Dərslik Mirzəli Rasim Abdurazaqov Rövşən Əliyev



Yüklə 4,3 Kb.
Pdf görüntüsü
səhifə58/72
tarix30.12.2017
ölçüsü4,3 Kb.
#18856
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   72

 
 
176 
 
Atomun Bor modeli. Rzerfordun izah edə bilmədiyi bu çətin vəziyyətdən çıxış 
yolunu 1913-cü ildə danimarkalı fizik Nils Bor göstərdi. O, postulatlar (isbatsız qə-
bul olunmuş təriflər) şəklində atom modelinin təkmilləşmiş nəzəriyyəsinin əsas qa-
nunlarını formalaşdırdı. 
Birinci postulat: atom sistemi yalnız hәr birinә müәyyәn enerji uyğun gәlәn xü-
susi stasionar hallarda – kvant hallarında ola bilәr. Stasionar hallarda atom 
elektromaqnit dalğaları şüalandırmır vә udmur. 
İkinci postulat: atom böyük enerjili stasionar hallardan kiçik enerjili stasionar 
hala keçdikdә şüalanma baş verir. Bu zaman elektron uzaq orbitdәn nüvәyә yaxın 
orbitә keçir. Әksinә, atom enerji udduqda kiçik enerjili stasionar haldan böyük 
enerjili stasionar hala keçir. Bu zaman elektron nüvәyә yaxın orbitdәn uzaq orbitә 
keçir. 
 
 
 
 
 
 
 
1. Atomun Tomson modelində başlıca çatışmazlıq nə idi? 
2. Atomun Rezerford modelinin müddəaları nədən ibarətdir? 
3. Atomun Rezerford modelinin çətinlikləri nə idi? 
4. Atomun Bor modelinin postulatlarını ifadə edin. 
Atom nüvəsinin və nüvə reaksiyaları nəzəriy-
yəsinin inkişafında böyük xidməti olmuşdur. 
1922-ci ildə Nobel mükafatı almışdır.  
 
Nils Henrik David Bor  
(1885-1962) 
Danimarka fiziki  
 
 
Yaradıcı tәtbiqetmә 
 
Məsələ. 
İş  vərəqində  8-ci  element  olan  oksigen  və  17-ci  element  olan  xlor  atomunun 
planetar  modelinin  sxemini  çəkin.  Onların  nüvələrinin  və  elektronlarının  ümumi  elektrik 
yüklərini müəyyənləşdirin. 
Nəticəni müzakirə edin: 
 Oksigen və xlor atomlarında uyğun olaraq neçə elektron orbiti var? 
 Bu elementlərin uyğun olaraq nüvəsinin yükü neçə kulondur? 
 
Araşdırma
2

Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın.  
1. Tomson modelinə görə, atom... 
2. Rezerford modelinə görə, atom...  
3. Borun birinci postulatı–... 
4. Borun ikinci postulatı–... 
Nә öyrәndiniz
Öyrәndiklәrinizi yoxlayın
 
LAYİHƏ


 
 

177 
 
•   IV  fəsil  •  
Atom və atom nüvəsi 

  
L
AZER 
 
 
 
 
Spontan  şüalanma.  Çox  qızdırılan  cismin  işıq  şüalandırması  hadisəsini  Bor 
nəzəriyyəsi belə izah edir. Cismi qızdırdıqda onu təşkil edən atomlardakı elektronlar 
əlavə  enerji  alaraq  daha  böyük  enerjili  orbitə  keçir.  Belə  hadisə  atomun  “həyə-
canlanmış” vəziyyəti adlanır. Lakin atom həyəcanlanmış vəziyyətdə uzun müddət qala 
bilmir,  o  aldığı  əlavə  enerjini  şüalandıraraq  öz  dayanıqlı  vəziyyətinə  qayıdır.  Qız-
dırılan cisimdə atomun həyəcanlanmış vəziyyət alması və şüalanması öz-özünə baş 
verdiyindən  belə  şüalanma  spontan  şüalanma  adlanır.  Spontan  şüalanma  nizamsız 
olur: işıq şüalanması müxtəlif istiqamətlərdə müxtəlif tezliklərdə baş verir. Odur ki, 
belə  şüalanmalar  zəif  olur.  Elektrik  lampası,  şam,  göyqurşağı,  tonqal,  Günəş,  qütb 
parıltısı və s. şüalanmaları spontan baş verir. 
Mәcburi şüalanma. ABŞ fiziki A.Eynşteyn 1919-cu ildə üzərinə düşən işığın 
təsiri ilə həyəcanlanan atomların görünən işıq şüalandırdığı ideyasını irəli sürür.  
 Atomun yuxarı enerji sәviyyәsindәn aşağı enerji sәviyyәsinә özbaşına (spontan)  
deyil, xarici tәsir altında keçmәsi mәcburi şüalanma adlanır. 
1954-cü ildə rus fizikləri N.Basov və A.Proxorov, ABŞ alimi Ç.Tauns elektro-
maqnit  dalğalarını  gücləndirmək  məqsədi  ilə  iş  prinsipi  məcburi  şüalanmaya 
4.3 
 Belə şüalanmaya misallar göstərə bilərsinizmi? 
 Çox qızdırılmış cisimlərin işıq şüalandırması 
necə baş verir? 
Məlumdur ki, çox qızdırılmış 
cisimlər işıq şüalandırır.  
 
Öz-özünə şüalanmadır, yoxsa
məcburi? 
Təchizat: müxtəlif işıq 
mənbələrinin şəkilləri.  
İşin gedişi:  
1. Verilən təsvirləri araşdırın və 
onların hansında işıq 
şüalanmasının öz-özünə, 
hansında isə məcburi baş 
verdiyini müəyyənləşdirin. 
2. Aşağıdakı cədvəli iş vərəqinə 
köçürün və müəyyən 
etdiyiniz şüalanmaları uyğun 
xanalarda yazın. 
İşığın öz-
özünə 
şüalanması 
İşığın 
məcburi 
şüalanması 
 
 
 
 
 
Nəticəni müzakirə edin:  
 İşığın öz-özünə və məcburi şüalanmasını hansı əlamətinə görə müəyyən etdiniz? Nə üçün? 
 
Araşdırma
1
LAYİHƏ


 
 
178 
 
əsaslanan ilk generator hazırlayırlar. 1960-cı ildə ABŞ alimi T.Meyman isə məcburi 
şüalanma nəticəsində çox böyük tezliyə və enerjiyə qədər gücləndirilmiş nizamlı və 
idarəolunan işıq şüalanması – lazer alınmışdır.  
 Lazer – "Light Amplification by Stimulated Emission of Radiation" ingilis söz-
lәrinin baş hәrflәri olub "Mәcburi şüalanma ilә işığın güclәndirilmәsi" deməkdir.  
Lazerin iş prinsipiAdətən, atom adi şəraitdə minimum enerji səviyyəsində (hə-
yəcanlanmayan hal) olur. Belə atom öz-özünə enerji şüalandırmır: elektron stasionar 
orbitdədir (
a
). Atom şüalanmaya məruz qaldıqda şüalanma enerjisinin udulması baş 
verir. Atom həyəcanlanır və yüksək enerji səviyyəsinə keçir: elektron ikinci orbitə 
keçir (
b
). Lakin atom həyəcanlanmış halda çox az müddətdə qalır (
10 10  

və dərhal görünən işıq şüalandırmaqla minimum enerji səviyyəsinə qayıdır (
c
).  
 
Atomun şüalandırdığı görünən işığı gücləndirmək üçün həyəcanlanmış atomların 
sayını artırmaq lazımdır. Bu məqsədlə üç enerji səviyyədən istifadə edilmişdir. Belə 
ki, sistem əvvəlcə aşağı enerji səviyyəsindən 3-cü enerji səviyyəsinə keçirilir, bu sə-
viyyədən  isə  atomlar  öz-özünə  2-ci  enerji 
səviyyəsinə düşür. Bu keçid zamanı ayrılan 
enerji  kristal  qəfəsi  tərəfindən  udulduğun-
dan  şüalanma  baş  vermir.  Sonra  sistemə 
xaricdən işıq şüası ilə təsir edilir. 2-ci enerji 
səviyyəsinə  toplanan  həyəcanlanmış  atom-
lar görünən işıq şüalandırmaqla 1-ci enerji 
səviyyəsinə qayıdır (
d
).  
Belə  üç  enerji  səviyyəli  məcburi  lazer 
şüalanma üsulu yaqut kristalında müəyyən 
olunmuşdur. 
Yaqut lazerinin quruluşu vә iş prinsipi. Yaqut kristalından müstəvi paralel otu-
racaqlı çubuq hazırlanır. Oturacaqlardan biri şüaları tam qaytaran güzgüdən, digər 
oturacaq  isə  nisbətən  şəffaf  müstəvidən  ibarətdir.  Çubuq  göy-yaşıl  işıq  verən 
spiralvarı  qaz  lampasının  (o,  impuls 
lampası da adlanır) daxilində yerləş-
dirilir.  Lampanın  alışmasından  bir 
qədər  sonra  kristalın  həyəcanlanmış  
atomları  2-ci  enerji  səviyyəsini  dol-
durur.  Buradan  atomlar  spontan  ola-
raq  müxtəlif  istiqamətlərdə  görünən 
(a) 
(b) 
(c) 
(d) 
(e) 
LAYİHƏ


Yüklə 4,3 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə