Dərslik layiHƏ 4 Mündəricat I. Həyatın yaranması



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə4/47
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39970
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   47

15
b
a
c
d
L.Pasterin təcrübəsi
a) ət suyu  
 
 
 
 c)
 mikroorqanizmlər daxil olmayan kolba
b)
 S şəkilli boğazı olan kolbalarda    
 d) mikroorqanizmlər daxil olan kolba
qaynadılan ət suyu
Şüşə  kolbalara  hava  daxil  olmuş,  ancaq  qablardakı  bulyonda  uzun  müddət 
heç  bir  dəyişiklik  görünməmişdir.  Paster  qablardan  birini  əyərək  içərisindəki 
bulyonu S şəkilli borunun dirsəyinə toxundurub geri qaytarmışdır. Bu zaman dir-
səkdə toplanmış bakteriyalar qabın içərisindəki ət suyuna daxil olmuş, bakteriya-
lar onu qıcqırdıb xarab etməyə başlamışlar. Deməli, bakteriyalar və sporları dir-
səkdə yapışıb qalmış və bulyona daxil ola bilməmiş, lakin ət suyuna daxil olan 
kimi onlar fəaliyyətə başlamışlar.
Bu təcrübə ilə Lui Paster müasir dövrdə cansızlardan canlıların yarana bil-
mədiyini sübut etdi. Belə bir mübahisəli məsələni həll etdiyinə görə alim Paris 
Elmlər Akademiyasının təsis etdiyi mükafata layiq görülmüşdür. Onun apardığı 
işlərin praktik əhəmiyyəti çox böyükdür. Hazırda aparılan dezinfeksiya və steri-
lizasiya işləri buna əsaslanır. 
F.Redinin işləri sonradan bir çox alimlər tərəfindən aparılan tədqiqatlar nəti-
cəsində təsdiqlənməyə başladı. Fransız alimi L.Pasterin apardığı təcrübələr nəti-
cəsində də məlum oldu ki, ət suyunun xarab olmasına səbəb kənardan gələn mik-
roorqanizmlərdir.  Alim  apardığı  təcrübədə  kolbalara  qaynadılmış  ət  suyu 
yer ləşdirmiş və sakit bir yerə qoymuşdur.
  LAYİHƏ


16
1.  Şəkillərdə  hansı  proses  əks  olunub?  Bunu  hansı  alimin  fərziyyəsi  ilə  izah 
edərdiniz və nə üçün? İzah edin.
2.  L.Pasterin təcrübələrindən əvvəl Terexovski də oxşar təcrübələr aparmış, an-
caq  qabların  ağzını  açıq  saxlamamışdır.  Bu  səbəbdən  də  onun  işləri  elm 
adamları tərəfindən qəbul olunmadı. Bunun səbəbini necə izah edərdiniz? 
3.  Abiogenez və biogenez təsəvvürlərinə dair məlumat toplayın və təqdimat ha-
zırlayın. 
4. Uyğunluğu müəyyən edin.
1. Abiogenez
2. Biogenez
3. Panspermiya
a) Həyat Yer kürəsinə digər planetlərdən gəlmişdir.
b) Başqa planetlərdə həyat vardır.
c) Canlılar öz-özünə yaranmışdır.
d) Canlı yalnız canlıdan yarana bilər.
e) Canlılar cansızlardan yaranmışdır.
T
Lui Paster – fransız bioloqu, kimyaçı, əczaçı, müasir 
mikrobiologiya və immunologiyanın banisi. O, quduzluğa 
qarşı vaksin kəşf etmiş və bu xəstəliyin viruslar tərəfin-
dən  necə  yarandığını  izah  etmişdir.  Lui  Paster  müasir 
dövrdə cansız materiyadan canlıların yaranmasının (abi-
ogenez)  mümkünsüzlüyünü  1861-ci  ildə  çox  sadə  va-
sitələrlə apardığı təcrübədə sübut etmişdir. Bu təcrübədə 
abiogenez  fərziyyəsi  deyil,  məhz  biogenez  təsəvvürü 
(canlı canlıdan ortaya çıxır) öz elmi təsdiqini tapır. 
  LAYİHƏ


17
 
4.  Həyatın əmələ gəlməsi haqqında 
müasir təsəvvürlər
Hazırkı şəraitdə həyat cansızlardan yarana bilmir. Digər planetlərdən bizə hə-
yat rüşeymləri də gələ bilməz. 

 
Bəs onda həyat necə yaranmışdır? 
Araşdırma aparın və sualları cavablandırıb təqdim edin. 
Həyat hansı şəraitdə yarana bilərdi? 
Canlıların əsas komponenti olan zülallar və digər polimerlər necə yaranmışdır? 
Müasir  dövrdə  alimlər  həyatın  yaranması  haqqında  iki  müxtəlif  fikir  irəli 
sürürlər. Onlardan bir qismi avto trof yaranış fikrini, digərləri isə heterotrof ya-
ranış fikrini irəli sürür. 
Avtotrof görüş tərəfdarlarına görə, canlıların yaranması qidalanmadan başla-
yır. Onlara görə, qeyri-üzvi maddələrdən üzvi maddə sintezi canlının ilk qidalan-
ma forması olmuşdur. Yəni Yerdə yaranan ilk canlı avtotrof olmuşdur. Onlar bu 
xüsusiyyəti qazanmaq üçün milyon illərlə müxtəlif dəyişikliklərə məruz qalmış-
lar. Alimlərin bu fikirləri canlıların ilk dəfə necə əmələ gəldiyini açıqlaya bilmə-
di və öz təsdiqini tapmadı. Çünki bu ideyanın tərəfdarları canlıların ilk dəfə necə 
əmələ gəldiyini deyil, ilk dəfə necə qidalandığını isbat etməyə çalışırdılar. 
Heterotrof görüş tərəfdarları canlıların uzun sürən kimyəvi təkamül nəticə-
sində əmələ gəldiyini və onların ilk qidalanma üsulunun heterotrof yolla oldu-
ğunu isbat etməyə çalışmışlar. 
Həyatın  əmələ  gəlməsi  haqqında  ən  səmərəli  fərziyyənin  A.İ.Oparinə 
məxsus  olduğunu  demək  olar.  Alimə  görə,  Yer  üzərindəki  canlılar  abiogen 
yolla üzvi birləşmələrin yaranmasından sonra əmələ gələ bilərdi. Onun fikrin-
cə, Yer planetində temperatur əvvəlcə soyuq, sonra isə radioaktiv maddələrin 
parçalanması  nəticəsində  +1000
o
C  və  daha  yüksək  olmuşdur.  Belə  yüksək 
temperatur bərk süxurları əritmiş və onlar sıxlıqlarına müvafiq olaraq üç tə-
bəqəni  formalaşdırmışdır. Ağır  olanlar  alt,  yüngül  olanlar  orta,  daha  yüngül 
olanlar üst təbəqəni əmələ gətirmişdir. Kimyəvi reaksiyalar nəticəsində yara-
nan CO
2
, CO, NH
3
, H
2
S, CH
4
 qazları və su buxarları ilkin atmosferi əmələ gə-
tirmişdir. İlkin atmosferdə molekulyar oksigen olmamışdır. Çünki o, müxtəlif 
oksidlərin əmələ gəlməsinə sərf olunurdu. Getdikcə planetdə kimyəvi reaksi-
yaların  sürəti  azalır,  temperatur  aşağı  düşürdü.  Yer  səthinin  temperaturu 
100
o
C-dən aşağı düşdükdə buxar halında olan su yağışa çevrilib Yer kürəsinə 
yağmağa başladı. Bu yağışlar okean və dənizləri əmələ gətirdi. O dövrdə onla-
rın  suyu  həddindən  çox  isti  idi.  Belə  suda  NH
3
,  CO
2
,  CH
4
,  HCN  (hidrogen- 
sianid) qazları və müxtəlif duzlar həll olurdu. 
F
M
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə