182
protonun kütləsindən böyük olan və elektrik cəhətdən neytral ikinci zərrəcik də
olmalıdır.
Neytronun kәşfi. 1932-ci ildə berillium elementinin atomu ilə
-zərrəciklərin
qarşılıqlı təsirini öyrənərkən yeni
şüalanma aşkar edildi (
a
).
Berillium şüalanması adlandırılan bu şüalar böyük enerjiyə və nüfuzetmə qabiliy-
yətinə malik olub, elektrik və maqnit sahələrində heç bir təsirə məruz qalmır. İngilis
fiziki
Ceyms Çedvik berillium şüalanmasının bu xassəsinə görə onun elektroneytral
zərrəciklər selindən ibarət olduğunu müəyyən edir. Beləliklə, nüvənin tərkibinə daxil
olan yeni zərrəcik –
neytron (yəni, elektroneytraldır) kəşf edilir. O,
n hərfi ilə işarə
olunur.
Neytronun kütləsi təqribən protonun kütləsinə bərabərdir:
m
n
= 1,6749
•
10
–27
kq.
Nüvәnin kütlә vә yük әdәdi. Neytronun kəşfindən dərhal sonra – 1932-ci ildə rus
alimi
Dmitri İvanenko və alman alimi
Verner Heyzenberq nüvәnin proton-neytron
modelini təklif etdilər. Bu modelə görə:
Atomun nüvәsi – proton vә neytronlardan ibarәt dayanıqlı әlaqәli sistemdir.
Nüvәdәki proton vә neytronlar birlikdә nuklonlar adlanır.
Bəs nüvənin dayanıqlığını nə təmin edir? Eyniadlı yüklü zərrəciklər nüvədə necə
dayanıqlı qala bilir?
Heyzenberq bu sualı nuklonlar arasında qeyri- elektrik təbiətli güclü
nüvә qüvvәlә-
rinin mövcud olması ilə izah etdi.
Nüvә qüvvәlәri – zәrrәciklәri (proton vә neytronları) nüvәdә saxlayan qüvvәlә-
rә deyilir.
Nüvə qüvvələri qeyri-elektrik təbiətli olub yaxınatəsir xarakterlidir. Belə ki, nüvə
qüvvələrinin təsir radiusu nüvənin ölçüsü qədərdir:
10
-dir. Nüvə qüvvələri
bu məsafədə qiymətcə eyni işarəli yükə malik protonlar arasındakı itələmə xarakterli
Kulon qüvvələrindən 1000 dəfələrlə böyükdür.
Nüvәnin kütlә әdәdi – nüvәdәki nuklonların ümumi sayına bәrabәrdir. O,
A
hәrfi ilә işarә edilir.
Kütlә әdәdi (A) = protonların sayı (Z) + neytronların sayı (N):
A=Z+N.
Bu ifadədən ixtiyari elementin nüvəsindəki neytronların sayı asanlıqla müəyyən
edilə bilər:
N=A – Z.
Kütlə ədədi kimyəvi elementin yuxarı indeksində yazılır.
(a)
LAYİHƏ
4
183
• IV fəsil •
Atom və atom nüvəsi
•
Nüvәnin yük әdәdi – nüvәdә olan protonların sayıdır. O,
Z hərfi ilə işarə edilir
və elementin aşağı indeksində yazılır.
Beləliklə,
ixtiyari kimyəvi element
şəklində ifadə edilə bilər. Burada
X- kim-
yəvi elementin simvoludur. Məsələn, oksigen nüvəsi üçün kütlə ədədi A=16, yük
ədədi isə Z=8 olduğuna görə belə yazılır:
.
Proton kütlə ədədi 1 atom kütlə vahidinə (
1 . . .
1,6605 · 10
), yük
ədədi isə 1 elementar yük vahidinə bərabər olduğuna görə, simvolu ilə işarə edilir.
Neytron
simvolu ilə işarə edilir: kütlə ədədi 1 a.k.v., yükü isə sıfıra bərabər
olduğundan.
1. Hansı zərrəcik proton adlandırılır?
2. Nə üçün nüvənin ikinci zərrəciyi neytron adlandırılır?
3. Kimyəvi elementin nüvəsindəki neytronların sayını necə müəyyən etmək olar?
4. Nə üçün müsbət yüklü protonlar arasında mövcud olan itələmə xarakterli Kulon qüvvələri
onları bir-birindən uzaqlaşdırıb nüvəni dağıtmır?
Yaradıcı tәtbiqetmә
•
Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın.
1. Atomun nüvəsi –...
2. Nuklon – ...
3. Nüvənin kütlə ədədi –...
4.Nüvənin yük ədədi –...
Nә öyrәndiniz
Öyrәndiklәrinizi yoxlayın
Kimyəvi elementin simvolunun “oxunması”.
Məsələ.
İki kimyəvi elementin simvoluna görə bu elementlərin uyğun xarakteristikalarını
təyin edin:
Protonlarının sayı –…
Neytronlarının sayı –…
Elektronlarının sayı –...
Nüvənin yükü:
· 1,66 · 10
=
Kütlə ədədi –...
Protonlarının sayı –…
Neytronlarının sayı –…
Elektronlarının sayı –...
Nüvənin yükü:
· 1,66 · 10
=
Kütlə ədədi –...
Araşdırma
2
LAYİHƏ
184
İ
ZOTOPLAR
İzotoplar. Eyni kimyəvi xassəyə malik olan və elementlərin dövri sistemində ey-
ni xanada yerləşən, lakin nüvələrinin kütlə ədədləri fərqli olan kimyəvi elementlər –
izotoplar adlandırılır. Təbiət elə qurulmuşdur ki, eyni bir kimyəvi element iki və ya
daha çox izotop şəklində mövcud ola bilər. İzotoplar bir-birindən yalnız nüvələrin-
dəki neytronların sayına görə fərqlənir. Neytronlar elementin kimyəvi xassəsinə heç
bir təsir göstərmədiyindən eyni elementin bütün izotoplarının kimyəvi xassələri eyni
olur. Məsələn, hidrogenin üç izotopu mövcuddur:
1
1
H
(protium) izotopunun nüvəsi
yalnız 1 protondan ibarətdir. Onun nüvəsində neytron yoxdur.
2
1
H
(deyterium) izo-
topunun nüvəsi bir proton və bir neytrondan ibarətdir.
3
1
H
(tritium) izotopunun nüvəsi 1 proton və iki neytrondan təşkil olunmuşdur
(
a
). Lakin nüvəsində neytronlarının sayı müxtəlif olan izotoplar müxtəlif fiziki
xassəyə malikdir. Məsələn, ağır su – deyterium ilə oksigen birləşməsi (
və ya
4.5
Eşidəndə ki,
arxeoloqlar Qəbələnin qədim
məzarlığından 50 000 il yaşı olan insan
sümükləri aşkar ediblər,
fikrimizdən keçən
ilk sual belə olur:
Görəsən, alimlər qədim
tapıntıların yaşını belə
dəqiqliklə necə təyin edirlər?
Qədim tapıntının yaşını təyin etməkdə tarixçilərə kömək edək.
İşin gedişi:
Verilən mətni diqqətlə oxuduqdan sonra arxeoloji qazıntıdan tapılan
insan sümüklərinin
yaşını özünüz təyin edə biləcəksiniz.
“Bir çox arxeoloji tapıntıların dəqiq yaşı
radiokarbon üsulu ilə təyin edilir. Bu metod üzvi
maddələrdə olan radioaktiv karbon C–14 izotopunun miqdarının təyininə əsaslanır. Bütün
canlı orqanizmlər (insan, heyvan, bitki orqanizmləri) həyatda yaşadıqları müddətdə
atmosferdən eyni miqdar adi karbonla yanaşı radiokarbon C–14 izotopunu da qəbul
edir.Öldükdən sonra orqanizmdə toplanmış radiokarbonun dağılması prosesi başlayır.
Əgər 5000 il əvvəl kəsilmiş ağacı müasir ağacla müqayisə etsək, məlum olar ki, qədim
ağacda radiokarbon C–14-ün miqdarı tam 2 dəfə azdır. Beləliklə, radiokarbon C–14 üsulu
ilə karbon tərkibli maddələrin 70 000 – 100 000 ilə qədərki yaşını təyin etmək olar”.
Məsələ.
Arxeoloqlar qazıntılar nəticəsində qədim məzarlıqdan insan sümükləri aşkar
etdilər. Tapıntının laborator analizi zamanı müəyyən olundu ki, qədim sümüyün tərkibində
radiokarbon C–14 izotopunun miqdarı, müasir insan orqanizmində olan radiokarbonun
miqdarından 8 dəfə azdır. Tapıntının yaşını təyin edin.
Nəticəni müzakirə edin:
İzotop nədir? O, adi kimyəvi elementdən nə ilə fərqlənir?
Radioaktiv izotop nədir?
Araşdırma
1
LAYİHƏ