Dərslik Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının


Bərk halda həll olması məhdud olan sistemlərin hal diaqramı (Evtektik tip)



Yüklə 18,4 Mb.
səhifə97/114
tarix25.04.2022
ölçüsü18,4 Mb.
#86020
növüDərs
1   ...   93   94   95   96   97   98   99   100   ...   114
BCK -Səmədov Dərslik Elmi Şuranın 12.07.2017(pr.09)

11.6.Bərk halda həll olması məhdud olan sistemlərin hal diaqramı (Evtektik tip)

Qeyd etmək lazımdır ki, əvvəldə baxdığımız sadə evtektik sistemin hal diaqramı ideal variantı xarakterizə edir. Lakin, tamamilə həll olmayan maddə təbiətdə mövcud deyil. Onda, komponentlərin bir-birində həll olmasının məhdudluğunu nəzərə alsaq sadə evtektik sistemin hal diaqramı dəyişilərək aşğıdakı formanı alar (şəkil 11.4). Bu sistemin fərqi ondan ibarətdir ki, ərin-tini L soyutduqda ondan təmiz A və B komponentləri deyil, bərk məhlulları kristallaşmağa başlayır.

Evtektik nöqtədən əvvəldə yerləşən ərintinin kristallaşması birinci başlayır, evtektikadan arxada yerləşən ərintinin kristallaşması isə ikinci başlayır.Yəni, fazaları ordinat oxlarına toxunan müstəvi sahədən ibarət olub həndəsi şəkil əmələ gətirir. Bu diaqramda ApmTA və BqnTB sahələri ilə göstərilmişdir.

TAE və TBE likvidus əyriləri uyğun olaraq bərk məhlullarının kristallaşmasının başlanğıcına uyğun gəlir. Bu əyrilər E evtektik nöqtəsində kəsişirlər. Bu nöqtə üç fazanın tarazlığına uyğun gəlir:




Ərinti ilə birlikdə mövcud olan bərk məhlulların tərkibi solidus xəttinin TAm və TBn parçaları ilə təyin edilir. Hər iki xətt m və n nöqtələrində pm və qn əyriləri ilə kəsişirlər.

Bu əyrilər temperaturdan aslı olaraq komponentlərin bərk halda bir-birində qarşılıqlı həll olmasının dəyişməsini göstərir. m və n nöqtələri evtektik temperaturda doymuş halda olan bərk məhlulların tərkibini göstərir. mp, nq və mn evtektik üfqi xətlə əhatə olunmuş sahə bərk məhlulların heterogen qarşığına uyğun gəlir.

Tərkibin m və n nöqtələri arasındakı sahəyə uyğun gələn ərintilərin soyuma əyrilərinin forması sada evtektik sistemin hal diaqramında olduğu kimidir.

Tərkibi m nöqtəsindən solda və n nöqtəsindən sağda olan sahələrə uyğun gələn ərintilərin soyuma əyrilərində evtektik kristallaşmaya aid olan horizontal (üfqi) düz xətt parçası mövcud olmur.




Şəkil 11.4. Sadə evtektik tip məhdud bərk məhlulun hal diaqramı

Yüklə 18,4 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə