Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə35/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   191

109

onun anlaşıqlı olması xüsusi əhəmiyyət kəsb edir.  Nitqin

anlaşıqlılığı ikitərəfli xarakter daşıyır.  Bir tərəfdən kommuni-

katorun nitqinin nə qədər səlis, aydın olması,  yersiz ibarələrlə

yüklənməməsi,  dilin qrammatik qayda və qanunlarına uyğun  

olmasından asılıdır.  Danışan adam öz fikrini konkret

nümunələrlə əsaslandırmağı,  dinləyicilərin səviyyəsini nəzərə

almağı bacarmalıdır. Eyni bir mövzunu  bir müəllimin olduqca

aydın, anlaşıqlı, digərinin isə qarmaqarışıq şəkildə şərh  etdiyi-

nin şahidi oluruq.  Nəticədə birinci müəllimi dinləyicilər

həvəslə dinləyir,  onun dərsindən yeni biliklərlə çıxışlar, ikinci

müəllimin verdiyi məlumatları qavraya bilmir,  onu dinləməyə

həvəs göstərmirlər. 

Nitqin anlaşılması dinləyicilərin hazırlıq səviyyəsindən

də asılı olur.  Dinləyicinin mövzu ilə bağlı zəruri biliyə malik

olmaması onu anlamasını da çətinləşdirir. Ona görə də müəllim

müəyyən məlumatları çatdırarkən dinləyicilərin bu sahədəki

hazırlıq səviyyəsini nəzərə almalıdır. 

Nitqin bu xüsusiyyəti xüsusilə xarici dil dərslərində

nəzərə alınmalıdır.  Bunun üçün müəllim şagirdlərin tədris et-

diyi dilə hazırlıq səviyyələrini aşkara çıxarmalı və öz fikrini

onların başa düşəcəyi səviyyədə  şərh  etməlidir. 

Ünsiyyət prosesində nitqin təsirlilik xüsusiyyətinin

nəzərə alınması da    az əhəmiyyətə malik deyildir.  Nitqin

təsirliliyi onun fəaliyyətə təhrik etmək funksiyasını yerinə

yetirməyə imkan verir.  Nitqin təsirliliyi inandırma,  sübut, 

təlqin, məsləhət, tapşırıq, təlimat, xahiş, əmr, qadağan, koman-

da və s.  şəklində həyata keçir.  Bu cür təsir vasitələrindən

yerində və müvafiq şəkildə istifadə olunması lazımi nəticəni

verə bilir. 

Nitqin

ifadəliliyi

yüksək


nitq

mədəniyyətinə

yiyələnməyin əsas göstəricilərindən biri hesab olunur. Danışan

və ya yazan adam öz nitqində şərh etdiyi məzmuna

münasibətini nitqin ifadəliliyinin köməyi ilə bildirir.

Şifahi və yazılı nitqdə nitqin ifadəliliyi müxtəlif şəkildə




110

həyata keçir.  Şifahi nitqdə təsvir olunan cisim və hadisələrə

münasibətin nitqin ifadəliliyi    vasitəsilə çatdırılması nisbətən

asan baş verir.  Burada mimika və pantomimikanın iştirakı, 

səsin ahəngi və s. nitqin ifadəliliyini gücləndirir. 

Nitqin_mexanizmləri.'>Nitqin mexanizmləri. Nitqin yaranması və qavranılması

sadə reflektor fəaliyyət qanunu üzrə cərəyan edir.  Bu zaman

nitq stimulları (qıcıqlandırıcıları)    birinci siqnal sistemi

qıcıqlandırıcılarını əvəz edə bilir.  Əksər hallarda nitqin

yaranması və qavranılmasında biz «siqnallar siqnalı»  olan

sözlərə əsaslanırıq,  daha doğrusu,  həmin sözlərin mənasına

əsasən onları şüursuz (və ya şüurlu)  olaraq seçir və

eyniləşdiririk.  Həmin mürəkkəb proses böyük yarımkürələr

qabığında həyata keçir. 

Nitqin reflektor xarakterə malik olması bir də onunla

aydınlaşır ki,  anadan    gəlmə    kar adamlar verbal nitqə malik  

olmurlar. Yalnız xüsusi təlim yolu ilə onlar buna nail olurlar ki, 

burada da reflektor xarakter baş verir. 

Verbal ünsiyyət prosesi olan nitq olduqca  mürəkkəb bir

prosesdir. Onun  özünəməxsus, bir-birini ardıcıl olaraq tamam-

layan əməliyyatlardan ibarət mexanizmi vardır.  Psixoloji

ədəbiyyatda

nitqin


həmin

mexanizmlərinin

aşağıdakı

mərhələlərdən ibarət olduğu qeyd edilir.



Birinci

mərhələ

nitqin

proqramlaşdırılması

mərhələsidirBu mərhələdə insanın demək istədiyi    nitq

ifadəsinin məna özəyinin qurulması (yaradılması)  baş verir. 

Bunun üçün insan informasiyalar içərisindən ona lazım olanını

seçir, lazım olmayan  ikinci dərəcəliləri kənar edir. 



İkinci

mərhələ

cümlənin

sintaktik

quruluşunun

yaradılması mərhələsidir.  Bu mərhələdə ifadənin (frazanın) 

ümumi layihəsi,  onun qrammatik forması    proqramlaşdırılır, 

lazımi sözləri axtarmağı, səsləri seçməyi, onu daha dəqiq  ifadə

etməyi təmin edən mexanizmlər müəyyənləşdirilir. 



Üçüncü mərhələdə nitqin real olaraq    səslənməsi baş

verir. Beləliklə də kommunikator  çatdırmalı olduğu məlumatı


111

kodlaşdırma prosesini həyata keçirir.

Dinləmə prosesində həmsöhbət (resipient)  əldə etdiyi

məlumatı açır,  anlayır.  Bu da öz növbəsində müvafiq

mərhələlər keçir.  Dinləyici eşitdiyi səsləri mərhələlər üzrə

sözün mənası ilə  əlaqələndirir ki, bu da kommunikatorun  nə

demək istədiyini anlamasını təmin edir. 

Nitq ifadələrinin kodlaşdırılması və həmin kodun

açılması (anlama)  o  zaman mümkün olur ki, verbal ünsiyyətin

həyata  keçirilməsini təmin edən beyin mərkəzləri və sistemləri

sağlam olsun.  İnsanda bu sistemin pozulması müxtəlif nitq

pozğunluğuna-afaziyaya gətirib çıxarır. Bir halda insan sözləri

ifadə,  tələffüz edə bilmədiyi halda onları başa düşür,  anlayır; 

başqa halda ayrı-ayrı səsləri tələffüz edə bildiyi halda onları

müəyyən ardıcıllıqla birləşdirə bilmir;  başqa bir halda eşitdiyi

sözləri qavraya bilmədiyi halda həmin sözləri tələffüz edə bilir

və s. 

Hələ XIX əsrin ortalarında iki alim tərəfindən beyinin



müəyyən sahəsində zədə olduqda nitq pozğunluğunun da baş

verdiyi aşkara çıxarılmışdır. P.Broka müəyyən etmişdir ki, 

beyinin sol yarımkürələrinin alın qırışlarının arxa hissəsinin

üçdə biri zədələnərsə tələffüzün pozulması baş verir. 



K.Vernike isə müəyyən etmişdir ki,  sol yarımkürələrin yuxarı

qırışlarının arxa hissəsinin üçdə biri zədələnərsə nitqi

anlamağın pozulması baş verir. Beyinin həmin sahələri  nitqin

hərəki (Broka mərkəzi)  və nitqi anlama (Vernike mərkəzi

mərkəzi adlandırılmışdır.  Lakin sonralar psixofizioloqların

(A.R.Luriya,  N.A.Bernsteyn,  P.K.Anoxin və b.)  tədqiqatları

göstərmişdir ki, nitqin fizioloji əsasını beyinin  təcrid olunmuş

bir sahəsinin (nitq mərkəzləri)  fəaliyyəti deyil,  bütövlükdə

beyin fəaliyyəti təşkil edir. 

Nitqin

qavranılması



anlaşılması

Nitqin


qavranılması,  anlaşılması və mənilsənilməsi özünəməxsus

xüsusiyyətləri ilə fərqlənir.  Təcrübə göstərir ki,  nitqin




Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə