rekreasiya əhəmiyyətli meşəlikləri təbii halında saxlamaq
məqsədilə yaradılır.
Qoruqlar təbiəti mühafizənin ən yüksək formasıdır. Onlann
başlıca vəzifələri:
a)
Xüsusi qoruq rejimi əsasında ərazinin kompleksinin
qorunmasını təmin etmək;
b)
Qoruğun ərazisində onun elmi şöbəsinin və əlaqədar
təşkilatların
plan
üzrə
elmi-
tədqiqat
işləri
aparmalarını
təşkil etmək;
c)
Elmi kadrların hazırlanması işini, ali məktəb
tələbələrinin tədris və istehsalat təcrübələrini təşkil
etmək;
d)
Qoruqda meşə fondunun, heyvanların, bitkilərin və s.
təbii obyektlərin siyahısını apaımaq;
e)
Təbiəti mühafizə təbliğatı
və təbiəti mühafizə maarifi
ilə məşğul olmaq və s.-dən ibarətdir.
155
IV
FƏSIL
KOSMİK
və
QLOBAL PROSESLƏRİN
EKOCOĞRAFİ XÜSUSİYYƏTLƏRİ
4,1.
Kosmik proseslərin ekoloji nəticələri
İnsan cəmiyyət formalaşmağa başladığı ilk dövrlərdən
etibarən tükənməz həyat mənbəyi olan təbii mühiti öyrənir, onun
sərvətlərindən yaşayış mənafeyinə uyğun istifadə edirlər. Təbii
mühitin öyrənilməsi daim təkmilləşdirilir. Əgər əvvəllər, texniki
vasitələrin zəif inkişaf etdiyi dövrlərdə təbii sərvətlər yalnız
ənənəvi olaraq adicə yerüstü müşahidələr vasitəsilə öyrənilirdisə,
kosmik texnika meydana gəldikdən sonra isə təbii mühitin
öyrənilməsində, ekoloji durumun qiymətləndirilməsində daha
mütərəqqi üsullardan istifadə olunmağa başlanmış, bunun
nəticəsində tədqiqat işlərinin sürəti və keyfiyyəti xeyli yüksəlmiş,
tədqiq edilməsi adi üsullarla mümkün olmayan bir sıra təbiət
hadisələrin və obyektlərin uzaq məsafədən öyrənilməsi üçün
geniş imkanlar yaranmışdır.
Bütün tədbirlərin öhdəsindən layiqincə gəlmək üçün
müasir dövrdə təbiətşünaslıq elminin bütün sahələrində geniş
tətbiq olunmağa başlayan aerokosmik tədqiqat vasitələrindən
geniş istifadə olunur.
Akad. H.Ə.Əliyevin təbirincə desək, təbii mühitin
qorunmasını, onun sərvətlərinin mühafizəsini və artırılmasını
insanların müasir mənafeyi tələb edir. Hazırda planetimizdə
əhalinin sayının sürətlə artması ilə əlaqədar qida ehtiyatlarının
tədqiq olunması probleminin həllində bu vaxta qədər mövcud
olan ənənəvi tədqiqat üsulları kifayət deyil. Bu məsələnin həllində
aerokosmik tədqiqat üsullarının geniş tətbiqi planetimizdə təbii
mühitin qorunması və insanların ərzaq probleminin həllinə
müsbət təsir göstərəcəkdir.
156
obyekti olduqca genişdir. Onun ən mühüm obyektlərindən biri
ərazinin relyefidir. Yer səthində qlobal miqyasda baş verən bir
sıra geomorfoloji prosesləri, relyefin geoloji quruluşla əlaqəsini,
onun əmələ gəlməsində endogen (daxili) və ekzogen (xarici)
prosesləri aerokosmik şəkillər vasitəsilə daha müvəffəqiyyətlə
müəyyən etmək olur. Aerokosmik şəkillərin köməyi ilə çətin
keçilən sahələrin müxtəlif miqyaslı geomorfoloji xəritələri
hazırlanır, mövcud xəritələrə əsaslı surətdə düzəlişlər verilir.
Təbiətin bir sıra kortəbii hadisələrinin, məsələn, sel hadisələri,
sürüşmələr, qar uçqunları, yamaclarda baş verən yarğan eroziyası
və s. proseslərin aşkar edilməsində, onların əmələ gəlməsinin
proqnozlaşdırılmasmda aerokosmik tədqiqat üsullarının rolu
böyükdür.
Bir sıra induksion xüsusiyytlərinə görə səhralarda yeraltı
suların səthə yaxın olduğu yerlər kosmik cihazların vasitəsilə
daha asanlıqla müəyyən edilir, bu da öz növbəsində həmin ərazini
su ilə təmin olunması problemlərinin müvəffəqiyyətlə həllində
mütəxəssislərə kömək edir. Bitki örtüyünün öyrənilməsində
aerokosmik informasiya vasitələrinin rolu əvəzedilməzdir.
Kənd təsərrüfatı bitkilərində su və qida rejiminin
dəyişməsilə əlaqədar olaraq baş verən bir sıra dəyişikliklər
aerokosmik şəkillər vasitəsilə asanlıqla qeydə alınır və onların
məhsuldarlığının sabitləşdirilməsi üçün operativ təkliflər irəli
sürülür.
Qar örtüyü və buzlaqları təbii mühitin başqa
elementlərinə nisbətən dəfələrlə çox şüa
əksetdirmə qabiliyyətinə
malikdir.
Bu xüsusiyyətlərinə görə onlar kosmik şəkillərdə başqa
obyektlərə nisbətən daha asanlıqla seçilirlər. Qar örtüyü və buzlar
haqqında toplanılan operativ məlumatar vasitəsilə qarın
tərkibində suyun miqdarı, onun dağlıq ərazilərdə hansı
hündürlükdə yerləşməsi və yaz aylarında çayların sululuğuna
necə təsir edəcəyi
məsələləri müəyyən
158