119
Mülki müdafiə
22. MÜLKİ MÜDAFİƏNİN VƏZİFƏLƏRİ VƏ TƏŞKİLİ
Mülki müdafiə – əhalini və xalq təsərrüfatını qəzaların, təbii fəlakətlərin
nəticələrindən, habelə müasir qırğın vasitələrindən mühafizə etmək məqsə
dilə sülh və müharibə dövrlərində həyata keçirilən təd birlərdən biridir.
Sizcə, mülki müdafiənin təşkilində əhalinin rolu nədən ibarətdir?
Müasir silah və döyüş texnikalarının tətbiq olunduğu müharibələrdə ölkənin
bütün ərazisi havadan basqına, sənaye, kənd təsərrüfatı obyektləri, energetika
və nəqliyyat müəssisələri düşmən zərbəsinə məruz qala bilər.
Sülh dövründə mülki müdafiə işləri az deyil. Elmitexniki tərəqqinin sürətlən
məsi ilə əlaqədar olaraq istehsalatda texnika və texnoloji proseslər durmadan
mürəkkəbləşir. Xalq təsərrüfatında zəhərlənmə, yanğın, partlayış təhlükəsi olan
müəssisələrin sayı artır. Belə müəssisələrdə mürəkkəb texnoloji proseslər
bəzən işçinin nəzarəti altından çıxır, nəticədə insanlar üçün təhlükə yaranır.
Çernobıl, Fukusima AtomElektrik Stansiyaları, magistral qaz kəmər ləri, eləcə
də digər obyektlərdə baş vermiş qəza və fəlakətlər bunu bir daha isbat edir.
Müxtəlif təbii fəlakətlərin nəticələrini aradan qaldırmaq üçün tələb olunan işlər
də mülki müdafiənin vəzifələrində öz əksini tapmışdır.
Bunları aşağıdakı əsas qruplara ayırmaq olar:
Əhalinin
mühafizəsinin
təşkili
İdarə və
müəssisələrdə
fasiləsiz fəaliyyətin
təmin edilməsi
məqsədilə görülən
tədbirlər
Qəzaların və
təbii fəlakətlərin
nəticələrinin aradan
qaldırılması
İdarə və müəssisələrdə mülki müdafiənin təşkili
Sənaye müəssisələri, idarə, təşkilat və tədris ocaqları mülki müdafiə işləri
nin icra edilməsində mühüm rol oynayır. Mülki müdafiənin bütün vəzifələri
praktiki olaraq məhz bu yerlərdə həyata keçirilir.
LAYİHƏ