Dərslik komplekti Müəlliflər: Yaqub Mahmudlu



Yüklə 207,04 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix15.03.2018
ölçüsü207,04 Kb.
#31517
növüDərs
1   2   3   4   5   6   7   8

15 

 

Bu  sülhə  əsasən  II  Təhmasib  Araz    çayından  şimalda  olan  Cənubi  Qafqaz  ərazisi 



üzərində Osmanlı  hakimiyyətini  tanıdı” kimi verilməsi daha yaxşı olar. 

2-ci abzasın axırında  “Özünü  isə  şahın  naibi  və  vəkili  elan  etdi” cümləsinin 

Özünü isə şahın vəkili elan etdi” kimi yazılması məqsədəuyğundur. 

Kirmanşah  və  Rəşt  müqavilələrinin  şərtlərinin  ardıcıl,  əsas  mətndən 

fərqləndirilmiş formada verilməsi məqsədəuyğundur.  

Səhifə  67.  2-ci  abzasda  “1734-cü  ildə  Şamaxını,  daha  sonra  Gəncəni  ələ 

keçirdikdən sonra” ifadəsindən Nadir xanın bu şəhərləri kimdən azad etdiyi məlum 

olmur. 


Səhifə  69.  Paraqrafın  adında  “Birömürlük  imperiya”  ifadəsinin  kəsb  etdiyi 

məna  dolaşıqdır.  Nadir  şah  11  il  hakimiyyətdə  olmuş,  öləndən  sonra  sülaləsinin 

davamçıları qısa müddətdə də olsa, şah olmuşlar. Bu ifadənin dərslikdən çıxarılması 

məqsədəuyğundur. 



Səhifə  71-72. 3-cü abzasın  axırından  başlayan  “Azərbaycanı  paytaxtı  Təbriz 

olan vahid inzibati bölgüdə birləşdirdi” cümləsində “paytaxtı” sözünün “mərkəzi” 

sözü ilə əvəz edilməsi məqsədəuyğundur. 



Səhifə  73.  “Bunu  bilmək  maraqlıdır”  rubrikində  “ixtişaş”  deyil,  “iğtişaş” 

yazılmalıdır. 



Səhifə 74. 1-ci abzasda “zavod” sözünün işlənməsi dövrə uyğun deyil. 

Səhifə  78.  “Bunu  bilmək  maraqlıdır” rubrikinin 6-cı sətrində işlənmiş “yeni 

Ağsu  ...  şəhərinin  əsası  qoyuldu”  ifadəsindən  “yeni”  sözünün  çıxarılması 

məqsədəuyğundur. 



Səhifə  83.  3-cü  abzasın  axırında  “III  Sam  Mirzə  şəhərlilərin  böyük  bir 

hissəsini” ifadəsinin “III Sam Mirzə Ərdəbil və Təbriz şəhərlərinin əhalisinin böyük 

bir hissəsini” kimi verilməsi məqsədəuyğundur. 

Səhifə  84.  Axırıncı  abzasda  “Azərbaycan,  İran,  Orta  Asiya  və  Qafqazda” 

ifadəsindən belə çıxır ki, Azərbaycan Qafqazda yerləşmir. 



Səhifə  88-89.  “Ağakişi  bəy”  ifadəsinin  “Ağakişi  xan”  kimi  verilməsi 

məqsədəuyğundur. 



Səhifə  96.  Mənbə  materialında  “geniş  ağıl”  ifadəsinin  əvəzlənməsi 

məqsədəuyğundur. 



Səhifə 101. Əvvəlcə “Tuti Bikə” kimi təqdim olunan ad axırdan 2-ci cümlədə 

“Tutu Bikə” kimi göstərilmişdir. 


16 

 

Səhifə  112.  2  və  3-cü  abzaslarda  “katalikosluq”  sözünün  “katolikosluq”  kimi 

yazılması məqsədəuyğundur. 

Səhifə  118.  2-ci  abzasın  3-cü  cümləsində  “Hacı  Məhəmmədəli”  ifadəsindən 

sonra “xan” sözünün artırılması məqsədəuyğundur. 



Səhifə 122-125. Paraqrafın adı ilə 2 və 3-cü yarımbaşlıqların ardıcıllığı arasında 

uyğunsuzluq var. 



Səhifə  126.  “Camaatlıq”  sözünün  xəritədəki  kimi  (səh.127)  “camaat”  kimi 

işlənməsi daha dəqiq olar. 



Səhifə  127.  4-cü  abzasda  “Azərbaycanın  ucqarında  yerləşən  Car-Balakən 

camaatlığı  Şəki  xanlığı  və  İlisu  sultanlığı  ilə  birləşərək  bu  diyarı  yadelli 

hücumlarından qoruyub saxlamaqda mühüm rol oynamışdır” cümləsi ilə səhifə 

128-də  2-ci  abzasın  “İlisu  sultanlığı  Şəki  xanlığı  və  Car-Balakən  camaatlığı  ilə 



birlikdə ölkənin şimal-qərb torpaqlarının yadelli basqınlarından qorunmasında 

mühüm rol oynamışdır” cümləsi mahiyyətcə bir-birinin təkrarıdır. 

Səhifə 137. 5-ci abzasda “musəvilərin öz kilsələrində” ifadəsinin “musəvilərin 

öz sinaqoqlarında” kimi verilməsi məqsədəuyğundur. 

Səhifə 140. 1-ci abzasın “XVIII əsrin ikinci yarısında Azərbaycan ərazisində 

Təbriz,  Şamaxı,  Naxçıvan,  Ərdəbil,  Dərbənd,  Bakı,  Gəncə,  Şəki,  İrəvan, 

Urmiya,  Xoy  kimi  qədim  şəhərlərlə  yanaşı,  Şuşa  (Pənahabad),  Yeni  Şamaxı 

kimi təzə şəhərlər də meydana gəldi” cümləsindən belə anlaşılır ki, qədim şəhərlər 

də  həmin  dövrdə  yaranmışdı.  Yeni  yaranmış  şəhərlər  arasında  Şuşanın  adının 

çəkilməsi səhifə 108-də işlənmiş “qədim yaşayış məskəni olan Şuşada” ifadəsi ilə 

ziddiyyət yaradır. 

Mənbə materialının altında verilmiş sualda  “Necə  düşünürsünüz” ifadəsindən 

sonra vergül işarəsi qoyulmalıdır. 



Səhifə  141,  142. “Pənahabad” və “Əsgəran” sözləri dırnaq işarələri arasında 

verilməməlidir. 



Səhifə  149.  2-ci  abzasdakı  “rahdar”  və  “bacdar”  sözlərinin  mənasını 

açıqlamaq yaxşı olardı. 



Səhifə  158.  1-ci  abzasda  işlənmiş  “manifest”  termininin  açıqlaması 

verilməmişdir. 



Səhifə  162.  3-cü  abzasda  “Sazişin  şərtlərinə  görə  carlılar  çar  xəzinəsinə 

ipəklə  xərac  ödəməli,  sədaqət  əlaməti  olaraq  girov  (əmanət)  verməli,  rus 


17 

 

qoşunlarını öz ərazilərində yerləşdirməli idilər” cümləsindən sonra “Car-Balakən 



daxili müstəqilliyini saxlayırdı” cümləsinin artırılması tövsiyə edilir. 

Səhifə  164.  4-cü  abzasda  “2  verstliyindəki”  ifadəsinin  “təxminən  3 

kilometrliyindəki” kimi yazılması məqsədəuyğundur. 

Səhifə 167.  3-cü abzasda  “Qəmərli  kəndinin yanında” ifadəsində “yanında” 

sözünün “yaxınlığında” kimi verilməsi məqsədəuyğundur. 



Səhifə  170.  Motivasiyada  “Şamaxı  xanı  Mustafa  xan  isə  öz  torpaqlarını 

müdafiə  etməkdə  qərarlı  idi”  cümləsi  ilə  1-ci  abzasdakı  “Şamaxı  xanı  Mustafa 

xan  illik  bac  verməkdən  boyun  qaçırır,  daxili  idarəçilikdə  özünün  müstəqilliyi 

barədə  təminat  və  özünə  daimi  məvacib  təyin  olunmasını  tələb  edirdi”,  2-ci 

abzasdakı “Öz vəziyyətinin çıxılmazlığını görən xan Rusiya təbəəliyinə keçməyə 



razı oldu” cümlələri arasında fikir uyğunsuzluğu var. 

Səhifə  178.  3-cü  abzasın  1-ci  cümləsində  “Rusiyanın”  sözünün  əvvəlinə 

yalnız” sözünün artırılması məqsədəuyğundur. 



Səhifə  182.  4-cü  abzasda  “Çar  Rusiyası  istila  etdiyi  Şimali  Azərbaycan 

torpaqlarında  iqtisadiyyatı  canlandırmaq  üçün  tədbirlər  görməyə  başladı” 

cümləsində  “iqtisadiyyatı  canlandırmaq”  ifadəsinin  “iqtisadi  maraqlarını  təmin 



etmək” ifadəsi ilə əvəz edilməsi məqsədəuyğundur. 

Səhifə 187. 1-ci abzasda “qaladakı rus qarnizonu strateji təşəbbüsü ələ aldı” 

ifadəsindən mühasirədə olan ordunun ona necə nail olduğu sual yaradır. 



 

3. Dizayn və bədii tərtibat baxımından 

 

Rəsm  və  illüstrasiyaların  verilməsində  cəlbedicilik  və  şagird  marağının  nəzərə 

alınması,  əsasən,  gözlənilmişdir.  Üz  qabığının  tərtibatı  dərsliyin  məzmununa 

uyğundur. 

Şagirdlərin  təlim  materiallarını  daha  yaxşı  mənimsəməsinə  yardım  etmək 

məqsədi  ilə  dərslikdə  111  illüstrasiya  verilmişdir.  Orta  hesabla  hər  paraqrafa  düşən 

şəkil  və  illüstrasiyaların  sayı  qənaətbəxş  olsa  da,  mütənasiblik  bəzi  yerlərdə 

pozulmuş,  2  paraqrafda  illüstrasiya  verilməmişdir.  İllüstrasiyaların  çox  az  qismi 

orijinaldır, yəni xüsusi olaraq bu dərslik üçün hazırlanmış və bu vaxtadək heç yerdə 

istifadə olunmamışdır. Şəkil, xəritə və sxemlər (səh.27-dəki şəkillər istisna olmaqla) 

nömrələnməmişdir.  İllüstrasiyaların  bir  qismində  şəkilaltı  informasiya  çatışmır. 

Məsələn,  səhifə  32-dəki  1-ci  şəkil,  səhifə  50-dəki  şəkil,  səhifə  105-də  sağdan 

aşağıdakı şəkil və s. Səhifə 172-dəki şəkil isə təsvir olunan hadisənin qışda (fevralda) 



Yüklə 207,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə