Dərslikdə Bakı Dövlət Universitetinin Coğrafiya



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə62/66
tarix30.04.2018
ölçüsü2,79 Kb.
#40545
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   66

uzun  müddolo  yavxşılaşdınimasına  ŞvOrait  yaradaraq,  kənd 
təsərrüfatı,  meşə  və  su  təsərrüfatının  inkişafına  və 
məhsuldarlığına 
müsbət 
təsir 
göstərir. 
Meliorasiyanın 
öyrənilməsinə  ekoloji  yanaşma  iki  sistem  altında  başa 
düşülməlidir. Subyekt və obyekt (mühit, şərait, ehtiyatlar), onlar 
arasında  dinamik  əlaqələr,  mühitin  obyektə  təsiri  (bitki, 
heyvanat, insan kimi başa düşülür). 
Kənd təsərrüfatında adətən üç cür meliorasiya tədbirləri 
nəəqbul sayılır. 
1.
 
Qurutma  meliorasiyası.  Yəni  torpaqların  həddən  artıq 
nəmlənməsi və bataqlaşması iqlim, hidroloji, hidrogeoloji və 
geomorfoloji  səbəblərdən  yaranır.  Belə  hallar  əsasən 
mülayim  qurşaqlarda  bataqlıqların  qurudulmasmdan  sonra 
istifadəsini nəzərdə tutur. 
2.
 
Suvarma  mlciorasiyası  əsasən  arid  zonalarda  (məsələn, 
Azərbaycan, orta Asiya və s.) geniş tətbiq olunur. Suvarma 
meliorasiyasının  suvarma,  yuma  və  başqa  meliorativ 
tədbirlərlə  tənzim  olunur.  Suvarma  üsulları  aşağıdakı 
növlərə  bölünür:  1)  aerozol  (kiçik  dirspersli),  2)  səthi,  3) 
yağış yağdırma, 4) torpaqdaxili, 5) yeraltı. Bunların hər biri 
yerli  təbii  və  təsərrüfat  şəraitinə  həmçinin  kənd  təsərrüfatı 
məhsullarının 
yetişdirilməsi 
xüsusiyyətlərinə 
uyğun 
gəlməlidir. 
3.
 
Fitomeliorasiya-bitkilərin  köməyi  ilə  təbii  şəraiti  kökündən 
yaxşılaşdırmaq  qaydaları  sistemidir  (ağac,  kol,  ot  örtüyü). 
Fitomciiorasiya  torpaqlarının  duzlardan  yuyulmasından 
sonra  ərazinin  çılpaq  qalmaması  üçün  tə.tbiq  olunur,  çünki 
yuyulmuş ərazi qida elementlərini itirmiş olur, düşən günəş 
radiasiyası işə yeri bərk qızdıraraq üzvi qalıqların yanmasına 
(parçalanmasına),  yəni  humus  əmələ  gəlməsinə  yox, 
minerallaşmasma  səbəb  olur.  Fitomciiorasiya  təsərrüfat 
dövriyyəsinə  bir  çox  yararsız  torpaqların  qaytarılmasım, 
çayların  su  rejiminin  dəyi.şdirilməsini,  axının  azalmasına, 
torpaq eroziyasına qarşı mübarizəni, kənd təsərrüfatında 
206 


məhsuldarlığının  artırılmasını,  insanların  yaşayış  tərzinin 
yaxşılaşdırılmasını təmin edir. 
Fitomeliorasiyanı  iki  əsas  qrupa  bölmək  olar;  a)  meşə 
meliorasiyası və b) ot örtüyünün köməyi ilə meliorasiya.  
Azərbaycan Respublikası ərazisində yayılmış torpaqlar 
arasında münbitliyi etibarı ilə ən pis şorlaşmış və şorakətləşmiş 
torpaqlardır.  Bu  torpaqlarda  əkilən  bitkilərin  məhsulu  torpağın 
şorlaşma  və  şorakətləşmə  dərəcəsindən  asılı  olaraq,  bəzən  yox 
dərəcədə  olur.  Belə  torpaqlardan  səmərəli  istifadə  etmək 
məqsədilə onların əsaslı surətdə yaxşılaşdırılması lazımdır. 
Azərbaycanda 
meliorasiyanın 
inki,şarmın 
əsas 
xüsusiyyətlərindən  biri  ondan  ibarətdir  ki,  o  tarixən  möhkəm 
elmi ,əsasa söykənir. 
Azərbaycan  ərazisində  torpaqların  meliorasiyasının  və 
suvarılmasının  əsaslarının  bizim  eradan  əvvəl  qoyulduğunu 
Muğan  düzündə  aşkar  edilən  kanal  və  kollektorlar  təsdiq  edir. 
Dünyanın  və  Rusiyanın  mütərəqqi  zəkaları  irric|asiyaya  böyük 
əhəmiyyət  verdiklərindən  XIX  əsrin  60-  cı  illərində,  ilk  dəfə 
olaraq  Muğanda  suvarma  şəbəkəsi  tikilmişdir.  Kifayət  qədər 
elmi  əsasa  malik  olmayan  suvarma  torpaqların  şorlaşmasına 
gətirmişdiki,  bu  cür  problemlərin  həlli  XXI  əsrdə  də  davam 
etdiriləcəkdir. 
Azərbaycanda  meliorasiya  sahəsində  ilk  tədqiqatlar 
1914-cü  ilə  təsadüf  edən  Cəfərxan  şoran  stansiyasında  həyata 
keçirilən  və  müxtəlif  şəraitdə  şorlaşmanın  genezisinin 
öyrənilməsinə aiddir. Məmin dövrdən başlayaraq bu stansiyada 
torpaqlarının  ilkin  mənimsənilməsinə,  drenajın  tikintisinə  və 
şorlaşmanın  meliorasiyasına  aid  fasiləsiz  olaraq  kompleks 
tədqiqatlar aparılır. 
Müasir təsəvvürlərə görə torpaq örtüyü yerdə biosferin 
komponenti  olmaqla  yanaşı  qurunun  bitki  örtüyü  ilə  birgə 
dünyanın torpaq-ekoloji sistemini təşkil edir. 
Rekultivasiya tədbirləri. 
Pozulmuş, əsasən də
 
207 


insanların antropogen fəaliyyəti nəticəsində pozulmuş torpaqların 
bərpası  başa  düşülür.  Elmi-texniki  inqilab  dövründə  faydalı 
qazıntıların  geniş  ərazidə  istismarı,  sənaye  müəssisələrinin, 
texnikanın 
müəyyən 
ərazilərdə, 
xüsusilə 
şəhərlərdə 
yerləşdirilməsi  və  əhalinin  bu  yerlərdə  cəmləşməsi  antropogen 
landşaftın səciyyəvi xüsusiyyətidir. Yeraltı sərvətlərdən istifadə 
etməklə onun mənzərəsini dəyişməklə təbiətə bir sıra mənfi təsir 
göstərir.  Həmin  mənfi  təsirlərdən  biri  də  torpaq  sərvətlərinin 
korlanmasıdır. Bu yolla korlanmış, çirklənmiş, qazıntı və tullantı 
materiallarını  yaxşılaşdırıb  istifadə  etmək  dövrümüzün  mühüm 
məsələlərindən  biridir.  Praktikada  bu  işlərlə  məşğul  olan  elm 
sahəsi rekultivasiya adlanır. 
Azərbaycanda  rekultivasiyaya  ehtiyacı  olan  torpaqlar 
antropogen 
landşaftın 
lexnogen 
sahələrində, 
faydalı 
qazıntılardan,  tikinti  materiallarından  istifadə  edilən  sahələrin, 
sənaye obyektlərinin, şəhərlərin ətrafındadır. Sənaye tullantıları, 
yeraltı  sərvətlərin  dağıntıları,  qazıntı  materialları  vasitəsilə 
basdırılmış  və  çirkləndirilmiş  torpaqlar  əsasən  Abşeron 
yarımadasında,  Siyəzəndə,  Kür-Araz  ovalığında,  neft  mədənləri 
sahəsində.  Kiçik  Qafqazın,  qismən  də  Böyük  Qafqazın 
dağ-mədən  sənayesi  və  böyük  şəhərlər  ətrafındadır.  Hazırda 
Abşeron  yarımadasında  neft  və  neft  mənşəli  tullantılarla 
çirklənmiş,  rekultivasiyaya  ehtiyacı  olan  torpaqlar  təkcə  neft 
rayonları  və  qəsəbələri  arasında  deyil,  eyni  zamanda  da  Bakı 
şəhərinin  ətraf  hissəsində  də  geniş  yayılmışdır  ki,  dəu  da 
şəhərsalma  və  yaşıllaşdırma  işində,  həm  də  yarımadada 
kurort-sağlamlıq  ocaqlarının  yaradılmasına  xeyli  maneçilik 
törədir.  Torpağın  pozulması  faydalı  qazıntıların  yataqlarından 
istifadə  etdikdə  (əsasən  açıq  üsulla),  geoloji  kəşfiyyat  axtarış 
işləri zamanı, tikintilər və s. işlərin nəticəsində baş verir.  
Torpaqların rekultivasiyası adətən üç mərhələdə aparılır:
 
mexaniki və ya texniki; kimyəvi və bioloji 
rekultivasiya. 
208 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə