Dərslik komplekti Müəlliflər: Yaqub Mahmudlu



Yüklə 207,04 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix15.03.2018
ölçüsü207,04 Kb.
#31517
növüDərs
1   2   3   4   5   6   7   8

 

motivasiyada verilmişdir. Mövzularda motivasiyanın bu cür qurulması fəallaşmanın 



digər imkanlarından istifadə  etməyi  məhdudlaşdırır.   Dərslik  komplektində  bir  neçə 

yerdə (səh. 91, 95, 99, 105) motivasiya üçün məlumat verilməmişdir. 

Məzmun  baxımından  dərslikdə  tarixi  inkişafın  qanun  və  qanunauyğunluqları, 

tarixi  hadisə  və  proseslərin  səbəb-nəticə  əlaqələri,  onların  əhəmiyyətinin  müəyyən 

edilməsi ilə bağlı məsələlər zəif işıqlandırılmışdır. 

Xanlıqlara geniş yer verilməsi məqsədəuyğun deyil. Ümumi fəaliyyəti yüz ildən 

artıq olmayan xanlıqların  meydana  gəlməsinin feodal dağınıqlığına səbəb olması və 

bu feodal dağınıqlığının yadelli işğalına necə yol açdığının mütəmadi vurğulanması 

məqsədəuyğundur. 

Səhifə  10.  1-ci  abzasda

1

 II  İsmayıla  hansı  qüvvələr  tərəfindən  və  nə  üçün 



sui-qəsd edildiyi aydın deyil. 

Səhifə  12.  1-ci  abzasın  axırında  “1583-cü  ildə  Niyazabad  yaxınlığındakı 

döyüşdə  qızılbaşlar  qalib  gəldilər”  cümləsinin  ayrı  abzas  şəklində  verilməsi, 

həmçinin  Səfəvilərin  döyüşdə  qələbə  qazanmalarının  səbəblərinin  açıqlanması 

məqsədəuyğundur. 

Səhifə  15.  Şah  I  Abbasın  hakimiyyətə  gəldiyi  zaman  16  yaşında  olduğunu 

vurğulamaq şagirdlər üçün maraqlı olardı. 



Səhifə  20.  Motivasiyada  “Bütün  bunlar  Səfəvi-Osmanlı  müharibəsinin 

sonuncu  -  üçüncü  mərhələsinin  başlanmasına  təkan  verdi”  cümləsində 

“sonuncu” sözünün işlənməsi düzgün deyil. 

Səhifə 21. Hərbi əməliyyatlar zamanı aparılan siyasətin “Böyük sürgün”  kimi 

deyil, təxliyyə (evakuasiya) kimi təqdim edilməsi daha yaxşı olar. Bu köçürmə dinc 

əhalini qorumaq məqsədilə edilirdi. 

Səhifə  26-30.  Yarımbaşlıqlar  arasında  ardıcıllıq  olmadığından,  bir-birini 

tamamlamır,  məlumat  qarışıq  verilmişdir.  I  yarımbaşlıq  kənd  təsərrüfatı,  II 

yarımbaşlıq şəhərlər, III yarımbaşlıq inzibati idarəetmə, IV yarımbaşlıq isə özündən 

əvvəlkilərlə  birbaşa  əlaqəsi  olmayan  torpaq  mülkiyyət  formaları  və  nəhayət,  V 

yarımbaşlıq  yenə  də  onunla  əlaqəsi  olmayan  sosial  təbəqələr  və  vergilərdən  bəhs 

edir.  Qeyd  edilənləri  aradan  qaldırmaq  üçün  mövzunun  yenidən  işlənməsi 

məqsədəuyğundur. 

                                                 

1

 Paraqraflardakı  motivasiya,  yönləndirici  sual  və  mənbə  materialları  abzasların  sayılmasında  nəzərə 



alınmamış,  həmçinin  başlanğıcı  əvvəlki  səhifədə  olan  abzasın  davamı  növbəti  səhifədə  1-ci  abzas  kimi 

götürülmüşdür.

 



 

Səhifə  27.  2-ci  abzasda  “hər  vilayətdən  alınan”  ifadəsinin  “sənətkar  və 



tacirlərdən alınan” kimi yazılması məqsədəuyğundur. 

3-cü  abzasda  1539-cu  ildə  toxunmuş  xalçadan  bəhs  olunması  dərsliyin  əhatə 

etdiyi dövrə uyğun gəlmir. 

Səhifə  29.  Axırıncı  abzasda  sədrin  şahdan  sonra  ikinci  şəxs  olması  fikri  tarixi 

ədəbiyyatda  yazılanlarla  ziddiyyət  təşkil  edir.

2

 Dövlətdə  ikinci  vəzifəli  şəxs  sədr 



deyil, vəkil idi. 

Səhifə 32. Axırıncı abzasda “Çünki XVII əsrdə apardığı işğalçı müharibələr 

nəticəsində  Volqa  çayı  sahillərini  və  Xəzər  dənizi  hövzəsini  istila  etmiş  Rusiya 

dövləti  buna  heç  cür  razı  ola  bilməzdi”  cümləsi  həm  elmi,  həm  də  üslub 

baxımından  qüsurludur.  Rusiya  Volqa  çayı  sahillərini  “XVII”  əsrdə  deyil,  “XVI” 

əsrdə işğal etmiş, bu dövrdə “Xəzər dənizi hövzəsini” deyil, “Xəzər dənizinin şimal 

sahillərini” ələ keçirmişdi. 

Səhifə  32-33. “Bununla  da  Şərq  ölkələri  ilə  ticarət  inhisarı  bütünlüklə  rus 

tacirlərinin əlinə keçdi” cümləsi elmi baxımdan mübahisəlidir. Qeyd olunan dövrdə 

Şərqlə  Qərb  arasında  Volqa-Xəzər  ticarət  yoluna  alternativ  yollar  mövcud  idi.  Bu 

yollar Afrika ətrafı, Osmanlı imperiyasının əraziləri və Sakit okeandan keçir, kifayət 

qədər fəal istifadə olunurdu. 



Səhifə  35.  Təsərrüfatın  tənəzzül  səbəbləri  içərisində  Səfəvi-Osmanlı 

müharibələrinin və digər xarici müdaxilələrin də göstərilməsi məqsədəuyğundur. 



Səhifə  43.  1-ci abzasda “1711-ci  ildə  Car  camaatı  yenidən silaha  əl  atdılar. 

Onlar  Şamaxı  şəhərinə  hücum edib ...” cümlələrindən Car camaatının nəyə görə 

Şamaxı  şəhərinə hücum etməsi sual yarada biləcəyindən, səhifə 45-də  2-ci abzasda 

həmin şəhərin inzibati mərkəz olmasının burada qeyd edilməsi məqsədəuyğundur. 

Səhifə  43-45.  Mərkəzləşdirilmiş  dövlətə  qarşı  baş  vermiş  üsyanların  azadlıq 

hərəkatı,  üsyan  başçılarının  isə  qəhrəman  kimi  şagirdlərə  təqdim  edilməsi 

məqsədəuyğun deyil. 

Səhifə  44.  3-cü  abzasda  II  Təhmasibin  şah  elan  edilməsindən  sonra  Hacı 

Davudun  həbsdən  qaçaraq  Şirvan  üsyançılarına  başçılıq  etməsi  mübahisəlidir.  II 

Təhmasib  1722-ci  ildə  hakimiyyətə  gəlibsə,  ondan  sonra  1720-ci  ildə  yenidən  Hacı 

Davudun  üsyana  başçılıq  etməsi  uyğunsuzdur.  Buna  görə  də,  səhifə  44-də

 

  3-cü 


abzasın  ilk  3  cümləsinin  səhifə  45-də    4-cü  abzasdan  sonra  verilməsi 

məqsədəuyğundur. 

                                                 

2

 O.Əfəndiyev “Azərbaycan Səfəvilər dövləti”; Azərbaycan tarixi, 3-cü cild (7-ci cilddə).



 


Yüklə 207,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə