Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə34/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   191

106

siya vasitələri sözlərin, dilin köməyi ilə bağlı olan vasitələrdir. 

Bu cür kommunikasiya vasitələrini verbal kommunikasiya

vasitələri adlandırırlar.  Burada hansı dil qrupuna aid

olmasından asılı olmayaraq həmin dilin daşıyıcıları və həmin

dili mənimsəmiş insanlar dildən ünsiyyət prosesində ünsiyyət

vasitəsi kimi istifadə edirlər.  Dil vasitəsilə insanlar arasındakı

bu cür ünsiyyət prosesi nitq adlanır. 

İkinci qrup kommunikasiya vasitələri dildən,  nitqdən

kənar vasitələrdir.  Bu cür vasitələr qeyri verbal kommunika-

siya vasitələri adlandırılır.  Onlara müxtəlif ifadəli hərəkətləri, 

mimikanı,  pantomimikanı,  işarələr sistemini və s.  aid etmək

olar.  Hər iki kommunikasiya vasitələrini ayrı-ayrılıqda

nəzərdən keçirək. 



Verbal ünsiyyət. Nitq verbal ünsiyyət kimi. İnsanların

birgəyaşayış zərurətinin meydana gəlməsi onların ünsiyyət

tələbatının da yaranmasına səbəb olmuşdur. Tarixən insanların

dil vasitəsilə ünsiyyət forması meydana gəlmişdir.  Nəticədə

dildən istifadə edərək öz fikirlərini,  istək və arzularını bir-

birinə çatdırmaq imkanına malik olmuşlar. Bu proses nitq pro-

sesi adlandırılmışdır.  Buradan da verbal ünsiyyət prosesi olan

nitqə belə tərif vermək mümkün olmuşdur:  insanlar arasında



dil vasitəsilə həyata keçirilən ünsiyyət prosesinə nitq deyilir

Tərifdən göründüyü kimi dil verbal ünsiyyət üçün vasitə, nitq

isə həmin prosesin özüdür.  İnsanlar    dilə yiyələnməklə onun

vasitəsilə ünsiyyət saxlaya bilirlər. Başqa sözlə onlar nitqə

yiyələnmiş olurlar.  Hər hansı bir xarici dildə danışa bilmək

həmin dili başa düşmək,  başqa sözlə verbal ünsiyyətə girə

bilmək üçün o dili bilmək və ondan istifadə etməyi bacarmaq

lazımdır.  Psixologiyada «dili»  və «nitqi»  fərqləndirən digər

cəhətlərə də diqqət yetirilir. Adətən, dili şərti danışıq işarələri

sistemi kimi qəbul edirlər.  Onun köməyi ilə insanlar üçün

müəyyən əhəmiyyət və məna kəsb edən səs birləşmələri ifadə

olunur.  Dil cəmiyyət tərəfindən yaradılır.  Dil ümumxalqa

məxsus olduğu üçün həmin dilin ölməsi xalqın ölməsi




107

deməkdir. Xalqın aradan çıxması ilə dil ölü dilə çevrilir.

Dil olduqca mürəkkəb quruluşa malikdir. Hər cür dil, hər

şeydən əvvəl,  özünün müəyyən mənalı söz sistemindən ibarət

olan lüğət tərkibinə malikdir.      Bu,  həmin dilin leksikasını

təşkil edir.  Bundan başqa,  dildə müxtəlif formalı söz    və söz

birləşmələri sistemi də vardır ki, bu dilin qrammatikasını təşkil

edir. Bunlarla yanaşı olaraq hər bir konkret dilin özü üçün xa-

rakterik olan səs və ya fonetik tərkibi də mövcuddur. 

Dil həcm etibarilə nitqdən çox genişdir. Çünki dil ümum-

xalqa məxsusdur, nitq isə ayrıca bir fərdə aiddir. Dildə işlədilən

sözlərin yalnız müəyyən bir qismi fərdin  ünsiyyət prosesində  

istifadə edilir. 

Dildən fərqli olaraq nitqi ünsiyyət prosesinin özü hesab

edirlər.  Bu proses məlumat,  göstəriş,  sual,  əmr və s.  şəklində

həyata keçir. Hər bir söz ümumiləşdirmə mahiyyətinə malikdir. 

Ona görə də nitq prosesində hər bir söz    özünün müvafiq

mənasında çatdırılmalıdır.  Buna isə sözü müvafiq kontekstdə

işlətməklə nail olmaq mümkündür. 

Nitqdə sözlərin mənasının köməyi ilə müvafiq məzmunu

çatdırmaqla yanaşı danışdığımıza öz emosional münasibətimizi

də bildiririk.



Nitqin funksiyaları və xüsusiyyətləri.    Yuxarıda

deyilənlərdən nitqin insan həyatında əvəzolunmaz əhəmiyyətə

malik olduğunu görürük. Nitq ünsiyyət prosesi kimi insanların

fikir, təcrübə mübadiləsinə imkan yaradır. Nitqin əhə  miyyəti

onun

funksiyalarında



özünü

aydın


göstərir.  Nitqin

funksiyalarını nəzərdən keçirməzdən əvvəl ünsiyyət vasitəsi

olan dilin funksiyalarına diqqət    yetirək.  Adətən,  dilin üç

funksiyasını qeyd edirlər:  1)  dil ictimai-tarixi təcrübənin

mövcud olması,  saxlanması və verilməsi vasitəsidir;  2)  dil

kommunikasiya,    eləcə də insanın davranışını tənzim etmək

vasitəsidir; 3)  dil intellektual fəaliyyətin silahıdır.

Dilin bu funksiyaları nitqin də fəaliyyət istiqamətini təyin

edir. Mövcud  psixoloji ədəbiyyata əsasən nitqin funksiyalarına



108

aşağıdakıları aid etmək olar. 

Nitqin birinci funksiyası əşyaları,  hərəkəti,  vəziyyəti

adlandırmaqdır.  Bu,  nitqin siqnifikativ və ya semantik

funksiyası adlanır. Bu funksiya insan nitqini heyvanların ünsiy-

yətindən fərqləndirir.  Heyvanların çıxardığı səs əşyaları deyil, 

onların öz vəziyyətlərini bildirir.  İnsanda isə müəyyən söz

deyilərkən həmin sözlə bağlı hər hansı cismin,  hadisənin

təsəvvürləri canlanır. 

Nitqin


sonrakı

funksiyası

onun

ümumiləşdirmə

funksiyasıdır.  Nitq sözlərə    əsaslandığına görə daima

ümumiləşdirməyə imkan yaradır. 

Nitqin mühüm funksiyalarından biri di kommunikativ

funksiyadır. Bu funksiya da öz növbəsində məlumat vermə və

fəaliyyətə təhrik etmə vəzifələrini yerinə yetirir. 

Ümumiyyətlə götürdükdə nitqin köməyi ilə başqaları ilə

ünsiyyət saxlayır,  fikir mübadiləsi edir,  ictimai təcrübəni

mənimsəyir, zənginləşdirir, yeni nəslə veririk. 

Nitq vasitəsi ilə hisslərimizi, arzu və istəklərimizi, bu və

ya digər cismə,  hadisəyə münasibətimizi bildiririk. 

Nəhayət nitq vasitəsilə başqalarına təsir edir,  onların

davranış və rəftarlarında müəyyən dəyişiklik yaradır, hər hansı

bir işi yerinə yetirməyə təhrik edirik. 

Bütün bu funksiyalarla yanaşı olaraq nitqin özünəməxsus

xüsusiyyətləri də mövcuddur.  Bunlara nitqin məzmunluluğu, 



anlaşıqlılığı,  təsirliliyi və ifadəliliyini    aid etmək olar.  Nitqin

məzmunluluğu onda ifadə olunan məlumatın əhatə dairəsindən

asılıdır.  Nitqdə ifadə olunan fikir və hisslərin həcmi nə qədər

geniş olarsa, verilən məlumatlar gerçəkliyə nə dərəcədə uyğun

gələrsə və nə dərəcə    də əhəmiyyətli olarsa o bir o qədər

məzmunlu hesab olunur.  Nitqin məzmunlu    olması    üçün

insanın geniş biliyi,  həmin bilikdən və istilahlardan düzgün

istifadə etmək bacarığı olmalıdır. Bunlar olmadan nitq özünün

məlumat vermə vəzifəsini həyata keçirə bilməz.  

Nitqimizin bizi dinləyənlər tərəfindən qavranılması üçün




Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə