Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə42/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   191

130

şagirdlərlə aparılan işin çətinləşməsinə,  bir növ nəticəsiz

qalmasına səbəb olur. Ona görə də müəllim birinci növbədə bu

cür məna maneələrinin yaranmasının qarşısını almağa

çalışmalıdır. Bu cəhətdən müəllim və tərbiyəçi üçün əsas prob-

lem zəruri təsir vasitəsini seçmək deyil, həm də rəftar və

davranışını motivlərini,  onun baxışlarını,  münasibətlərini

bilməkdir.  Belə olduqda məna maneələrinin yaranmasının

qarşısı alına bilir.

II. 4. 4. Ünsiyyət insanların bir-birini qavraması

və anlaması kimi

Ünsiyyət


prosesində

insanlar


təkcə

informasiya

mübadiləsi aparmaqla,  bir-birinə qarşılıqlı təsir göstərməklə

kifayətlənmir, eyni zamanda bir-birlərini qavrayır və anlayırlar. 

Bu ünsiyyətin perseptiv cəhətini təşkil edir. Ünsiyyətin persep-

tiv cəhəti heç də digər cəhətlərindən az əhəmiyyətə malik

deyildir. 

Həqiqi ünsiyyət o zaman mümkün olur ki, qarşılıqlı təsir

prosesinə    daxil olan insanlar    özlərinin qarşılıqlı    anlama

səviyyələrini

qiymətləndirə,  tərəf

müqabillərinin

hansı


keyfiyyətlərə malik olması barədə özlərinə hesabat verə

bilsinlər.  Ona görə də ünsiyyətin iştirakçıları    şüurlarında bir-

birinin daxili    aləmini    yaratmağa,  hisslərini,    davranış

motivlərini,  əhəmiyyətli obyektlərə münasibətini    anlamağa

cəhd göstərirlər.  Başqa sözlə,  bir-birini dəqiq qavramağa    və

anlamağa çalışırlar.  Qavrama və anlama    nə qədər dəqiq və

ətraflı olarsa onların qarşılıqlı münasibətləri də bir o qədər

səmərəli xarakter daşıya bilir.  Fərd başqa adamları dərk

etməklə onlarla birgə fəaliyyətin perspektivlərini daha yaxşı

müəyyənləşdirmək imkanı əldə edir.  Məhz onların    daxili

aləmlərinin  dəqiq «öyrənilməsi» birgə fəaliyyətlərinin  müvəf-

fəqiyyətlə  həyata keçməsi üçün mühüm şərtdir. 




131

İnsanların bir-birlərini qavramalarının mexanizmləri

Məlum olduğu kimi,  ünsiyyət prosesində    ən azı iki adam

iştirak edir. Onlar bir-birilə informasiya mübadiləsi  aparır, bir-

birinə qarşılıqlı təsir göstərir və bir-birlərini qavramağa, 

anlamağa çalışırlar.  Bəs onlardan hər biri    digərinin zahiri

davranış tərzinə görə özündə onun daxili aləmi barədə

təsəvvürü necə yaradır?  Bu sual    daima mütəxəssislərin

diqqətini cəlb  etmiş və ciddi tədqiqatlar nəticəsində  onlar bu-

rada qarşılıqlı qavrama və anlamanın üç mühüm mexanizm

əsasında baş verdiyini   aşkara   çıxarmışlar:  eyniləşdirməref-



leksiya və stereotipləşdirmə.

Eyniləşdirmə – başqa adamın davranışını şüurlu və

şüursuz    olaraq subyektin özünün davranış tərzlərinə  

oxşatmaq,  bənzətməklə  qavraması və anlamasından ibarətdir. 

Başqa sözlə,  çox vaxt insanlar qarşılıqlı    əlaqə şəraitində

özlərini qavradıqları adamın yerinə qoymağa cəhd göstərməklə

onun daxili vəziyyəti,  keçirdiyi hisslər,  fikirlər,  davranış

motivləri və s. haqqında mülahizə yürütməyə çalışırlar. Bu za-

man həmin adamın (və ya adamların) davranış tərzini bir növ

həmin şəraitdə özlərinin keçirə biləcəkləri psixoloji hallarla

eyniləşdirirlər. Özlərinin bu kimi şəraitdə keçirmiş olduqları və

keçirə biləcəkləri hisslər və vəziyyət onları qavramaq üçün əsas

olur.


İnsanın başqalarını qavraması zamanı təkcə subyektin  

başqalarını anlaması deyil,  onunla ünsiyyətə girən,  təmasda

olan fərdin onu necə qavraması və anlamasına diqqət

yetirilməsi də vacibdir. Subyektin  ünsiyyətdə olduğu adamlar



tərəfindən necə qavranıldığını dərk etməsi refleksiya

formasında baş verirPsixoloqlar refleksiyanı başqa adamları

qavramanın tərkibinə daxil edirlər.  A.B.Petrovskinin fikrincə, 

başqa adamı anlamaq qismən həmin adamın qavrayış subyekti

kimi sənə  münasibətini dərk etmək deməkdir.

1

Deməli, insan-



                                                

1

Петровский А.В., Ярошевский М.Г. Психология. – М., 2002, с.256




132

ların bir-birini qavramasını güzgünün ikiqat əks etdirməsinə

bənzətmək mümkündür. İnsan başqasını əks etdirməklə, həmin

başqasını əks etdirmə güzgüsündə    özünü də əks etdirir. 

Ünsiyyət prosesində eyniləşdirmə və refleksiya vəhdətdə baş

verir. 


İnsanların bir-birini qavraması və anlamasının  mexaniz-

mi  kimi stereotipləşdirmə də xüsusi əhəmiyyət kəsb edir. 



Stereotipləşdirmə – davranış forması və onun şərhinin

artıq bizim üçün məlum olan və ya məlum hesab edilən

hadisələrə,  başqa sözlə sosial stereotiplərə uyğun təsnifindən

ibarətdir. Burada stereotip bir    ştamp kimi    istifadə olunan

formalaşmış insan    surəti götürülür.  Stereotipləşdirmə    sub-

yektin  öz şəxsi təcrübəsini  ümumiləşdirməsi və bu zaman ki-

tablardan,  kinofilmlərdən aldığı məlumatların    ona əlavə

edilməsi nəticəsində də yarana bilər.  Bu zaman həmin bilik

nəinki şübhəli, hətta yanlış xarakter daşıya, düzgün nəticələrlə

yanaşı,  tamamilə yanlış nəticələrə də gətirib çıxara bilər.  Bu

baxımdan stereotipləşdirmə kauzal atribusiyanın bir növ mex-

anizmini təşkil edir.  Kauzal atribusiya latınca causa – səbəb

və attribuo – vermək  sözlərindən əmələ gəlib şəxsiyyətlərarası

anlama zamanı digər adamın davranışının səbəb və

motivlərinin şərhindən  ibarətdir. Burada isə bəzən qabaqcadan

yaranmış yanlış fikir  stereotipləşməyə əsaslı təsir göstərir. 

Kauzal atribusiyanın  xarakteri müxtəlif şəraitdən asılı ola

bilir. Belə ki,  məsələn, tanış olmayan adamı qavrayarkən sub-

yektin aldığı ilkin məlumat böyük rol oynaya bilər. 

Psixoloqlar belə bir eksperiment aparmışlar.  İki qrupda

tələbələrə eyni bir adamın fotoşəklini    göstərmişlər.  Birinci

qrupda eksperimentator onu görkəmli alim kimi, ikinci qrupda

isə cinayətkar kimi təqdim etmişdir. Hər iki qrupda  tələbələrə

xarici görkəminə görə həmin adamı səciyyələndirmək

tapşırılmışdır.  Birinci qrupda yoxlanan tələbələr şəkildəki

adamı səciyyələndirərkən göstərmişlər ki, bu adam çox gərgin

işləyən, rəhimli, xoşxasiyyət, qayğıkeş, həssas, ağıllı adamdır. 




Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə