Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə43/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   191

133

İkinci qrupdakı    tələbələr    əsaslandırmağa çalışmışlar ki, 

şəkildəki adam çox qəddar,  inadkar,  hiyləgər,  xain adamdır. 

Şəkildəki eyni    detal,  məsələn,  göz bir halda    mehribanlıq və

ağıllılıq,  digər    halda kinlilik və qəddarlıq əlaməti kimi şərh

olunmuşdur. 

Buradan aydın olur ki,  qavrama zamanı əldə edilən

məlumat    ciddi şəkildə    insan sifətini – alim və cinayətkar  

obrazları haqqında stereotipə  uyğunlaşdırmağa əsaslanmışdır. 

Gündəlik müşahidələr və aparılmış tədqiqatlar insanların

bir – birini qavraması və anlamasında onlar haqqında    ilkin

təsəvvürün    yaranması da xüsusi rol oynadığını göstərmişdir. 

Bu cür asılılıq psixologiyada «oreol  effekti» («himayə  effek-

ti»)  adlanır.  Əldə edilmiş ilkin məlumatlar qavradığımız   

adamlar  haqqında  bizdə müsbət və ya   mənfi   oreol  effekti

yarada bilər.  Birinci halda biz qavradığımız adamın bütün

davranışına pozitiv,  ikincininkinə isə neqativ münasibət

bəsləməyə meylli  oluruq. 

Məsələn,  ilkin müşahidə və ya başqa müəllimin uyğun

olmayan məlumatı  bizdə çalışqan  şagird haqqında  mənfi fikir

yaradır.  Nəticədə bu ilkin təəssüratın təsiri altında həmin

şagirdin həqiqi keyfiyyətini qavraya bilmirik.  Sanki onun ən

yaxşı davranışını da görmək istəmirik.  Bizdə həmin şagird

haqqında mənfi  oreolun yaranması buna səbəb olur.

Əksinə,  tənbəl,  zəif şagirdlə ilk dəfə rastlaşarkən onun

təsadüfi cavabı, başqa müəllimin onun haqqında yersiz tərifləri

bizdə həmin şagirdə qarşı müsbət oreolun yaranmasına səbəb

olur. Nəticədə şagirdin  cavablarındakı qüsurları hiss etməməyə  

başlayırıq. 

Uyğun olmayan həm müsbət,  həm də mənfi    oreol eyni

dərəcədə ziyanlıdır.  Ona görə də    «oreol effektinin»  qarşısını

almaq üçün  adamları müxtəlif  şəraitdə  və vəziyyətdə  qavra-

maq tələb olunur.  Bu zaman müsbət kauzal    atributun  

yaranması, oreol effektinin  mənfi təsirinin aradan qaldırılması  

mümkün olur. 



134

       Özünü yoxlamaq üçün sual  və  tapşırıqlar

1. Ünsiyyət nəyə deyilir? Onun əsas cəhətləri  hansı-

lardır? 

2. Ünsiyyətin məzmunu, məqsədi və vəzifələrini şərh

edin.

3. Ünsiyyətin növləri hansılardır? Onları şərh edin.



4. Ünsiyyət hansı funksiyaları yerinə yetirir? 

5. Ünsiyyət və fəaliyyətin vəhdətini izah edin.

6. Ünsiyyətdə informasiya mübadiləsi dedikdə nəyi başa

düşürsünüz?

7. İnformasiya mübadiləsi tərəfləri  hansılardır?

8. Verbal ünsiyyət nədir?

9. Nitq və onun növləri haqqında danışın.

10. Nitqin funksiyaları və xüsusiyyətləri  hansılardır?

11. Nitqin mexanizmlərini şərh edin.

12. Qeyri – verbal ünsiyyət nədir?

13. Ünsiyyətdə qarşılıqlı təsir dedikdə nəyi başa

düşürsünüz?

14. Ünsiyyətdə nə kimi  maneələr özünü  göstərir və

onları necə aradan qaldırmaq olar? 

15. Ünsiyyət prosesində  insanların bir – birini

qavramalarının  mexanizmləri  hansılardır? Onları şərh edin.



Referat, məruzə və müstəqil tədqiqat üçün mövzular                         

1. Ünsiyyətin psixoloji əsasları.  

2. Ünsiyyət üslubu.

         3. Ünsiyyətdə  konfliktlər və ünsiyyət çətinlikləri.

         4. Nitq verbal ünsiyyət kimi.

5. Qeyri verbal kommunikasiya.




135

Ədəbiyyat

Həmzəyev M.Ə. Yaş və pedaqoji psixologiyanın

əsasları. Bakı 2003



Əlizadə Ə.Ə. Müasir Azərbaycan məktəbinin psixoloji

problemləri. Bakı 2004, səh.269-271



Bayramov Ə.S.,  Əlizadə Ə.Ə.    Sosial psixologiyanın

aktual


məsələləri. 

Bakı


1986, 

səh.296-304



Bayramov Ə.S., Əlizadə Ə.Ə. Sosial psixologiya. Bakı

2003, səh.265-302



Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. Bakı 2002, 

səh 513-515



Əmiraslanova S.F. Ünsiyyətdə maneələr və onların

aradan qaldırılmasıyolları haqqında. 

//  «ADU-nun elmi xəbərləri»,  2003, 

№3, səh.330-334



Əmiraslanova S.F. Qeyri-verbal kommunikasiyanın

ünsiyyətdə yeri haqqında.  //  «ADU-

nun elmi xəbərləri», 2005, №5, 

səh.289-292



Arqentova T.E. Stilğ obheniə kak faktor gffektivnosti

slovesnoy deətelğnosti.  //  Psixolo-

qiçeskiy jurnal.-1984, T.5.-№6

Kan-Kalik V.A. Uçitelö o pedaqoqiçeskom obhenii.  –

M.1987, -s. 96-138



Verenikina İ.M. Preodolenie vozmojnıx konfliktnıx si-

tuaüiey mejdu uçitelem i uçenikami

na uçobe.  //  Voprosı psixoloqii.  –

1986.- №3, s. 71-77



Andreeva Q.M. Soüialğnaə psixoloqiə. M.1998


136

ÜÇÜNCÜ HİSSƏ

ŞƏXSİYYƏT, QRUPLAR VƏ ŞƏXSİYYƏTLƏRARASI  

MÜNASİBƏTLƏR

5 - c i       F Ə S İ L                      

ŞƏXSİYYƏT

Qısa xülasə

Şəxsiyyət haqqında anlayış. Müasir psixologiyada şəxsiyyət

problemi.   «Şəxsiyyət»  anlayışının mürəkkəb anlayış olması.  «Şəx-

siyyət» anlayışının adekvat şəkildə anlaşılmasına təsir edən amillər. 

İnsan şəxsiyyəti onun birbaşa və dolayı mənada sifəti,  siması kimi. 

Şəxsiyyətin fərdin özünü cəmiyyətdə eyniləşdirməsinə imkan verən

davamlı fiziki və psixi xarakteristikasının məcmuundan ibarət

olması.  Şəxsiyyət müəyyən ictimai-tarixi dövrdə yaşayıb fəaliyyət

göstərən,  gerçəkliyi dərk edib müəyyən istiqamətdə dəyişdirən, 

ünsiyyətə girməyi bacaran konkret canlı insan kimi.

İnsan,  fərd,  şəxsiyyət və fərdiyyət. İnsan anlayışının

xarakteristikası:

fərd,  fərdiyyət

şəxsiyyət



anlayışlarını

fərqləndirən xüsusiyyətlər. Bir fərd kimi doğulmuş insanın tədricən

ictimai

münasibətlər



qovuşuğunda,  sosiallaşma

nəticəsində

şəxsiyyətə çevrilməsi.

Şəxsiyyətin psixoloji strukturu. Şəxsiyyətin psixoloji struk-

turunu    təşkil edən əsas komponentlər:  şəxsiyyətin istiqaməti; 

hazırlıq

səviyyəsi;  anadangəlmə

imkanları

ilə


bağlı

olan


qabiliyyətləri;  həyatda qazandığı davranış forması - xarakteri; 

şəxsiyyətin mənliyi;  şəxsiyyətdə «şüursuzluq»  və «şüurun» 

istiqaməti.  İnsanda keçmiş və gələcəyin qarşılıqlı təsiri onun

şüursuzluğu və şüurunun qarşılıqlı təsiri kimi.



Şəxsiyyət haqqında əsas nəzəriyyələr. Şəxsiyyət haqqında

klassik nəzəriyyələr:  Z.Freydin psixoanalitik,  K.Yunqun analitik, 

A.Adlerin

fərdi-psixoloji

nəzəriyyələri. 

Şəxsiyyətin

klinik



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə