174
1. Əgər normada insan orqanizmində 5 q xolesterin sintez olunmuşsa, bu müd-
dətdə orqanizmə kənardan minimum nə qədər xolesterin daxil olmuşdur?
2. Düzgün olanları seçin:
a) Qaraciyərin əsas toxuması birləşdirici toxumadır.
b) Qaraciyərdə xolesterin sintez olunur.
c) Xolesterin bitki mənşəli məhsullarda olur.
d) Ateroskleroz vena damarlarının divarlarını zədələyir.
e) Xolesterin öd daşlarının yaranmasına səbəb olur.
3. Karbohidrat və lipid mübadiləsinin pozulması səbəbi ilə yaranan xəstəliklər
haqqında məlumat toplayın və təqdim edin.
4. Podaqra xəstəliyi zamanı böyrəklərin zədələnməsinin səbəbini araşdırın, re-
ferat hazırlayın.
T
Zəif purin əsaslı (zülal mənşəli) qidalarla qidalanan Afrika, Çin, Hindis-
tan əhalisində
bu xəstəliyə demək olar ki, rast gəlinmir.
MARAQ
LID
IR!
Ayaqda podaqranın inkişafı
hablaşma gedir, podaqra düyünləri yaranır. Bu zaman oynaqların funksiyaları pozu-
lur, xəstəlikdən böyrəklər də zədələnə bilir.
Üzvi maddələrlə yanaşı, orqanizmə su və mineral maddələr də daxil olur. Mi-
neral maddələrdən tərkibində Ca, P və Fe olan birləşmələrin əhəmiyyəti xüsusilə
böyükdür. Onların çatışmaması da bir çox funksiyaların pozulmasına səbəb olur.
DÜZGÜN QİDALANAQ, SAĞLAM OLAQ!
LAYİHƏ
176
olur. Deməli, şişlər normal toxumalardan inkişaf edir. Ancaq şiş əmələgətirən
hüceyrələr quruluşuna və böyümə xüsusiyyətlərinə görə normal hüceyrələrdən
fərqlənir. Kli nik baxımdan şişləri iki qrupa bölürlər.
Xoşxassəli şişlər
Xüsusiyyətləri: yavaş böyüyür, toxu-
maları dağıtmır, ancaq onları sıxır, me-
tastaz
*
vermir, digər toxuma və orqan-
lara keçmir, orqanizmi zəhərləmir, in-
sanı arıqlatmır.
Bədxassəli şişlər
Xüsusiyyətləri: sürətlə artır, ətraf-
dakı toxumaları dağıdır, sürətlə bö-
yüyür, metastaz verib digər orqanlara
keçir, maddələr mübadiləsini pozur,
orqanizmi zəhərləyir, insanı arıqladır.
Şişləri əmələ gəldiyi toxumalara görə qruplaşdırıb adlandırırlar.
№
Şişlər
Xoşxassəli
Bədxassəli
1. Epitel toxuması
şişləri
Papiloma, adenoma, kista
Karsinoma
2. Birləşdirici
toxuma şişləri
Fibroma, lipoma
Sarkoma
3. Sinir toxuması şişləri
Nevrioma, qlioma
Neyrosarkoma
4. Əzələ toxuması şişləri
Mioma
Miosarkoma
Damar şişləri də vardır ki, onların xoşxassəlilərinə angiomaları, bədxassəlilə-
rinə isə angiosarkomaları aid edirlər.
Şişlərin əmələgəlmə səbəbləri hələ də tam aydınlaşdırılmamışdır. Ancaq bu
haqda bir neçə fərziyyə mövcuddur:
•
Embrional inkişaf zamanı bəzi toxuma hüceyrələrində dəyişikliklər baş verir.
Doğulduqdan sonra xarici mühit amilləri onlara təsir edir və şiş yaranır.
Məsələn, dəridəki xallar
melanomaya
*
çevrilir;
•
Kanserogen maddələrin (tütün, asbest, parafin, anilin boyaları, ionlaşdırıcı
şüalar və s.) təsiri;
LAYİHƏ
177
1. Beyində olan xoşxassəli şişlər bəzən çox təhlükəli olur. Sizcə, bunun səbəbi
nədir? İzah edin.
2. Müxtəlif şişlərin orqanizmə təsirinə dair araşdırma aparın və təqdimat hazır-
layın.
3. Xoşxassəli və bədxassəli şişləri müqayisə edin.
T
•
Virusların təsiri;
•
Müxtəlif mənşəli – fiziki, kimyəvi,
radioaktiv, dishormonal
*
məhsulların təsiri.
Şişlərin, xüsusən də bədxassəli şişlərin vaxtında aşkar olunması onların müali-
cəsini asanlaşdırır.
Bədxassəli şişlərin inkişafında 4 dövr müəyyənləşdirilmişdir:
1. Erkən dövr: yeni yaranır, limfa düyünlərində dəyişiklik yoxdur.
2. Ətraf toxumalara yayılıb, zədələnmiş orqandan kənara çıxmayıb, metastaz
əlamətləri görünür.
3. Xəstə orqandan kənara çıxır.
4. Şiş digər orqanlarda metastaz verir.
Şişləri vaxtında aşkarlamaq və müalicə
etdirmək ömrü uzadır.
LAYİHƏ