Dərslik Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının


Bərk halda həll olması məhdud olan sistemlərin hal diaqramı (Peritektik tip)



Yüklə 18,4 Mb.
səhifə98/114
tarix25.04.2022
ölçüsü18,4 Mb.
#86020
növüDərs
1   ...   94   95   96   97   98   99   100   101   ...   114
BCK -Səmədov Dərslik Elmi Şuranın 12.07.2017(pr.09)

11.7.Bərk halda həll olması məhdud olan sistemlərin hal diaqramı (Peritektik tip)
Məlumdur ki, nonvariant çevrilmələrə uyğun gələn evtektik üfiqi xətt, təmiz A və B komponentlərinin kristallaşma temperaturlarından aşağı hissədə yerləşir. Lakin, elə sistemlərə rast gəlinir ki, onlarda (evtektik üfqi xətt) nonvariantlı üfqi xətt komponentlərin kristallaşma temperaturlarının arasında yerləşir. Bu tip üfqi xətt peritektik üfqi xətt adlanır.

Bu diaqramda evtektik çevrilmə əvəzinə, sistemdə nonvariantlı peritektik çevrilmə baş verir. Bunun mahiyyəti ondan ibarətdir ki, əvvəlcədən kristallaşmış bərk məhlulu müəyyən tərkibli ərintidə həll olaraq bərk məhlulunun kristallarını əmələ gətirir.




Bu tip çevrilmələr, tərkibi pn peritektik üfqi xəttin hüdudları boyunca olan ərintinin soyumasının gedişi zamanı baş verir. Tutaq ki, ərinti 2 nöqtəsinə uyğun gələn tərkibə malikdir. Temperaturu aşağı saldıqda bu nöqtə TBP likvidus xəttinə toxunur, burada ərintidən bərk məhlulunun kristalları (ilkin) ayrılmağa başlayır. Onun tərkibini, TBn solidus xəttini kəsənə qədər uzadılmış konnoda xəttinin köməyi ilə təyin edirlər. Temperaturun aşağı salinmasını davam etdirdikdə maye fazanın tərkibi TBP likvidus xətti üzrə dəyişəcəkdir.

Onunla tarazlıqda olan bərk fazanın tərkibi isə TBn solidus xətti üzrə dəyişəcəkdir. Peritektik temperatur halında maye faza p nöqtəsinə uyğun gələn tərkibə, bərk faza isə n nöqtəsinə uyğun gələn tərkibə malik olurlar. Nəzərə alsaq ki, bu temperaturda nonvariantlı tarazlıq mövcud olmalıdır, bu zaman p tərkibli maye faza ilə n tərkibli bərk faza arasında peritektik qarşılıqlı təsir baş verir və bunun nəticəsində tərkibi m nöqtəsinə uyğun olan bərk məhlulunun kristalları əmələ gəlir.



Temperaturun qiyməti peritektik həddə çatdıqda hər iki ilkin fazalar eyni zamanda yox olur, sistemdə yalnız bərk məhlul qalır. Temperaturun sonrakı enmələrində bərk məhlul qismən parçalanaraq tərkibində olan artıq bərk mənlulunun kristallarından ayrılır. Sistemin soyumasını davam etdirdikdə birgə mövcud olan bərk məhlulların tərkibləri cm və dn əyriləri üzrə dəyişməyə başlayacaqdır.

3 nöqtəsinə uyğun tərkibə malik ərintinin kristallaşması da analoji qayda üzrə baş verir.

Fərq yalnız ondan ibarət olacaqdır ki, peritektik reaksiya zamanı β bərk məhlulunun kristallarının bir hissəsi sərf olunmamış halda qalacaqdır. Bərkimiş ərinti 2 bərk məhlulun kristallarının qarışığından ibarət olacaqdır. Nəhayət tərkibi 1 nöqtəsinə uyğun gələn ərintinin kristallaşmasına baxaq. Bu sistemin kristallaşması peritektik temperaturda başa çatmır. Belə ki, peritektik reaksiyadan sonra maye fazanın bir hissəsi artıq qalır. Temperaturun aşağı salınmasını davam etdirdikdə maye fazadan bərk məhlulun kristalları ayrılmağa başlayır və onun tərkibi TAm solidus xətti üzrə dəyişməyə başlayır.


Şəkil 11.5. Sadə peritektik tip məhdud bərk məhlulun hal diaqramı


Yüklə 18,4 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə