Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə30/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   191

93

nur.  Bu cür oyunlar hərəki vərdişlərin inkişafına kömək edir. 

Didaktik oyunlara gəldikdə bu cür oyunlar öyrətmə xarakteri

daşıyır. Məsələn, «nə yerini dəyişmişdir?», «səsindən tanı» tip-

li oyunların köməyi ilə uşaqlarda müşahidəçilik, dəqiq qavrama

imkanları inkişaf etdirilir. 

Oyunlar fərdi və qrup halında da aparılır. Fərdi oyun an-

caq bir nəfər tərəfindən həyata keçirilir. Qrup halında oyunlar-

da isə bir neçə nəfər iştirak edir.  Rollu oyunlara gəldikdə bu

zaman oynayan adam (uşaq və ya yaşlı) oyun zamanı müəyyən

rolu öz üzərinə götürür və həmin rola uyğun hərəkət edir. 

Məsələn,  uşaq müəllim,  həkim rollarını oynayır.  Öz

oyuncaqlarına «dərs deyir», onları «müalicə» edir və s. Bu za-

man uşağın işi onun indiki anda istifadə etdiyi şeylərin

xüsusiyyətləri ilə deyil,  müəllimin,  həkimin vəzifəsi haqqında

təsəvvürlə idarə olunur. 



Qaydalı oyunlar müvafiq qaydalara əsasən aparılır və

oynayanlar bu qaydalardan kənara çıxa bilmirlər.  İndi artıq

işlər mücərrəd tələblər və qaydalarla tənzim olunur. Çox vaxt

həyatda oyunun əşyavi-rollu,  süjetli-rollu,  süjetli-qaydalı və s. 

kimi qarışıq tipinə də rast gəlmək olur. 

Yuxarıda qeyd edildiyi kimi, oyun məktəbəqədər dövrdə

aparıcı fəaliyyət növü olub uşaqların həm fiziki, həm də psixi

inkişafında mühüm rol oynayır.  M.Qorkinin qeyd etdiyi kimi, 

oyun uşağın yaşadığı və gələcəkdə dəyişdirilməli olduğu mühi-

ti dərk etmə yoludur. Oyun uşağın tələbatını ödəməklə yanaşı, 

yaşlılarla ünsiyyət saxlamaq, həyatı başa düşmək, ətrafdakıları

təqlid etmək və bu yolla bir növ gələcək həyata hazırlaşmaq

işində mühüm vasitəyə çevrilir. 

Təlim fəaliyyəti -    məktəblilərin və tələbələrin nəzəri

bilikləri və onlarla bağlı bacarıq və vərdişləri mənimsəmələrinə

yönəldilmiş fəaliyyət növlərindən biri,  aparıcı fəaliyyətləridir. 

Yaşlı adamlarda təlim özünütəhsil xarakteri daşıya bilər. 

Təlim insanın fəaliyyət və davranışını bəşəriyyətin icti-

mai təcrübəsini mənimsəməsinə yönəldən fəal bir prosesdir. 




94

Təlim fəaliyyəti təkcə məktəblilərdə və tələbələrdə bilik, 

bacarıq



vərdişlərin



formalaşmasını

təmin


etməklə

kifayətlənmir.  Bu prosesdə onlarda psixi inkişafa,  şəxsiyyətin

formalaşmasına da əsaslı təsir göstərir.  Məhz buna görə də

təlim fəaliyyətinin başlıca xüsusiyyəti ondan ibarətdir ki,  o, 

fərdin birbaşa psixi inkişafı vasitəsi kimi xidməti həyata keçi-

rir. 


İnsan fəaliyyəti sistemində əmək xüsusi yer tutur. Əmək

fəaliyyəti son nəticədə özünün məhsuldarlığı ilə fərqlənir. 

Məhz buna görə də əməyi müəyyən ictimai- faydalı, maddi və

ya ideal məhsullar istehsalına yönəldilmiş fəaliyyət kimi qəbul

edirlər.

Əmək fəaliyyəti təkcə insanın maddi və mənəvi

tələbatlarını ödəməyə xidmət etmir,  o,  eyni zamanda insanın

bir şəxsiyyət kimi formalaşmasında aparıcı rol oynayır.   

                

Özünü yoxlamaq üçün sual və tapşırıqlar

1. Fəaliyyət nəyə deyilir?

2. Tələbat nədir və onun hansı növləri vardır?

3. Fəaliyyətin motivləri dedikdə nəyi başa düşürsünüz? 

Motivləri təsnif edin.

4. Fəaliyyətin quruluşunu şərh edin.

5. İş və hərəkət nədir? Onları xarakterizə edin.

6. Fəaliyyətin mənimsənilməsi dedikdə nəyi başa

düşürsünüz?

7. Vərdişlər və onların xarakteristikasını verin.

8. Vərdişlər və mümarisələrin qarşılıqlı əlaqəsini şərh

edin.


9. Mümarisələrə nə kimi psixoloji tələblər verirlər?

10. Vərdişlərin keçirilməsi və interferensiyası dedikdə

nəyi başa düşürsünüz?

11. Vərdişlərin keçirilməsi və interferensiya hadisələri

hansı formalarda təzahür edir?



95

12. Bacarıq və adətləri şərh edin.

13. Dildaxili və dillərarası interferensiya hadisələrini

şərh edin.

14. Oyun,  təlim və əmək fəaliyyətinin fərqləndirici

xüsusiyyətlərini şərh edin.   

   Referat, məruzə və müstəqil tədqiqat üçün mövzular

1. Dillərin mənimsənilməsində keçirilmə və inter- fe-

rensiya.

2. Vərdiş və adətlərin psixoloji təsiri



.   

           3. Fəaliyyətin strukturu  



Ə D Ə B İ Y Y A T

Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. 2-ci nəşri. -  

Bakı, 2002, səh. 140-151



Ağayev Ş.S. Əmək, tərbiyə və inkişaf. – Bakı, 1967.

Həmzəyev M.Ə. Şagirdlərin düzgün yazı vərdişlərinə

yiyələnmə xüsusiyyətləri. – Bakı, 

1984.

Həmzəyev M.Ə. Dillərarası interferensiyanın psixoloji

xüsusiyyətləri. // Bakı Qızlar Universi-

tetinin «Elmi xəbərləri», 5-ci buraxılış, 

2006.


İbrahimbəyov F.Ə. 90 il. – Bakı, 1992.

Leontğev A.N. Deətelğnostğ. Sozrarie. Liçnostğ.. M., 

1982, s. 70-123.



Qippenreyter Ö.B. Vvedenie v obşuö psixoloqiö: kurs

leküii. – M., 1988, s. 95-128.



Quseynzade Q. Obuçenie reçevoy kommunikaüii na

inostrannom əzıke. – Baku, 2001, s. 

100-131.



96

Maklakov A.Q. Obhaə psixoloqiə. – Piter, 2001, s. 

122-148.


Nemov R.S. Psixoloqiə. V 3-x kn., kn.1. – M., 1998, 

s.145-164.



Fress P., Piaje J. Gksperimentalğnaə psixoloqiə, vıp. 

4, - M., 1973




Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə