şəraitin mühafizəsi və oplimallaşdınlması; mühəndis -texniki və
texnoloji proseslərin təkmilləşdirilməsi.
Birincidə
bütün canlı və cansız təbiətdən səmərəli
istifadə edilməsi, onun təbii təkrar istehsalı üçün təminat
yaratmaq,
ikincidə
insanın əli və zəkası ilə yaradılmış vəsait və
vasitələri, tikintiləri və ərazi istehsal komplekslərini adamların
səhhətinə, normal həyata, əmək fəaliyyətlərinə qarşı qoymaq ;
üçüncüdə,
texnoloji prosesləri, təkmilləşdirmək, tullantısız
texnologiya yaratmaq, yaxın illər üçün ekoloji nəticələri
proqnozlaşdırılan layihələr yaratmaq nəzərdə tutulur. Mühit
anlayışının ölçüləri, miqyası, dinamikliyi, ekoloji tutumu və s.
cəhətləri barədə hələ elmi tədqiqatlar aparılmamışdır. Ancaq bu
inkaredilməzdir ki, mühit dedikdə insanı əhatə edən təbii və
sosial şərait nəzərə alınır. Mühitin mürəkkəb qurulursa malik
olması onunla bağlıdır ki, biz onu ikili cəhətini nəzərə almaqda
çətinlik
çəkirik.
Yəni
bir
fərdin,
insanın
mühitini
qiymətləndirməklə yanaşı cəmiyyət halında birləşən insanların
mühitindən yan keçirik. Həqiqətən ətraf mühit anlayışı
mürəkkəb
xüsusiyyətə
malik
olmaqla
onun
öyrənilməsi'Cİmlərarası mahiyyət kəsb edir. Qeyd etmək
lazımdır ki,
birinci
halda, yəni insanın ətraf mühitinin
öyrənilməsi başqa elmlərlə yanaşı əsasən biologiya və eləcə də
insan ekologiyası ilə bağlıdır.
İkinci
halda, yəni cəmiyyətin ətraf
mühitinin öyrənilməsində isə coğrafiya elmi əsas yer tutur.
Bununla yanaşı birinci hal üçün coğrafiyanın, ikinci hal üçün
biologiyanın da mühüm əhəmiyyəti vardır. Hər bir insan və insan
cəmiyyətinin təbii mühitə təsiri, mühitlə əlaqəsi konkret
məskunlaşma şəraitində formalaşır. Ona görə də mühitin təbii
hüdudlarının müəyyənləşdirilməsi, təbii şəraiti, təbii ehtiyatları
qiymətləndirməkdə və təbii ehtiyatlardan səmərəli istifadə
edilməsində böyük əhəmiyyət kəsb edir. Bununla yanaşı həyatı
fəaliyyətində təbii hüdudların sərhəddi əksər halda inzibati,
iqtisadi bölgələrdə nəzərə alınmır.
197
Coğrafiyanın ekoloji aspektləri.
Coğrafiyada insan,
cəmiyyət və təbiət arasındakı əlacqələr tədqiqat obyekti kimi
qəbul edir. Bu elm təbiətdən səmərəli istifadənin, onun
proqnozlaşdırılmasınm və qanunçuluğunun əsaslarını öyrənməyi
diqqət mərkəzində saxlayır.
Təbii mühitin
bütövlüyü, həyatın
əlaqəli mövcudluğu ekoloji coğrafiyanın əsas mövzusudur.
Coğrafiyada Yer planetində geosfer ilə biosfer arasındakı
əlaqələrin açılmasına, maddələrin dövriyyəsini və enerji
çevrilmələrini şərh etməyə ehtiyac yaranır. Bunların öyrənilməsi
təbiət ilə cəmiyyət arasındakı lokal, regional, milli və qlobal
əlaqələri göstərir. İnsanların təsərrüfat fəaliyyəti ilə təbiətin
qanunları arasında balansın saxlanılmasında
Coğrafiya elmi
xüsusi yer tutur.
Coğrafiya xüsusi rejimlə qorunan ərazilərin
düzgün seçilməsinə böyük əhəmiyyət verir və bu işdə təbii
bölgələr əsas götürülür. İqtisadi və sosial coğrafiya təsərrüfatın
inkişaf perspektivlərini təbii sərvətin yerləşməsi ilə əlaqəli
açıqlayır. Ekoloji fəlakətlərin qarşısını almaq üçün beynəlxalq
fəaliyyətin təşkil edilməsi ön plana çəkilir. Coğrafiya ekoloji
problemləri müxtəlif zaman və məkan kəsiyində tədqiq etməklə
ekologiyanın ümumiliyinə xidmət edir;
Coğrafiya da Yer planeti bəşəriyyətin evi hesab edilir,
şəxsiyyətdə beynəlmiləlçilik inkişaf etdirilir, siyasi, iqtisadi,
sosioloji və mədəniyyət sistemlərinə ekoloji aspektdə yanaşmğa
imkan verir.
Ərazidə əhalinin məskunlaşması, həyat tərzi və
təbiətə münasibət ənənəsi öyrənildikcə ekoloji problemləri
yaradan faktorlar aydıhlaşır.
Konkret ərazidə təbii resurs potensialının müəyyən
edilməsi onun səmərəli istifadəsinə kömək edir.
Müasir coğrafiyanın geosistem prinsipi Yer haqqında
olan müxtəlif elmləri birləşdirir və ekoloji biliklərin inkişafına
səbəb olur:
a) müxtəlif miqyaslı ərazidə təbii sistemin bütün
komponentlərinin öyrənilməsi həmin ərazinin biotasmına və
198
insan cəmiyyətinin potensial imkanlarını qoruyub saxlamağa
imkan verir;
b) təbii, təbii-texniki və inteqrasiyalı geosistemlərin
strukturu, əlaqəsi və xüsusiyyətləri tədqiq olunduqca onların
qorunması üçün tədbirlər hazırirmaq asanlaşır.
Coğrafiyanı öyrənən mütəxəssislər təbiət ilə insan
cəmiyyəti arasındakı əlaqə baxımından öz ölkəsi ilə xarici
ölkələri müqayisə etmək imkanı tapır. Coğrafiyada biosfer, ətraf
mühit, ekoloji problem, təmiz və sağlam mühit kimi anlayışlar
açıqlanır. İnsanın təbiətə dair kartoqrafik metoduna, onların
nəticəsini proqnozlaşdırmağa fikir verilir. İqtisadi və sosial
coğrafiyanın ekolojiləşdirilməsi xüsusi əhəmiyyətə malikdir.
Müasir coğrafi təhsildə bir neçə ideya prioritet mövqe
tutur: Yerin təbii sistemlərinin bütövlüyü; insan və təbiət
arasında harmoniya olması; təbii sərvətlərdən istifadənin
optimallaşdırılması
və
hümanistləşdirilməsi;
ekoloji
qanunçuİLiğun inkişafı.
Ətraf mühiti ınühatlzənin problemləri.
Təbiəti
mühafizənin problemləri, çoxsahəli olmaqla ümumplanetar,
ümumbəşəri və eyni zamanda yerli əhəmiyyətə malikdir. Həmin
problemlər tarix boyu insanları narahat etmişdir və indi də büt ün
dünyada insan cəmiyyətinin həyat tərzi və inkişafı həmin
problemlərin həllindən çox asılıdır.
Birinci qrup problemlər
təbii fəlakətin öyrənilməsinə,
həmin fəlakətlərin qarşısının alınmasına, yaxud da onun
zərərinin azaldılmasına doğru yönəldilir. Bu işi n həyata
keçirilməsi təbii şəraitin pozulmasının qarşısını almaqla təbii
təkrar istehsalın oprtmallaşdırılmasına da şərait yaradır.
İkinci qrup problemlər
təbii ehtiyatlardan istifadə
edilməsi ilə əlaqədardır.
Üçüncü qrup problemlər
ikinci qrup
problemlərlə daha çox əlaqəli olub ətraf mühitin antropogen
təsirlər nəticəsində çirklənməsi, təhlükənin aradan qaldırılması
ilə bağlıdır. Həmin problemlərin həlli ilə eyni zamanda həm
regionların, hə də bütün planetin
199
Dostları ilə paylaş: |