51
edilməmişdir. Xronoloji cəhətdən fərqlənən keramika məmulatı ilə daş
alətlərin müəyyən kateqoriyası arasında heç bir fərq izlənilməmişdir.
Bununla belə daş alətlərin müəyyən qrupu ilə tunellər arasında müəyyən
uyğunluq var. Son Eneolit və Erkən Tunc dövrünə aid keramika tunellərin
çıxışında, adətən tunellərdən bir qədər aşağıda yerləşən təbii mənzillərdə
aşkar edilmişdir. Bunun əksinə olaraq Orta əsr keramikası başlıca olaraq
açıq karxanaların yaxınlığında aşkar olunur və olduqca nadir hallarda daş
alətlər və tunellərlə bağlanır. Məsələn 1-ci Pəncərədə Orta əsr keramikasının
aşkar olunduğu zonada iki tunel çıxışı vardır, lakin 4-cü Pəncərənin şimal
hissəsindəki açıq duz karxanasının ətrafında minlərlə Orta əsr keramikasının
parçasına rastlanmışdır. Kür-Araz keramikası ilə müqayisədə Son Tunc və
Erkən Dəmir dövrünə aid keramika olduqca az aşkar olunmuşdur. Beləliklə,
daş alətlərin bir qismi tunellərdən duz çıxarmaq və birbaşa tunellərin
qazılması üşün istifadə edilmişdir. İlkin nəticələr göstərir ki, bu tip istismar
üsulu Son Eneolit və Erkən Tunc dövründən mövcud olmuşdur. Lakin II
Kültəpədən aşkar olunan daş alətlər nəzərə alınarsa demək olar ki, duz
istehsalı Orta Tunc dövründə də davam etmişdir.
Duzdağda dörd mövsümdə aparılan sistematik araşdırmalardan sonra
onun tarixəqədərki dövrün son mərhələsində mühüm əhəmiyyət kəsb etdiyi
göz önünə çıxarılmışdır. Duzdağın istismarının miqyasından da göründüyü
kimi duzun funksiyası “İkinci ərzaq inqilabı” zamanı e. ə. V - IV
minilliklərdə Mesopotamiyanın böyük hissəsində və Qafqazda meydana
gələn struktur dəyişikliklərini anlamaq üçün əsas açarlardan biridir. Bununla
bağlı olaraq aşağıdakı əsas nəticələri çıxarmaq mümkündür:
Birincisi, 2-ci Pəncərədə mütəmadi aşkar olunan saman qarışıqlı
keramikaya əsasən aydın olur ki, mədənin istismarı e. ə. V minilliyin ikinci
yarısında başlamışdır. Bu onu göstərir ki, İspaniyadakı Kardona [La
Müntania del Sal] ilə birlikdə Naxçıvan Duzdağı dünyanın ən qədim
mədənlərindən biridir. Kardonada duz yataqlarının ətrafında insan
fəaliyyətinin ən qədim izləri e. ə. 4200 və 3600-cü illərə aid edilmişdir.
Erkən mədən sənayesi ilə bağlı fikirlər uzun müddət ərzində antikvarlar və
yerli kənd əhalisi tərəfindən toplanan 173 bütöv və sınmış daş alətlər
əsasında söylənmişdir. Bu alətlər duz mədənindən aşkar olunan iki qəbirin
oxşar daş alətləri ilə müqayisə əsasında tarixləndirilmişdir. Qəbirlərin özü
isə aşkar olunan digər materiallar əsasında Orta Neolit dövrünə aid
edilmişdir. Belə görünür ki, Duzdağda duzun erkən çıxarılması ilə bağlı
məsələlər Kardonadakı faktlardan daha tutarlıdır. Belə ki, duz mədənində
müxtəlif xronoloji dövrlərə aid keramika məmulatı ilə birlikdə yüzlərlə daş
əmək aləti də aşkar olunmuşdur. Aydındır ki, Duzdağında aşkar olunan
52
arxeoloji materiallar, xüsusilə xeyli informasiya verən keramika məmulatı
tarixəqədərki dövrün son mərhələsindən başlayaraq müasir dövrədək duz
sənayesinin inkişafının müxtəlif cəhətlərini öyrənmək üçün gözəl imkan
yaradır.
İkincisi qeyd etmək lazımdır ki, Duzdağdakı erkən duz istehsalı
prosesi intensivliyi ilə fərqlənir. Son Eneolit və Erkən Tunc dövrü
keramikasının proporsiyası xüsusilə yüksəkdir. Naxçıvanda, həmçinin qonşu
Urmiya və Van rayonunda Son Eneolit və Erkən Tunc dövrünə aid qeydə
alınan yaşayış yerləri ilə müqayisədə bu olduqca yüksək göstəricidir. E.ə. II
minilliyin sonundan yaşayış yerlərinin artması, ehtimal ki, Dəmir dövrünə və
Orta əsrlərə aid keramika məmulatının artmasına səbəb olacaqdır. Hazırda
duz mədənində yeddi pəncərədə aparlan sistematik araşdırmalar zamanı Kür-
Araz keramikasının üstünlüyü tədqiqatların məhdudluğu ilə bağlı deyil.
Müəyyən yerlərdə sayı dəyişsə də Kür-Araz keramikası Duzdağ mədəninin
bütün ərazisində üstünlük təşkil edir. İndi qarşıda duran əsas sual bundan
ibarətdir: Duzdağda mədənçilk işləri daha əvvəl Erkən Tunc dövründə,
yoxsa Son Eneolit dövründə başlamışdır? Son illər Ovçulartəpəsində aşkar
olunan tapıntılar Kür-Araz tayfalarının Naxçıvanda e. ə. V minilliyin
sonundan məskunlaşdığını göstərir. Müəyyən edilmişdir ki, Yaxın Şərq
ölkələri ilə iqtisadi-mədəni əlaqələrin formalaşmasında Naxçıvanın xammal
ehtiyatları, o cümlədən duz əsas yer tutmuşdur. Eneolit dövründən
başlayaraq duz həmçinin mübаdilə vаsitəsi оlmuş, ticаrət məqsədilə Şərq
ölkələrinə аpаrılmışdır. İnsanların məişətinə daxil olan duz onların
ideologiyasının formalaşmasında müəyyən yer tutmuş, duzla bağlı inamlar
yaranmışdır. Bu tip inamlar Azərbaycan xalqı arasında xüsusilə geniş
yayılmışdır.
Erkən Tunc dövrü abidələri. E.ə. V minilliyin sonu və IV
minilliyin əvvəlində - Erkən Tunc dövründə Naxçıvanda Kür-Araz
mədəniyyəti formalaşmışdır. Bu dövrdə qədim Nахçıvаn sаkinlərinin
tаriхində əsаslı ictimаi-iqtisаdi dəyişikliklər оlmuşdur. Еnеоlit dövründə
əsаsı qоyulаn tunc mеtаllurgiyаsı inkişаf еtmiş, mаldаrlıq əkinçilikdən
аyrılmış, хış əkinçiliyi mеydаnа gəlmiş, yаylаq mаldаrlığı inkişаf еtmiş,
tаyfа ittifаqlаrı yаrаnmışdır. Iqtisаdiyyаtın inkişаfı və əhаlinin аrtmаsı yеni
yаşаyış yеrlərinin sаlınmаsınа səbəb оlmuşdur. Bu dövrə аid I Kültəpə, II
Kültəpə, Аşаğıdаşаrх, Оvçulаrtəpəsi, I Mахtа Kültəpəsi, II Mахtа
Kültəpəsi, Хələc, Ərəbyеngicə, Hоvuzlu yаşаyış yеrləri, Dizə, Qаrаbulаq,
Plоvdаğ, Хоrnu nеkrоpоllаrı qеydə аlınmışdır.
Dostları ilə paylaş: |