Dərslikdə Bakı Dövlət Universitetinin Coğrafiya



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə64/66
tarix30.04.2018
ölçüsü2,79 Kb.
#40545
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   66

lanmış  materiallar  göstərdiki,  sənaye  cəhətcə  inkişaf  etmiş 
ölkələrdə  lokal  və  regional  şəraitdə  havanın,  suyun,  torpağın, 
bioməhsulların toksik kimyəvi elementlərlə təhlükəli çirklənməsi 
baş verir. 1969-1970-ci illərdə bu problemlərin öyrənilməsi üçün 
konkret  proqramın  hazırlananda  onu  «İnsan  və  biosfera» 
adlandırdılar - MAB. 
1972-ci  ildə  (5-6  iyun)  Stokholm  şəhərində,  insanı  əhatə 
edən  mühitin  -  biosferin  mühafizəsinə  həsr  olunmuş  BMT-nin 
yığıncağı  keçirilir.  Konfrans  -  BMT-nin  üzvü  olan  dövlətlərə 
geniş  tövsiyyələr  və  xüsusi  bəyanatla  müraciət  qəbul  edir.  Bu 
müraciət insanı əhatə edən mühitin və xüsusilə torpaq örtüyü və 
içməli su ehtiyatlarının qorunmasına çağırırdı. 
70-ci illərin başlanğıcında elmi ittifaqlar sistemində ətraf 
mühit  problemləri  ilə  əlaqədar  alimlərin  Beynəlxalq  İttifaqı 
yaranır (SKOPE). Bu təşkilatın 1974-cü ildə Moskvada yığıncağı 
keçirilir.  Bu  plenumda  insan  tərəfindən  biosferdə  normal 
biogeokimyəvi dövranın pozulmasına həsr olunmuşdu. 
Atom silahının insanlar üçün törədəcəyi dəhşətli faciənin 
ilk xəbərdarçılarından biri akad. Vernadski olmuşdur. Çox yüksək 
temperatur,  uzunmüddətli  radiasiya,  yaşayış  mühitinin  fiziki 
dağılması,  torpaq  örtüyünün  dağıdılması,  uzunmüddətli  nüvə 
gecəsi  və  qışı  biosferin  tam  dağıdılması  və  s.  dəhşətli  nüvə 
partlayışlarının sınaqlarının etdiyi təsirdir. 
Təbii 
proseslər 
dçvlət 
sərhədlərinin 
hüdudlarına 
sığınadığına  görə  bir  ölkə  ekosisteminin  pozulması  qonşu 
ərazilərin ekoloji şəraitinə təsir göstərir. Məsələn, Almaniyada və 
Böyük Britaniyada yerləşən müəssisələrin icazə verilən normadan 
artıq  atmosferə  buraxdıqları  zəhərli  qaz  qonşu  Avropa 
dövlətlərinin də (Norveç, İsveç, Danimarka və b.) ərazisində ətraf 
mühitin çirklənməsinə səbəb olur. 
Ekoloji böhranın bütün tərkib hissələri (istixana 
212 


effekti, ozon qatının nazilməsi, torpağın deqradasiyası, radiasiya 
təhlükəsi, yerin təkinin enerjisi və başqa ehtiyatların tükənməsi 
və  s.)  çox  güclü  artan  ekoloji  təhlükəyə  çevrilir  və  bu 
vəziyyətdən çıxmağın yeni qaydalarını və yollarını tapmağı tələb 
edir. 
Ekoloji  tədqiqatlar  sahəsində  tanınmış  mütəxəssis 
M.Stronenin  fikrincə,  «Biz  birgə  yaşamağa  məcburuq,  əks 
təqdirdə heç kim yaşaya bilməz» (1922). 
Alimlərin  yekdil  fikrincə,  dünya  birliyinin  ekoloji 
böhrandan 
çıxış 
yollarından 
biri 
beynəlxalq 
ekoloji 
münasibətlərin  möhkəmləndirilməsidir.  Artıq  bütün  dünyada 
qəbul  olunmuşdur  ki,  böhran  vəziyyətindən  ancaq  bütün 
dövrlərin təbiəti qorumaq  sayəsində səylərini birləşdirməklə və 
vahid strateji proqram üzrə hərəkət etməklə çıxmaq mümkündür.  
BMT-nin  ətraf  mühitin  qorunması  sahəsində  fəaliyyəti 
40-cı  illərin  sonlarından  başlamışdır.  1949 -cu  ildə  ABŞ-ın 
Leyk-Saksees  şəhərində  təbiətin  qorunması  üzrə  Beynəlxalq 
elmi-texniki konfrans keçirilmişdir. 
Ətraf mühitin qorunması məsələsi BMT səviyyəsində ilk 
dəfə  kompleks  şəkildə  1968-ci  ildə  Parisdə  keçirilən  Biosfer 
problemlərinə  həsr  olunmuş  beynəlxalq  konfransda  müzakirə 
olunmuşdur.  YUNESKO-nun  təşəbbüsü  ilə  təşkil  olunmuş  bu 
konfransda «İnsan və biosfer» adlı ekoloji tədqiqatlar proqramım 
işlənib  hazırlandı.  Bu  proqramın  vəzifəsi  bütövlükdə  biosistem 
ehtiyatlarının  və  ayrı-ayrı  ekosistem  tiplərində  (dağlıq,  tropik, 
səhra  və  s.)  onların  səmərəli  istifadəsi  və  qorunmasının  elmi 
əsaslarını hazırlamaq idi. 
Ətraf 
mühitin 
qorunması 
sahəsində 
beynəlxalq 
əməkdaşlıq, beynəlxalq ekoloji hüquqa əsaslanır. Bu prinsiplərin 
yaranmasında  BMT-nin  1972-ci  ildə  Stokholmda  keçirihniş 
konfransın, BMT Baş Assambleyasının 1982-ci ildə (12 oktyabr) 
qəbul  etdiyi  təbiətin  qorunması  üzrə  Ümumdünya  xartiyası 
(TQÜX) və ətraf mühitin qorunmasına 
213 


VO inkişafına dair BMT-nin 1992-ci ildə Rio-de Janeyroda təşkil 
etdiyi  Beynəlxalq  konfransların  rolunu  xüsusilə  qeyd  etmək 
lazımdır. 
BMT  Baş  Assambleyası  tərəfindən  1982-ci  ildə  qəbul 
edilmiş  «Təbiətin  Beynəlxalq  Xartiyası»  (TBX)  beynəlxalq 
birliyin gələcək dövrdə ekoloji fəaliyyətinin üstün istiqamətlərini 
müəyyən edir. Xartiyada 25 prinsip bəyan olunur. 
YUNEP 
proqramının 
istiqamətlərinə 
daxil 
olan 
məsələlərin  çoxu  onları  həyata  keçirmək  üçün  yaradılmış 
köməkçi  və  ümumdünya  beynəlxalq  orqanlarında  müzakirə 
edilmişdir. 
YUNEP-in fəaliyyətində mühüm mərhələlərdən biri qlobal 
miqyasda ətraf mühitin vəziyyətinə Monitorinqin yaradılmasında 
iştirakı  hesab  edilir.  Qlobal  monitorinqin  yaradılması  ideyası
 
1971-ci ildə Beynəlxalq bioloji 
proqramına həsr edilmiş III Baş Assambleyada irəli sürülmüşdür.  
BMT çərçivəsində təbiətqoruyucu fəaliyyətlə əlaqəli olan 
başqa  təşkilatlar  da  vardır.  Məsələn,  70-ci  illərin  əvvəlində 
Avropa  iqtisadi  Komissiyasında  (AİK)  «Ətraf  mühitin 
problemləri  ilə  məşğul  olan  ölkələrin  Baş  müşavirələri»  adlı 
xüsusi təşkilat yaradıldı. 
Ətraf 
mühitin 
qorunması 
sayəsində 
beynəlxalq 
əməkdaşlığın möhkəmləndirilməsində Avropada təhlükəsizlik və 
əməkdaşlıq  məsələlərinə  həsr  edilmiş  müşavirənin  (Helsinki  - 
1975-ci il) rolu böyükdür. 
Ətraf  mühitin  mühafizəsi  ilə  BMT-nin  xüsusi  idarə  və 
təşkilatları, hökumətləfarası təşkilatlar, universal tipli beynəlxalq 
qeyri-hökumət  təşkilatları,  regional  və  subregional  orqanlar 
məşğul olur. 
Əhatə  etdiyi  ekoloji  problemlərə  görə  bütün  beynəlxalq 
təşkilatlar 3 qrupa bölünür. 
1)
 
təbiətqoruyucu istiqamətində onlar (YUNEP, ÜMT); 
2)
 
xüsusi təbiətqoruyucu profili (TAO, UŞT, BDT); 
214 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə