140
III.5.2. İnsan, fərd, şəxsiyyət və fərdiyyət
İnsan, fərd, şəxsiyət və fərdiyyət anlayışları bir- biri ilə
müəyyən əlaqəyə malik olsa da onları eyniləşdirmək olmaz.
Onların içərisində ən geniş anlayış «insan» anlayışıdır. Həm
fərd, həm şəxsiyyət, həm də fərdiyyət eyni zamanda insandır
(bax şəkil 3). İnsan həyata insan kimi gəlir. İnsan dölünün
genlərində insan üçün zəruri olan əlamət və keyfiyyətlərin
inkişafı üçün anadangəlmə zəmini qoyulmuş olur. Yeni
doğulmuş uşağın bədəninin konfiqurasiyası düz yerimək
imkanı yaradır, beyinin strukturu intellektin inkişaf imkanını
təmin edir, əlin quruluşu gələcəkdə əmək alətlərindən istifadə
prespektivləri
yaradır. Bütün
bunlar
körpəni
özünün
imkanlarına görə bir insan kimi heyvan balalarından
fərqləndirir. Beləliklə körpənin insan nəslinə aidliyi təsdiq olu-
nur və fərd anlayışının aşkara çıxmasına gətirib çıxarır. «Fərd»
anlayışında insanın növə mənsubluğu öz əksini tapır. Belə ki,
hər bir insan eyni zamanda fərd, hər bir fərd isə eyni zamanda
insandır. Ona görə də yeni doğulmuş uşaq da, ağlını itirmiş
səfeh də, yaşlı vəhşi insan da, mədəni ölkələrin yüksək
intellektə malik olan insanları da fərd hesab olunur. Deməli, bir
konkret adamı fərd adlandırmaqla onun potensial insan
olduğunu təsdiq edirik.
141
Şəkil 5. «İnsan», «şəxsiyyət», «fərd» və «fərdiyyət»
anlayışlarının həcmlərinə görə qarşılıqlı əlaqəsi
(R.S. Nemova görə).
Lakin bütün fərdləri şəxsiyyət adlandırmaq olmaz. Yeni
doğulmuş uşaq, ağlını itirən səfeh şəxsiyyət hesab olunmur. Bir
fərd kimi doğulmuş insan tədricən ictimai münasibətlər
qovuşuğunda, sosiallaşma nəticəsində şəxsiyyətə çevrilir.
Nəticədə o təkcə başqalarından fərqlənmir, eyni zamanda tarixi
prosesin iştirakçısına çevrilir. Hər bir şəxsiyyət cəmiyyətdə
yaşayan konkret canlı insan olmaqla, gerçəkliyi dərk edib
dəyişdirmək, fəallıq göstərmək, başqaları ilə ünsiyyətə girmək
imkanına malik olur.
«Fərdiyyət» anlayışına gəldikdə, hər bir adamın
şəxsiyyəti yalnız ona məxsus əlamət və xüsusiyyətlərin məc-
muuna malik olur və onun fəaliyyətini təşkil etməklə həmin
adamı başqalarından fərqləndirir. Fərdiyyət insanın tempera-
mentinin, xarakterinin əlamətlərində, adətlərində, üstünlük
təşkil edən maraqlarında, idrak proseslərinin keyfiyyətlərində,
qabiliyyətlərində, fərdi fəaliyyət üslubunda və s.- də təzahür
edir. İki elə adam tapmaq mümkün deyildir ki, onlarda qeyd
etdiyimiz psixoloji xüsusiyyətlər eyni olsun. İnsan şəxsiyyəti
özünün fərdiyyətliliyinə görə təkrarolunmazdır. «Fərd» və
«Şəxsiyyət» anlayışlarında olduğu kimi, «fərdiyyət» və
«şəxsiyyət» anlayışlarını da eyniləşdirmək mümkün deyildir.
Onlar yalnız vəhdət təşkil edirlər.
III.5.3. Şəxsiyyətin psixoloji strukturu
142
Şəxsiyyətin özünəməxsus psixoloji strukturu vardır.
Psixoloji ədəbiyyatda qeyd olunduğu kimi, insanın şəxsiyyətə
çevrilməsi üç psixoloji kateqoriyanın nəticəsidir. Bunlar: inikas
– ünsiyyət – fəaliyyətdir. Bu baxımdan şəxsiyyətin psixoloji
strukturunun əsasında birinci növbədə onun idrak prosesləri
durur. İnsan həyata gəldikdən sonra duyğu olqanları vasitəsilə
ətraf mühit cisim və hadisələrini əks etdirərək psixi inkişafa
nail olur. Bu prosesdə onu əhatə edənlərlə ünsiyyət xüsusi
əhəmiyyətə malikdir. Şəxsiyyətin strukturunda onun idrak
prosesləri əsasında və onunla yanaşı aşağıdakı başlıca
yarımstrukturları, komponentləri qeyd olunur:
- Şəxsiyyətin istiqaməti. Buraya onun dünyagörüşü, ic-
timai mövqeyi, tələbatları, maraq və meylləri, əqidə və
idealları, adət və ənənələri, ideya və praktik yönəlişlik sistemi
və s. daxildir. Bu zaman yönəlişliyin komponentlərindən biri
dominantlıq təşkil edir və aparıcı olur. Başqaları isə istinad ro-
lunu oynayır. Dominantlıq təşkil edən istiqamət şəxsiyyətin
bütün psixi fəaliyyətini müəyyənləşdirir.
- Şəxsiyyətin
strukturunda
sonrakı
mühüm
yarımstrukturunu onun hazırlıq səviyyəsi təşkil edir. Buraya
şəxsiyyətin əldə etdiyi bilik, bacarıq və vərdişlər sistemi daxil-
dir.
Şəxsiyyətin
strukturunda
mühüm
yer
tutan
yarımstrukturlardan, komponentlərdən biri də onun imkanlarını
müəyyənləşdirən və fəaliyyətin müvəffəqiyyətini təmin edən
qabiliyyətlər sistemindən ibarətdir.
Şəxsiyyətin strukturunda mühüm yer tutan digər kom-
ponenti insanın həyatda qazandığı davranış forması, başqa
sözlə onun xarakteridir.
Nəhayət, bu komponentlərin hamısının üzərində
şəxsiyyətin mənliyi, yəni özünü dərk edib anlaması, öz
davranışını nizama salıb idarə etməsi «hökmranlıq» edir.
Şəxsiyyətin strukturunun daha çox yayılmış bu cür
ənənəvi təhlili ilə yanaşı onu digər aspektlərdən də xarakterizə
143
etmək mümkündür. Bunun üçün birinci növbədə şəxsiyyətin
strukturunun aşağıdakı qrafikinə nəzər yetirək
5
Şəxsiyyət
Şüursuzluq
Şüur
Ümumi növ
tendensiyalar
ı
Arxetip
«Kölgə»
Növün, etno-
sun
tendensiyalar
ı
Arxetip
«Başqaları»
Sıxışdırılmış,
unudulmuş,
rədd
edilmiş, arzu olunmaz,
qeyri-aktual
Özü, ətrafdakılar
və
aləm haqqında informa-
siya
Mühitin,
etnosun,
xalqın
dəyərləri
Ümumbəşəri
dəyərlər
İblis Yoldançıxaran Qeyri Mən
Mən
Peyğəmbər Allah
Kollektiv şüursuzluq
Şəxsi şüursuzluq
Şəxsi şüurluluq
Kollektiv şüurluluq
Keçmiş
Gələcək
İndii
Şəkil 6. Şəxsiyyətin strukturu (prof. S.İ.Seyidova görə)
16
3