Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə22/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   191

69

və ya əməl adlanır. Məsələn,  cümlədə mübtədanı tapmaq,  11 

metrlik cərimə topunu vurmaq, içmək üçün çay qaynatmaq və

s. müvafiq fəaliyyətin nisbətən bitmiş elementi olan işlərdir. Bu

cür işlər həm fiziki, həm də zehni planda həyata keçirilə bilər. 

Bu işlər gerçək aləmdəki cisimlərin vəziyyətinin və ya

xassəsinin dəyişməsinə yönəlmiş olur. Hər cür maddi iş və ya

əməl məkan və zamanla bağlı olan müəyyən hərəkətlərdən

əmələ gəlir.  Məsələn futbol zamanı 11  metrlik cərimə topunu

vurmaq işini yerinə yetirmək üçün idmançı topu 11  metrlik

nöqtədə qoyur, geri çəkilir, oradan qaçaraq topa yaxınlaşır, bir

ayağının üstünə qalxaraq digər ayagı ilə topa zərbə vurur. Bu

hərəkətlərin hamısı müəyyən zaman və məkan daxilində baş

verir.  Belə ki,  idmançı topu başqa yerə deyil cərimə olunmuş

komandanın qapısı agzındakı nöqtəyə qoyur və hakimin

işarəsindən sonra dərhal qaçaraq topa zərbə endirir. Topu başqa

yerə qoymaq və ona istədiyi vaxt zərbə vurmaq olmaz.

Hər cür maddi işlər hərəkətlərin müəyyən sistem üzrə

yerinə yetirilməsindən ibarətdir.  O,  işin məqsədindən,  həmin

işin yönəldiyi əşyanın xassəsindən və iş şəraitindən asılıdır. 

Belə ki,  məsələn,11  metrlik cərimə topunu vurmaq üçün

hərəkətləri basketbol zamanı cərimə topunu səbətə atmaq üçün

lazım olan hərəkətlərdən fərqli qurmaq lazımdır. Yaxud, ümu-

mi cəhətlərinin olmasına baxmayaraq «a» hərfini yazmaq üçün

hərəkətlər «t»  hərfini yazmaq üçün lazım olan hərəkətlərdən

fərqlənəcəkdir.

Fəaliyyət zamanı icra olunan işlər daima özünəməxsus



idarəolunma və nəzarət tələb edir.  Fəaliyyət prosesində

hərəkətlərin özünün icrası onun nəticəsinin işin son məqsədi ilə

müqayisəsi əsasında fasiləsiz nəzarət altında saxlanılır və lazım

gəldikdə təshih olunur.  Təcrübə göstərir ki,  iş və hərəkətlərin

icrası zamanı nəzarəti və təshih etməni yerinə yetirə bilməyən

adamlar ən sadə işi də yerinə yetirmək imkanına malik olmur-

lar.  Məsələn,  bu cür uşaqlar sətir boyu xətt çəkməyi belə

bacarmır, sətrləri bir-birinə qarışdırırlar.




70

Qeyd edilənlərdən aydın olur ki, insanın hər hansı bir işi

müvəffəqiyyətlə yerinə yetirməsi üçün iş və ya hərəkətləri

idarə etmək və təshih etmək bacarığına malik olması zəruridir. 

İşləri təşkil edən hərəkətlər sistemi isə nəticə etibarilə həmin

işlərin məqsədilə idarə və tənzim olunur. Yerinə yetirilən

işlərin nəticələri həmin işin məqsədi nöqteyi-nəzərdən

qiymətləndirilir və təshih olunur.  Başqa sözlə,  məhz işin

məqsədi şeylərin hansı xassə və vəziyyətlərinin onun icrası, 

nəzarət və təshihi üçün oriyentir olmasını təyin edir.

         

II.3.4. Fəaliyyətin  mənimsənilməsi

İnsan həyatı boyu müxtəlif fəaliyyət növlərini,  iş və

hərəkətləri icra etməli olur.  Lakin bu iş və hərəkətlərin icrası

həmişə eyni şəkildə asanlıqla getmir. İnsan artıq icra tərzlərinə

yiyələndiyi iş və hərəkətləri çətinlik çəkmədən, sərbəst, səhvsiz

olaraq yerinə yetirir,  onun icrasına artıq vaxt sərf    etmir.  Bu

onu göstərir ki,  insan həmin fəaliyyəti mənimsəmişdir. 

Məsələn, şagird latın və ya kiril qrafiki ilə sərbəst şəkildə

yazmağı və oxumağı bacarırsa onun həmin fəaliyyəti

mənimsədiyini söyləyirik. Əksinə, şagird latın və ya kiril qrafi-

ki ilə yazılmış mətni oxuya bilmirsə, bu zaman çoxlu səhvlərə

yol verirsə deməli o, bu işi mənimsəməmişdir.

Fəaliyyətin mənimsənilməsi nəticəsində insanda müvafiq

vərdişlər və bacarıqlayaranır və onun həmin fəaliyyəti

məvəffəqiyyətlə yerinə yetirməsini təmin edir.



Vərdişlər



onların

mahiyyəti.

Əvvəl


qeyd

etdiklərimizdən aydın olduğu kimi,  fəaliyyət insanın şüurlu

məqsədləri ilə tənzim olunan fəallığıdır. Bu o deməkdir ki, in-

san fəaliyyəti üçün şüurluluq əsas, fərqləndirici amildir.  İnsan

hər hansı bir fəaliyyətin icrasına ilk dəfə başlayarkən işin

müəyyən cəhətlərini əvvəlcə müfəssəl şəkildə və şüurlu  tənzim

etməli olur. Həmin işin dəfələrlə icrası, təkrarı nəticəsində get-

gedə həmin işi şüurun daha az iştirakı ilə yerinə yetirməyə




71

başlayır,  başqa sözlə həmin işin icrası bir növ    avtomatlaşır. 



Şüurlu təkrarlar nəticəsində insanda fəaliyyətin icra və

tənzim olunmasının bu cür qismən avtomatlaşmış ünsürləri

vərdiş adlanır.  Fəaliyyətin mənimsənilməsi,  vərdişlərin

yaranması zamanı yerinə yetirilən iş və hərəkətlər şüurlu iş və

hərəkətlər

olaraq


qalır,  yalnız

onların


icra

tərzləri


avtomatlaşmış olur.

Aparılmış tədqiqatlar göstərmişdir ki, vərdişin yaranması

nəticəsində hərəkətlərin getdikcə avtomatlaşması həmin

hərəkətlərin daxil olduğu işin şüurlu tənzim olunmasının daha

çox genişlənməsinə səbəb ola bilir.

Vərdişlər yaranarkən qismən avtomatlaşmadan asılı ola-

raq, işin strukturunda bir sıra dəyişikliklər özünü göstərir. Bun-

lara aşağıdakıları aid etmək olar:    

1.Vərdiş yaranarkən birinci növbədə hərəkətlərin icra

üsulları dəyişir. Hələ vərdiş yaranmamışdan qabaq ayrı-

ayrılıqda icra etdiyimiz bir sıra hərəkətlər vahid, mürəkkəb bir

hərəkətdə birləşir. Biz həmin hərəkətləri ardıcıl olaraq fasiləsiz

şəkildə, sürətlə yerinə yetirə bilirik. Məsələn, hər hansı bir mu-

siqi parçasını çalmağı ilk dəfə öyrənən adam əvvəlcə müvafiq

notları ayrı-ayrılıqda icra edir. Vərdiş yarandıqdan sonra həmin

musiqi parçasını rəvan və sürətlə ifa edir.

2.  Vərdiş yaranarkən artıq,  lazımsız hərəkətlər aradan

çıxır.  Məsələn,  xarici dili yenicə öyrənməyə başlayan adam

danışarkən tez-tez dayanır, fikirləşir, artıq sözlər işlədir, ana di-

linin strukturundan uzaqlaşa bilmir.  Lakin vərdiş yarandıqdan

sonra bu kimi artıq hərəkətlərə yol verilmir.

3. İş üzərində sensor nəzarət üsulları dəyişirgörmə

nəzarəti hərəki nəzarətlə əvəz olunur.  Məsələn,  kompyüterdə

işləməyə təzəcə başlayan adam daima gözü ilə əlini nə -

yin üzərinə aparacağını,  nəyə toxunacağını izləyir.  Lakin bu

sahədə vərdişə yiyələnmiş təcrübəli adam nəyi edəcəyini gözü

ilə axtarmadan sanki barmaqları lazımi nöqtəyə yönəlir. Musiqi

vərdişlərinə,  müəyyən

cihazlarda,  maşınlarda

işləmək



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə