45
yalnız keramika parçaları deyil, həmçinin kiçik və böyük daş alətər aşkar
olunmuşdur. Təsadüfi olaraq tapılan mis və dəmir qalıqlarına da
rastlanmışdır.
Mədən sənayesinin ən maraqlı infrastrukturları ehtimal ki, qədim
tunellər olmuşdur. Onlar duz yatağının ağ-yaşıl rəngli laylarında
səpələnmişdir. Havadan çəkilmiş rəsmlərdən göründüyü kimi bu tunellər duz
yatağının ortasında bir-birinin yaxınlığında qazılmışdır. İndiyədək qeydə
alınan tunellərin hamısı dağılmışdır, lakin onlardan biri saxlanmışdır. Onun
uzunluğu 4 m, eni 1,10 m-dir. Tunelin içərisindən heç bir tapıntı əldə
edilməmişdir, belə ki tunelin döşəməsi qalın çınqıl qatı ilə örtülmüşdü. Digər
mühüm tapıntı tunelin girişində qayada sütunun yonulması idi. Bu tunel də
dağılaraq sütunun kapitelinədək çınqılla dolmuşdu, lakin maraqlıdır ki, o da
müasir şaxtaya aparan əsas dəhlizdən kənarda yerləşən digər sütulara
bənzəyirdi. Kür-Araz dövrünə aid keramika parçalarına əsasən onları eyni
dövrlə tarixləndirsək, demək olar ki, biz Son Eneolit və Erkən Tunc dövrü
ilə üst-üstə düşən mədən sənayesinin şəbəkəsi ilə rastlaşmışıq.
Şəkil 29. Əmək alətləri (Duzdağ).
Araşdırmalar zamanı 1-ci Pəncərədə iki yerdə açıq mədən izləri qeydə
alınmışdır, onların birindən Orta əsrlərə aid keramika nümunələri aşkar
olunmuşdur. 2007-ci ildə bizim apardığımız araşdırmalar zamanı öyrənilən
ikinci belə emal sahəsi təpənin cənub yamacında yerləşirdi, lakin ən
46
maraqlısı 2010-cu ilin araşdırmaları zamanı 4-ci Pəncərədə aşkar olunan
karxana idi. Aşkar olunan minlərlə Orta əsr keramikası içərisində XII-XIII
əsrlərlə aid yaşıl rəngli şirli keramika, naxışlanmış kasalar da var idi.
Şəkil 30. Əmək alətlərinin hazırlanması (Duzdağ).
Duzdağda aparılan araşdırmaların əsas məqsədlərindən biri
infrastrukturların istismar tarixinin müəyyənləşdirilməsi olmuşdur. Bu,
arxeoloji tapıntılar, tunellər və karxanalar arasındakı korrelyasiyanın
incəliklə öyrənilməsini tələb edir.
Duzdağından aşkar olunmuş tapıntılar arasında geniş funksional və
morfoloji diapozona malik olan böyük daş alətlər xüsusilə diqqətçəkicidir.
Mikro daş alətlər onlara nisbətən daha azdır. Onlar başlıca olaraq obsidianın
qəlpələnməsi zamanı meydana gələn parçalardan ibarətdir. Kiçik bıçaqvari
47
alətlər azdır. 2011-ci ilin mövsümündə 7-ci Pəncərədən daha təkmil obsidian
tiyəsi tapılmış, lakin hələlik analiz olunmamışdır. Çaxmaqdaşı alətlər
olduqca məhdud miqdardadır.
Duzdağ mədənlərində duzun çıxarılması və ilkin emalı üçün minlərlə
böyük daş alətlərdən istifadə edilmişdir. Formasına, həcminə və daş cinsinə
görə fərqlənən bu alətlər duz çıxarılan zonalarda toplanmış keramika ilə
birlikdə rastlanmışdır. Bu alətlərin GPS-lə sistematik qeydiyyatı 2008-ci
ildən başlamışdır. 2011-ci ildə duz mədəninin müxtəlif hissələrindən əldə
edilən [Pəncərə 1 – 7 ] səkkiz yüzdən artıq alət qeydə alınaraq bilavasitə
ərazidə və laboratoriyada tədqiq edilmişdir. Duzdağ mədənində duzun
istismarı və emalında bu alətlərin dəqiq funksiyasını müəyyən etmək üçün
onlar tam texnoloji analiz edilərək alətlərdəki işlənmə izləri araşdırılmışdır.
İlkin araşdırmalar göstərir ki, bu alətlərin əksəriyyəti çay daşlarından,
ola bilsin ki, Duzdağın üzərində yerləşən allyuvial yataqların
çöküntülərindən hazırlanmışdır. Toplanan materialların 80 faizi daş
çəkiclərdir. Onların xammalı müxtlif mənbələrdən götürülmüşdür. Qumlu
çaydaşı, qranit və bazalt, ehtimal ki, Duzdağı təpəsinin səthində saxlanan
allyuvial yataqlardan, ya da Naxçıvançaydan gətirilmişdir. Lakin müəyyən
tip çəkiclərin istehsalı üçün dolorit və qabbro ailəsinə məxsus daş cinsləri
istifadə edilmişdir. Bu tip daş cinsləri göstərir ki, mədənçiləri xammalla
təmin etmək üçün müəyyən təşkilati işlər görülmüşdür. Belə ki, bu daşların
ən yaxın geoloji mənbələri Şahbuz rayonundan iyirmi kilometr şimalda
yerləşir.
Çəkiclərin funksional xüsusiyyəti göstərir ki, müxtəlif dövrlərdə daş
duzun çıxarılmasında fərqli üsullardan istifadə edilmişdir. Bəzi çəkiclər sadə
çay daşlarıdır, onlar işlənmədən birbaşa istifadə edilmişdir. Bəzilərinin hər
iki üzündə sadə işlənmə izləri vardır. Lakin onların əksəriyyətinin uc, yan və
üz tərəflərində dərin batıq zolaqlardan ibarət əyri və düz xətlərin müxtəlif
konbinasiyasına rast gəlinir. Bu sadə və mürəkkəbləşdirilmiş kombinasiyalar
onların insan əlinə adaptasiyası ilə bağlı olmuşdur. Bəzən onlarla kiloqram
ağırlığında olan ağır daş alətlər əldə tutmaq üçün əlverişli deyil. Ona görə bu
tip alətlərin baş tərəfində olan üfiqi və şaquli batıq xətlər, büyük ehtimalla,
ip bağlamaq üçün nəzərdə tutulmuşdur.
Çəkiclərdən istifadə üsullarının müxtəlifliyi və onların təkrar
istifadəsi də işin təşkilində müxtəlif üsullardan istifadə olunduğunu təsdiq
edir. Dolerit və qabbro cinsli daşlardan hazırlanan alətlər I Kültəpə və II
Kültəpə yaşayış yerlərinin Kür-Araz mədəniyyətinə aid təbəqəsindən aşkar
edilmişdir. Onlar ustalıqla hazırlanaraq cilalanmış və uca doğru
ensizləşdirilmişdir. Çıxarma zonaları ilə parallel yerləşən iş yerlərində qalan
Dostları ilə paylaş: |