Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə21/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   191

66

dərk olunmuş ehtiyacları olmaqla daha geniş anlayış kimi

qəbul edilir. Tələbatlar insanın ehtiyacları ilə yanaşı onun öz

ehtiyaclarına münasibətini də əks etdirir. Bu baxımdan

tələbatlar insanın konkret həyat şəraitindən asılılığını ifadə

edən və onun bu şəraitdə fəallıgını şərtləndirən özünəməxsus

psixi halətdir.  Tələbatlar və onların növləri barədə kitabın 5-ci

fəslində ətraflı bəhs olunduğuna görə burada deyilənlərlə

kifayətlənməli olduq.         

       Fəaliyyətin motivləriİnsanı əhatə edən cisim və hadisələr

heç də daima deyil,  onun həyatının müxtəlif vaxtlarında

tələbatlarının obyekti olur və onu müvafiq fəaliyyətə təhrik

edir.  Bununla yanaşı olaraq insanın bu və ya digər tələbatını

ödəyən obyekt yalnız eyni bir cisim və hadisədən ibarət olmur. 

Müxtəlif cisim və hadisələr tələbatın obyektinə çevrilərək

insanı fəaliyyətə təhrik edə bilir.  Tələbatların ödənilməsi ilə

əlaqədar olaraq insanı hər hansı bir məqsədə yönəlmiş işə, 

fəaliyyətə təhrik edən amillərəsəbəblərə motiv deyilirİnsan

fəaliyyətinin motivləri özlərinin çoxcəhətliliyi ilə xarakterizə

olunur.

Motivlər hər şeydən əvvəl bir-birlərindən tələbatların



növlərinə görə fərqlənirlər.  Bununla yanaşı olaraq motivlər

tələbatların kəsb etdiyi formalara,  onların genişliyinə və ya

məhdudluğuna,  reallaşdıqları fəaliyyətin konkret məzmununa

və s.  görə fərqlənirlər.  Təcrübə göstərir ki,  fəaliyyətin

mərəkkəb növləri,  adətən,  bir motivə deyil,  eyni vaxtda təsir

göstərən bir neçə motivə cavab verir ki,  bu da motivləşmə

adlanır.  Motivləşmə elə motivlər birliyidir ki,  şəxsiyyətin

yönəlişliyini

müəyyən

etməklə


onun

fəaliyyətinin

səmərəliliyini də şərtləndirir.

Tələbatlarda olduğu kimi motivlər təbii və ali (maddi və

mənəvi) ola bilir. Bundan başqa A.N.Leontyevə görə motiv ob-

raz, anlayış, fikir, ideal şəklində də çıxış edə bilir.

Qeyd edilənlərlə yanaşı olaraq özünün xarakteri və



67

fəaliyyət prosesində oynadığı rola görə motivlərin aşağıdakı

növlərini qeyd etmək olar:  1) situativ və geniş motivlər;  2) 

fəaliyyətin nəticəsinə və onun özünə doğru yönələn motivlər; 

3) eqoistik və ictimai əhəmiyyətli motivlər.

Motivləri

təzahür

xüsusiyyətlərinə



görə

psixoloji

ədəbiyyatda geniş istifadə olunan iki qrupa ayırmaq müm-

kündür: 1) geniş sosial motivlər və 2) idrak motivləri.

Psixoloji ədəbiyyatda motivləri dərk edilən və dərk

edilməyən olmaqla daha iki qrupda birləşdirirlər.

Dərk edilən motivlər nəyin bizi bu və ya digər işə, 

fəaliyyətə təhrik etməsini anlamagımız,  dərk etməyimizlə

fərqlənir.  Dərk edilməyən motivlərə gəldikdə elə təhriklər

nəzərdə tutulur ki,  həmin təhriklərin mahiyyətini biz tam

aydınlığı ilə dərk edə bilmirik. Bu cür motivlərə həvəsi, 



ustanovkanı aid etmək mümkündür.

Motivlər özlərinin növləri ilə yanaşı davamlılıqları, emo-

sional çalarları və ya modallıqları,  qüvvələri və ifadə

xüsusiyyətlərinə görə də bir–birindən fərqlənirlər.



II.3.3.  Fəaliyyətin  quruluşu

Fəaliyyətin

quruluşu

haqqında

anlayış.  İnsan

fəaliyyətini nəzərdən keçirdikdə onun özünəməxsus quruluşu

diqqəti cəlb edir. İnsanın hər cür fəaliyyəti eyni quruluşda, eyni

sistem və ardıcıllıqda həyata keçir. Başqa sözlə, bütün fəaliyyət

növlərində eyni ümumi struktur komponentlər özünü göstərir. 

İnsanın istər maddi, istərsə də mənəvi fəaliyyətinin quruluşunu

təhlil etdikdə onun təxmini məzmununu təşkil edən aşagıdakı

əsas elementləri,  komponentləri aşkara çıxarmaq mümkün

olur:  fəaliyyətin motivləri,  fəaliyyətin məqsədi və fəaliyyətin

vasitələri.

Motivləhaqqında yuxarıda qeyd etdiklərimizdən aydın

olduğu kimi, motiv insanı hər hansı bir fəaliyyətə təhrik edən, 

yönəldən səbəblərdir.  Hər cür fəaliyyət zamanı müvafiq

tələbatdan doğan səbəblər bizi həmin fəaliyyətə girişməyə və




68

bu yolla öz tələbatımızı ödəməyə yönəldir.



Məqsədə gəldikdə o,  insanın fəaliyyət zamanı hansı

nəticəyə nail olmağa yönəlməsidir.  Son nəticə daima

fəaliyyətin məqsədi kimi təzahür edir. Məhz buna görə də insan

fəaliyyəti daima dərk olunmuş məqsədləri ilə tənzim edilir.

İnsanın həmin fəaliyyəti nə dərəcədə adekvat yerinə yetirməsi

qarşıya qoyulan məqsədi həyata keçirməsi ilə xarakterizə olu-

nur.

Bəzən fəaliyyətin motivi və məqsədi üst-üstə düşsə də



çox vaxt məqsəd və motiv özünün xüsusiyyətlərinə görə bir-

birlərindən fərqlənirlər.  Məsələn,  tələbədə olmayan hər hansı

bir kitabı almaq üçün kitab mağazasına getməsi həm motiv

həm də məqsəd rolunu oynaya bilər.  Lakin «psixologiya»

dərsliyini almaq üçün kitab mağazasına getmək onun məqsədi, 

həmin fənlə maraqlanması, sabahkı seminara hazırlaşması üçün

getməsi isə motivi ola bilər.

Fəaliyyətin vasitələrinə gəldikdə o,  həmin fəaliyyətin

həyata keçirildiyi yollardır. Başqa sözlə insan həmin fəaliyyət

zamanı qarşısına qoydugu məqsədə hansı yollarla nail olur. 

Şəbhəsiz həmin yol və vasitələrin düzgün seçilməsi fəaliyyətin

səmərəli şəkildə həyata keçirilməsi üçün mühüm şərtdir.

Bütövlükdə götürüldükdə insanın hər cür fəaliyyətinin

quruluşunda motiv,  məqsəd,  müvafiq işlər,  onların icrası, 

qiymətləndirilməsi və nəzarət kimi mühüm komponentlər

özünü göstərir. Bunları ümumiləşdirilmiş şəkildə götürmüş ol-

saq fəaliyyətin üç mərhələni keçdiyini söyləyə bilərik: hazırlıq, 



icra  və qiymətləndirilməFəaliyyətin icra mərhələsində insan

müvafiq işləri və hərəkətləri həyata keçirir ki,  bu da həmin

fəaliyyətin məzmununu,  ən mühüm komponentini təşkil edir. 

Onlara qısa nəzər salaq.



İş və hərəkətlər. Fəaliyyət prosesində insan istər-istəməz

müvafiq cari məsələləri həll etməli olur.  Fəaliyyətin sadə bir



cari məsələni həll etməyə yönəlmiş nisbətən bitmiş elementi iş


Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə