62
Beləliklə, üçüncü mərhələyə keçərkən daha mürəkkəb
əməliyyat yerinə yetirmir. Davranış aktında vahid prosesdə
birləşdirmələr hissələrə ayrılır. Göründüyü kimi, intellekt o
zaman yaranır ki, hazırlıq prosesi keçilsin, bu və ya digər
əməliyyat, vərdiş birləşərək həyata keçirilsin.
İntellektual davranış cəhd və sınaq üzərində deyil, yeni,
fərqli şəraitdə ondan istifadə üzərində qurulur. Məsələn, metal
tor çəkilmiş çəpərdən toyuq necə keçir? Bayıra çıxmaq üçün o
kor-koranə şəkildə o tərəf bu tərəfə qaçır. Nəhayət, təsadüf
nəticəsində o çıxış yolunu tapır. Ali heyvanlar (quşlar) isə
özlərini fərqli şəkildə aparırlar. Onlar da bir sıra sınaq
hərəkətləri edirlər. Lakin bu sınaqlar kor-koranə deyil,
əməliyyat hərəkətləridir. Qapısı bağlı qəfəsdən çıxmaq üçün
meymun öyrəşdiyi, əvvəllər istifadə etdiyi lingi fırladır. Bu,
səmərə vermədikdə lingi gəmirməyə başlayır. Daha sonra isə o
yeni metod axtarır və çıxmaq üçün düzgün həll üsulunu tapır.
Bu situasiya göstərir ki, meymun vəziyyətdən çıxmaq, onu həll
etmək üçün «düşünə bilir».
İntellektual davranışa malik olan heyvanlar üçün ətraf
aləmin inikası necə baş verir?
İntellektual davranışın ilk mərhələsi növbəti, ikinci
mərhələyə hazırlıqdır. Növbəti mərhələ isə heyvanın yalnız
ayrı-ayrı şeyləri qavraması yox, həm də onlar arasındakı
münasibəti müəyyənləşdirməkdir. Heyvanın intellektual dav-
ranışının inkişafı nəticəsində onda anatomik-fizioloji dəyişiklik
baş verir. Bu ilk növbədə baş beyində gedən dəyişikliklərlə
bağlıdır. İnkişaf daha çox beynin alın nayihəsində müşahidə
olunur. Meymun beyninin bu sahəsi götürüldükdə o hətta iki
mərhələli əməliyyatı yerinə yetirə bilmir.
İntellektual davranış insanabənzər meymunlarda özünün
ən yüksək səviyyəsinə çatır. Onu heyvanların psixi inkişafının
son həddi, insan şüurunun başlanğıc sərhəddi də hesab etmək
olar.
Yuxarıda deyilənlərdən göründüyü kimi ən yüksək intel-
63
lektual davranışa malik olan heyvanların da davranışı bilavasitə
maddi tələbatların ödənilməsi ilə bağlıdır. İnsan fəaliyyəti isə
onlardan keyfiyyətcə tamamilə fərqlidir.
Özünü yoxlamaq üçün sual və tapşırıqlar
1. Psixikanın filogenezdə inkişafı ilə bağlı materialist və
idealist yanaşmanın fərqi nədir?
2. İnsan psixikasının inkişafında sosial-iqtisadi amillərin
rolu barədə fikirlərinizi şərh edin.
3. Tropizm nədir və onun hansı növləri vardır?
4. İnstinktiv davranışla vərdişlərin fərqini göstərin.
5. İntellektual davranış nədir?
6. İnstinktiv davranışla intellektual davranış arasındakı
oxşar və fərqli cəhətləri izah edin.
Ədəbiyyat
Bayramov Ə.S., Əlizadə Ə.Ə.. Psixologiya. Ali
əktəblər üçün dərslik. Bakı, 2002.
Ümumi psixologiya. A.V.Petrovskinin redaktorluğu lə
ruscadan tərcümə. Bakı: Maarif,
1982.
Maklakov A.Q. Obhaə psixoloqiə. – Piter, 2001,
s.70-87.
Tix N.A. Predistoriə obhestva. İzd. LQU, 1970.
Şoven R. Ot pçelı do qorillı. M.: Mir, 1965.
64
İKİNCİ HİSSƏ
FƏALİYYƏT VƏ ÜNSİYYƏT
3 - c ü F Ə S İ L
FƏALİYYƏT
Q ı s a x ü l a s ə
Fəaliyyət haqqında anlayış. Fəaliyyət insanın dərk olunmuş
məqsədi ilə tənzim olunan daxili (psixi) və xarici (fiziki) fəallığı kimi
Fəaliyyət və şüurun dialektik vəhdət təşkil etməsi.
Fəaliyyət və fəallıq. Tələbatlar fəallığın mənbəi kimi.
Tələbatlar İnsanın dərk olunmuş ehtiyacıdır. Tələbatların insanın
konkret həyat şəraitindən asılılığı. Tələbat və fəaliyyətin motivləri.
Fəaliyyətin quruluşu. Fəaliyyətin quruluşu haqqında anlayış.
İş və hərəkatlar. İşin idarə olunması və ona nəzarət.
Fəaliyyətin mənimsənilməsi. Vərdişlər və onların mahiyyəti.
Vərdişlər və mümarisələr. Vərdişlərin qarşılıqlı təsiri: keçirilmə və
interferensiya. Dillərin mənimsənilməsində dildaxili və dillərarası in-
terferensiya. Bacarıqlar və adətlər.
Fəaliyyətin əsas növləri: oyun, təlim, əmək. Onların psixoloji
xüsusiyyətləri və psixi inkişafda rolu.
II.3.1. Fəaliyyət haqqında anlayış
İnsan fəal varlıqdır. O, ətraf aləmə, təbiətə fəal təsir
göstərir, onu dəyişdirməklə özü də dəyişir. İnsanla təbiət
arasındakı bu cür fəal qarşılıqlı təsir prosesi fəaliyyət
adlandırılır. Bu prosesdə insan subyekt kimi çıxış edir, obyektə
məqsədəyönəlmiş
şəkildə
təsir
göstərməklə
özünün
tələbatlarını ödəyir. Məhz buna görə də fəaliyyət həmişə
insanın şüurlu məqsədləri əsasında, həmin məqsədlərlə tənzim
olunaraq həyata keçir. Bu cəhəti nəzərə alaraq psixoloji
65
ədəbiyyatda fəaliyyətə belə tərif verilir: Fəaliyyət insanın dərk
olunmuş məqsədləri ilə tənzim olunan daxili (psixi) və xarici
(fiziki) fəallığıdır.
Tərifdən görünüdüyü kimi, fəaliyyət zamanı insanın həm
psixi, həm də fiziki fəallığı baş verə bilir. Bunların hər ikisində
insanın fəallığı onun öz qarşısına qoyduğu dərk olunmuş
məqsədləri ilə tənzim edilir.
Fəaliyyət və şüur qarşılıqlı dialektik vəhdət təşkil edirlər.
Fəaliyyət prosesində insan onu əhatə edən aləmin cisim və
hadisələri ilə bələd olur, onlara qarşı insanda müəyyən
münasibətlər sistemi formalaşır. Fəaliyyət prosesində subyektin
bilik çərçivəsi genişlənir, psixikası inkişaf edir və beləliklə də
şüurluluq səviyyəsi güclənir. Şüurun inkişafı isə öz növbəsində
fəaliyyətin məqsədəuyğunluq səviyyəsini, onun dəqiqlik
dərəcəsini inkişaf etdirir.
II.3.2. Fəaliyyət və fəallıq
Fəaliyyət insanın onu əhatə edən əşyavi aləmlə, onun
özünə və başqalarına fəal münasibətini əks etdirən, onun
tələbatlarını ödəməyə yönəldilmiş prosesdir. Fəaliyyət sistem-
dir, onun özünəməxsus daxili keçid və dəyişmələri olub, özü-
nəməxsus inkişaf yolu vardır. Hər hansı bir fəaliyyətin
başlanmasının əsasında mütləq müəyyən tələbat və yaxud
tələbatlar şəbəkəsi durur. Başqa sözlə, insan fəallığının
əsasında tələbatlar durur, onun (fəallığın) mənbəini təşkil edir.
Tələbatlar orqanizmin mühüm daxili gücünü təşkil etməklə onu
fərdin və nəslin yaşaması və inkişafı üçün zəruri olan
keyfiyyətcə müəyyən fəallıq formasını (fəaliyyəti) həyata
keçirməyə təhrik edir.
Özünün ilkin bioloji formasında tələbatlar orqanizmin
ondan kənarda olan, həyat və fəaliyyəti üçün zəruri olan nəyə
isə hiss etdiyi ehtiyac kimi meydana çıxır. Lakin ehtiyacı
tələbatlarla eyniləşdirmək düzgün olmazdı. Tələbatlar insanın
Dostları ilə paylaş: |