Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə26/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   191

81

aparılan ümumiləşdirmələr oxşar mühüm əlamətlərinə görə

deyil,  ikinci dərəcəli,  formal əlamətlərə görə aparılır.  Bu cür

ümumiləşdirmələr çox vaxt yanlış xarakter daşıyır.  Bu cür

ümumiləşdirmələr

psixoloji

ədəbiyyatda

generalizasiya

hadisəsi adlandırılmışdır.

Təcrübə göstərir ki,  generalizasiya hadisəsi çox vaxt

müşahidə etdiyimiz cisim və hadisələrin,  mənimsədiyimiz

faktların, məfhum və qaydaların xüsusiyyətlərilə bağlı olur. Bu

xüsusiyyətlər isə həmişə səmərəli mənimsəmə imkanı yaratmır, 

bəzən səhv ümumiləşdirmələrin meydana gəlməsinə şərait

yaradır.  Professor P.A.Şevaryov bu şəraiti belə xarakterizə

edir: adətən, müəyyən hadisənin daimi xüsusiyyətləri iki qrupa

(A və  B qruplarına) ayrılır. Lakin bəzən elə hadisələrə də rast

gəlirik ki,  onlarda daimi A xüsusiyyəti oldugu halda,  B

xüsusiyyəti mövcud deyildir.  Həmin hadisə yalnız müəyyən

mərhələdə həm A, həm də B xüsusiyyətlərinə malik olur. Ona

görə də şagirddə bu cür hadisələr üzrə yalnız A

xüsusiyyətlərini dərk etməyə aid assosiasiya yaranır. 

Hadisədə həm A həm də B xüsusiyyətləri olduqda şagird

yalnız birinci xüsusiyyətə əsaslansa da bu cür assossasiyanın

səhv olduğu meydana çıxmır. Lakin şagirdin yalnız A

xüsusiyyətinə malik olan,  ancaq B xüsusiyyəti olmayan  

hadisələr rast gəldikdə də eyni yolla hərəkət etməsi,  yalnız A

xüsusiyytinə əsaslanması səhvə gətirib çıxarır.  Deməli burada

A xüsusiyyətinə əsaslanılır,  B    xüsusiyyətinin mövcud

olunmasına fikir verilmir. Nəticədə səhvə yol verilmiş olur.

Eyni hadisə ikinci və üçüncü dilin mənimsənilməsi

prosesində də özünü göstərir.  İkinci və üçüncü dili öyrənən

adam həmin dil faktlarının əvvəlki dilə oxşar bir əlamətinə

istinad etdiyi    (A əlamətinə)  və burada ikinci əlamətin olub

olmadığına

(B

əlaməti)  fikir



vermədiyi

üçün


səhv

ümumiləşdirmə aparılır ki, bu da çox vaxt səhvlərlə nəticələnir.

Eyni hal təkcə iki dilin əlamətlərinin deyil prinsiplərinin

keçirilməsi səviyyəsində də özünü göstərir.  Bəzən öyrənən




82

adamlar ana dilində prinsipin yalnız bir cəhətini ,  həm də

formal cəhətini fərqinə varmadan öyrəndiyi dilin faktlarına da

şamil edir ki, bu da bəzən istənilən nəticəni vermir.

Ona görə də keçirilmənin həmin səviyyəsi hələ əsl

müsbət keçirilmə hesab oluna bilməz.  Bəs ikinci və sonrakı

dilin öyrənilməsi zamanı keçirilmə hadisəsinin generalizasiya

səviyyəsi nə vaxt özünü göstərir,  onun özünəməxsus başqa

hansı xüsusiyyətləri vardır?

Psixoloji tədqiqatlar göstərmişdir ki.  İkinci dilin

mənimsənilməsi zamanı baş verən keçirilmə hadisəsinin

generalizasiya səviyyəsi ən çox həmin dilin öyrənilməsinin ilk

mərhələlərində təzahür edir.  Əvvəl qeyd etdiyimiz kimi çox

vaxt ikinci dili mükəmməl şəkildə ali məktəbdə mənimsəməyə

başlayan tələbə bu halla qarşılaşır.  Bu zaman ana dilinin həm

formaca həm məzmunca,  denotatlar səviyyəsində oxşar

cəhətləri ikinci    dilə keçirilir.  Nəticədə həm forma, həm də

məzmun generalizasiyası baş verir.

Forma oxşarlığının keçirilməsi birinci növbədə oxşar

qrammatik quruluşu, dil faktlarının bu və ya digər anlayışa aid

edilməsinin müəyyənləşdirilməsi şəklində özünü göstərir. Həm

də bəzən ana dilində də o qədər səmərə verməyən,  lakin

möhkəmlənmiş priyomların ikinci dilin öyrənilməsində də

tətbiqi müşahidə olunur.  Məsələn,  üzərində tədqiqat aparılan

tələbə ana dilindi hər hansı bir sözü müəyyən qrammatik

kateqoriyaya aid etmək üçün qrammatik sualdan (formal

qrammatik) istifadə etdiyi kimi, ikinci dildə də həmin əlamətə

istinad edir.  Yaxud ana dilinin tələffüz xüsusiyyətlərini,  onun

intonasiya və vurgusunu olduğu kimi öyrəndiyi dildə tətbiq

edir. 

Müşahidələr göstərir ki,  generalizasiya səviyyəsində



keçirilmə təkcə formaca oxşarlığa görə baş vermir.  Bəzən

leksik,  qrammatik materialların məzmun və mənaca oxşarlığı

da səhv ümumiləşdirməyə səbəb olur.  Ona görə də öyrənilən

dildə məzmun və mənaca ana dilinə oxşar olan cəhətlər özünə




83

yer etməyə,  başqa sözlə öyrənilən dilə keçirilməyə başlayır. 

Nəticədə bu cür oxşarlıq ikinci dərəcəli əlamətlər üzrə olduqda

çox vaxt ikinci dilə yiyələnmədə səhvlər özünü göstərməyə

başlayır.

Yeri gəlmişkən qeyd etmək lazımdır ki,  generalizasiya

səviyyəsində

keçirilmə

ikinci



sonrakı



dilin

mənimsənilməsinə həm müsbət,  həm də mənfi təsir göstərə

bilir. Bu zaman keçirilmənin müsbət cəhəti ondan ibarətdir ki, 

ikinci dili öyrənən adam artıq onda mövcud olan bilik və

bacarıqlar sisteminə istinad edir,  ona görə də həmin dili

mənimsəmə imkanları xeyli artmış olur.  Bununla yanaşı, 

doğrudan da oxşar,  lakin qanunauyğunluğu dərk edilməyən

hallar sonrakı dilin mənimsənilməsini asanlaşdırır.

Generalizasiya səviyyəsində keçirilmənin mənfi cəhətinə

gəldikdə,  bu əvvəlki dildən zahirən oxşar halları kor-koranə

öyrənilən sonrakı dilə aid etməklə nəticələnir. Nəticədə sonrakı

dildə aradan qaldırılması zəruri olan qüsurlar özünü

göstərməyə başlayır. 

Diqqəti cəlb edən faktlardan biri də ondan ibarətdir ki, iki

dillilik şəraitində dil faktları arasındakı fərq nə qədər az olarsa, 

onlar bir o qədər çox qarışdırılır və generalizasiya hadisəsinin

təzahürünə səbəb olur. Nəticədə keçirilmə də həmin səviyyədə

baş verir. Məhz buna görə də keçirilmənin həmin səviyyəsində

ikinci dili öyrənən adam keçilən dil faktlarının mühüm oxşar

əlamətləri üzrə deyil,  ikinci dərəcəli,  formal əlamətləri üzrə

hərəkət edir. Bu zaman forma və ya məzmunca oxşarlıq onun

əsas kriteriyası olur. Başqa sözlə demiş olsaq, bu cür oxşarlıq

onun ana dili faktlarını öyrəndiyi dilin üzərinə keçirilməsi üçün

«istinad faktına» çevrilir. Keçirilmənin həmin səviyyəsində çox

vaxt

yeni


dili

öyrənən


adam

bu

cür



keçirilmənin

qanunauyğunluğunu dərk edə bilmir. Ona görə də əvvəlki dildə

və ikinci dildə oxşar hesab etdiyi faktları fərqləndirməkdə

çətinlik


çəkir.  Keçirilmə

bir


növ

dərkedilməmiş

fərqləndirilməmiş xarakter daşıyır. 




Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə