Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə31/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   191

97

4 - c ü F Ə S İ L

ÜNSİYYƏT

                                    Qısa xülasə       



Ünsiyyət haqqında anlayış. Ünsiyyətin tərifi, əsas cəhətləri, 

məzmunu, məqsədi və vasitələri. Ünsiyyətin növləri: maddi, koqno-

tiv,  kondision,  motivlərlə bağlı işgüzar;  bioloji,  sosial,  vasitəli, 

vasitəsiz;  verbal, qeyri-verbal.  Ünsiyyətin funksiyaları.  Ünsiyyət və

fəaliyyətin vəhdəti.

Ünsiyyət informasiya mübadiləsi kimi.  İnformasiya

mübadiləsi və onun ünsiyyətdə yeri.  İnformasiya mübadiləsi

tərəfləri: kommunikator və resipient. Kommunikasiya vasitələri: ver-

bal və qeyri-verbal.  Nitq verbal ünsiyyət kimi.  Nitq dil vasitəsilə

həyata keçirilən ünsiyyət prosesidir. Dil şərti danışıq işarələri sistemi

kimi.  Nitqin xüsusiyyətləri:  məzmunluluğu,  anlaşıqlılığı,  təsirliliyi, 

ifadəliliyi.  Nitqin mexanizimləri.    Nitqin qavranılması və

anlaşılması. Nitqin növləri və formaları. Qeyri verbal ünsiyyət. Qeyri

verbal ünsiyyətin vasitələri.  Şəxsiyyətlərarası ünsiyyətdə özünü

göstərən zonalar.



Ünsiyyət qarşılıqlı təsir kimi. İnsanların qarşılıqlı təsiri və

qarşılıqlı münasibətlərinin tənzim olunması.  Sosial normalar və so-

sial nəzarət.  Ünsiyyət prosesində rol və rol gözləmələri.  Dostlar

arasında ünsiyyətin xarakteri. Ünsiyyətdə maneələr və onların

qarşısını almaq yolları. Məna maneələri  və onları doğuran səbəblər.

Ünsiyyət insanların bir-birini qavraması və anlaması ki-

mi. Qarşılıqlı anlama prosesində sosial persepsiyanın rolu. İnsanların

bir-birini qavramalarının mexanizimləri:  eyniləşdirmə,  refleksiya, 

stereotipləşdirmə. İnsanların bir-birini qavramasında, oreol effektinin

(himayə effekti) yeri.



II.4.1. Ünsiyyət haqqında anlayış

Ünsiyyətin tərifi,  məzmunu,  məqsəd və vəzifələri.

İnsanlar birgə yaşayış və birgə fəaliyyət zamanı daima bir-biri




98

ilə informasiya mübadiləsi    aparır,  bir-birinə qarşılıqlı təsir

göstərir və ya bir-birini qavrayır və anlayırlar.  Başqa sözlə  

ünsiyyətə girirlər. İnsanın hər cür fəaliyyətində ünsiyyət zəruri  

şərt kimi özünü göstərir.  Ünsiyyət olmadan insanların birgə

fəaliyyəti həyata keçirməsi mümkün deyildir.

Ünsiyyət insanlar arasında təmasın yaranması və inkişafı

prosesi kimi meydana çıxır. Heç bir insan birliyi oradakı adam-

lar arasında təmas yaradılmadan birgə fəaliyyəti həyata keçirə

bilməz və onların arasında qarşılıqlı anlama baş verməz. 

Ünsiyyət insanlar arasında birgə fəaliyyət təlabatından doğan

təmasın çoxplanlı inkişaf prosesidir. Başqa sözlə, insanların öz



münasibətlərini aydınlaşdırmaq və ümumi nəticə əldə etmək

məqsədilə öz səylərini əlaqələndiməyə və birləşdirməyə

yönəldilmiş qarşılıqlı təsirinə ünsiyyət deyilir.

Ümumipsixoloji baxımdan nəzərdən keçirdikdə,  əvvəla

ünsiyyət iki və daha çox şəxs arasında baş verir;  ikincisi,

həmin proses az-çox dərk edilmiş olur; üçüncüsü, ünsiyyət in-

sanlar arasında informasiya mübadiləsi olmaqla bərabər

qarşılıqlı təsir prosesi, real gerçəkliyi əks etdirmək vasitəsidir;



dördüncüsü, ünsiyyət dinamik prosesdir, onun müxtəlif forma

və vasitələri vardır.  Deməli, ümumipsixoloji baxımdan

ünsiyyəti fəaliyyətin xüsusi bir növü hesab etmək olar.  

Ünsiyyət prosesində insanlar arasında fikir,  bilik,  rəy,  təcrübə

və hisslər mübadiləsi gedir, onlar bir-birinin inam və əqidəsinə

təsiri


olan müxtəlif tipli məlumatları əsasən başqaları ilə

ünsiyyət prosesində əldə edir, öz bilik və təsəvvürlərini

başqalarına

aşılayırlar.  Aydındır

ki,  ünsiyyət

həyat


tələbatlarından doğur və demək olar ki, insanın ictimai

həyatının gedişini tənzim edir.  Təsadüfi deyildir ki,

tədqiqatçılar ünsiyyəti insanların bir-birini anlaması başa

düşməsi prosesi (S.L.Rubinşteyn), fikirlərin təəssüratların

başqalarına verilməsi

prosesi (L.S.Vıqotski),  insanların

başqalarına olan tələbatı (Y.L.Kolominski)  və s.  hesab



99

etmişlər.

Ünsiyyət prosesində insanlar nəinki mühit haqqında

məlumat əldə edir,  eyni zamanda müxtəlif adət və vərdişlərə

yiyələnir ki,  bunlar da real varlığın dərk edilməsinə xüsusi

istiqamət verir.  Deməli,  ünsiyyət,  hər şeydən əvvəl,  obyektiv

varlığın dərk edilməsini təmin edən əsas şərtdir.

Həyati faktlar göstərir ki, ünsiyyət eyni zamanda psixi

proseslərin təzahüründə özünəməxsus tərzdə iştirak edir.

Ünsiyyət psixi proseslərin dinamikasına,  təzahürünə təsir

göstərir və onları daha da mütəhərrik edir.

Ünsiyyət eyni zamanda şəxsiyyətin formalaşmasına da

müəyyən tərzdə istiqamət verir.  Demək olar ki,  şəxsiyyətin

təşəkkülü müəyyən mənada ünsiyyət prosesinin məhluludur.

Ümumi psixologiya baxımından ünsiyyət probleminin

maraqlı cəhətlərindən biri də ondan ibarətdir ki, insanın özünü

dərk etməsi,  öz məninə nəzər salması,  özünü başqaları ilə

müqayisə edərək qiymətləndirməsi belə ünsiyyət prosesinin

məhlulu kimi qəbul edilə bilir.  İnsan yalnız başqaları ilə

ünsiyyət prosesində onları dərk edir.  

Müasir sosial psixologiyada ünsiyyətin üç mühüm tərəfi, 

cəhəti qeyd olunur:

1) ünsiyyət informasiya mübadiləsi kimi və yaxud ünsiy-

yətin kommunikativ tərəfi;

2)  ünsiyyət qarşılıqlı təsir prosesi kimi və ya ünsiyyətin

interaktiv tərəfi;

3) ünsiyyət insanların bir-birini qavraması, anlaması kimi

və yaxud ünsiyyətin perseptiv tərəfi.

Ünsiyyətin özünəməxsus məzmunu, məqsədi və vasitələri

mövcuddur (R.S.Nemov).



Ünsiyyətin məzmunu dedikdə fərdi təmas zamanı bir in-

sandan digərinə ötürülən inıormasiya nəzərdə tutulur. Məhz öz

məzmunundan asılı olaraq insanların ünsiyyəti müxtəlif xarak-

ter daşıya və fərqlənə bilir.

Ünsiyyətin məzmununu, hər şeydən əvvəl, insanın daxili



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə