Dərslik layiHƏ 4 Mündəricat I. Həyatın yaranması



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə2/47
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39970
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   47

6
I
 Həyatın
yaranması
  LAYİHƏ


7
► Yer planetinin yaranması. Həyat anlayışı
► Həyatın yaranması haqqında fərziyyələr
► Həyatın yaranması haqqında təsəvvürlərin inkişafı
► Həyatın əmələ gəlməsi haqqında müasir təsəvvürlər
► Bioloji monomer və polimerlərin yaranması
► Çoxhüceyrəliliyə doğru yol
► Təbii seçmənin formaları
► Orqanizmlərdə uyğunlaşmalar
  LAYİHƏ


8
Alimlər Yer üzərindəki dəyişiklikləri izləmək üçün onun tarixi inkişafını, aşa-
ğıdakı sxemdə göstərildiyi kimi, mərhələlərə bölmüşlər. Bu, həyatın yaranması və 
inkişafı  haqqındakı  təsəvvürlərin  başa  düşülməsini  asanlaşdırır.  Onlar  həyatın 
necə yarandığını, ilk canlının meydana çıxmasını, növlərin yaranmasını, bir çox 
növlərin nəslinin kəsilmə səbəblərini müxtəlif geoloji dövrlərdə baş verən dəyiş-
mələrin nəticəsi olduğunu isbat etməyə çalışmışlar. 

 Canlılara xas olan həyat nədir? 
► 
Yer planeti və onun üzərində həyat necə yaranıb?
 
1. Yer planetinin yaranması. Həyat anlayışı
Bizə  elə  gəlir  ki,  canlını  cansızdan  asanlıqla  fərqləndirmək  olar.  Məsələn,  qa-
ranquş qidalanır, tənəffüs edir, qıcığa qarşı cavab reaksiyası verir, böyüyür və çoxa-
lır,  uçaraq  uzaq  məsafələr  qət  edir.  Günəbaxan  isə  qidalanır,  tənəffüs  edir,  çiçək 
açır, meyvə və toxum əmələ gətirir, ancaq məkanda yer dəyişə bilmir. Bu əlamətlər 
canlılara  məxsusdur.  Cansızlarda  isə  bu  əlamətlərin  əksəriyyətinin  olmamasına 
baxmayaraq  bəzi  kənaraçıxmalara  rast  gəlinir.  Məsələn,  su  cansızdır,  lakin  onun 
axması hərəkətdir. Küləyin torpağı sovurub yayması da hərəkətdir. Onda belə sual-
lar meydana çıxır:
– Canlını cansızdan fərqləndirən nədir?
– Həyatın yaranması prosesi necə gedə bilərdi?
F
M
Neo
gen
Paleozoy erası
Daş kömür
D
evon
Silur
Ordovik
Kembri
Kembridən əvvəl
Yura
Trias
Perm
Fanerozoy
Mezozoy erası
Təbaşir
Kaynozoy erası
Pa
leo
ge
n
Antropogen
Arxey erası
Proterozoy erası
  LAYİHƏ


9
Yer planeti və onun üzərində həyatın əmələ gəlməsi haqqında mübahisəli təsəv-
vürlər mövcuddur. Onlardan birində deyilir ki, təxminən 4-5 milyard il əvvəl daha 
sonralar Günəş adlandırılan kiçik ulduz sistemində qızmar qaz və kosmik tozdan 
ibarət  qatı  kütlə  əmələ  gəldi.  Sonralar  bu  kütlə  soyuyaraq  ətrafdakı  hissəcikləri 
özünə birləşdirdi və bərkidi. Yer planetinin bu cür yarandığı güman olunur. Sonrakı 
dövrlərdə planetimiz digər planetlərdən üzərində yaranan həyatla daha da fərqlən-
məyə başladı. 
Yer yarandığı dövrdə indikindən çox fərqli idi. 
Onun diametri müasir ölçüsündən kiçik, tempera-
turu isə çox yüksək olub. Minlərlə dərəcə tempe-
raturda bütün süxurlar ərimiş, meteoritlər isə ara-
sıkəsilmədən  planetin  səthini  sanki  bombardman 
edirdi. Sonrakı dövrlərdə bu proses dayandı. Daha 
sonra  planet  soyumağa  başladı.  Onun  kələ-kötür 
səthi  formalaşdı.  Tem peratur  100
o
C-dən  aşağı 
düşdü. Atmosferdə buxar şəklində olan su damcı-
lara çevrilib yağış şəklində yağmağa başladı. Yer 
səthində okeanlar əmələ gəldi. 
Həmin dövrün atmosferi də indikindən fərqli idi. Bu dövrdə planetdə həya-
tın olması üçün heç bir şərait yox idi. Getdikcə şərait dəyişməyə və həyat ya-
ranmağa başlamışdır. 
Həyatın  yaranması  haqqında  müx-
təlif fərziyyələr və təsəvvürlər mövcud-
dur. Bu fərziyyə və təsəvvürlər bir çox 
fikirlərin yaranmasına səbəb olmuşdur.  
Belə fikirlərdən biri F.Engelsə məx-
susdur.  Ona  görə  “Həyat  zülallardan 
ibarət  cisimlərin  yaşama  üsuludur  və 
bu  yaşama  üsulu  öz  mahiyyətinə  görə 
bu  cisimlərin  kimyəvi  tərkibi  və  his-
sələrinin  daima  öz-özünə  yenilənmə-
sindən ibarətdir”. 
Həyat haqqında təriflərdən birini də M.V.Volkenşteyn vermişdir. Onun fik-
rincə, “Yer üzərində mövcud olan canlı vücudlar biopolimerlərdən – zülal və 
nuklein turşularından qurulmuş və öz-özünə tənzimlənən və öz-özünü törədən 
açıq sistemlərdir”. 
Hər iki tərifdən bəlli olur ki, canlı cansızdan fərqlənir. Canlılar qidalanır, 
tənəffüs edir, çoxalır, böyüyür, hərəkət edir və müxtəlif qıcıqlara cavab reaksi-
yası verirlər.
 Planetimiz və onun üzərində həyatın yaranması haqqında fikirlərinizi müzakirə 
edin. 
F
  LAYİHƏ


10
1.  Hazırda Yerin öz oxu ətrafında bir dəfə tam dövr etməsi 24 saata başa çatır. 
Qədimdə isə bu proses 18 saatı əhatə edirdi. Planetimizdə həyatın yaranması-
nın səbəbi bu ola bilərdimi? Fikirlərinizi əsaslandırın.
2. F.Engelsin və M.V.Volkenşteynin təriflərini müqayisə edin. 
3.  Həyatın yaranması haqqında araşdırma aparın və daha hansı alimlərin həyata 
dair tərif verdiklərini müəyyənləşdirin və təqdimat hazırlayın.
4.  Canlını cansızdan fərqləndirən xüsusiyyətləri özündə əks etdirməyən canlıları 
tanıyırsınızmı? Nümunələr gətirin.
5.  M.V.Volkenşteynin “Yer üzərində yaşayan canlı varlıqlar...” ifadəsini müasir 
dövrdə səmada göründüyü fərz edilən, “Naməlum uçan obyektlər” adlandırı-
lan  cisimlərin  varlığı  ilə  necə  əlaqələndirə  bilərsiniz?  Fikirlərinizi  müzakirə 
edin.
6.  Alimlərin “böyük bombardman” adlandırdıqları dövrdə meteoritlər Yer kürəsi-
ni sanki bombardman edirdi. Fərziyyələrə görə onların ölçüləri nə qədər bö-
yük  olurdusa, Yerin  qabığı  bir  o  qədər  çox  qızırdı.  Bu  fikrin  düzgünlüyünü 
əsaslandırın.
7.  Şəklə baxın və “Belə bir şəraitdə həyatın yaranması mümkün ola bilərdimi?” 
mövzusunda müzakirə aparın.
T
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə