Dərslik layiHƏ 4 Mündəricat I. Həyatın yaranması


  Əgər normada insan orqanizmində 5 q xolesterin sintez olunmuşsa, bu müd- dətdə orqanizmə kənardan minimum nə qədər xolesterin daxil olmuşdur? 2



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə45/47
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39970
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   47

174
1.  Əgər normada insan orqanizmində 5 q xolesterin sintez olunmuşsa, bu müd-
dətdə orqanizmə kənardan minimum nə qədər xolesterin daxil olmuşdur?
2. Düzgün olanları seçin:
a) Qaraciyərin əsas toxuması birləşdirici toxumadır.
b) Qaraciyərdə xolesterin sintez olunur.
c) Xolesterin bitki mənşəli məhsullarda olur.
d) Ateroskleroz vena damarlarının divarlarını zədələyir.
e) Xolesterin öd daşlarının yaranmasına səbəb olur.
3.  Karbohidrat və lipid mübadiləsinin pozulması səbəbi ilə yaranan xəstəliklər 
haqqında məlumat toplayın və təqdim edin.
4.  Podaqra xəstəliyi zamanı böyrəklərin zədələnməsinin səbəbini araşdırın, re-
ferat hazırlayın.
T
Zəif purin əsaslı (zülal mənşəli) qidalarla qidalanan Afrika, Çin, Hindis-
tan əhalisində bu xəstəliyə demək olar ki, rast gəlinmir.
MARAQ
LID
IR!
Ayaqda podaqranın inkişafı
hablaşma gedir, podaqra düyünləri yaranır. Bu zaman oynaqların funksiyaları pozu-
lur, xəstəlikdən böyrəklər də zədələnə bilir.
Üzvi maddələrlə yanaşı, orqanizmə su və mineral maddələr də daxil olur. Mi-
neral maddələrdən tərkibində Ca, P və Fe olan birləşmələrin əhəmiyyəti xüsusilə 
böyükdür. Onların çatışmaması da bir çox funksiyaların pozulmasına səbəb olur.
DÜZGÜN QİDALANAQ, SAĞLAM OLAQ!
  LAYİHƏ


175
 46. Hüceyrənin nəzarətsiz bölünməsi. Şişlər
Hüceyrələr bölünən zaman onlara xüsusi zülallar nəzarət edir. Bu zülallar əksər 
hüceyrələrdə  eynidir.  Zülalların  nəzarəti  normal  olmazsa,  bölünmə  zamanı  bəzi 
çatışmazlıqlar yarana bilər. Bunlardan ən çox yayılanlarından biri də şişlərdir.

 
Şişlər haqqında nə bilirsiniz? 

 
Onlar bir-birindən necə fərqlənirlər?
Lipoma, kista, fibroma, sarkoma, qlioma, adenoma, nevroma adı verilmiş xəs-
təliklərdən hansılar haqqında məlumatınız var?
İNTERF
AZ
A
MİT
OZ
G

10 
saat
S
 
9 saat
G

4 saat
M
telo
faza
ana
faza
met
afaza
pro
faza
Hüceyrələrin normal bölünməsi zamanı göstərilən mərhələlər ardıcıl surətdə 
bir-birini əvəz edir. Yəni mərhələnin birinin bitməsi digərinin başlanması üçün 
siqnaldır. Ancaq bəzən DNT-nin ikiləşməsi zamanı bəzi pozulmalar (mutasiya-
lar) baş verir ki, bu zaman hüceyrənin bölünməsinin normal gedişi pozulur. Hü-
ceyrələr bölünmə faktorunun olmamasına baxmayaraq, bölünmələrini davam et-
dirir. Bunun səbəbi hüceyrələrin “dur” siqnallarına cavab verməməsidir. Bu za-
man  toxumaların  patologiyası  baş  verir,  bu  isə  şişlərin  əmələ  gəlməsinə  səbəb 
Hüceyrənin bölünməsi zamanı interfazada tənzimləyici zülalların miqdarı ar-
tır. Bunun nəticəsində hüceyrənin növbəti mərhələyə keçməsi sürətlənir və eyni 
zamanda bölünməsi təmin edilir. Bölünməsi başa çatmış hüceyrə yenidən bölün-
məyə  başlamaq  üçün  lazım  olan  siqnalları  bu  zaman  alır.  Nəzarətçi  zülalların 
müxtəlif  növlərinin  öz  vəzifələri  vardır.  Onların  bir  qismi  “dur”,  bir  qismi  isə 
“davam et” siqnalları ilə bölünməni tənzimləyir. 
Hüceyrənin bölünmə ardıcıllığı (həyat tsikli) 
Presintetik (G
1
)→Sintetik (S)→Postsintetik (G
2
) → Mitoz (M)
M
F
  LAYİHƏ


176
olur.  Deməli,  şişlər  normal  toxumalardan  inkişaf  edir. Ancaq  şiş  əmələgətirən  
hüceyrələr  quruluşuna  və  böyümə  xüsusiyyətlərinə  görə  normal  hüceyrələrdən 
fərqlənir. Kli nik baxımdan şişləri iki qrupa bölürlər.
Xoşxassəli şişlər
Xüsusiyyətləri: yavaş böyüyür, toxu-
maları dağıtmır, ancaq onları sıxır, me-
tastaz
*
 vermir, digər toxuma və orqan-
lara keçmir, orqanizmi zəhərləmir, in-
sanı arıqlatmır. 
Bədxassəli şişlər
Xüsusiyyətləri: sürətlə artır, ətraf-
dakı  toxumaları  dağıdır,  sürətlə  bö-
yüyür, metastaz verib digər orqanlara 
keçir,  maddələr  mübadiləsini  pozur, 
orqanizmi zəhərləyir, insanı arıqladır. 
Şişləri əmələ gəldiyi toxumalara görə qruplaşdırıb adlandırırlar. 

Şişlər 
Xoşxassəli
Bədxassəli
1. Epitel toxuması şişləri
Papiloma, adenoma, kista
Karsinoma 
2. Birləşdirici toxuma şişləri
Fibroma, lipoma
Sarkoma
3. Sinir toxuması şişləri
Nevrioma, qlioma
Neyrosarkoma
4. Əzələ toxuması şişləri
Mioma 
Miosarkoma
Damar şişləri də vardır ki, onların xoşxassəlilərinə angiomaları, bədxassəlilə-
rinə isə angiosarkomaları aid edirlər. 
Şişlərin  əmələgəlmə  səbəbləri  hələ  də  tam  aydınlaşdırılmamışdır.  Ancaq  bu 
haqda bir neçə fərziyyə mövcuddur: 

   
Embrional inkişaf zamanı bəzi toxuma hüceyrələrində dəyişikliklər baş verir. 
Doğulduqdan  sonra  xarici  mühit  amilləri  onlara  təsir  edir  və  şiş  yaranır. 
Məsələn, dəridəki xallar melanomaya
*
 çevrilir; 

  
Kanserogen  maddələrin  (tütün,  asbest,  parafin,  anilin  boyaları,  ionlaşdırıcı 
şüalar və s.) təsiri;
  LAYİHƏ


177
1.  Beyində olan xoşxassəli şişlər bəzən çox təhlükəli olur. Sizcə, bunun səbəbi 
nədir? İzah edin.
2.  Müxtəlif şişlərin orqanizmə təsirinə dair araşdırma aparın və təqdimat hazır-
layın.
3. Xoşxassəli və bədxassəli şişləri müqayisə edin. 
T

 
Virusların təsiri;

 
Müxtəlif mənşəli – fiziki, kimyəvi, radioaktiv, dishormonal
*
 məhsulların təsiri. 
Şişlərin, xüsusən də bədxassəli şişlərin vaxtında aşkar olunması onların müali-
cəsini asanlaşdırır.  
Bədxassəli şişlərin inkişafında 4 dövr müəyyənləşdirilmişdir:
1. Erkən dövr: yeni yaranır, limfa düyünlərində dəyişiklik yoxdur.
2.  Ətraf  toxumalara  yayılıb,  zədələnmiş  orqandan  kənara  çıxmayıb,  metastaz 
əlamətləri görünür.
3. Xəstə orqandan kənara çıxır.
4. Şiş digər orqanlarda metastaz verir.
Şişləri vaxtında aşkarlamaq və müalicə 
etdirmək ömrü uzadır.
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə