175
diqqət doğurur. Həmin nəzəriyyə tərəfdarları şəxsiyyətə
cəmiyyətdəki həyat və fəaliyyət prosesində yaranan hər hansı
bir psixoloji törəmə kimi, insan təcrübəsinin inkişafı, ictimai
davranış formalarının mənimsənilməsi məhsulu kimi baxırlar.
Həmin istiqamətin nümayəndələrinin əsərlərində tez- tez
belə bir fikir irəli sürülür ki, insanda əvvəlcədən humaniod, al-
truistik tələbatlar mövcud olur və məhz həmin tələbatlar insan
davranışının mənbəyini təşkil edir.
Humanist psixologiya məktəbinə mənsub olan amerika
psixoloqu Karl Rocers (1902- 1987) şəxsiyyətin strukturunun
fundamental komponenti kimi mən konsepsiyasını qəbul
etmişdir. Onun nəzəriyyəsi özünüaktuallaşdırma adı ilə
məşhurdur. Onun fikrincə mən konsepsiya subyektdə ətraf
mühit (birinci növbədə sosial mühit) arasındakı qarşılıqlı təsir
prosesində formalaşır və onun davranışının özünütənziminin
inteqral mexanizmini təşkil edir. Mən konsepsiya və ideal mən
haqqındakı təsəvvürləri arasındakı uyğunlaşma, eləcə də
bilavasitə real təcrübə və real «mən» arasındakı uyğunluğun
pozulması özünüaktuallaşdırma cəhdi yaradır.
Karl Rocersə görə hətta ən ilkin tələbat və cəhd insana o
şəraitdə təsir göstərə bilər ki, onlar müvafiq normalara uyğun
olsun. Onun fikrincə tələbat müsbət qiymətləndirildikdə
şəxsiyyətin inkişafı ilə yanaşı həmin tələbatlar daha da əsaslı
olmağa başlayır və son nəticədə insan öz orqanizminin
tələbatlarının ödənilməsindən çox, başqa adamların onu
bəyənməsinə və ona hörmət etməsinə ehtiyac duymağa
başlayır. Hörmət əsasında özünəhörmət baş verir ki, bu da
fərdin mühüm tələbatlarından birinə çevrilir.
Humanist psixologiyanın ən ifrat nümayəndələrindən biri
amerikan psixoloqu Abraham Maslau (1908- 1970) olmuşdur.
O, şəxsiyyət tələbatlarının ierarxik quruluşunu vermişdir. Bu-
nunla əlaqədar olaraq o, insan tələbatlarının yeddi səviyyəsini
qeyd etmişdir (bax, şəkil 8). Bunu həmin tələbatların ierarxik
piramidası kimi təsəvvür etmək olar.
176
Şəkildən göründüyü kimi burada ən aşağı səviyyədə olan
fizioloji tələbatlardan başlayaraq ən ali tələbat olan özü-
nüaktuallaşdırmaya qədər ierarxik yüksəliş baş verir:
Fizioloji (üzvü) tələbatlar
Təhlükəsizliyə tələbat
Mənsubiyyətə və məhəbbətə tələbat
Hörmətə olan tələbat
İdrak tələbatları
Estetik tələbatlar.
Özünüaktuallaşdırmaya tələbat
Nəhayət,
şəxsiyyətin
humanistik
nəzəriyyələrinə
R.Meyyin (1909- 1994) ekzistensional psixologiya nəzəriyyəsi
də
daxildir. Bu
nəzəriyyə
humanistik
psixologiyanın
istiqamətlərindən birini təşkil edir. Ekzistensional psixo-
logiyanın öyrəndiyi sahələr aşağıdakılardan ibarətdir: 1) za-
man, həyat və onun problemləri; 2) azadlıq, məsuliyyət və
seçmə problemləri; 3) ünsiyyət, məhəbbət və tənhalıq prob-
lemləri; 4) yaşamağın, mövcud olmağın mənasını axtarmaq
problemləri.
Ю з ü н ü а к т у а л л а ш д ы р м а й а
т я л я б а т
Юзüнüн
мягсяд вя
габилиййят
лярини
щяйа-
та кечирмяк,
шяхсиййятинин
инкишафы
Е с т е т и к
т я л я б а т л а р
Щармонийа, симметрийа
(гайда), интизам, эюзяллик
И д р а к т я л я б а т л а р ы
Билмяк, баъармаг, анламаг, тядгиг
етмяк (юйрянмяк)
177
Şəkil 8. A.Maslauya görə insan tələbatlarının piramidası
(ierarxiyası)
Щ ю р м я т ( е щ т и р а м )
т я л я б а т ы
Сялащиййят, мüвяффягиййят ялдя етмяк,
бяйянилмяк, танынмаг, нüфуз
М я н с у б л у ь а в я м я щ я б б я т я
о л а н
т я л я б а т
Ъямиййятя мянсуб олмаг, инсанларла йанашы олмаг, онлар
тяряфиндян гябул олунмаг, танынмаг
Т я щ л ü к я с и з л и й я
т я л я б а т
Юзüнü мüдафия олунмуш щисс етмяк, горхудан вяуьурсузлугдан,
тяъавüзкарлыгдан йаха гуртармаг
Ф и з и о л о ж и ( ü з в ü )
т я л я б а т л а р
Аълыг, сусузлуг, истидян, сойугдан горунмаг вя с.
178
Ekzistensional
psixologiya
konkret
insanın
şəxsi
təcrübəsinin ümumi sxemə uyğun gəlməməsinin unikallığını
qeyd edir. Ekzistensional psixologiyanın əsas məqsədlərindən
biri şəxsiyyətin autentiklik – onun həyatdakı varlığının onun
daxili təbiətinə uyğunluğu probleminin həllindən ibarət
olmuşdur. Müasir ekzistensional psixologiyanın təcrübəsində
psixoanalizin bir çox nailiyyətlərindən istifadə olunmuşdur.
III. 5. 5. Şəxsiyyətin fəallığı və istiqaməti
Şəxsiyyətin fəallığı və onu təmin edən amillər. Əvvəl
qeyd edildiyi kimi, şəxsiyyət gerçəkliyi dərk edib dəyişdirməyi
bacaran, fəaliyyət göstərən konkret canlı insandır. Deməli,
şəxsiyyət ictimai münasibətləri dərk edən, həmin münasibətlər
qovuşuğunda formalaşan subyekt, daha doğrusu fəal varlıqdır.
Məhz onun fəallığı onun üçün fərqləndirici əlamət rolunu
oynayır. Şəxsiyyət fəaliyyətin köməyi ilə gerçək aləmlə fəal
qarşılıqlı təsir prosesində təşəkkül tapır.
Bəs insan şəxsiyyətinin fəallığı nə ilə bağlıdır, onu təmin
edən amillər nədən ibarətdir? Bu sual uzun illər ərzində kəskin
mübahisələrin meydana gəlməsinə səbəb olmuşdur. Yuxarıda
şəxsiyyət haqqında nəzəriyyələrdən danışarkən qeyd olunduğu
kimi, şəxsiyyətin davranışını, onun fəallığını təmin edən
amillər müxtəlif istiqamətdə öz əksini tapmışdır. Bunu aydın
görmək üçün görkəmli psixoloq K.Levinin təklif etmiş olduğu
formulaya nəzər salaq
1
.
K.Levin şəxsiyyətin davranışını təmin edən amilləri təhlil
etmək üçün B=F (P, E) formulunu təklif etmişdir. Burada B-
davranış; F-funksional asılılıq işarəsi; P- şəxsiyətin daxili sub-
yektiv xassələri; E- sosial mühiti bildirir.
K.Levinə görə şəxsiyyətin davrvnışını, fəallığını psixodi-
1
Бах,Немов Р.С. Психология. В 3-х кн., кн. 1 – М., 1998, с. 342-343.
Dostları ilə paylaş: |