Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə24/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   191

75

Məktəbdə şagirdlərlə aparılmış iş də mümarisələrin

nəticələri ilə tanışlıgın fəaliyyətin mənimsənilməsindəki rolunu

bir daha təsdiq edir.

Hər birində 10  nəfər olmaqla iki qrup İV sinif

şagirdlərinə eyni orfoqrafik və durgu işarəsi qaydalarını əhatə

edən çalışma verilmişdir. Bu işi maksimum sürətlə və düzgün

yerinə


yetirməli

olduqlarını

bildirilmişdir.  Bu

zaman


qruplardan birində (A)  hər bir mümarisədən sonra buraxılmış

səhvlər təhlil olunmuş, digər qrupda (B)  isə    bu cür iş

aparılmamışdır.

10  mümarisədən sonra A qrupunda bu cür təhlil

aparılması dayandırılmış və şagirdlərə mümarisəni düz və ya

səhv yerinə yetirmələri barədə heç bir məlumat verilməmişdir. 

B qrupunda isə əksinə,  buraxılmış səhvlər təhlil olunmuşdur. 

Nəticədə A qrupu şagirdləri B qrupuna nisbətən yaxşı nəticə

verdiyi halda, sonrakı 10 mümarisədə A qrupunun şagirdlərinin

nəticələri pisləşməyə, B qrupunda olan şagirdlərin nəticələri isə

yaxşılaşmağa başlamışdır.  Bunu aşagıdakı diaqramdan aydın

görürük. 

Bütün qeyd olunanlar mümarisələrin nəticələri ilə

tanışlığın fəaliyyətin mənimsənilməsindəki rolunu bir daha

təsdiq edir.                                                                            

Vərdişlərin yaranması zamanı tətbiq olunan mümarisələrin

məvəffəqiyyəti müsbət nəticələrin artmasında, səhvlərin azalmasında

özünü göstərir.  Lakin müsbət nəticələrin yüksəlməsi heç də bütün

hallarda rəvan,  yüksələn xətlə getmir.  Eyni vəziyyətdə,  səviyyədə

qala bilir,  yüksələ və aşağı düşə bilir.    Hər bir    təkrardan sonra

səhvlərin azalması da eyni səviyyədə,  rəvan getmir.  Bu baxımdan

vərdişlərin yaranması prosesinin qrafik ifadəsini,  necə deyərlər

mümarisə əyrisini vermək olar. Sınaqların miqdarı üfiqi xətt (absis), 

işin yoxlanan əlaməti isə şaquli xətt (ordinat)  üzrə qeyd olunur. 

Qrafikdə alınmış nöqtələri birləşdirən xətt mümarisə əyrisi və ya

öyrənmə əyrisi adlanır.  O,  formalaşan vərdişin inkişaf yolunu

səciyyələndirir. Bunu aşağıdakı sxemdən aydın görürük.



76

Mümarisələrin nəticələri ilə tanışlığın əhəmiyyətini

göstərən diaqram

         1  2  3  4  5   6  7   8 9 10 111213 14151617 1819

                         Mümarisələrin sayı

           A qrupu

           B qrupu

Şəkil 3.


25

20

15

10

5

0 1

2

3

4

5

6

7

8

9

10

Mümarisələr

Şəkil 4.    Vərdişlərin yaranmasının mümarisə əyrisi: 

səhvlərin miqdarının azalması  (M.Ə.Həmzəyevə görə)

                         

Vərdişlərin yaranmasının digər qanunauyğunluğu onun



tərəqqisi və tənəzzülündə özünü göstərə bilir.

Hər hansı bir vərdiş hər hansı bir fəaliyyətə nə qədər çox, 

tez-tez tətbiq olunarsa və həyatda təkrar edilərsə o bir o qədər

С

ящ



ф

ля

ри



н 

м

иг



да

ры

84



80

76

72



68

64

60



56

52     


М

üв

яф



ф

яг

ий



йя

т 

эю



ст

яр

иъ



ис

и 

(%



-


77

avtomatlaşmış və möhkəm olur. Əksinə əldə edilmiş vərdişdən

uzun məddət fəaliyyətdə istifadə olunmadıqda, bu cür vərdişlər

get-gedə sönür, tənəzzülə uğrayır.

Nəhayət, vərdişlərin yaranmasının bir qanunauyğunlugu

da onların qarşılıqlı təsirində özünü göstərir. 



Vərdişlərin

qarşılıqlı

təsiri: 

keçirilmə



interferensiya. Hər bir fəaliyyət prosesində insan müxtəlif

vərdişlərə yiyələnir və həmin vərdişlər onun fəaliyyətinin

səmərəliliyini təmin edir.  İnsanların yiyələndikləri bu

vərdişlərin hamısı birdən-birə, eyni vaxtda yaranıb, eyni vaxtda

da başa çatmır. İnsan ardıcıl olaraq bütün həyatı boyu müxtəlif

vərdişlərə yiyələnməli olur.  Hər bir vərdiş isə insanın artıq

malik oldugu vərdişlər sistemində fəaliyyət göstərir və təşəkkül

tapır. Təcrübə göstərir ki, bu vərdişlərdən bəziləri yeni vərdişin

yaranmasına və fəaliyyət göstərməsinə kömək edir.  Həmin

vərdişin təsiri altında fəaliyyətin digər cəhətlərinin icrası

asanlaşır.  Bu prosesdə yeni vərdişlərin yaranmasına keçmiş

vərdişin mexanizmi bir növ köməkçi rol oynayır. Bu hal eyni

tipli və müxtəlif vərdişlərin yaranması zamanı özünü göstərə

bilir.


Lakin əvvəl yaranmış vərdişlər heç də həmişə yeni

vərdişin yaranmasını asanlaşdırmır. Əvvəl yaranmış vərdişlər

bəzən

yeni


vərdişin

yaranmasıını

çətinləşdirir,  onun

formalaşmasını ləngidir.  Əvvəl yaranmış vərdişlərin yeni

vərdişlərin yaranmasına bu gür müsbət və mənfi təsiri

psixologiyada vərdişlərin qarşılıqlı təsiri adlanır.

Qeyd edilənlərdən göründüyü kimi,  vərdişlərin qarşılıqlı

təsirində iki hal özünü göstərir. Əvvəl yaranmış vərdişlər yeni

vərdişlərin

yaranmasına

müsbət

təsir


göstərir,  onu

asanlaşdırırsa bu hal müasir psixologiyada vərdişlərin



keçirilməsi adlanır.  Əksinə,  əvvəl yaranmış vərdişlərin yeni

vərdişlərin yaranmasına mənfi təsir göstərməsi, onu ləngitməsi

isə interferensiya adlanır.



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə