Dərslikdə Bakı Dövlət Universitetinin Coğrafiya



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə59/66
tarix30.04.2018
ölçüsü2,79 Kb.
#40545
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   66

şəraitin mühafizəsi və oplimallaşdınlması; mühəndis -texniki və 
texnoloji proseslərin təkmilləşdirilməsi. 
Birincidə 
bütün  canlı  və  cansız  təbiətdən  səmərəli 
istifadə  edilməsi,  onun  təbii  təkrar  istehsalı  üçün  təminat 
yaratmaq, 
ikincidə 
insanın əli və zəkası ilə yaradılmış vəsait və 
vasitələri, tikintiləri və ərazi istehsal komplekslərini adamların 
səhhətinə,  normal  həyata,  əmək  fəaliyyətlərinə  qarşı  qoymaq ; 
üçüncüdə, 
texnoloji  prosesləri,  təkmilləşdirmək,  tullantısız 
texnologiya  yaratmaq,  yaxın  illər  üçün  ekoloji  nəticələri 
proqnozlaşdırılan  layihələr  yaratmaq  nəzərdə  tutulur.  Mühit 
anlayışının  ölçüləri,  miqyası,  dinamikliyi,  ekoloji  tutumu  və  s. 
cəhətləri barədə hələ elmi tədqiqatlar aparılmamışdır. Ancaq bu 
inkaredilməzdir  ki,  mühit  dedikdə  insanı  əhatə  edən  təbii  və 
sosial  şərait  nəzərə  alınır.  Mühitin  mürəkkəb  qurulursa  malik 
olması onunla bağlıdır ki, biz onu ikili cəhətini nəzərə almaqda 
çətinlik 
çəkirik. 
Yəni 
bir 
fərdin, 
insanın 
mühitini 
qiymətləndirməklə  yanaşı  cəmiyyət  halında  birləşən  insanların 
mühitindən  yan  keçirik.  Həqiqətən  ətraf  mühit  anlayışı 
mürəkkəb 
xüsusiyyətə 
malik 
olmaqla 
onun 
öyrənilməsi'Cİmlərarası  mahiyyət  kəsb  edir.  Qeyd  etmək 
lazımdır  ki, 
birinci 
halda,  yəni  insanın  ətraf  mühitinin 
öyrənilməsi başqa elmlərlə yanaşı əsasən biologiya və eləcə də 
insan ekologiyası ilə bağlıdır. 
İkinci 
halda, yəni cəmiyyətin ətraf 
mühitinin  öyrənilməsində  isə  coğrafiya  elmi  əsas  yer  tutur. 
Bununla  yanaşı  birinci  hal  üçün  coğrafiyanın,  ikinci  hal  üçün 
biologiyanın da mühüm əhəmiyyəti vardır. Hər bir insan və insan 
cəmiyyətinin  təbii  mühitə  təsiri,  mühitlə  əlaqəsi  konkret 
məskunlaşma  şəraitində  formalaşır.  Ona  görə  də  mühitin  təbii 
hüdudlarının müəyyənləşdirilməsi, təbii şəraiti, təbii ehtiyatları 
qiymətləndirməkdə  və  təbii  ehtiyatlardan  səmərəli  istifadə 
edilməsində böyük əhəmiyyət kəsb edir. Bununla yanaşı həyatı 
fəaliyyətində  təbii  hüdudların  sərhəddi  əksər  halda  inzibati, 
iqtisadi bölgələrdə nəzərə alınmır. 
197 


Coğrafiyanın  ekoloji  aspektləri. 
Coğrafiyada  insan, 
cəmiyyət  və  təbiət  arasındakı  əlacqələr  tədqiqat  obyekti  kimi 
qəbul  edir.  Bu  elm  təbiətdən  səmərəli  istifadənin,  onun 
proqnozlaşdırılmasınm və qanunçuluğunun əsaslarını öyrənməyi 
diqqət  mərkəzində  saxlayır. 
Təbii  mühitin 
bütövlüyü,  həyatın 
əlaqəli  mövcudluğu  ekoloji  coğrafiyanın  əsas  mövzusudur. 
Coğrafiyada  Yer  planetində  geosfer  ilə  biosfer  arasındakı 
əlaqələrin  açılmasına,  maddələrin  dövriyyəsini  və  enerji 
çevrilmələrini şərh etməyə ehtiyac yaranır. Bunların öyrənilməsi 
təbiət  ilə  cəmiyyət  arasındakı  lokal,  regional,  milli  və  qlobal 
əlaqələri  göstərir.  İnsanların  təsərrüfat  fəaliyyəti  ilə  təbiətin 
qanunları  arasında  balansın  saxlanılmasında 
Coğrafiya  elmi 
xüsusi  yer  tutur. 
Coğrafiya  xüsusi  rejimlə  qorunan  ərazilərin 
düzgün  seçilməsinə  böyük  əhəmiyyət  verir  və  bu  işdə  təbii 
bölgələr  əsas  götürülür. İqtisadi  və  sosial  coğrafiya  təsərrüfatın 
inkişaf  perspektivlərini  təbii  sərvətin  yerləşməsi  ilə  əlaqəli 
açıqlayır.  Ekoloji  fəlakətlərin  qarşısını  almaq  üçün  beynəlxalq 
fəaliyyətin  təşkil  edilməsi  ön  plana  çəkilir.  Coğrafiya  ekoloji 
problemləri müxtəlif zaman  və  məkan  kəsiyində tədqiq etməklə 
ekologiyanın ümumiliyinə xidmət edir; 
Coğrafiya da Yer planeti bəşəriyyətin evi hesab edilir, 
şəxsiyyətdə  beynəlmiləlçilik  inkişaf  etdirilir,  siyasi,  iqtisadi, 
sosioloji və mədəniyyət sistemlərinə ekoloji aspektdə yanaşmğa 
imkan verir. 
Ərazidə  əhalinin  məskunlaşması,  həyat  tərzi  və 
təbiətə  münasibət  ənənəsi  öyrənildikcə  ekoloji  problemləri 
yaradan faktorlar aydıhlaşır. 
Konkret  ərazidə  təbii  resurs  potensialının  müəyyən 
edilməsi onun səmərəli istifadəsinə kömək edir.  
Müasir  coğrafiyanın  geosistem  prinsipi  Yer  haqqında 
olan  müxtəlif  elmləri  birləşdirir  və  ekoloji  biliklərin  inkişafına 
səbəb olur: 
a)  müxtəlif  miqyaslı  ərazidə  təbii  sistemin  bütün 
komponentlərinin öyrənilməsi həmin ərazinin biotasmına və  
198 


insan  cəmiyyətinin  potensial  imkanlarını  qoruyub  saxlamağa 
imkan verir; 
b)  təbii,  təbii-texniki  və  inteqrasiyalı  geosistemlərin 
strukturu,  əlaqəsi  və  xüsusiyyətləri  tədqiq  olunduqca  onların 
qorunması üçün tədbirlər hazırirmaq asanlaşır. 
Coğrafiyanı  öyrənən  mütəxəssislər  təbiət  ilə  insan 
cəmiyyəti  arasındakı  əlaqə  baxımından  öz  ölkəsi  ilə  xarici 
ölkələri müqayisə etmək imkanı tapır. Coğrafiyada biosfer, ətraf 
mühit,  ekoloji  problem,  təmiz  və  sağlam  mühit  kimi  anlayışlar 
açıqlanır.  İnsanın  təbiətə  dair  kartoqrafik  metoduna,  onların 
nəticəsini  proqnozlaşdırmağa  fikir  verilir.  İqtisadi  və  sosial 
coğrafiyanın ekolojiləşdirilməsi xüsusi əhəmiyyətə malikdir. 
Müasir  coğrafi  təhsildə  bir  neçə  ideya  prioritet  mövqe 
tutur:  Yerin  təbii  sistemlərinin  bütövlüyü;  insan  və  təbiət 
arasında  harmoniya  olması;  təbii  sərvətlərdən  istifadənin 
optimallaşdırılması 
və 
hümanistləşdirilməsi; 
ekoloji 
qanunçuİLiğun inkişafı. 
Ətraf  mühiti  ınühatlzənin  problemləri. 
Təbiəti 
mühafizənin  problemləri,  çoxsahəli  olmaqla  ümumplanetar, 
ümumbəşəri və eyni zamanda yerli əhəmiyyətə malikdir. Həmin 
problemlər tarix boyu insanları narahat etmişdir və indi də büt ün 
dünyada  insan  cəmiyyətinin  həyat  tərzi  və  inkişafı  həmin 
problemlərin həllindən çox asılıdır. 
Birinci qrup problemlər 
təbii fəlakətin öyrənilməsinə, 
həmin  fəlakətlərin  qarşısının  alınmasına,  yaxud  da  onun 
zərərinin  azaldılmasına  doğru  yönəldilir.  Bu  işi n  həyata 
keçirilməsi  təbii  şəraitin  pozulmasının  qarşısını  almaqla  təbii 
təkrar istehsalın oprtmallaşdırılmasına da şərait yaradır. 
İkinci  qrup  problemlər 
təbii  ehtiyatlardan  istifadə 
edilməsi ilə əlaqədardır. 
Üçüncü qrup problemlər 
ikinci  qrup 
problemlərlə  daha  çox  əlaqəli  olub  ətraf  mühitin  antropogen 
təsirlər  nəticəsində  çirklənməsi,  təhlükənin  aradan  qaldırılması 
ilə  bağlıdır.  Həmin  problemlərin  həlli  ilə  eyni  zamanda  həm 
regionların, hə də bütün planetin 
199 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə