106
siya vasitələri sözlərin, dilin köməyi ilə bağlı olan vasitələrdir.
Bu cür kommunikasiya vasitələrini verbal kommunikasiya
vasitələri adlandırırlar. Burada hansı dil qrupuna aid
olmasından asılı olmayaraq həmin dilin daşıyıcıları və həmin
dili mənimsəmiş insanlar dildən ünsiyyət prosesində ünsiyyət
vasitəsi kimi istifadə edirlər. Dil vasitəsilə insanlar arasındakı
bu cür ünsiyyət prosesi nitq adlanır.
İkinci qrup kommunikasiya vasitələri dildən, nitqdən
kənar vasitələrdir. Bu cür vasitələr qeyri verbal kommunika-
siya vasitələri adlandırılır. Onlara müxtəlif ifadəli hərəkətləri,
mimikanı, pantomimikanı, işarələr sistemini və s. aid etmək
olar. Hər iki kommunikasiya vasitələrini ayrı-ayrılıqda
nəzərdən keçirək.
Verbal ünsiyyət. Nitq verbal ünsiyyət kimi. İnsanların
birgəyaşayış zərurətinin meydana gəlməsi onların ünsiyyət
tələbatının da yaranmasına səbəb olmuşdur. Tarixən insanların
dil vasitəsilə ünsiyyət forması meydana gəlmişdir. Nəticədə
dildən istifadə edərək öz fikirlərini, istək və arzularını bir-
birinə çatdırmaq imkanına malik olmuşlar. Bu proses nitq pro-
sesi adlandırılmışdır. Buradan da verbal ünsiyyət prosesi olan
nitqə belə tərif vermək mümkün olmuşdur: insanlar arasında
dil vasitəsilə həyata keçirilən ünsiyyət prosesinə nitq deyilir.
Tərifdən göründüyü kimi dil verbal ünsiyyət üçün vasitə, nitq
isə həmin prosesin özüdür. İnsanlar dilə yiyələnməklə onun
vasitəsilə ünsiyyət saxlaya bilirlər. Başqa sözlə onlar nitqə
yiyələnmiş olurlar. Hər hansı bir xarici dildə danışa bilmək
həmin dili başa düşmək, başqa sözlə verbal ünsiyyətə girə
bilmək üçün o dili bilmək və ondan istifadə etməyi bacarmaq
lazımdır. Psixologiyada «dili» və «nitqi» fərqləndirən digər
cəhətlərə də diqqət yetirilir. Adətən, dili şərti danışıq işarələri
sistemi kimi qəbul edirlər. Onun köməyi ilə insanlar üçün
müəyyən əhəmiyyət və məna kəsb edən səs birləşmələri ifadə
olunur. Dil cəmiyyət tərəfindən yaradılır. Dil ümumxalqa
məxsus olduğu üçün həmin dilin ölməsi xalqın ölməsi
107
deməkdir. Xalqın aradan çıxması ilə dil ölü dilə çevrilir.
Dil olduqca mürəkkəb quruluşa malikdir. Hər cür dil, hər
şeydən əvvəl, özünün müəyyən mənalı söz sistemindən ibarət
olan lüğət tərkibinə malikdir. Bu, həmin dilin leksikasını
təşkil edir. Bundan başqa, dildə müxtəlif formalı söz və söz
birləşmələri sistemi də vardır ki, bu dilin qrammatikasını təşkil
edir. Bunlarla yanaşı olaraq hər bir konkret dilin özü üçün xa-
rakterik olan səs və ya fonetik tərkibi də mövcuddur.
Dil həcm etibarilə nitqdən çox genişdir. Çünki dil ümum-
xalqa məxsusdur, nitq isə ayrıca bir fərdə aiddir. Dildə işlədilən
sözlərin yalnız müəyyən bir qismi fərdin ünsiyyət prosesində
istifadə edilir.
Dildən fərqli olaraq nitqi ünsiyyət prosesinin özü hesab
edirlər. Bu proses məlumat, göstəriş, sual, əmr və s. şəklində
həyata keçir. Hər bir söz ümumiləşdirmə mahiyyətinə malikdir.
Ona görə də nitq prosesində hər bir söz özünün müvafiq
mənasında çatdırılmalıdır. Buna isə sözü müvafiq kontekstdə
işlətməklə nail olmaq mümkündür.
Nitqdə sözlərin mənasının köməyi ilə müvafiq məzmunu
çatdırmaqla yanaşı danışdığımıza öz emosional münasibətimizi
də bildiririk.
Nitqin funksiyaları və xüsusiyyətləri. Yuxarıda
deyilənlərdən nitqin insan həyatında əvəzolunmaz əhəmiyyətə
malik olduğunu görürük. Nitq ünsiyyət prosesi kimi insanların
fikir, təcrübə mübadiləsinə imkan yaradır. Nitqin əhə miyyəti
onun
funksiyalarında
özünü
aydın
göstərir. Nitqin
funksiyalarını nəzərdən keçirməzdən əvvəl ünsiyyət vasitəsi
olan dilin funksiyalarına diqqət yetirək. Adətən, dilin üç
funksiyasını qeyd edirlər: 1) dil ictimai-tarixi təcrübənin
mövcud olması, saxlanması və verilməsi vasitəsidir; 2) dil
kommunikasiya, eləcə də insanın davranışını tənzim etmək
vasitəsidir; 3) dil intellektual fəaliyyətin silahıdır.
Dilin bu funksiyaları nitqin də fəaliyyət istiqamətini təyin
edir. Mövcud psixoloji ədəbiyyata əsasən nitqin funksiyalarına
108
aşağıdakıları aid etmək olar.
Nitqin birinci funksiyası əşyaları, hərəkəti, vəziyyəti
adlandırmaqdır. Bu, nitqin siqnifikativ və ya semantik
funksiyası adlanır. Bu funksiya insan nitqini heyvanların ünsiy-
yətindən fərqləndirir. Heyvanların çıxardığı səs əşyaları deyil,
onların öz vəziyyətlərini bildirir. İnsanda isə müəyyən söz
deyilərkən həmin sözlə bağlı hər hansı cismin, hadisənin
təsəvvürləri canlanır.
Nitqin
sonrakı
funksiyası
onun
ümumiləşdirmə
funksiyasıdır. Nitq sözlərə əsaslandığına görə daima
ümumiləşdirməyə imkan yaradır.
Nitqin mühüm funksiyalarından biri di kommunikativ
funksiyadır. Bu funksiya da öz növbəsində məlumat vermə və
fəaliyyətə təhrik etmə vəzifələrini yerinə yetirir.
Ümumiyyətlə götürdükdə nitqin köməyi ilə başqaları ilə
ünsiyyət saxlayır, fikir mübadiləsi edir, ictimai təcrübəni
mənimsəyir, zənginləşdirir, yeni nəslə veririk.
Nitq vasitəsi ilə hisslərimizi, arzu və istəklərimizi, bu və
ya digər cismə, hadisəyə münasibətimizi bildiririk.
Nəhayət nitq vasitəsilə başqalarına təsir edir, onların
davranış və rəftarlarında müəyyən dəyişiklik yaradır, hər hansı
bir işi yerinə yetirməyə təhrik edirik.
Bütün bu funksiyalarla yanaşı olaraq nitqin özünəməxsus
xüsusiyyətləri də mövcuddur. Bunlara nitqin məzmunluluğu,
anlaşıqlılığı, təsirliliyi və ifadəliliyini aid etmək olar. Nitqin
məzmunluluğu onda ifadə olunan məlumatın əhatə dairəsindən
asılıdır. Nitqdə ifadə olunan fikir və hisslərin həcmi nə qədər
geniş olarsa, verilən məlumatlar gerçəkliyə nə dərəcədə uyğun
gələrsə və nə dərəcə də əhəmiyyətli olarsa o bir o qədər
məzmunlu hesab olunur. Nitqin məzmunlu olması üçün
insanın geniş biliyi, həmin bilikdən və istilahlardan düzgün
istifadə etmək bacarığı olmalıdır. Bunlar olmadan nitq özünün
məlumat vermə vəzifəsini həyata keçirə bilməz.
Nitqimizin bizi dinləyənlər tərəfindən qavranılması üçün
Dostları ilə paylaş: |