Dərslik komplekti Müəlliflər: Yaqub Mahmudlu



Yüklə 207,04 Kb.
Pdf görüntüsü
səhifə8/8
tarix15.03.2018
ölçüsü207,04 Kb.
#31517
növüDərs
1   2   3   4   5   6   7   8

21 

 

şəklinin  müəllifi  verilməmişdir.  1861-ci  ildə  Bakıda  olmuş  müəllif 



A.P.Boqolyubovdur. 

Səhifə 142. İrəvan qalasının şəklinin haqqında məlumat verildiyi səhifə 141-də 

verilməsi məqsədəuyğundur. 



Səhifə  168.  Digər  şəkildən  fərqli  olaraq,  “Şahbulaq  qalası”nın  müəllifi 

göstərilməmişdir. 



Səhifə 175. XIX əsrin əvvəlinə aid verilmiş xəritədə Qazax, Şəmşəddil, Borçalı 

və  Pəmbək  ərazilərinin  işğal  edilmiş  yer  kimi  göstərilməsi  məqsədəuyğundur. 

Xəritədə bəzi xanlıqlar yazılsa da, Bakı və Lənkəran xanlıqlarının adı yazılmamışdır.

 

Səhifə  176.  Verilmiş  karikaturanın  mövzu  ilə  bağlılığı  yoxdur.  Qacarlar 

dövlətinin bayrağında şir təsvirinin olduğunu nəzərə alaraq, belə fikir yarana bilər ki, 

təsvir  edilmiş  insan  Rusiya  və  Qacarlar  dövlətinin  arasındakı  savaşlardan  əziyyət 

çəkir.  Halbuki  XIX  əsrin  ikinci  yarısında  Əfqanıstanda  İngiltərə  və  Rusiya 

maraqlarının  toqquşmasına  aid  1878-ci  ilin  noyabr  ayında  “Times”  qəzetində  çap 

edilmiş karikaturada əfqan əmiri Şir Əli xan nəzərdə tutulmuşdur.

3

 

Səhifə  179.  Xəritə  solğundur,  yazıların  aydın  oxunacağı  şəkildə  verilməsi 



məqsədəuyğundur.  Xəritənin  rusca  verilməsi,  xüsusilə,  Azərbaycan  torpaqlarının 

“Персия” kimi verilməsi məqsədəuyğun deyil. 

Səhifə 188. Xəritədə Gəncə şəhərinin yanında qırmızı alov işarəsinin verilməsi 

məqsədəuyğundur. 1826-cı ildə Gəncədə də ruslara qarşı böyük üsyan olmuşdur. 



Səhifə  194.  Ermənilərin  Ağdərədə  qoyduqları  abidənin  təsvirinin  daha  açıq 

rəngdə  və  daha  aydın  verilməsi  məqsədəuyğundur.  Abidənin  yuxarı    hissəsi 

düşməmiş,  ətrafı  qaranlıq  görünür.  Bu  abidənin  aşağısındakı  yazının  açıqlamasının 

(“Marağa-150”) verilməsi məqsədəuyğundur. 

 

4. Tapşırıqların elmi-metodiki  uyğunluğu baxımından 

 

Təqdim olunan sual və tapşırıqların çoxu şagirdlərin yaş səviyyəsinə uyğundur. 



Onların bir qismi həm də yaradıcı xarakter daşıyır. 

Dərslikdə  433  sayda  müxtəlif  tipli  sual  və  çalışmalar  təqdim  olunmuşdur. 

Onların bir qismi sərbəst sütunda, bir qismi mətnin içərisində, digərləri isə paraqrafın 

sonundakı  “Sual  və  tapşırıqlar”  bölməsində  verilmişdir.  Verilən  tapşırıqların 

                                                 

3

http://mideastcartoonhistory.com/1853-1916/angloAfgan_05.jpg



 


22 

 

əksəriyyəti qapalıdır.  Bəzi sual və tapşırıqların tərtibi zamanı üslub qüsurlarına yol 



verilmiş və MMV-də tövsiyə olunan alt standartların tələbləri nəzərə alınmamışdır. 

Tapşırıqların  əksəriyyəti  mövzulara  uyğundur.  Lakin  tapşırıqların  çətinlik 

səviyyəsinə  görə  sadədən  mürəkkəbə  doğru  yerləşdirilməsi  prinsipinə  tam    riayət 

olunmamışdır. Sual və tapşırıqların verilməsində  vahid qayda yoxdur.  Qapalı, açıq 

və yarımaçıq tapşırıqların verilməsində mütənasiblik gözlənilməmişdir. Sualların bir 

qismi ya məlumatdan əvvəl, ya məlumatdan bir qədər keçəndən sonra verilib, ya da 

hansı məqsədlə verilməsi məlum deyil. 

Tapşırıqların  verilməsində  say    mütənasibliyi  bəzi  yerlərdə  pozulmuşdur.  Bir 

sıra  mövzulara  aid  tapşırıqların  sayı  çox,  bəzilərininki  isə  azdır.  Məsələn,  13-cü 

paraqrafda (IV. “Birləşdirmə siyasətinin ikinci mərhələsi”, səh.99-104) 19 sayda, 24-

cü  paraqrafda  isə  (“Qacarlar  dövləti  Rusiyadan  geri  çəkilməyi  tələb  edir”, 

səh.166-169) 9 sayda sual və tapşırıq verilmişdir. 



Səhifə  14.    4-cü  tapşırığın  hansı  səhifədə  verilmiş  xəritə  əsasında  yerinə 

yetiriləcəyi yazılmamışdır. 



Səhifə  24.  Sualda  “XVIII”  əvəzinə  “XVII”  yazılmalıdır.  Şah  I  Abbas  XVII 

əsrin 20-ci illərində növbəti əməliyyatlara başlamışdı. 



Səhifə 25. 2-ci sualda “1603” deyil, “1605” yazılmalıdır. 

Səhifə 27. Paytaxtın Təbrizdən Qəzvinə köçürülməsi haqqında məlumat növbəti 

səhifənin ilk abzasında verildiyi halda, sərbəst sütunda bu barədə  sual verilmişdir. 



Səhifə  33-34.  Şah  Süleymanın  verdiyi  fərman  haqqında  məlumat  səhifə  34-də 

olduğu halda, ona aid sual səhifə 33-də verilmişdir. 



Səhifə  46.  3-cü  sualda  “Səfəvi  zülmü”  ifadəsinin  işlənməsi  Səfəvi  dövlətinin 

işğalçı  və  yad  olması,  şimal  torpaqlarımızın  ayrı  bir  əyalət  olması  təsəvvürü 

yaratdığına görə ifadənin dəyişdirilməsi məqsədəuyğundur. 

Səhifə  48.  Mətndəki  məlumatlar  əsasında  “Nə  üçün  rus  tacirləri  ən  çox 

Şirvanda məskən salmışdılar?” sualına cavab vermək çətindir. 

Səhifə 62. Sualda “Osmanlıların  apardığı vergi  siyasəti  Səfəvilərin  XVIII 

əsrin  əvvəllərində  apardığı  vergi  siyasətindən  necə  fərqlənirdi?” soruşulur. 

Səhifə  41-də  vergi  sistemində  dəyişikliyin  tarixi  1699-cu  il  göstərilib.  Vergi 

sistemində  dəyişikliyin  1699-1702-ci  illərdə  olduğunun  verilməsi  və  yaxud    sualın 

Osmanlıların    apardığı  vergi    siyasəti    Səfəvilərin    XVII  əsrin  sonu-  XVIII  əsrin  

əvvəllərində    apardığı    vergi    siyasətindən    necə    fərqlənirdi?”  kimi  düzəldilməsi 

məqsədəuyğundur. 




23 

 

Səhifə 64. Yönləndirici suallar (“Bu məsul vəzifəni kim öz üzərinə götürdü?” 

və “Səfəvi dövlətinin ərazilərini azad etmək üçün o nə etdi?”) konkret cavab tələb 

edir. 


Səhifə 

84. 

Paraqrafdakı  material  əsasında  Azərbaycanın  xanlıqlara 

parçalanmasının siyasi və iqtisadi amillərini göstərmək mümkün olsa da, beynəlxalq 

amillərini  göstərmək  mümkün  olmadığından,  sərbəst  sütundakı  sualda  düzəliş 

edilməsi məqsədəuyğundur. 

Səhifə  127.  “Hansı  sultanlıqlar  Şəki  xanlığından  asılı  idi?”  sualının  cavabı 

növbəti səhifədə verilmişdir. 



Səhifə  158.  2-ci sualda soruşulan 1783-cü il Georgiyevsk müqaviləsi haqqında 

paraqrafda  məlumat  verilməmiş,  səhifə  113-də  isə  həmin  müqavilənin  şərtlərindən 

bəhs edilsə də, adı çəkilməmişdir. 

Səhifə  169,  179,  195.  Şagirdlərin  müəllim  köməyi  olmadan,  müstəqil  təliminə 

şərait yaratmaq üçün Kürəkçay, Gülüstan və Türkmənçay müqavilələrinə dair sual və 

tapşırıqlarda dərsliyin axırında verilmiş “Sənəd”lərə yönləndirilməsi yaxşı olardı. 

 

5. “Müəllim üçün metodik vəsait”in (MMV-nin) 



məzmununun işlənməsi baxımından 

 

 

Müəllim üçün metodik vəsaitdə “Əziz müəllimlər!” başlığı altında giriş, “VIII 



sinif  Azərbaycan  tarixi  fənni  üzrə  məzmun  standartları”,  “VIII  sinif  üzrə 

məzmun  standartlarının  şərhi”,  “İnteqrasiya  imkanları”,  inteqrasiya  cədvəli, 

“Təlim strategiyaları”“Təlim prosesi və onun təşkili prinsipləri”“Azərbaycan 

tarixi  fənninin  təliminin  təşkilinin  forma  və  üsulları  barədə  tövsiyələr”

“Azərbaycan  tarixi  fənn  kurikulumunun  tədrisində  iş  formalarının  tətbiqi”

“Azərbaycan  tarixi  fənn  kurikulumunun  tətbiqində  istifadə  olunan  üsul  və 

vasitələr”,  “Planlaşdırma  ilə  bağlı  tövsiyələr”,  “Azərbaycan  tarixi  fənni  üzrə 

şagird  nailiyyətlərinin  qiymətləndirilməsinə  dair  tövsiyələr”,  tematik 

planlaşdırma, gündəlik dərs nümunələri, “İstifadə olunmuş ədəbiyyat”  “Kitabın 



içindəkilər” verilmişdir. 

Təlim materiallarının xarakterinə görə mövzuların qruplaşdırılması A, B, C, D, 

E,  F  və  s.  işarələrlə  aparılsa  da,  bu  işarələr  həmişə  üst-üstə  düşmür.  Bəzi 

paraqraflarda A blokuna aid material verilməmişdir.



 


24 

 

MMV-də  şagirdlərin  səmərəli  işləmələrini  təmin  etmək,  həmçinin  gənc 



müəllimlərə  istiqamət  vermək  məqsədilə  bir  neçə  mövzu  üçün  iş  vərəqlərinin 

hazırlanması  yaxşı  olardı.  Nümunə  üçün  Kiçik  Summativ  Qiymətləndirmə  (KSQ) 

tapşırıqlarının  verilməsi məqsədəuyğundur. 

Dərslikdə  verilmiş  motivasiya  və  ona  uyğun  qoyulan  sualların  çoxu 

düşündürmək əvəzinə, hazır materiallar əsasında fəaliyyətə sövq etməkdən başqa bir 

imkan  yaratmadığı  halda,  gündəlik  planlaşdırmalarda  verilmiş  dərslərdə  (31  dərs) 

təlim üsulu kimi beyin həmləsi seçilmişdir. 

Səhifə  5-10.  Tədris  materiallarına  görə  qruplaşdırmada  D  (xəritə,  sxem  və 

cədvəl) bloku göstərilməmişdir. 



Səhifə  20.  İnteqrasiya  imkanlarından  bəhs  edən  mətndə  verilən  nümunələrin 

8-ci sinif mövzuları əsasında verilməsi məqsədəuyğundur. 



Səhifə  41.  2-ci  abzasda  6-cı    sinif  dərsliyindən  dərs  nümunəsinin  verilməsi 

məqsədəuyğun deyil. 



Səhifə 45. İnsertdən bəhs edən mətnin 3-cü sətrində “bu məlumat  mənə    idi” 

ifadəsinin “bu məlumat mənə tanış idi” kimi verilməsi məqsədəuyğundur. 



Səhifə  56.  2-ci  abzasda  “Məzmun  standartlarına  əsasən  dərslikdəki  tədris 

vahidi  və  mövzular  üzrə  dəqiqləşmələrin  aparılması  üçün  “Azərbaycan  tarixi” 

fənn  proqramında  (kurikulumunda)  nəzərdə  tutulan  məzmun  standartlarının 

dərslikdə  hansı  mövzularda  reallaşdırıldığını  və  bu  mövzuların  hansı  tədris 

vahidlərində  birləşdirildiyini  müəyyən  etmənizdir”  cümləsində  dil  qaydaları 

pozulduğundan, fikir anlaşılmazdır. 



Səhifə 59. Tövsiyələrdə rubriklərin 3 və 5 səviyyədə tərtib oluna biləcəyi qeyd 

edilsə də, mövzularda 5 səviyyəli rubriklər verilməmişdir. 



Səhifə 64-65. Tematik planlaşdırmada vahid qayda yoxdur. KSQ bəzən 4, bəzən 

5,  bəzən  isə  6  dərsdən  sonra  verilib.  İlin  sonunda  28  və  29-cu  mövzulardan  sonra 

KSQ keçirilmədən, birbaşa BSQ-nin keçirilməsi nəzərdə tutulmuşdur. 

Dərs  nümunələrinin  bəzilərində  alt  standartlar  mövzuya  uyğun  seçilməyib. 

Məsələn, mövzu 1, 9, 25, 27, 28-də 1.2.2. (Öyrəndiyi dövrə aid yazılı mənbələri təhlil 

edir,  nəticələrini  təqdim  edir)  alt  standartını  reallaşdırmaq  üçün  dərsliyin  müvafiq 

paraqraflarında yazılı mənbə materialı verilməmişdir. Bəzi yerlərdə təlim üsulları alt 

standartlara  uyğun  seçilməmişdir.  Planlaşdırmanın  gedişində  beyin  həmləsi 

edilmədiyi  halda,  demək  olar  ki,  5  mövzu  istisna  olmaqla,  qalan  bütün  mövzular 

üçün təlim üsulu kimi seçilib.  Səhifə  69,  118    129-da Venn üsulu alt standartlara 



25 

 

uyğun  seçilməyib.  Yaxud  da  səhifə  96,  99    145-dəki  mövzularda  ehtiyac 



duyulduğu  təqdirdə,  bu  üsuldan  istifadə  olunmamışdır.  Bu  səbəblərə  görə,  demək 

olar  ki,  gündəlik  planlaşdırmaya  aid  nümunələr  arasında  MMV-nin  əvvəlindəki 

nəzəri hissələrin kompleks şəkildə tətbiq edildiyi dərs nümunəsi yoxdur. 

Səhifə  64,  81.  İllik  planlaşdırmada  6-cı  mövzu  üçün  5.1.3.  (Azərbaycanın 

mədəni  nailiyyətlərini  əks  etdirən  cədvəllər  hazırlayır)  alt  standartının 

reallaşdırılması nəzərdə tutulsa da, 6-cı mövzunun gündəlik planlaşdırmasında bu alt 

standart əksini tapmayıb. 

Səhifə  65,  133.  Tematik  və  gündəlik  planlaşdırmalarda  15-ci  mövzuda 

reallaşdırılması nəzərdə tutulan alt standartların ardıcıllığı fərqli verilmişdir. 



Səhifə  66. Tövsiyə olunan 3.1.2.  (Dövlətlərarası münasibətlərdə Azərbaycanın 

mövqeyini  dəyərləndirir)  alt  standartını  reallaşdırmaq  üçün  dərsliyin  “Sual  və 

tapşırıqlar”  hissəsində  (səh.14)  uyğun  sual  və  tapşırıq  yoxdur.  Bu  alt  standartın 

mətn  əsasında  necə  reallaşdırılması  ilə  bağlı  tövsiyə  verilmədiyindən,  şagirdin 

mətndəki  hansı  məlumatlara  əsaslanıb,  Azərbaycanın  beynəlxalq  münasibətlərdə 

mövqeyini doğru dəyərləndirməli olduğu aydın deyil. 

1-ci  təlim  məqsədində  müvafiq  alt  standartın  məzmununa  uyğun  olaraq, 

nəticələri” sözü yazılmalıdır. 



Səhifə 67. 1-ci çərçivənin ilk sətirlərində “tam təsəvvür” ifadəsinin hansı məna 

bildirdiyi  aydın  deyil.  Paraqrafda  verilmiş  3  illüstrativ  material  əsasında  dövr 

haqqında tam təsəvvürə malik olmaq qeyri-mümkündür. 

Səhifə 75. Təlim forması kimi kollektiv və qruplarla iş tövsiyə olunduğu halda, 

təlim üsulu kimi həm də insert (fərdi iş üsulu) təklif olunur. Bu paraqraf üçün insert 

üsulu  təlim  məqsədlərinə  nail  olmaq  üçün  uğurlu  seçim  deyil.  Cəmiyyətdəki 

dəyişiklikləri və onların səbəblərini fərdi qaydada deyil, kollektiv və ya qrup halında 

izləmək daha effektli olar. 

Səhifə  77.  III  qrupun  2-ci  tapşırığı  dərslikdə  hazır  şəkildə  verildiyindən,  onu 

verilmiş modelə uyğun digər tapşırıqla əvəz etmək məqsədəuyğundur. 



Səhifə  79.  2-ci  çərçivədə  III  qrup  üçün  nəzərdə  tutulmuş  “Azərbaycan 

şəhərlərinin  iqtisadi  gücünü  əsaslandıraraq  cədvəl  tərtib  edin”  tapşırığının 

məzmunu  aydın  deyil.  Azərbaycan  şəhərlərinin  iqtisadi  gücünü  əsaslandıraraq 

cədvəlin necə tərtib edildiyi anlaşılmır. 

IV  qrup  üçün  tövsiyə  olunan  tapşırığın  şərtinin  “Səfəvi  dövlətinin  bağladığı 



ticarət müqavilələri barədə məlumat verin və onlara münasibət bildirin (yaxud ölkə 


26 

 

üçün əhəmiyyətli və zərərli cəhətlərini qeyd edin)” kimi verilməsi məqsədəuyğundur. 

Çünki  verilən  müqavilələrin  bir  qisminin  ölkə  üçün  heç  də  müsbət  nəticələri 

olmamışdır. 



Səhifə  94.  Paraqrafda  Azərbaycanda  rus  və  osmanlı  idarəçiliyindən  bəhs 

edildiyi  halda,  iş  vərəqində  qoyulan  suallar    yalnız  Rusiya  ilə  bağlıdır.  3.1.2. 

(Dövlətlərarası  münasibətlərdə  Azərbaycanın  mövqeyini  dəyərləndirir)  alt 

standartının necə reallaşdırılacağı məlum olmur. 



Səhifə  111.  Təqdim  olunan  cədvəlin  yuxarıda  verilmiş  suallara  uyğun  olması 

məqsədəuyğundur. 



Səhifə  149.  1.2.1.  (Dövrə  aid  hadisə,  proses  və  təzahürləri  verilmiş  yazılı 

mənbələrlə  əlaqələndirir)  alt  standartının  reallaşdırılması  imkanı  məhduddur,  çünki 

mətndə  mənbə  kimi  verilmiş  materialda  dövrə  aid  hadisə,  proses  və  təzahürlərdən 

çox Qacarın şəxsi keyfiyyətləri öz əksini tapıb. 

Səhifə 159. 1.2.2. (Öyrəndiyi dövrə aid yazılı mənbələri təhlil edir, nəticələrini 

təqdim edir) alt standartının reallaşdırılması sual doğurur. Dərslikdə verilmiş mənbə 

(səh.158)  mövzuya  uyğun  olmayıb,  XIX  əsrə  aiddir.  Paraqrafdakı  “Bunu  bilmək 



maraqlıdır” rubriklərində verilmiş materiallar isə mənbə kimi yararlı deyil, sadəcə 

ümumi məlumat xarakteri daşıyır. 



Səhifə  165.  Dərslikdə  mövzuya  uyğun  mənbə  verilmədiyindən,  3.1.3.  (Dövrlə 

bağlı  mənbələrdən  əldə  etdiyi  məlumatlar  əsasında  sxem  və  cədvəllər  qurur)  alt 

standartının necə reallaşdırıldığı bilinmir. 



Səhifə 169. Təlim üsulu kimi debat göstərilsə də, bu, dərsin gedişində öz əksini 

tapmamışdır. 



Səhifə  172.  Qiymətləndirmə  meyarı  kimi  təqdimetmənin  III  və  IV  dərəcələri  

eyni verilmişdir. 



Səhifə 187. Reallaşdırılması nəzərdə tutulan hər iki alt standart (1.2.2. və 3.1.3.

mənbə ilə bağlı olsa da, paraqrafda uyğun mənbə göstərilməmişdir. 



Yüklə 207,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə