bilmişdir. 

Səhifə  126.  Avar  və  saxurların  mənşəyinə  dair  elmi  ədəbiyyatda  kifayət  qədər 

mübahisə  doğuran,  bir-biri  ilə  ziddiyyət  təşkil  edən  materiallar  olduğundan,  1-ci 

abzasda  “Avarlar  qədim  avar  türklərinin,  saxurlar  isə  sak  türklərinin  nəsilləri 

idilər” cümləsinin düzəlişinə ehtiyac var. 

Səhifənin  aşağısında  verilmiş  “Dağıstan  qədim  Azərbaycan  Albaniya 



dövlətinin  tərkib  hissəsi  idi”  izahının  düzəlişinə  ehtiyac  var.  Ona  görə  ki,  antik 

mənbələr  də  daxil  olmaqla,  əksər  elmi  ədəbiyyatda  Dağıstanın  cənub  və  mərkəz 

hissəsinin Qafqaz Albaniyasının tərkibinə daxil olduğu haqqında məlumat var, lakin 

şimal hissəsinin oraya aid olması haqqında  məlumat yoxdur. 



Səhifə  130.  Ağa  Məhəmməd  xan  Qacarın  Azərbaycanın  Araz  çayından 

cənubdakı torpaqları-cənub xanlıqlarını da tabe etməsi verilməmişdir. 



Səhifə  133.  Bədii  əsərdən  Ağa  Məhəmməd  şah  Qacarın  yüksək 

məziyyətlərindən  deyil,  dəbdəbə    həvəskarı  olmasından  (tac,  qəba  və  s.)  bəhs  edən 

hissənin verilməsi məsləhət deyil. 

Səhifə  133,  136-137.  Yazıçının  yararlandığı  tarixi  qaynaqlara  və  gerçəkliklərə 

təxəyyülü  ilə  müdaxilə  etmək  ehtimalı  olduğundan,  tarixi  romanın  mənbə  kimi 

verilməsi  məqsədəuyğun  deyil.  Şagirdlərin  tarix  fənninə  marağını  artırmaq  üçün 

“Xacə  şah”  kimi  tarixi  romanların  əlavə  oxu  materialı  kimi  təqdim  edilməsi 

məqsədəuyğundur. 

Səhifə  138.  Motivasiyada  xanlıqların  müstəqil  dövlət  qurumu  kimi  təqdim 

edilməsi məqsədəuyğun deyil. 



Səhifə 139. 1-ci abzasda maafların, kəndlilərə aid sxemdə isə elatların qoşunun 

əsasını  təşkil etdiyi göstərilmişdir. 

3-cü abzasın “Xanlıqlarda vergilərin toplanması üçün xüsusi qayda yox idi” 

cümləsi  dəqiq  deyil.  Vergilər  hər  xanlıqda  müəyyən  qayda  və  uzun  müddət 




 

formalaşmış adətə əsasən  yığılırdı. Məsələn, malcəhət vergisi, demək olar ki,  əksər 



xanlıqlarda eyni cür, yəni məhsulun onda biri həcmində yığılırdı. 

Səhifə 140-142. “XVIII əsrin ikinci yarısında Azərbaycanda ictimai həyat” 

mövzusunda  Azərbaycanın  ən  güclü  xanlığı  olan  Quba  xanlığının  mərkəzi  Quba  

şəhərinin adının verilməsi məqsədəuyğundur. 

Səhifə  143.  Axırıncı abzasda  “Xanlıqların  idarə  sistemində  çalışanlar  maaş 

almırdılar. Onların xidməti xəzinə üçün toplanan vergilər hesabına ödənilirdi” 

cümlələri arasında ziddiyyətin aradan qaldırılması məqsədəuyğundur. 



Səhifə  148.  Mənbədə  A.Yermolovun  fəaliyyətinin  verilməsi  (XIX  əsr) 

paraqrafın xronoloji çərçivəsindən (XVIII əsr) kənara çıxır. 



Səhifə 166-169. İbrahimxəlil xanın və ailə üzvlərinin ruslar tərəfindən xəyanətlə 

öldürülməsi verilməmişdir. 



Səhifə  170-173.  Paraqrafda  rus  işğalçılarına  qarşı  güclü  müqavimət  göstərmiş 

Şeyxəli xan haqqında məlumat verilməmişdir. 

Səhifə  171.  4-cü  abzasda  “Bakı  xanı  ...  xarici  və  daxili  siyasətdən  məhrum 

ediləcəkdi”  cümləsində  “daxili  siyasətdən”  ifadəsi  artıqdır.  Əksinə,  daxili  siyasət 

xana həvalə edilirdi. 



Səhifə  174.  Motivasiyada  “Gülüstan  müqaviləsi  Azərbaycan  tarixində  ən 

ədalətsiz  və  zorakı  müqavilələrdən  biridir.  Çünki  bu  müqaviləyə  əsasən 

Azərbaycan  torpaqları  iki  işğalçı  dövlət  arasında  bölüşdürüldü”  cümlələrindən 

belə çıxır ki, Qacarlar dövləti Azərbaycana yaddır. Lakin səhifə 130-da doğru olaraq, 

Ağa  Məhəmməd  xan  Qacarın  şimala  yürüşü  “Azərbaycan  torpaqlarının 

birləşdirilməsində  son  təşəbbüs” kimi təqdim olunub. Ona görə də bu ziddiyyətin 

aradan  qaldırılması  üçün  motivasiyanın  2-ci  cümləsinin  “Çünki  bu  müqaviləyə 



əsasən,  Azərbaycan  torpaqlarının  bir  hissəsi  Rusiya  tərəfindən  işğal  edildi”  kimi 

verilməsi məqsədəuyğundur. 



Səhifə  178.  Gülüstan  müqaviləsinin  şərtlərindən  biri  kimi  Dərbənd  xanlığının 

da adı vurğulanmalıdır. 

Dərslik komplektinin Azərbaycan və rus dillərində olan variantları arasında bəzi 

uyğunsuzluqlar  vardır.  Altından  xətt  çəkilmiş  səhifə  nömrələnmələri  dərsliyin  rus 

dilində olan variantına aiddir. 

Səhifə  10.  1-ci  abzasda  2  və  3-cü  cümlələrdə  “в  результате”  ifadəsi 

işlənmişdir.  Dərsliyin  Azərbaycan  dilində  olan  variantına  uyğun  olaraq,  “В 




Yüklə 207,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə