Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə40/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   191

124

gözləyirlər ki, müəllim onlara  yaxşı dərs desin, yüksək qiymət

versin,  onların istəyini yerinə yetirsin və s.    Müəllim isə

gözləyir ki,  şagirdlər dərsə yaxşı hazırlaşsın,  intizamı

pozmasın,  müəllimin tapşırıqlarını yerinə yetirsin.  Məhz buna

görə də müxtəlif rolları yerinə yetirən adamların qarşılıqlı təsiri

onların rol gözləmələri ilə tənzim olunur.  İnsanın    istəyib –

istəməməsindən asılı olmayaraq onu əhatə edənlər ondan

müvafiq nümunəyə uyğun davranış gözləyirlər.    Rolun bu və

ya digər şəkildə yerinə yetirilməsi mütləq sosial qiymət alır, 

roldan hər hansı bir kənara çıxma halı bəyənilmir. 

İnsanın başqalarının ondan eşitmək istədiklərini və onda

görmək istədiklərini səhvsiz,  dəqiq çatdırmaq qabiliyyət və  

bacarığı mərifət adlanır. 

Lakin əgər subyektin prinsip və inamı  ondan gözlənilənə  

ziddirsə onun başqa    cür hərəkət etməsini mərifətsizlik  

adlandırmaq olmaz. 

Dostlar arasında ünsiyyətitn xarakteri.  İnsanlar

arasında  ünsiyyətin xüsusi forması dostluq ünsiyyətidir. Dos-

tluq davamlı fərdi – seçici qarşılıqlı münasibət və qarşılıqlı

təsir sistemindən ibarətdir.  Dostlar arasında olan ünsiyyət

adamların bir – birilə qarşılıqlı bağlılığı, sədaqətliliyi, bir – biri

ilə ünsiyyətdən məmnunluqları, bir – birindən qarşılıqlı hiss və

arzuları gözləmələri ilə səciyyələnir.  Dostluğun inkişafı

qarşılıqlı anlama, ürəyiaçıqlıq, etibarlılıq, fəal qarşılıqlı kömək, 

bir – birinin işlərinə qarşılıqlı maraq, səmimilik  və təmənnasız

hisslərin olması kimi yazılmamış kodeksə əməl etməyi tələb

edir.  Dostluq kodeksinin ciddi şəkildə pozulması ya dostluğun

dayandırılmasına, ya üzdən həyata keçən yoldaşlığa keçməsinə, 

ya da düşmənçiliyə səbəb ola bilər.       

       Ünsiyyətdə maneələr və onların qarşısını almaq yolları.

İnsanların birgə yaşayışı,  birgə fəaliyyəti prosesi daima

ünsiyyətlə müşayət olunur.  Başqa sözlə ünsiyyət insanlar

arasında təmasın yaranması və  inkişafı prosesi kimi meydana

çıxır.  Bu prosesdə insanlar öz fikir və arzularını bir- birlərinə



125

çatdırır,  bir- birlərinə qarşılıqlı təsir göstərir,  bir- birlərini

qavrayır və anlayırlar. Ünsiyyət prosesinin xarakteri insanların

birgə fəaliyyətinə,  qarşılıqlı    münasibətlərinə özünəməxsus

təsir göstərir. Bir çox hallarda  ünsiyyət prosesi münaqişələrlə

müşayət olunur və qarşılıqlı münasibətə neqativ təsir  göstərir. 

Hamımız olmasaq da bəzilərimiz bu cür  münaqişəli şəraitdən

çıxmaq üçün müvafiq yol tapa bilmirik.  Ünsiyyət zamanı baş

verən bu cür maneələri  aradan qaldırmaq yollarını nə orta, nə

də ali məktəblərdə öyrətmirlər.  Lakin    sosial psixologiya    və

pedaqogikada bununla bağlı olduqca zəngin empirik və nəzəri

məlumatlar toplanmışdır ki,  onlardan istifadənin    ünsiyyət

maneələrinin qarşısını almaqda rolu inkarolunmazdır. 

Ünsiyyət prosesinə mənfi təsir göstərən bu cür

maneələrin bəziləri və onların qarşısını almaq yollarını qısaca

nəzərdən keçirək. 

Yeri gəlmişkən qeyd etmək lazımdır ki,  müxtəlif

fəaliyyət növlərində bu cür maneələr müxtəlif şəkildə özünü

təzahür etdirir.  Məsələn,  görkəmli psixoloq V.A.  Kan-Kalik

gənc müəllimlərin pedaqoji ünsiyyətində özünü göstərən

çətinlikləri «psixoloji maneələr» adlandırmış və bunları  peda-

qoji    fəaliyyətin spesifik xüsusiyyətləri ilə əlaqələndirmişdir.

1

Şübhəsiz həmin materialdan istifadə olunması    gənc müəl-



limlərin

pedaqoji


ünsiyyətindəki

çətinlikləri

aradan

qaldırmalarında onlara köməklik göstərə bilər.  Ona görə də  



burada həmin fikirləri təkrar etməyi lazım    bilmədik.  Burada

ümumiyyətlə    insanların ünsiyyətində özünü göstərən bəzi

çətinlikləri, onları doğuran səbəbləri psixoloji maneə kimi şərh

etməyə çalışmışıq. 

Ünsiyyət zamanı    diqqəti cəlb edən çətinliklərdən, 

maneələrdən biri qavrayışla  şərtlənən səhvlərdir. Bir çox hal-

larda ünsiyyətdə olan adamlar bir-birlərini düzgün qavraya

bilmirlər. Bu cür maneələr ona görə meydana gəlir ki, ünsiyyət

                                                

1

Бах, дярслийин  ВЫ.25.3 –ъü бюлмясиня




126

zamanı hər bir adam qeyri-ixtiyari olaraq onun üçün

əhəmiyyətli olan cəhəti ayırır, ona fikir verir və münasibət bil-

dirir.  Nəticədə ünvanlanmış məlumat təhrif olunur və

anlaşıqsızlığa gətirib çıxarır.  Ona görə də ünsiyyətin əsas

məqsədi olan məlumat bir növ düzgün dərk edilmir.  Bu isə

münaqişə ilə  nəticələnir. 

Qavrayışla yanaşı    olaraq ünsiyyətdə olan adamların



təfəkküründə olan fərdi fərqlər də onların ünsiyyətini

çətinləşdirir. Bu cür çətinliyi məntiqi səhvlərdən doğan çətinlik  

adlandırmaq olar.  Ünsiyyətdə olanların əqli keyfiyyətlərinin

inkişaf xüsusiyyətlərinə görə fərqli olmaları onların bir –

birlərini    başa düşmələrini çətinləşdirir.  Məhz buna görə də

bəzən ünsiyyət alınmır. 

Ünsiyyətdə olanların nitqlərindəki üslub səhvləri  də bir

maneə kimi ünsiyyət prosesini çətinləşdirir.  Belə ki,  bəzən

adamların nitqində məlumatların çatdırılması forması onun

məzmununa uyğun olmur və bu da ünsiyyət prosesini

çətinləşdirir. 

Bu cür çətinliyin qarşısını almaq üçün mütəxəssislər

ünsiyyət zamanı bir sıra qaydalara əməl olunmasının vacibliyi-

ni irəli sürürlər. Bunlara aşağıdakıları aid etmək olar: 



«Haşiyə»    qaydası. Bu qaydanın mahiyyəti ondan

ibarətdir ki,  hər cür    işgüzar ünsiyyətin əvvəli və sonu dəqiq

müəyyənləşdirilməlidir. 

«Məqsəd»  qaydası. Bu qaydaya görə çatdırılan fikirlər

tör – töküntü şəklində deyil çox dəqiq şəkildə sıralanmalıdır. 

Bunlarla yanaşı olaraq ünsiyyətə girərkən nitqin

əvvəlində həmsöhbəti maraqlandırmağa cəhd göstərilməli, 

maraqlı faktlarla,  aforizm və nümunələrlə    onun diqqəti cəlb

edilməlidir. Yalnız bundan sonra əsas məsələyə keçmək faydalı

olur.  Əsas fikir çatdırıldıqdan sonra dinləyicinin etiraz və

suallarıni dinləmək və öz nitqini nəticələr və ya xülasə ilə başa

çatdırmaq lazım gəlir. 

Kommunikator öz nitqini qısa cümlələrlə (5–9 söz) ifadə




Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə